çor
çor-zəhrimar
OBASTAN VİKİ
Çor
Zəhər tuluğu
Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi. == Məzmun == Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.
Qut Çor xaqan
Qut Çor xaqan (吐火仙骨啜可汗) — Türgişlərin hökmdarı, Sulukun oğlu. == Hakimiyyəti == Çox qısa dövrdə hakimiyyətdə qalmışdı. Əsas dəstəkçiləri qara türgişlər idi. 739-cu ildə Kül Çörün hücumuna məruz qalmışdı. Qardaşı Ton Aba Yabqu tərəfindən dəstəkləsəndə də rəqibi Kül Çoru Çin imperatoru Hsüançonq, Çaç hökmdarı Bağatur Tudun, Fərqanə yabqusu Arslan Tarxan dəstəkləyirdi. Nəhayət 739-cu ildə Qut Çor Kül Çor tərəfindən tutulub öldürüldü.
Zəhər tuluğu (film, 2021)
Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi. == Məzmun == Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.
Karı Çor Tigin abidəsi
Karı Çor Tigin abidəsi və ya Xian abidəsi — 2010-cu ildə Zhanq Du Yuanlı bir kəndli tərəfindən tapılmış abidədir. Kəndli tapdığı abidəni Xiandakı bazarda satmağa çalışarkən son anda Tanq Vest Market Muzeyi nümayəndələri abidəni görmüş və abidəni alaraq muzey inventarına salmıdşırlar. Karı Çor Tigin abidəsi Çinin Şaanxi əyalətinin mərkəzi, Çinin tarixi paytaxtlarından biri olan Xianda tapılmışdır. Karı Çor Tigin abidəsi və Karı çor Tiginin məzarına aid işləməli daş, bir sıra çincə yazı və arxeoloji materialla birlikdə Çinin ilk özəl muzeyi olan Tanq Vest Market Muzeyində sərgilənməkdədir. == Abidə == Karı Çor Tiginin abidə məzarına aid qranitdən düzəldilmiş kvadrat formasında, üzərində bitki motivləri olan, işləməli qapaq daşı vardır. Abidə Türk-Çin əlaqələrini əks etdirməsi və iki dilli olması yönündən araşdırmaçılar tərəfindən önəmli abidə olaraq göstərilməkdədir. == Mətn == Karı Çor Tigin abidəsində Orxon əlifbası ilə yazılmış 17 sətirlik türkcə mətn vardır. Bununla yanaşı, abidədə çincə mətnlər də mövcuddur. Abidə ümumi mənada yaxşı qorunmuş olmasına rəğmən, abidənin I və II sətirlərində olan iki sözdə geridə qalan tarixi müddətdə qırılmalar meydana gəlmişdir. Karı Çor Tigin abidəsinin türkcə hissəsinin oxunma və mənalandırılmasını Çingiz Ayyılmaz reallaşdırarkən, çincə hissəsini oxunub mənalandırılmasını isə Luo Xin etmişdir.