ÇIĞIRMAQ

ÇIĞIRMAQ [Qaçay] dönüb bütün gücü ilə çığırmaq istərkən səsi çıxmadı (S.Rəhimov); BAĞIRMAQ (bərkdən qışqırmaq) Aman, deyə bağırdım: “Ana, bu nədir, ana...” (S.Rüstəm); BANLAMAQ (məc.) Bir də görürsən ki, olub heyvərə; Əlli uşaq banladı birdən-birə (M.Ə.Sabir); BAYĞIRMAQ (dial.) Şirəli özünün son qüvvətini toplayıb bayğırırdı (M.Hüseyn); BOĞAZ YIRTMAQ (fr.v.) Zaman: Qardaşlar, burada oturub boğaz yırtmaqdan fayda yoxdur (Ə.Haqverdiyev); CAR ÇƏKMƏK Car çəkir çarxların çaxnaşıq səsi; Car çəkir, qışqırır nəhəng motorlar (S.Vurğun); HAY SALMAQ Udur lay-lay udur ekskavatorlar; Hay salır, qışqırır nəhəng motorlar (S.Vurğun); QIŞQIRMAQ Elə bil ki beş yaşlı oğlu Hüseyn bir əliylə anasının yanına suvaşıb, o biri elini atasının boynuna salaraq onları bir-birinə çəkir, “buraxmıram” deyib qışqırırdı (M.İbrahimov); NƏRƏ ÇƏKMƏK (bərk bağırmaq) Cavanşir nərə çəkdi (M.Hüseyn).

ÇIĞIR-BAĞIR
ÇIĞIRTI

Значение слова в других словарях