Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maralçılıq
Maralçılıq — heyvandarlığın bir sahəsi olaraq Şimal marallarının yetişdirilməsi ehtiva edir. == Maralçılığın ümumi xüsusiyyəti və tarixi == Müasir araşdırmalara görə ilk dəfə maraldan ev heyvanı kimi Cənubi Sibirdə b.e əvvəllərində Somoedlər və Evenklər yararlanmışlar. Onlar türklər və skiflərində geniş yayılmış atçılığın təsiri ilə yaranmışdır. Tunqular maralın belində hərəkət etdikləri təqdirdə, samodiylər artıq X əsrdə maralların hərəkət etdirdiyi xizəklərdə arktikada sərbəst dolaşırlar. Bundan sonra onlar bunu digər şimal xalqlarına yaymışlar. Saamilər və Haloqalandan olan şimali norveçlilər maralçılıqla IX əsrdə, Çukçalar isə XVI əsrdə tanış olmuşlar. Günümüzdə isə maralçılıq əsasən şimal yarımkürəsinin arktik və subarktik qurşağı zonasında yayılmışdır. Hazırda Rusiya, Finlandiya, Norveç və İsveç kimi ölkələrdə maralçılıq geniş yayılmışdır. Bu sahə ilə əsasən Dolqanlar, Komilər, Evenklər, Tofalar, Saamilər, Evenlər, Koryaklar, Yukagirlər, Xantılar, Mansilər və Çukçalar kimi xalqlar məşğul olur. Maralçılıq şimali tayqa, tundra və meşə tundra zolağında yayılmışdır.
Qalayçılıq
Qalayçılıq — mis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsi. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu — ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər. Qalayçılıq xüsusilə Dağıstanda, həmçinin Azərbaycanda Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı və Lahıcda geniş yayılmışdı. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonların qalayçı emalatxanaları var.
Qaraqınıq
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
Qaraçılar
Qaraçılar, həmçinin çiqanlar, çıqanlar, çingənələr, romalar, romanlar və ya romanilər — köçəri xalqlardan biri. == Adlandırma == Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar", "çingənələr", "romalar", "romanlar" və "romanilər" adlarından istifadə edilir. Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır. Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir. Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır. Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır. "Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "ἀτσίγγανοι" (atsinqanoi; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi. "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "doma" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir. Hər halda, "doma" sözünün mənşəyi bilinmir, lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.
Arıçılıq
Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya qulluq, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir. == Arıçılıq haqqında məlumat == Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi; Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları; Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.); Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər; Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik; Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.); Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu; Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu; Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü; Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər; Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər; Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul. == Arıçılıq təbabətdə == Arıçılıqla təbabəti bir - birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları, həm də təbabət işçilərini çox maraqlandırır. Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır. Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur.
Qaranlıq
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Adi qaraqınıq
Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.
Azərbaycanda arıçılıq
Azərbaycanda arıçılıq — Azərbaycan Respublikasında bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi. Azərbaycan iqtisadiyyatında arıçılıq mühüm bir yer tutur. Bu sahə ölkədə ilbəil inkişaf edir. 2016-cı il məlumatına görə ölkədə 238 min arı ailəsi olmuşdur. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 2016-cı ilin noyabr ayında Bakı şəhərində keçirilmiş yarmarkada 453 nəfər arıçı iştirak etmiş və 200 tona qədər arıçılıq məhsulları satılmışdır. == Tarixi == Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir.
