şahid-sübutsuz

şahid-sübutsuz
şahid-sübutlu
şahidli
OBASTAN VİKİ
Şahid
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Hüseyn Şahid
Hüseyn Şahid (8 sentyabr 1892 – 5 dekabr 1963, Beyrut) — Pakistan İslam Respublikasının 5-ci baş naziri.
Şahid Kapur
Şahid Kapur (25 fevral 1981) — tanınmış Bollivud aktyoru. Şahid Kapur karyerasına Taal (Ritm) adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlamışdır. 4 il sonra iştirak etdiyi Ishq Vishk (Romantik Sevgi) filminə görə Filmfare mükafatına layiq görülmüşdür. Ən uğurlu rolları Jab We Met (Görüşdüyümüz vaxt) və Kaminey (Əclaf) filmlərində olmuşdur. Məhz bu filmlərə görə yenidən Filmfare mükafatına layiq görülmüşdur. == Həyatı == Kapur 25 fevral 1981-ci ildə anadan olmuşdur. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqas kimi tanınır. Şahid 3 yaşındaykən valideynləri boşanmış və anasının yanında böyümüşdür. Onun atası və ögey anası Supriya Patakla kifayət qədər yaxşı əlaqələri olmuşdur.
Şahid dağ
Bir zamanlar yüksək olan ölkənin dağılmayıb təcrid olunmuş stolvari şəkildə qalan hissəsidir.Onlar zaman keçdikcə dağılır və düzənliklər əmələ gəlir.
Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi. == Həyatı == 1956-cı ildə Şahid Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlamışdır. Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub.
Şahid Əhmədli
Şahid Gülməmməd oğlu Əhmədli (17 oktyabr 1992; Saatlı rayonu, Azərbaycan — 12 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahid Əhmədli 1992-ci il oktyabrın 17-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Şahid Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahid Əhmədli oktyabrın 12-də Talış döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
HESA Şahid-136
Səssiz şahid (roman)
Səssiz şahid — britaniyalı yazıçı Aqata Kristi tərəfindən ilk dəfə 5 iyul 1937-ci ildə Böyük Britaniyada Collins Crime Club və ABŞ-da Dodd, Mead və Company tərəfindən daha sonra Puaro adı ilə nəşr edilmiş detektiv fantastika romanıdır. == Haqqında == Emili Arundell adlı varlı, Berkşirdəki evində yıxıldıqdan sonra qətlə cəhdin qurbanı olduğu inancı ilə Herkul Puaroya məktub yazır . Bununla belə, ailəsi və ailəsi onun tülkü teriyeri Bob tərəfindən qoyub getdiyi topu aşdıqdan sonra təsadüfən yıxıldığını düşünür. Puaro məktubu alanda onun artıq öldüyünü öyrənir; onun həkimi Dr. Grainger onun ölümünün xroniki qaraciyərdən olduğunu bildirir problemlər. Əvvəlki payızdan sağalarkən, etdiyi yeni vəsiyyət onun böyük sərvətini və evini yoldaşı Miss Minnie Lawsona vəsiyyət edir. Emilinin kiminsə onu öldürmək istədiyinə dair inancını araşdırmaq istəyən Puaro, dostu Artur Hastinqsin müşayiəti ilə qeyd edir ki, onun əvvəlki vəsiyyətinə əsasən, qardaşı oğlu Çarlz Arundell, qardaşı qızları Tereza Arundell və Bella Taniosla birlikdə miras alacaqdı. Hər üçü iradəyə qarşı çıxmaq istəyir, lakin bu hərəkəti davam etdirmir. Evi almaq bəhanəsi ilə ziyarət edən Puaro, pilləkənlərin yuxarı hissəsində lak ilə örtülmüş bir mismar tapır və ona ipin bağlandığını düşünür. Emilinin son sözləri ilə o, Bobun bütün gecəni çöldə keçirdiyini və buna görə də onun tıxac nəticəsində pilləkənlərdən yıxıldığını və Emily-nin həqiqətən də öldürülmə ehtimalının olduğunu başa düşür.
