Öpmək, hopmaq, hap (eləmək) sözlərinin hər üçü kökdaşdır və qədim mənaları “sormaq, ağzına almaq” deməkdir. Su yerə hopur, deməli, torpaq tərəfindən sorulur, siçan taxçadan tap eləyir, qızxanım (pişik) onu hap eləyir (yəni içəri ötürür) və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)