ştalmeyster
ştamb
OBASTAN VİKİ
Ştam
Ştam — morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi. "Stam" alman sözü olub, "gövdə" deməkdir. Mikroorqanizm ştamlarını əldə etmək, hazırlamaq qanunlarını öyrənən elm sahəsi seleksiya adlanır.
Ştam serialının seriyalarının siyahısı
Ştam (ing. The Strain) — 13 iyul 2014-cü ildə FX telekanalında təqdim edilmiş ABŞ qorxu dram teleserialıdır. Teleserial eyni adlı romanlar seriyası əsasında Gilyermo del Toro və Çak Hoqan tərəfindən yaradılmışdır. Serialın icraçı prodesseri və şouranneri Karlton Kyuz olmuşdur. Dörd mövsüm ərzində serialın 46 epizodu təqdim edilmişdir. Aşağıdakı siyahıda mövsümlər üzrə seriyaların siyahısı, hər seriya haqqında qısa məlumat və məzmunu verilmişdir. == Ümumi baxış == == Mövsümlər == === I mövsüm (2014) === === II mövsüm (2015) === === III mövsüm (2016) === === IV mövsüm (2017) === == İstinadlar == == Xarici keçidlər == fxnetworks.com/thestrain — Ştam serialının seriyalarının siyahısının rəsmi saytı «Ştam» — Internet Movie Database saytında.
Andromeda ştamı
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Andromeda ştamı (roman)
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Rudolf Ştammler
Rudolf Ştammler (alm. Karl Eduard Julius Theodor Rudolf Stammler‎,19 fevral 1856[…], Alsfeld, Hessen – 25 aprel 1938[…], Verniqerode, Saksoniya-Anhalt) — Almaniya iqtisadçısı. == Həyatı == === Fəaliyyəti === R. Ştammlerin əsas əsəri "Təsərrüfat və hüquq"dur (1896-cı il), burada o sosial məktəbin fəlsəfi və metodoloji prinsiplərini dürüst ifadə etmişdir. Ştolsman "Sosial kateqoriyalar" (1896-cı il), "Xalq təsərrüfatında məqsəd" (1909-cu il), "Xalq təsərrüfatı fəlsəfəsinin əsasları" (1925-ci il) əsərlərində həm də bu təlimin nəzəri – metodoloji əsaslarını inkişaf etdirmişdir. Sosial məktəbdə A. Ammonun "Siyasi iqtisadın predmeti və əsas anlayışları" (1911-ci il), "Xalqın rifahı haqqında təlimin əsasları" (1926-cı il), F. Oppengeymerin "Xalis və siyasi iqtisadın nəzəriyyəsi" (1902-ci il), "Sosial məsələ" (1912-ci il), "Kapital olan dəyər və mənfəət" (1922-ci il), F. Petrinin "Marksın dəyər nəzəriyyəsinin sosial məzmunu" (1916-cı il), K. Dilin "Nəzəri və siyasi iqtisad (1916-cı il), "Kapitalizmin hüquqi əsasları" (1929-cu il) əsərləri mühüm yer tutur. Sosial məktəb yeni tarix məktəbinin varisi olub, onun nümayəndələrinin arxasınca iqtisadi həyatın müəyyənedici amilləri kimi hüquqi və etik normaları nəzərdən keçirirdi, lakin yeni tarix məktəbindən fərqli olaraq, sosial məktəbin tərəfdarları göstərirdilər ki, iqtisadi münasibətlər müəyyən sosial məzmuna malikdir ki, bu münasibətlərin arxasında insanlar arasında ictimai münasibətlər durur və əsasını iqtisadi hadisələrin təhlilinə sosial yanaşma təşkil edən iqtisadi nəzəriyyə yaratmağa cəhd edirdilər. Bu məktəbin metodologiyası formanın məzmun üzərində üstünlüyünün qəbul edilməsinə əsaslanırdı. Ştammler göstərirdi ki, insanlar üzərində əlaqələri məhz hüquq müəyyən edir, Dil isə qeyd edirdi ki, elmi tədqiqatın predmeti yalnız hüquqi iqtisadiyyatdır və sosial həyatda səbəb-nəticə yox, hüquqi qanun hökmranlıq edir. Ştammler hesab edirdi ki, iqtisadi hadisələrdə formanı və məzmunu fərqləndirmək lazımdır: məzmun insanların ictimai əmək bölgüsünə əsaslanan birgə fəaliyyətin, forma isə hüququn, dövlətin, qanunların köməyi ilə həyata keçirilən xarici tənzimlənmədir və sosial təsərrüfat yalnız forma ilə ölçülür. Sosial məktəb iqtisadi qanunun mümkünlüyünü inkar etməklə çıxış etdi.
Ştamplama
Ştamplama materialın plastiki deformasiyasına əsaslanan proses olub hissənin ölçüsünü və formasını dəyişmək üçün tətbiq edilir. Ştamplama üçün çox vaxt metal və plastmas tətbiq edilir.İki növü mövcuddur: həcmi və lövhə ştamplama. Lövhə ştamplamada hissənin ilkin froması az dəyişdrilir. Ştamplama prosesini aparmaq üçün presslərdən istifadə olunur. Onlar materialı mexaniki təsirin köməyi ilə dəyişdirməyə imkan verir. Lövhə ştamplamasında aşağıdakı əməliyyatlar aparılır: Kəsmə, Basma, Əymə, Pərçimləmə, Deşməİsti halda həcmi ştamplama Burada metal pəstahları qızdırılmış halda xüsu alətin - ştampım köməyi ilə təzyiq altında emal edərək lazımi formaya salınır. Metalın axması ştampın daxilində olan boşluqla təyin olunur. İsti metal bu boşluqda axaraq lazım olan formanı alır. Pəstah kimi çubuqlardan istifadə olunur. Bunun üçün onlar əvvəlcədən kəsilərək lazımi ölçüyə salınır.