Şahid (film, 1969)
Şahid (mac. A tanú) – 1969-cu ildə Macarıstanın satira filmi olub, rejissoru Péter Bacsoʼdur. Film 1950-ci il və və 1956 -cı il üsyanının müzakirəsinin qadağan edildiyi bir vaxtda gərgin siyasi mühitdə çəkilib. Filmin kommunist hökuməti tərəfindən çəkilməsinə və maliyyələşdirilməsinə icazə verilsə də, sonradan göstərilməsinə qadağa qoyuldu. Xarici ölkələrdə bu lentlərin izlənməsi nəticəsində kommunist hakimiyyət orqanları bu filmin Macarıstandakı nümayişinə icazə verdilər. 1981-ci ildə Kann Film Festivalında nümayiş etdirildi. Sonradan davamı 1994-cü ildə "Megint Tanu" (" yenidən Şahid ") adı altında çəkildi . == Süjet == Filmdə Jozef Pelikan əvvəllər Macarıstanda İkinci Dünya müharibəsi dövründə kommunist hərəkatına qatılan və indi bir dambada işləyən tək bir atadır. O, yeraltı kommunist hərəkatından köhnə bir dostu Zoltan Daniyellə görüşür, indi o, Dunayda balıq tutan bir hökumət rəsmisidir. Daniyel çaya düşür və Pelikan onu xilas edir və onu evinə dəvət edir.
Şahid Xaqan Abbasi
Şahid Xaqan Abbasi (urdu شاہد خاقان عباسی; d. 27 dekabr 1958-ci il) 2017-ci ilin avqust ayından etibarən Pakistan İslam Respublikasının Baş naziri, pakistanlı siyasətçi. Pakistan Müsəlman Liqasının üzvü, 2008-ci ildən etibarən Pakistan Milli Assambleyasının üzvüdür. Abbasi öz siyasi karyerasına 1988-ci ildə başlamış və ard-arda altı dəfə Milli Assambleyaya üzv seçilmişdir. Pakistan Müsəlman Liqası 1997-ci ildə baş tutmuş seçkilərdə qalib gəldikdən sonra Pakistan Beynəlxalq Hava Yollarının sədri vəzifəsinə təyin olunmuş və 1999-cu ildə dövlət çevrilişi baş verənə qədər bu vəzifəni icra etmişdir. 2008-ci ildəki seçkilərdən sonra koalisiya hökumətinin tərkibində Kommersiya naziri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildəki seçkilər nəticəsində isə Neft və Təbii Resurslar naziri təyin olunmuş və 2017-ci ilin iyul ayında Nəvaz Şərif istefaya göndərilənə qədər bu vəzifəni icra etmişdir. 1 avqust 2017-ci il tarixində istefaya göndərilmiş Nəvaz Şərifin əvəzinə Baş nazir təyin olunmuşdur. == İlk illəri və təhsili == 1958-ci ildə Pakistanın Sind əyalətində yerləşən Kəraçi şəhərində Xaqan Abbasinin ailəsində anadan olmuşdur. Orta təhsilini Lourens Kollecində almışdır.1978-ci ildə ABŞ-nin Los-Anceles Kaliforniya Universitetində elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır.
Şəhid Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
Sonuncu şahid (film, 2004)
== Məzmun == "Sonuncu Şahid" Selcan (Məsmə Aslanqızı) adlı qızdır. O, qətl hadisəsinin şahidi olur. Qətli törədən Samir (Vüqar Əbdülov) digər şahidləri müxtəlif yollarla susdurmağa nail olur. Təkcə Selcandan başqa. Selcan hədə-qorxulara rəğmən öz vicdanının əksinə gedə bilmir və son məqamda məhkəmədə ifadə vermək qərarına gəlir. Çünki bütün günahlar həmin gecə Selcanı canilərin əlindən xilas edən Azər Səmədzadənin (Samir Qulamov) üstünə atılmışdı. Selcanın ifadəsindən sonra Azər azadlığa buraxılır, lakin, hadisələr daha da qabarıq hala gəlir. Samir öz dəstəsi ilə bir-bir şahidləri aradan götürməyə başlayır. Əlbəttə Selcan da təhlükə altında qalır. Hətta Samirin dəstəsi işi aparan hakim Sədi Həsənzadənin (Əliabbas Qədirov) nəvəsi Fərruxu (Murtuz Ələsgərov) da qaçırır ki, məhkəmədə işi Samirin xeyrinə həll etsin.
Şahid qız (film, 1990)
== Məzmun == Film anti-demokratik və qeyri-hüquqi dövlətdə baş verən sosial-siyasi hadisələr barədə söhbət açır.