şahı
şahılıq
OBASTAN VİKİ
Şahı
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Şahı Ada
Şahı adası, İslami adası (fars. جزبره شاهی/جزیره اسلامی‎), (azərb. شاهی آدا‎) — İranın Şərqi Azərbaycan ostanında, Urmiya gölünün şərq hissəsində yerləşən ada. Ada Urmiya gölündə yerləşən yeganə məskunlaşmış adadır. Gölün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada ümumilikdə 7 kənd vardır:Saray, Ağgünbəd, Gəmiçi, Borçalı, Qıpçaq, Teymurlu və Bəhramabad. Rəvayətə görə Hülaku xanın qəbri adada yerləşir.
Şahı Məmmədli
Şahı Elman oğlu Məmmədli (6 iyun 1995, Bərgüşad, Ucar rayonu – 1 dekabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahı Məmmədli 1995-ci il iyunun 6-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2002-ci ildə Bərgüşad kəndində 1-ci sinfə gedib, 2013-ildə məktəbi bitirib. == Hərbi xidməti == 2013-cü ildə həqiqi hərbi xidmətə yollanan Şahı Məmmədli 2015-ci ildə xidmətini başa vuraraq evinə geri dönüb. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinə könüllü şəkildə qatılıb və qəhrəmancasına şəhid olub.
Şahı adası
Şahı adası, İslami adası (fars. جزبره شاهی/جزیره اسلامی‎), (azərb. شاهی آدا‎) — İranın Şərqi Azərbaycan ostanında, Urmiya gölünün şərq hissəsində yerləşən ada. Ada Urmiya gölündə yerləşən yeganə məskunlaşmış adadır. Gölün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada ümumilikdə 7 kənd vardır:Saray, Ağgünbəd, Gəmiçi, Borçalı, Qıpçaq, Teymurlu və Bəhramabad. Rəvayətə görə Hülaku xanın qəbri adada yerləşir.
Şahı bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.