ÖFKƏ

is.
1. Ağ ciyər.
2. dan. Hirs, qəzəb, hiddət.
◊ Öfkən (öfkəsi) yansın! – qarğış məqamında işlədilir. Səni görüm, öfkən yansın.
[Telli:] Məni qınayan, öfkən yansın! Ə.Məmmədxanlı.

Öfkəyə dönmək – rəngi qaçmaq, ağarmaq.
Katibin qanı qaçmış, öfkəyə dönmüş dodaqları gülümsünmək üçün aralandı. S.Rəhimov.
Bəhramın dili-dodağı təpmiş, üzünün qanı qaçmış, öfkəyə dönmüşdü. Ə.Vəliyev.

Синонимы

  • ÖFKƏ 1. ÖFKƏ [Ülkər:] Dipdinməz oturduğumuz yerdə ciyəri yanmış, öfkəsi parçalanmış, gör başımıza nə oyun açdı (R

Этимология

  • ÖFKƏ Bağır-öfkə sözü “içalat” anlamını əks etdirir. Öfkə həm “ağ ciyər”, həm də “hirs” mənalarında işlədilir
ÖDÜNC
ÖFKƏLƏNMƏ

Значение слова в других словарях