ÜZGÜÇÜ

сущ. пловец:
1. тот, кто умеет плавать; тот, кто плавает
2. спортсмен, занимающийся плаванием; пловчиха. Üzgüçülərin yarışı соревнования пловцов
ÜZGÜ
ÜZGÜÇÜLÜK
OBASTAN VİKİ
Emin Quliyev (üzgüçü)
Emin Quliyev (8 oktyabr 1975, Bakı) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Emin Quliyev Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 25.22 saniyə nəticə göstərdi və 58-ci pillənin sahibi olub. Daha sonra Emin Quliyev Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 25.36 saniyə nəticə göstərdi və 60-cı pillənin sahibi olub.
Rene Vaqner (üzgüçü)
Rene Vaqner (d. 7 may 1938) — Lüksemburqlu keçmiş üzgüçü. Rene Vaqner Lüksemburqu 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Rene Vaqner birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:04.3 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Tural Abbasov (üzgüçü)
2015 Avropa Oyunlarında üzgüçülük
== Nəticələri ==
2017 Avropa Gənclər Üzgüçülük Çempionatı
2017 Avropa Gənclər Üzgüçülük Çempionatı — 28 iyun - 2 iyul 2017-ci il tarixləri aralığında İsrailin Netanya şəhərində keçirilən turnirdir. Çempionat LEN, yəni Avropa Üzgüçülük Liqası tərəfindən təşkil edilir və 50 metrlik hovuzda keçirilir. LEN qaydalarına görə, yarışda 15 və 16 yaşlı qızlar, 17 və 18 yaşlı oğlanlar iştirak edir.
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr)
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr) — 11–16 dekabr 2018-ci il tarixləri arasında Çinin Xançjou şəhərində keçirilən 14-cü dünya çempionatı. Bu çempionatda üzgüçülük yarışları 25 metrlik su hovuzlarında təşkil olunur. == Medal cədvəli == * Ev sahibi ölkə (ÇXR) == Nəticələr == === Kişilər === a Yalnız təsnifatda iştirak edən və medal qazanan üzgüçülər daxil edilmişdir.
Açıq hovuz üzgüçülüyü 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 5 km
Kişilər 5 km — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 15iyul 2017-ci il tarixində keçirilən yarışdır. == Nəticələr == Yarışa 10:00-da start verilmişdir.
Naxçıvan Üzgüçülük Mərkəzi
Naxçıvan üzgüçülük mərkəzi — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən tikilmişdir. Ümumi sahəsi 9420 m2, kotteclərin tikinti sahəsi 140 m2-dir. İki mərtəbəlidir. Ümumi hündürlüyü 8 m, daxili hündürlüyü 6,6 m-dir. Hovuzun ölçüləri 25x15 m-dir və 6 tramplinlə təchiz olunmuşdur. Kənarında 124 tamaşaçı yeri və 15 nəfərlik tribuna var. Mərkəzdə idmançılar üçün 3, məşqçilər üçün 2 duş kabinəsi, 1 həkim kabinəsi, şərhçi kabinəsi, 2 məşqçi otağı, soyunub-geyinmə otaqları, rəhbərlik və işçi heyət üçün 11 kabinə, hər iki mərtəbədə holl, binanın texniki təminatı üçün yardımçı otaqlar, həmçinin 43 nəfərlik konfrans zalı, gənclərin istirahəti üçün kafeteri, mini bar, 3 kottec var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Üzgüçülük Mərkəzinin açılışında (2004-cü il, 2 sentyabr) iştirak etmişdir.
