çuval-dağarcıq
çuval-torba
OBASTAN VİKİ
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
Çuval hadisəsi
Çuval olayı və ya Çuval hadisəsi (ing. The Hood event) - 4 iyul 2003-cü ildə ABŞ-nin 2003-cü il İraqı işğal etdiyi dövrdə Şimali İraq ərazisində yerləşdirilən bir qrup türk əskərinin əsir götürülməsi, başına çuval keçirilməsi və ABŞ hərbiçiləri tərəfindən istintaq edilməsini əks etdirən hadisə. ABŞ əskərlərinin Süleymaniyədəki türk hərbi hissələrinə basqını nəticəsində, 15 kq partlayıcı maddə, snayper, qumbara və hökumət binalarının yaxınlığındakı mövqelərin işarələndiyi Kərkük xəritəsini ələ keçirdi. Əskərlər Türkiyənin ABŞ-yə etiraz etməsindən sonra, 60 saat içərisində azadlığa buraxıldı. Kürd kəşfiyyət orqanlarının iddiasına görə, türk əskərləri Kərkükün yeni seçilən hakiminə qarşı sui-qəsd planı qurmuş və bununla da bölgədə stabilliyi pozaraq Türkiyə birləşmələrinin bura daxil olmasına zəmin yaratmaq istəmişdir.Tərəflərdən heç birinin üzr istəməməsinə baxmayaraq, hadisəni araşdırmaq üçün qurulan ABŞ-Türkiyə komissiyası daha sonra peşmanlıq bildirən birgə bəyənat yaydı. Əlavə olaraq, ABŞ Müdafiə naziri Donald Ramsfeld Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana hadisə ilə bağlı kədərini bildirən məktub yazdı. Çuval hadisəsi Türkiyə və ABŞ arasındakı diplomatik əlaqələri zədələdi və ABŞ-Türkiyə münasibətlərinin ən aşağı səviyyəsini göstərdi. Hadisəyə ABŞ mediasında çox az yer verilsə də, Türkiyədə bu hadisə böyük əks-səda yaratdı, bir çox insan bu hadisəni böyük təhqir kimi gördü və "Çuval olayı" olaraq adlandırdı. == Arxa plan == Türkiyə geniş dağ silsilələri ilə qonşu olduğu İraqın şimalını uzun müddət idi ki, daxili təhlükəsizliyinə təhdid olaraq görürdü. 1980 və 1990-cı illər ərzində Türkiyə, əsasən, ölkənin cənub-şərqində PKK-ya qarşı mübarizə aparırdı.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə - girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.
ага́ва вихреподо́бный механисти́чески осту́живать прифуго́вывание свячёный увлажнённый уха́бистость брази́льский зашурша́ть мака́о монополисти́ческий распродава́ть трюка́чество фасо́вщица центрифуги́рование чула́нец чуто́чек эреги́рованный шешок calvity demure finesse ion rocket moron