ölmə
ölmək
OBASTAN VİKİ
Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2014)
Qisas almadan ölmə. Keçmişdən məktublar — 2014-cü ildə çəkilmiş rejissor Oqtay Mirqasımovun filmi. == Məzmun == XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub. Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib.Filmdə bütün dinlərin vəhdəti tərənnüm olunur. Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir.Filmin bəstəkarı Elmar Feldir. == Mükafatları == 2015-ci ildə Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülmüşdür.“Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülüb. == Təqdimatı == 2015-ci ildə İsraildə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin premyerası olub.Rollarda: Ramiz Əzizbəyli == İstinadlar == == Mənbə == Наталия Бабинцева. Общий дом. Журнал "Баку".

Digər lüğətlərdə

-е-й докрои́ть Кондра́шка межпарти́йный переска́занное пристреля́ться сангвини́чески спить траге́дия три́ста анали́тик дроздёнок приме́тно чертя́ка шку́рочка орфография curassow mountain ash phrontistery playgoing talecarrier yarrow you-be-damned подобранность прикосновение