ŞAMAXI

I
(Ucar)
ölçü vahidi. – Bu il on şamaxı barama oldu
II
(Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Meğri, Zəngilan)
kəlağayı. – Akif Bakıdan gələndə nənəsinə bir şamaxı almışdı (Zəngilan); – Şamaxıdan yun şal baha olur (Kəlbəcər); – Ma: bir Gəncə şamaxısı al (Laçın); – Hasana deyarsaη, anan deyirdi ki, bir qara şamaxı alıb yullasın (Meğri); – Dövlətdilər şamaxı örtürdü (Füzuli); – Nənəm mq; bir şamaxı alıb (Cəbrayıl)
ŞAMADAT
ŞAMARTI
OBASTAN VİKİ
Dəmirçi (Şamaxı)
Dəmirçi — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəmirçi Şamaxı rayonunun eyniadlı kəndin inzibati ərazi vahidində kənddir. Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədar olmuşdur. == Coğrafiya və iqlim == İqlimi mülayimdir, yayda sərin, qışda isə çox da sərt olmur. Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da kəndin üstü həmişə günəşli olur. Kəndin iqlim şəraiti kənar yaşayış məskənlərinkindən fərqlidir. == Əhali == Dəmirçi kəndi Dəmirçi inzibati ərazi vahidinə aiddir.
Günəşli (Şamaxı)
Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır. == Tarixi == Şamaxı rayonunun Günəşli kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. 19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır. == Əhalisi == Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir., 145 təsərrüfatı var.
Hacılı (Şamaxı)
Hacılı — Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 346 nəfərdir ki, onunda 157 nəfəri kişi, 189 nəfəri isə qadınlar təşkil edir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, Şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Hacıqədirli (Şamaxı)
Hacıqədirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. XIX əsrdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş 84 ailədən ibarət bir elat hacıqədirli adlanırdı. Onlar yayı Dağlıq Şirvanda, qışı isə Şirvan düzündə keçirirdilər. XIX əsrin sonlarında oturaqlaşmağa başlayan hacıqədirlilər bu yaşayış məntəqələrində məskunlaşmışdılar. == Əhalisi == Kənd əhalisi 444 nəfərdir ki, onunda 215 nəfəri kişi, 229 nəfəri isə qadınlar təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Laləzar (Şamaxı)
Laləzar — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunun Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinın Əliçapan dağının şimal-şərqində yerləşir. Kənd əhalisi 474 nəfərdir ki, onunda 241 nəfəri kişi, 233 nəfəri isə qadınlar təşkil edir., 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Kərimbəyli Kiçik Quşçusu olmuşdur. Yaşayış məntəqəsi qədim türk tayfalarından olan quşçuların kərimbəyli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. 1960 illərdə adı dəyişdirilərək Laləzar adlandırılmışdır.Kənd ərazisində bir ümumi orta məktəb fəaliyyət göstərir. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Meydan (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Mirikənd (Şamaxı)
Mirikənd — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Mirikənd kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin Şm.-ş ətəyindədir. Əhalisi 799 nəfərdir (2009), 170 təsərrüfatı var. 19 əsrə aid bir mənbədə Bakı quberniyasının Şamaxı qəz. Qoşun sahəsinin Meysəri kənd icmasına daxil olan Mirikənd kəndinin adı (35 ailə. 206 nəfər əhali) qeydə alınmışdır. Kəndin adı burada məskunlaşmış qaravəlli tayfasına mənub bir qrup ailələrin başçısı olmuş Miri adlı şəxsin adı ilə bağlıdır.
Muğanlı (Şamaxı)
Muğanlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Bakıdan 118 km, Şamaxıdan Ağsu rayonu istiqamətinə doğru 10–12 km məsafədə yerləşir. Kənd əhalisi 1140 nəfərdir ki, onunda 574 nəfəri kişi, 566 nəfəri isə qadınlar təşkil edir.
Mədrəsə (Şamaxı)
Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar. Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Məlhəm (Şamaxı)
Məlhəm – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Burda yetişən ən böyük şairlərdən biri olararaq Əfzələddin Xaqani`ni rahatlıqla göstərə bilərik. Hal-hazırda Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən hesab olunur. Tarixdə Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olmuşdur. Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur. Elm ocaqları yerindən yeksan olub, hələ də onların qalıntıları gözlə görüləcək qədər asandır. Mədəniyyəti heç təsəvvür edilməyəcək qədər zəngindir.Hələ də öz köhnə ata-baba adət ənənəsinə görə hərəkət edən yeganə kəndlərimizdən biridir.Hər bölgənin özünə məxsus mədəniyyəti vardır.Məlhəm kəndinin mədəniyyəti Azərbaycan`ın ən gözəl mədəniyyət ocaqlarından biri olaraq göstərilir.Hətta, adət ənənəsinə görə bu kənddə "Bəyin oğurlanması" adında kinofilm çəkilmişdir.Filmdə kəndin gözəl adət ənənələrindən biri olan toy mərasimi lentə alınmışdır Məşhur Bəyin oğurlanması (film, 1985) filmi Məlhəm kəndində çəkilib.
