ÖZƏLLƏŞDİRMƏ

(latın analoqu privatus) əvvəllər dövlətə məxsus olan (bəzi hallarda dövlətin inhisarında olan) istehsal müəssisələrinin, torpaqların, bankların və digər mal və mülklərinin, bu və ya digər səbəblərdən (sosial-iqtisadi quruluş çevrilişi, iqtisadi islahatlar və s.) vətəndaşların mülkiyyətinə (ya auksion satışı, ya güzəştli satış, bəzi hallarda isə, havayı pay şəkilində) keşməsi, paylanması. Ö.- nin səbəbiyyatında, dövlət tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının, dövlət inhisarçılığın məqsədəuyğun olmaması və ya özünü maliyyələşdirən obyektin ziyanlı (zərərli, səmərəsiz) işləməsi və yaxud dövlət iqtisadiyyatına sərmayələrin (investisiyaların) cəlb edilməsinin vacibliyi durur. Ö.- nin müxtəlif proqrqm və konsepsiyaları ola bilər, (Ö.), mərhələli şəkildə dövlətin bütün vətəndaşlarına Ö. çeklərinin (vauçerlərin) paylanılması (belə halda Ö. çekin (vauçerin) dəyəri, Ö.-yə çıxarılan dövlətin bütün mülk və əmlakının ümumi vətəndaşların sayı ilə hər bir vətəndaşın payına düşən nisbəti ilə ölçülür) şəklində, hətta püşk atma və s. şəklində həyata keçirilir. Mahiyyət etibarı ilə Ö. denasionalizasiyadan geniş əhatəlidir: əgər denasionalizasiya əvvəllər yalnız milliləşdirilmiş mal və mülklərə şamil edilirsə; Ö. isə bundan savayı, hətta dövlət tərəfindən qurulmuş, yaradılmış mal və mülklərə şamil edilir. Milliləşdirmə - Ö.-yə ziddiyət təşkil edir.
ÖZBAŞINALIQ
ÖZÜNÜİDARƏ(ETMƏ)
OBASTAN VİKİ
Özəlləşdirmə
Özəlləşdirmə — Dövlət mülkiyyətinin ümumi üstünlüyü ilə müəyyən olunan bazar təsərrüfatının formalaşmasının əsası, sahibkarlığın quruluşunun optimallaşma yolu kimi dövlətsizləşdirmə və özəlləşmənin labüdlüyünü tələb edir. Dövlətsizləşdirmə dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər məcmusudur ki, bu da dövlətin iqtisadiyyatda hədsiz rolunu aradan qaldırmağa yönəldilir. Dövlətsizləşdirmə dövlətdən təsərrüfat idarəçiliyinin əksər vəzifələrinin alınması, müvafiq səlahiyyətlərin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqələrinin üfüqilərlə əvəz olunmasını bildirir. Dövlətsizləşdirmə dövlətin iqtisadi sahədən tam çıxması ilə nəticələnmir. Müasir istehsal dövlətin tənzimləməsi olmadan müvəffəqiyyətli inkişaf edə bilmir ki, bu da yalnız müəyyən hədlər daxilində səmərəlidir. Əgər bu hədlər pozularsa, ictimai istehsalın səmərəliliyi azalar. Hazırda dövlətsizləşdirmə xətti ümumdünya xarakteri daşıyır. Dövlətsizləşdirmə müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər: mənimsəmə prosesinin dövlətsizləşdirməsi, hər bir işçinin və əmək kollektivinin mənimsəmənin, inhisarsızlaşmanın bərabərhüquqlu iştirakçısı kimi tanınması; müxtəlif təsərrüfatçılıq formalarının yaradılması, müəssisələrin bütün formalarına qanun çərçivəsində təsərrüfat fəaliyyətində eyni dərəcədə sərbəstlik verilməsi; yeni təşkilati quruluşların formalaşması, üfüqi əlaqələrin aparıcı rol oynadığı sahibkarlıq fəaliyyətinin yeni formalarının (konsernlər, şirkətlər, assosiasiyalar) yaradılması. Dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir. Bu bazar iqtisadiyyatına keçidin mərkəzi problemidir.

Digər lüğətlərdə