şaqır-şaqır 2021
şaqqa
OBASTAN VİKİ
Amur şaqqıldaqmeyvəsi
Amur şaqqıldaqmeyvəsi (lat. Physocarpus amurensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü. Şimali-Şərqi Çində, Uzaq Şərqin cənubunda bitir. Hündürlüyü 3 m-ə qədər olan sıx yarpaqlı koldur. Cavan zoğları hamar olub, qonur-boz rəngli qabıqla örtülmüşdür. Yarpaqları iridir, uzunluğu 8-10 sm-ə qədərdir, 3-5 hissəlidir, qarağatın yarpaqlarına bənzəyir. Çiçəkləri ağ rənglidir, diametri 15-18 mm, qoxusuzdur. 10-15 ədəd çiçəkləri çətirşəkilli hamaşçiçək qrupuna yığılmışdır. May-iyun aylarında 3 həftə ərzində çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir.
Ağacvari şaqqıldaq
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Başınağacıyarpaq şaqqıdaqmeyvə
Kilikiya şaqqıldağı
Kilikiya şaqqıldağı (lat. Colutea cilicica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. Avropa və Balkan yarımadalarında yayılmışdır. 3-6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7-9 sm uzunluğunda, 3-4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16-25 mm uzunluğunda, 10-15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4-7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir.
Komarov şaqqıldağı
Komarov şaqqıldağı (lat. Colutea komarovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. Azərbaycanda dar bir arealda yayılmışdır. Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür.
Qafqaz şaqqıldağı
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Şaqqıldaq
Şaqqıldaq (lat. Colutea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Şaqqıldağın növləri Avrasiyanın mülayim iqlimə sahib olan bölgələrində (Mərkəzi və Şərqi Avropa, Kiçik və Orta Asiya, Qafqaz və Zaqafqaziya) yayılmışdır.
Şərq şaqqıldağı
Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır. Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir.
Başınağacıyarpaq şaqqıldaqmeyvə
Başınağacıyarpaq şaqqıldaqmeyvə (lat. Physocarpus opulifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü. Amerikada, Kanadada təbii halda yayılmışdır. Yarımşar formalı, çətirli, tüksüz, açıq şabalıdı rəngli zoğları olan 3 m-ə qədər hündürlükdə kollardır. Yarpaqları 3-5 dilimlidir. Orta dilimi uzanmış dəyirmi elliptik, mişarvarı dişcikli, çılpaq, üstdən yaşıl, alt tərəfdən isə açıq yaşıl rəngdə olmaqla 2-4 sm uzunluqdadır. Çiçəkləri 10–12 mm diametrli çılpaq və ya seyrək tükcüklərlə örtülmüş çiçək qrupunda yerləşmişdir. Erkəkciyi 3 ədəd olub, qırmızı rəngdədir, dişiciyi 3-5-dir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir. Yarpaqcıq meyvə, kasa yarpaqlarından 2 dəfə və ya daha çox uzundur.
Şaqqıldaqmeyvə
Şaqqıldaqmeyvə (lat. Physocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Digər lüğətlərdə