Nüydü (Şamaxı)
Nüydü — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nunun Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Kənd əhalisi 711 nəfərdir ki, onun da 336 nəfərini kişi, 375 nəfərini isə qadınlar təşkil edir. 113 təsərrüfatı var. 19-cu əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Nüydü 1-ci kəndi (13 ailə, 97 nəfər), Şamaxı qəzasının Qəbiristan sahəsində Nüydü 2-ci kəndi (49 ailə, 329 nəfər) qeydə alınmışdır. Qoşun sahəsində qeydə alınan Nüydü kəndi Ağsu rayonundakı eyniadlı kənd, Qəbiristan sahəsindəki isə müasir Şamaxı rayonundakı Nüydü kəndidir. Kəndin adı tat dilindəki nüy (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Yaşayış məntəqələri köhnə kənd yerlərinin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.
Ovculu (Şamaxı)
Ovçulu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Ovçulu kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin yamacındadır. Kənd əhalisi 1169 nəfərdir ki, onunda 593 nəfəri kişi, 576 nəfəri isə qadınlar təşkil edir., 249 təsərrüfatı var. Kənddə Hacıbaba, Verdili, Eynəddinli, Hapıtlı, Abdullalı, Qocamanı, Pirməmmədli, Səfərli, Seyidli, Rəhimuşağı, İsmayıluşağı, Hüseynuşağı, Fərhadlı, (Əhməd) uşağı adlı tirə və nəsillər vardır. Yaşayış məntəqəsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə 19 əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır.
Pirqulu (Şamaxı)
Pirqulu – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının yaşaması üçün salınmışdır. Pirqulu böyük turizm zonasıdır.
Qaladərəsi (Şamaxı)
Qaladərəsi – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Qala çayının (Ağsu çaynın qolu) sahilində, dağətəyi ərazidədir. Əhalisi 143 nəfərdir (2009), 36 təsərrüfatı var. İlkin əhalisi qonşu Qaleybuğurd və başqa kəndlərdən gələrək qazmalar şəklində məskunlaşarmış və sonralar kənd yaşayış məskəni kimi formalaşmışdır. Qaladərəsi kəndi yerləşdiyi ərazinin relyefinə uyğun Qaleybuğurd qalasına yaxın çay dərəsində yerləşdiyinə görə Qaladərəsi adlandırılmışdır. Kənd əhalisi 140 nəfərdir ki, onunda 64 nəfəri kişi, 78 nəfəri isə qadınlar təşkil edir.
Qaravəlli (Şamaxı)
Qaravəlli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. 1886 il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) qeyd edilən ərazidə yaşadığı göstərilir. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır. 1919-cu il tarixində ermənilər tərəfindən 66 evlik Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşaq öldürülmüşdür.
Qonaqkənd (Şamaxı)
Qonaqkənd – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Qonaqkənd kəndi Hacılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qonaqkənd kənd Soveti yaradılmışdır. XIX əsrdə əhalinin siyahıya alınması zamanı Şamaxı qəzası Qoşun sahəsində Qonaqkənd kəndi (118 ailə, 604 nəfər) qeydə alınmışdır. XIX əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791-1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir. Kənd Cabanı yaylasının şimal-şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilində yerləşir. Kənd əhalisi tatlardan ibarətdir. 1919-cu il tarixində ermənilər tərəfindən 155 evlik Qonaqkənd kəndində 25 kişi, 5 qadın, 4 uşaq öldürülmüşdür. Kənd əhalisi 882 nəfərdir ki, onun da 416 nəfəri kişi, 466 nəfəri isə qadınlar təşkil edir. Kənddə 166 təsərrüfat var.