Sinxron üzgüçülük
Sinxron üzgüçülük – su idman növüdür. Musiqi sədaları altında idmançılar müztəlif proqramlar göstərirlər. Fiqurlu konkisürmə yarışında olduğu kimi, sinxron üzgüçülükdə də idmançılar tək-tək və cütlükdə yarışırlar. Amma bu idman növündə komanda ilə yarışlar da mümkündür. Onlar həm suyun altında, həm də suyun üstündə müxtəlif hərəkətlər icra etməklə jürinin verəcəyi xallar uğrunda mübarizə aparırlar. Sinxron üzgüçülük Olimpiya Oyunları sırasına daxildir. Belə ki, sinxron üzmə üzrə mütləq proqram yarışları üçün Beynəlxalq üzgüçülük federasiyasının (FİNA) qaydalarına uyğun olaraq uzunluğu 10 və eni 3 metr olan 2 zona istifadə olunur. Hər bir zona uzunluğu 10 m olmaqla hovuzun divarlarının yaxınlığında və bortdan 1,5 m olmaqla yerləşməlidir. Bu zonalardan birinin dərinliyi — 3 m, digərinin dərinliyi isə 2,5 metrdir. Sinxron üzmə üzrə sərbəst proqram yarışları üçün isə minimal zonanın ölçüləri dərinliyi 2, 5 m az olmamaqla əsas hissənin ölçüsü 12×12 m olmaqla 12×25 m təşkil etməlidir.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — 12-16 iyun tarixlərində Bakı Su İdmanı Mərkəzində keçirildi. İdmançılar 4 dəst medal uğrunda mübarizə apardı. Yarışlarda 21 idmançı mübarizə apardı. Medal sıralanmasında Rusiya idmançıları 1-ci yeri tutdu. Rusiya idmançıları 4 qızıl medal qazandı. 2015 Avropa Oyunlarında sinxron üzgüçülük yarışları 12-16 iyun tarixlərində 6 000 nəfər tamaşaçı üçün nəzərdə tutulan Bakı Su İdmanı Mərkəzində keçirildi. İdmançılar 4 dəst medal uğrunda mübarizə apardı. 12 iyun tarixində duet və sinxron hərəkətlərdə yarışların təsnifat mərhələsi keçirildi. 13 iyun tarixində isə solo və sərbəst hərəkətlərdə təsnifat mərhələsi keçirildi. 14 iyun tarixində duet və sinxron hərəkətlərdə final mərhələsi keçirildi.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — (Qadınlar, Solo)
Üzgüçülük
Üzgüçülük ― bədən üzvlərinin suda hərəkəti təmin etməsi ilə baş tutan idman növü. Fərdi, yaxud komanda səviyyəsində həyata keçirilən yarış və ya məşqlər halında məşğul olmaq mümkündür. İdman üzgüçülüyü XX əsrin əvvəllərində məhz o, zamanlar Bakıda ilk şəhər çimərliyi (kupalni) açılır. Burada 1910-cu ildə gimnastika müəllimi V.Qrjibovski Bakı gimnaziyası və realni məktəbinin şagirdləri üçün üzgüçülük məktəbi təşkil edir. Məlumatlara görə artıq 1912-ci ilin yayında dənizkənarı bulvarda Bakı gimnaziyasının şagirdləri Xəzər dənizində “böyrü üstə” üsulu ilə 48 kilomətri 24 saat 10 dəqiqəyə üzmüş fransız dili müəllimləri Leonid Romençenkonu salamlayırdılar. Bu o iillər üçün çox böyük nəticə sayılırdı. 1913–ildə Bakı üzgüçülük məktəbində 200-dən çox adam bu idman növü ilə məşğul olurdu. 1925 ci–ildə Bakının qara şəhər adlanan rayonunda birinci su stansiyası yaranır. 1925-ci ilin yayında keçirilən birinci Respublika su bayramında yüzlərlə iştirakçı və minlərlə tamaşaçı iştirak edirdi. Proqrama kütləvi dəniz üzgüçülüyü daxil edilmişdir.
Üzgüçülük (film, 1931)
Film Azərbaycanda bədən tərbiyəsinin inkişafından, idmanın bir növü olan üzgüçülük yarışlarından danışır.
Üzgüçülük 2015 Avropa Oyunlarında
Üzgüçülük üzrə SSRİ birinciliyi (film, 1947)
Operator: Boris Seytlin

Digər lüğətlərdə