ŞƏHRİZAD

Hərfi mənası “şəhərdə doğulmuş” deməkdir. Fars dilindən alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞƏHRİYAR
ŞƏKƏR
OBASTAN VİKİ
Şəhrizad (roman)
Şəhrizad — Vahid Məmmədlinin bolşevik işğalından sonra vətənpərvər azərbaycanlıların üzləşdikləri faciələr, repressiya illərində məruz qaldıqları əzablı sürgün həyatlarının bədii təcəssümü olan romanı. Roman müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır. Stalinin bolşevik rejimindən öncəki Bakıda təşkil etdiyi bank soyğunları, milyonçu Musa Nağıyevin oğurlanması, qarətlər, Şuşa əsilzadələri Şəhrizad və Talıbın əzablı sevgi hekayətləri və sürgün həyatı, şair Məlik Məftunun, bəy oğlu Məmmədrəsulun, mərd el ağsaqqalı Sibir Qəzənfər və digər obrazların timsalında bolşevik işğalı dövrünün təsirli hekayətində xalqın öz kökündən dönməməsi, namus və milli kimliyin qələbəsindən söhbət açılır. “Gözəlliyə olan sevgi zövq işidirsə, gözəllik yaratmaq incəsənətdir” fəlsəfəsini romanın əsas ideya xəttinə çevirən müəllif Şəhrizadın və xalçaçılıq sənətinin, sevgi və ədəbiyyatın timsalında, qadın və incəsənətin böyük bir qüvvə olduğunu, bu qüvvənin qarşısında Stalinin simasında ən güclü diktatorların da aciz olduğunu təsvir edir.
Şəhrizadə
Söyləməzoğlu Şəhrizadə Kamali Səhaməttin qızı (d. 3 sentyabr 1952, Ankara, Türkiyə Respublikası) — müğənni, xanəndə, xeyriyyəçi, caz musiqiçisi və mahnı bəstəçisidir. Şəhrizadə Kamali Söyləməzoğlu 1952-ci il 3 sentyabrda Ankara şəhərində ziyalı ailəsində anadan olub. Atası "Mədən kralı" kimi tanınan Səhaməttin Kamali Söyləməzoğlu iş adamıdır. Anası məşhur, hörmətli Sevinc Tevs ilk türk caz müğənnisi olub. 1970-ci ildə Beyrut şəhəri Choueifat Beynəlxalq İngilis Kollecini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Türk, ingilis, fransız və ərəb dillərini öz ana dili kimi istifadə edir. Qüvvət komandiri general Süleyman Şefiq paşanın nəvəsidir. Ədhəm Pərtəv paşanın qardaşı olan Rumeli bəylərbəyi və Konya qubernatoru Əli Kamali paşa ulu babasıdır. Bibisi Pərizad Osmanlı İmperiyası şahzadəsi tituluna malik idir.
Şəhrizadə (Rimski-Korsakov)
Şəhrizadə (rus. "Шехерезада") – Nikolay Rimski-Korskov tərəfindən 1888-ci ildə bəstələnmiş op. 35 simfonik süita. Əsər daha sonra balet üçün uyğunlaşdırılmışdır. Əsər qədim ərəb nağılları toplusu olan "Min bir gecə"nin motivləri əsasında yazılmışdır və bəzən "Ərəb Gecələri" də adlandırılır. Əsər iki növ musiqi elementinin kombinasiyası – rus musiqisinin əsas elementləri və Rimski – Korsakovun xüsusi əlavələri – heyranedici əlvan orkestrasiya və Çar Rusiyasında Şərqşünaslığın inkişafının əsasını təşkil edən bütün sahələrdə Şərqə qarşı böyük maraqdan doğan şərq musiqisi elementləri – şəklində yazılmışdır. Şəhrizadə Rimski – Korsakovun ən məşhur əsəridir. 1887-ci ilin qışında Rimski – Korsakov Aleksandr Borodinin yarımçıq qalmış "Şahzadə İqor" operasını tamamladıqdan sonra, Min bir gecə nağıllarının motivləri əsasında orkestral bir əsər yazmaq qərarına gəlmişdi. İşləyəcəyi əsərin strukturunu hazırladıqdan sonra o ailəsi ilə birlikdə Çeryemenyetskoye gölü yaxınlığındakı Nejqovitsidə yerləşən Qlinki-Mavrini daçasına köçdü. Burada keçirdiyi yay boyunca o, Şəhrizadəni və Rus Şərq Fetivalı Üvertürasını tamamladı.
Şəhrizadə (müğənni)
Söyləməzoğlu Şəhrizadə Kamali Səhaməttin qızı (d. 3 sentyabr 1952, Ankara, Türkiyə Respublikası) — müğənni, xanəndə, xeyriyyəçi, caz musiqiçisi və mahnı bəstəçisidir. Şəhrizadə Kamali Söyləməzoğlu 1952-ci il 3 sentyabrda Ankara şəhərində ziyalı ailəsində anadan olub. Atası "Mədən kralı" kimi tanınan Səhaməttin Kamali Söyləməzoğlu iş adamıdır. Anası məşhur, hörmətli Sevinc Tevs ilk türk caz müğənnisi olub. 1970-ci ildə Beyrut şəhəri Choueifat Beynəlxalq İngilis Kollecini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Türk, ingilis, fransız və ərəb dillərini öz ana dili kimi istifadə edir. Qüvvət komandiri general Süleyman Şefiq paşanın nəvəsidir. Ədhəm Pərtəv paşanın qardaşı olan Rumeli bəylərbəyi və Konya qubernatoru Əli Kamali paşa ulu babasıdır. Bibisi Pərizad Osmanlı İmperiyası şahzadəsi tituluna malik idir.
Şəhrizadə Sepanlı
Şəhrizadə Sepanlı (3 iyul 1975, Tehran) — İranlı-Amerikalı müğənnidir. O, şair Məhəmmədəli Sepanlının qızıdır. O, Tehranda anadan olub və 1980-ci ilin ortalarında ABŞa mühacirət edib. Hazırda həyat yoldaşı və iki övladı ilə Los-Ancelesdə yaşayır.
Şəhrizadə Sipanlı

Digər lüğətlərdə