Qurdtəpə (Şamaxı)
Qurdtəpə (əvvəlki adı: Novodmitriyevka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1874-cü ildə Rusiyanın müxtəlif əyalətlərindən köçürülmüş rusların bu ərazidə yerləşdirilməsi nəticəsində Novodmitriyevka adlandırılmışdır. 1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinə aid xəritədə Şamaxı qəzasında Novodmitrovka kəndi ilə yanaşı, ondan az aralı, cənubda, Meysəri kəndindən şimali-qərbində Qurdtəpəsi (Kurd təpəsı yazılış formasında) adlı kəndin olması göstərilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra kəndin əvvəlki Qurdtəpə adı bərpa edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Muğanlı kənd inzibati-ərazi vahidi tərkibindəki Novodmitriyevka kəndi Qurdtəpə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Qurdtəpə kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qurdtəpə kənd inzibati ərazi vahidi yaradılmışdır. Kənd Qurdtəpə yaylasında yerləşir. 1886-cı il əhalinin siyahıyaalınması sənədlərində Şamaxı qəzasında Novodmitriyevka kəndi (20 ailə, 96 nəfər əhali) qeydə alınmışdır. Hazırda kənd əhalisi 741 nəfərdir ki, onun da 373 nəfəri kişi, 368 nəfəri isə qadınlar təşkil edir. Kənddə 139 təsərrüfatı var.
Şamaxı
Şamaxı — Azərbaycan Respublikasında şəhər, Şamaxı rayonunun mərkəzi. Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir. S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir.
Acıdərə (Şamaxı)
Acıdərə — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 25 km cənubdadır. Azərbaycanın əhalisinin sayına görə ən kiçik kəndidir. == Tarixi == Acıdərə çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə Şamaxı qəzasında yaşamış çıraqlı tayfasının qışlaq yeri olmuşdur. 1896-cı ildə çıraqlıların bir hissəsi Acıdərədə xidmət evi olan poçt (çaparxana) ətrafında məskunlaşmışlar. Yaşayış məntəqəsi yerləşdiyi ərazinin adı ilə adlandırılmışdır. == Əhalisi == Əhalisi 1 nəfərdir, 3 təsərrüfatı var (2009).
Adnalı (Şamaxı)
Adnalı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ələt-Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub-qərbdə yerləşir. == Əhalisi == Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 175 təsərrüfat var. == Mədəniyyəti == Kənddə klub və kitabxana var. == Təhsil == Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir. == Din == Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Quşçu (Şamaxı)
Quşçu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir. Kənd Ləngəbiz silsiləsinin yamacında yerləşir. 1919-cu il tarixində ermənilər tərəfindən 600 evlik Quşçu kəndində 192 kişi, 115 qadın, 25 uşaq öldürülmüşdür. Hazırda əhali sayına görə rayonun ikinci böyuk kəndidir.
Sabir (Şamaxı)
Sabir — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Şamaxı rayonunun Sabir inzibati ərazi vahidində qəsəbə. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 3702 (2009) nəfərdir, 546 təsərrüfatı var. 11 illik məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Yaşayış məntəqəsi 1960 ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmış, sovxozun əhalisi əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır. Qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır.
Sis (Şamaxı)
Sis — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonunun Qəleybuğurd inzibati ərazi dairəsində kənd. Pirqulu dağının cənub-qərb yamacında, Ağsu çayının hövzəsinə məxsus Sis çayının yaxınlığında yerləşir. Kəndin ərazisi meşəlikdir. Pirqulu yaylasında günəşli havalar olduğu halda yaylanın Ağsu çayı sahəsində Sis kəndi yerləşən yamacda ən çox dumanlı, çiskinli havalar olur. Əvvəllər Bakı quberniyasının Şamaxı qəzasının Qoşun sahəsində Sis kəndi Sis qazma kimi qeydə alınmışdır. Qonşu Qəleybuğurd və Çağan kəndlərindən çıxmış ailələr ilk əvvəl qazmalar şəklində məskunlaşaraq sonralar kənd kimi formalaşmışdır. Sis toponimi yerləşdiyi ərazinin təbii şərait və xüsusiyyətlərini özündə əks etdirir. Əhalisi 362 nəfərdir (2009), 79 təsərrüfatı var.
Məlikçobanlı (Şamaxı)
Məlikçobanlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Məlikçobanlı kəndi Çarhan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Məlikçobanlı kənd Soveti yaradılmışdır. XIX əsr qaynaqlarının birində Bakı quberniyasının Şamaxı ərazisinin Qəbiristan sahəsində Məlik çobanı köçü qeydə alınmışdır. Əvvəllər Göyçay qəzasında və Şamaxı qəzasında maldarlıqla məşğul olan Məlik çobanı eli olmuşdur. Keçmişdə hakim mövqeyə malik Xançobanı tayfasına mənsub olan ellərdən birinin Məlik çobanlıların olması göstərilir. Ehtimal ki, Məlik titul və ya şəxs adıdır. Kənd Zoğalava çayının sahilində, dağ ətəyində yerləşir. Məlikçobanlı palçıq vulkanı ilə məhşurdur. Həmin vulkan 1810-cu ildə aşkarlanıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 27.05.2019-ci ildə qeydə alınıb.
