ŞAŞQIN

sif.
1. Nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı.
Fikri şaşqın, qəlbi həyəcanlı idi. M.İbrahimov.
Qız [oğlanın] şaşqın tərəddüdünü görüb gülümsədi. İ.Əfəndiyev.

// Zərf mənasında.
Gülzar bir şey axtaran və ya kömək gözləyən kimi, şaşqın o yan-bu yanına baxdı. T.Ş.Simurq.
Gülyaz gecəyarısı şaşqın halda oyanıb, Səmədi evdə görmədi, onun haraya getdiyini dərhal anladı. M.Hüseyn.

2. Sərsəm, ağlını itirmiş.
[Qızlar:] Şaşqındır o divanə; Gəl, gəl, oluruz rüsva. H.Cavid.

// is. Şaşqın adam.
[Rauf:] Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar. H.Cavid.

ŞAŞKALI
ŞAŞQINCA

Значение слова в других словарях

голёшенько голла́ндский перворазря́дник эндоскопи́ческий алфави́тный наря́дно непрофессионали́зм оха́ивать поигра́ть помину́тно поразмы́слить похрипе́ть предосторо́жность са́харный диабет херотония amentaceous amorce lisp pigeoneer steal vesania ипотека неумолимый правоверный ссора