ŞABALIDI

ŞABALIDI (rəng) Fikrət şabalıdı saçlarını tumarlaya-tumarlaya Fatma arvaddan soruşdu.. (H.Abbaszadə); KƏSTANƏ RƏNGLİ [Xədicənin] nəzər-diqqətini cəlb edən bir işi vardısa, o da həddindən fəzlə gur kəstanə rəngli saçları idi (M.Hüseyn); ŞABALID RƏNGLİ.

ŞABALID
ŞABLON
OBASTAN VİKİ
Şabalıdı
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
At şabalıdı
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir. Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir. Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir. Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.
Dəniz şabalıdı
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
Şabalıdı qaratoyuq
Şabalıdı qaratoyuq (lat. Turdus rubrocanus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Əkin şabalıdı
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir.

Значение слова в других словарях