Gülüstan qalası (Şamaxı)
Gülüstan qalası – Azərbaycanın Şamaxı rayonu ərazisində yerləşən IX–XII əsrlərə aid qala. Qaladan əldə edilmiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə – XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. == Tarixçəsi == El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin "Şamaxı Gülüstanın ətəyindədir" və Arif Ərdəbilinin "Şamaxı Gülüstanında bir qala var" deyimləri də bu fikri təsdiqləyir. Gülüstan qalasında tikinti mədəniyyətinin yüksəkliyi onun böyük dövlət əhəmiyyəti ilə bağlı olmuşdur. Müdafiə tikilisində yarı və yaxşı yonulmuş daşlar işlədilməklə yanaşı, başqa daş plastikası örnəklərinin olması qalanın sahiblərinin yüksək mövqeyini bildirməliydi. Arif Ərdəbili Gülüstan qalasını öyərkən onu da bildirir ki, "gözəllikdə onun tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilmişdir." Söz yox ki, bu qalanın tikintisində Şirvanşahların ən bəlli saray memarları, bənna və daşyonanları çalışmışlar.
Meydan məhəlləsi (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Mustafa xan (Şamaxı xanı)
Mustafa xan Xançobanlı (d. 1768 – ö. 17 sentyabr 1844) — sonuncu Şirvan xanı. Mustafa xan Ağası xan oğlu Şamaxı şəhərində anadan olmuşdu. О xeyli qaçqın həyat sürdükdən sоnra 1792-ci ildən xanlıq kürsüsünə sahib оldu. Bir zaman Azərbaycan xanlıqlarına və xanlarına qənim kəsilmiş Fətəli xan Qubalının əlindən canını götürüb qaçaraq Qarabağ xanlığına pənah gətirmiş оlan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qоlları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildi. Оnları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı. Bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və оradan da Avarstana getdilər. Оrada da qala bilməyən xanzadələr Qarabağa və оradan da Türkiyəyə getdilər.
Müqəddəs Nina qız gimnaziyası (Şamaxı)
Müqəddəs Nina qız gimnaziyası — "Müqəddəs Nina" xeyriyyə cəmiyyətinin qız məktəbi. "Müqəddəs Nina" qadın xeyriyyə cəmiyyətinin 1848-ci ilin aprel ayının 30-da açmış olduğu rus qız məktəbi 1859 Şamaxı zəlzələsi səbəbilə 11 il fəaliyyət göstərdikdən sonra 30 may 1859-cu ildə Şamaxıdakı fəaliyyətini dayandırmalı oldu. Güclü zəlzələ nəticəsində Şamaxı dağılmışdı və quberniya mərkəzi bütün idarələri ilə birlikdə Bakıya köçürüldü. Ona görə də 1861-ci ildə yeni quberniya mərkəzi kimi məhz Bakıda Müqəddəs Nina Bakı qadın təhsil müəssisəsi açıldı. Məktəbdə 17 nəfər azərbaycanlı qız təhsil alırdı.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır. Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435–1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150–180-ə çatır. Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H. F. Sultanov 1960–1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Qalacıq yaşayış yeri (Şamaxı)
Qalacıq yaşayış yeri (III-XIII əsrlər) — ilk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km aralıda, Saxsılı taxta yaşayış yerinin şərqində yerləşir. Sahəsi təqribən 15 hektara yaxındır. Abidənin şərq tərəfində Taxtalar adlanan əkin sahəsi, şimalda Qızılca dağlarının otlaq sahələri, qərbində Əpci dərəsi, cənubunda isə Pirəbağdad adlı orta əsr türbəsi yerləşir. Əpci çayı abidənin ərazisindən keçir. Pirəbağdad türbəsinin yaxınlığında “Təpə dibi” adlı hündür bir yer vardır. Bu təpənin uçmuş hissəsinin kəsiyindən ilk orta əsrlərə aid saxsı məmulatı aşkar olunmuşdur. Çox güman ki, burada gözətçi məntəqəsi yerləşmiş və Qalacıqdan cənub tərəfi izləməyə xidmət etmişdir. Yaşayış yerinin ətraflarındakı əlverişli təbii-coğrafi şərait, burada ilk orta əsrlərdə yaşamış əhalinin təsərrüfat həyatında heyvandarlığın və əkinçiliyin əhəmiyyətli rol oynamasına imkan yaratmışdır. Yaşayış yerində 5×5 m ölçüdə qazıntı işləri aparılmış (1974 ildə), onun birtəbəqəli ilk orta əsr abidəsi olduğu müəyyən edilmişdir.

Значение слова в других словарях