Azərbaycanda narçılıq
Azərbaycanda narçılıq — Azərbaycan Respublikasında narın istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi. Azərbaycanda ümumi nar bağının sahəsi 24.000 hektara yaxın təşkil edir. Azərbaycanda nar istehsal edən iqtisadi rayonlar sırasında Gəncə-Qazax və Aran iqtisadi rayonunda Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşəsi, Nazik qabıq, Vələs, İri gilə və sair sortlar becərilir. Ən yaxşı nar sortları meyvəsinin kütləsi 800-1000 qrama, orta çəkisi isə 200-400 qrama çatır. Narın homoloji sortlarının məhsuldarlığı da eyni deyildir. Nar sortlarından Məhsəti, Bala Mürsəl və Qırmızı qabıq sortları ən yüksək məhsuldarlığa malikdir. Sortlar üzrə onların məhsuldarlığı 100-160 sentner təşkil edir. Azərbaycanda 70-ə yaxın nar sortları mövcuddur. == Azərbaycanda olan nar sortları == Azərbaycanda ən çox rast gəlinən nar sortları aşağıdakılardır. Bala Mürsəl - Bu sort Şirvan zonasında çox yayılmışdır.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir. Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qaranlıq (dəqiqləşdirmə)
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qaranlıq (kənd)
Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. == Toponimikası == QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Qaranlıq Qala
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. == Seriya haqqında == Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. == Haqqında == Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qaranlıq fantaziya
Qaranlıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. == Terminin tarixi == "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq materiya
Qaranlıq rayonu
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Qaranlıq fentezi
Qaranlıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. == Terminin tarixi == "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq döngə
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Qaranlıq (Duzluca)
Qaranlıq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Qaracalı
Qaracalı (Əhər)
Qağacılı
Qağacılı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qağacılı oyk. Kürdəmir r-nunun Xırdapay i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonimin əsli Qax Hacılıdır. Kənd Qax mahalından köçüb gəlmiş hacılı nəslinin məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1373 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaranlıq (film, 2018)
Qaranlıq — "A Class Production"-un istehsalı olan Azərbaycan filmi. Filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanmış, 2017-ci ildə tamamlanaraq ekranlaşdırılmışdır. Filmin prodüseri Azər Zeynalov, ssenari müəllifi, rejissoru və bəstəkarı Kənan Zeynalovdur. Filmin operator və montaj işi İsmayıl Zeynalova məxsusdur. Filmin çəkilişləri 2017-ci ilin yay aylarında reallaşmışdır. == Məzmun == İki ay əvvəl Fəridi itirən Nuray yeni bir sevgi romanı yazmaq qərarına gəlir. Bunun üçün anasının tanışı — illər öncə müəmmalı şəkildə öldürülmüş Firuzənin gündəliyini oxuyub ondan istifadə etmək istəyir. Nuray gündəliyi oxuyarkən burada bir vərəqin çatmadığını görür. Bu, Nurayda şübhə doğurmağa başlayır. Firuzənin sevgilisi olmuş Fikrətlə görüşüb 34 il ərzində üstü açılmamış bu qaranlıq cinayəti araşdırmağa çalışırlar.
Qaraçilan (Soyuqbulaq)
Qaraçilan (fars. قره چلان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (6 ailə).
Hedera gracilis
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hydrangea gracilis
Hydrangea gracilis (lat. Hydrangea gracilis) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Iodocephalus gracilis
Ipomoea gracilis
Ipomoea gracilis (lat. Ipomoea gracilis) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Convolvulus gracilis (R.Br.) Spreng.
Jurinea gracilis
Jurinea gracilis (lat. Jurinea gracilis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Litsea gracilis
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.
Mentha × gracilis
Mentha × gracilis (lat. Mentha × gracilis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Mentha arvensis var. gracilis (Sole) Nyman Mentha gentilis var. gracilis (Sole) Wahlenb.
Myriocephalus gracilis
Nectandra gracilis
Nectandra gracilis (lat. Nectandra gracilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Neoseiulus gracilis
Neoseiulus gracilis (lat. Neoseiulus gracilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Oligothrix gracilis
Oligothrix (lat. Oligothrix) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Populus gracilis
Potentilla gracilis
Potentilla gracilis (lat. Potentilla gracilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Prunus gracilis
Prunus gracilis (lat. Prunus gracilis) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.