Mənası “iki dağın arasından axan çayın məcrası” deməkdir. Hərfən “çay yeri” anlamını verir. Çay isə “su” deməkdir. Çay, çara (heyvanın tökdüyü maye), çimmək, cummaq, çağlamaq, çala, çökək, çuxur, carlamaq, çayıl (bu bizdə işlədilmir, bəzi türk dillərində çimmək üçün suyun qabağını kəsib göl düzəltməyə çayıl deyirlər) sözlərinin hamısı su ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)