ŞAMAN

ruhlara, magiyaya, möcüzələrə inanan xalqlarda: cadugər, sehrbaz, ovsunçu, falçı.
ŞAM NAMAZI
ŞAMANİZM
OBASTAN VİKİ
Şaman (şəhər)
Şaman — Pakistanın şimalında, Bəlucistan əyalətində şəhər. Əfqanıstan sərhəddində yerləşir və Qəndəhar vilayəti ilə qonşudur. Əfqanıstan sərhəddinə yaxın olduğu üçün şəhər "Qızıl ayparanın" ən önəmli ixracatçı şəhərlərindən biridir.
Şaman Qayası
Şaman Qayası burnu, həmçinin Burxan burnu, Şaman burnu, Mağara burnu (bur. Ойхон Баабай, rus. Мыс Скала Шаманка) — Baykal gölündə yerləşən Olxon addasının qərb sahillərində yerləşir. İki zirvəli qaya «Şaman-qaya» adı ilə tanınır. Hal-hazırda təbiət və tariixi abidə olaraq qorunur.. İnzibati cəhətdən İrkutsk vilayəti, Olxonski rayonu, Xujir qəsəbəsi ərazisinə daxildir. Onun ərazisi Pribaykal milli parkı ərazisində yerləşir. Burunun Baykal daxilinə uzanması, sahildən ensiz bərzəxlə ayrılmasına görə onu burunların «adayabənzər tipinə» daxil etmək olar. Burun kristallaşmış əhəng daşından, bitişik sahil isə qranit və qneysdən təşkil olunmuşduir. Bərzəx isə düzən əraziyə sahibdir və çöküntülərlə örtülmüşdür.
Şaman burnu
Şaman burnu (bur. Айха Шулуун, rus. Шаманский мыс) — Baykal gölünün qərb qutaracağında, Slyudyanka şəhəri ilə Kultuk qəsəbəsi arasında yerləşən burun. Yerli sakinlər və turistlərin ən sevimli istirahət məkanlarından biridir. Gölün içərilərinə 600 m məsafədə daxil olur. Kultuk körfəzinin mərkəzində yerləşir. Burunun şərq hissəsi «Starı kamen» adlanır. Eni 30 m, uzunluğu isə 200 netrdən çoxdur. Əsas buruna 10 m eni olan bərzəxlə birləşir. Buryatlar arasında burun müqəddəs sayılır.
Şamanizm
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat. "Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu, istismara məruz qaldı və təhrifə uğradı. Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər. Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır.
Şamanyo
Şamanyö (fr. Chamagnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38067. Kommunanın 2012-ci il üçün əhalisi 1466 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 ilə 341 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 27 km şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Vladimir Şamanov
Vladimir Anatolyeviç Şamanov (15 fevral 1957[…], Barnaul) — rusiyalı siyasətçi. Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 2016-cı ildən VII və VIII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatıdır. Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin müavini. Texnika elmləri doktoru. 15 fevral 1957-ci ildə Barnaulda anadan olub. O, uşaqlığını Özbəkistanda, Sırdərya vilayətinin Mirzəçul rayonunun Qaqarin şəhərində keçirib. 1974–1976-cı illərdə — Daşkənd Ali Tank Komandanlıq Məktəbinin 12-ci rotasının kursatnı olub. 1978-ci ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini, 1989-cu ildə M. V. Frunze adına Hərbi Akademiyasını, 1998-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. 1992-ci ildə Qarabağ münaqişəsində Azərbaycan tərəfində vuruşub.

Digər lüğətlərdə