ŞƏRƏN
ŞƏRİƏT
OBASTAN VİKİ
Dərdimə şərik ol (roman)
Elmar Şərifov
Elmir Şəripov
Famil Şərifov
Şərifov Famil Həsən oğlu — Azərbaycanın əməkdar müəllimi, üzümçü-alim. == Həyatı == 20 noyabr 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləmişdir. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparmışdır.1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar genişmiqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil etmişdir. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınmışdır. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilmişdir (24 sentyabr, 1988-ci il).Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır.
Firəngiz Şərifova
Firəngiz Abbasmirzə qızı Şərifova (6 fevral 1924, Bakı, Azərbaycan SSR, SSRİ – 20 fevral 2014, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1969). == Həyatı == Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası aktyor, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə (1893–1938), anası Mərziyyə Davudova (1901–1961) idi. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. 1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb.
Göy məscid (Məzari-Şərif)
Göy məscid (Məzari-Şərif) — Əli Məqbərəsi və Həzrət Əlinin ziyarətgahı adları ilə də tanınır - Əfqanıstanın Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərindəki cümə məscidi və məqbərədir. Məzari-Şərif və Bəlx vilayətinin əsas simvolu və vizit kartıdır. Bəzi məlumatlara görə, Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu, son saleh xəlifə Əlinin dəfn olunduğu ehtimal edilən yerlərdən biridir. == Tarixi == Bəzi tarixi məlumatlara görə, Əli öldürüldükdən və nəşi Bağdad yaxınlığındakı Nəcəfdə dəfn edildikdən az sonra bəzi ardıcılları onun cəsədinin düşmənlər tərəfindən murdarlanacağından narahat olub, cəsədi gizlətməyə qərar veriblər. Cəsədi dəvənin üstünə qoyub, dəvə yıxılana qədər bir neçə həftə getdilər. Bundan sonra cəsədin dəvənin yıxıldığı yerdə basdırılması qərara alınıb. Dəfn yeri sonralar müqəddəsin məzarı kimi — farsca “Məzari-şərif” adı ilə tanınmağa başladı. Sonralar dəfn yerinin - Məzari-Şərifin (fars. مزار شریف‎) ətrafında eyni adlı şəhər yarandı. Rəvayətə görə, qəbir təsadüfən aşkar edilib və qəbrin üzərində ilk ziyarətgahı Səlcuq imperiyasının sonuncu sultanı Əhməd Səncər tikdirib.
Güşvər Şərifova
Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Kinossenarist, dramaturq Rövşən Ağayevin həyat yoldaşıdır. Aktyor Asiman Ağayevin anasıdır Əməkdar artist, aktrisa Leyli Vəliyevanın bacısıdır Əməkdar artist, aktyor Nofəl Vəliyevin baldızıdır === Teatr səhnəsindəki rolları === Gəncə Dövlət Dram Teatrı Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı) Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev) Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə") Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə) Nazan – ("Yad qızı) Orxan Kamal) Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa) Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova) Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov) Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski) Həlimə — ("Doğmalar" Rəhman Əlizadə) Məryəm- ("Qız atası" Əfqan) Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli) Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli) Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov) Lalə — ("İntizar" Surxay Səfər) Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev) Aybəniz – ("Bəraət" Altay Məmmədov) Aysel – ("Cavadxan" Nüşabə Məmmədova) Bikə — ("Onuncular " Tofiq Mahmud) Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı) Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli) Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd.
Hicran Şərifov
Hicran Şərifov — Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Olimpiya" və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası. == Həyatı == Şərifov Hicran İbrahim oğlu 1 avqust 1965-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1990-cı ildə ailə həyatı qurub. Beş övladı, iki nəvəsi var. == Təhsili və karyerası == 1982-ci ildə burdakı 9 illik 97№-li, sonra isə 11 illik 114 №-li orta məktəbi, 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib. “Uşaq -gənclər idman məktəblərinin (UGİM) idarə edilməsininelmi-pedaqoji əsasları” Mövzusulu elmi işi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 7 aprel 2017-ci il tarixli (protokol, N 07-k) qərarı ilə pedaqogika üzrə FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alanların fizikihazırlıq işinin təşkili” mövzusu əsasında elmlər doktoru elmi dərəcəsi üzrə təhsilini davam etdirir. 1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 2001-ci ildə təhsilini artırmaq məqsədi ilə DİN-in Polis Akademiyasına daxil olmuşdur.
Hüseyn bəy Şərifbəyov
Şərifbəyov Hüseyn bəy Şərif bəy oğlu-(1832-?), çar zabiti, unter-ofitser == Həyatı == Hüseyn bəy Şərif bəy oğlu 1832-ci ildə Kəbirli mahalının Seyidli obasında (indiki Ağdamın seyidli kəndində) doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi.Çar ordusunda xidmət etmişdi. Rusiya-Oamanlı savaşına qatılmışdı. Orden və madallarla təltif edilmişdi. Ordudan tərxis olduqdan sonra Şuşa şəhərində məskunlaşmışdı. == Ailəsi == Hüseyn bəyin Şərif bəy, Babakişi bəy adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şərifbəyovlar, "Soy" dərgisi, 9 (29), 2009.
Hüseyn Şərif
Hüseyn Şərif (doğum adı: Hüseyn Qasım oğlu Şərifov; 9 fevral 1909, Tiflis – 1989, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1953), tərcüməçi. == Həyatı == O, 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924–1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. Bu şəhərdə yaşayan soydaşlarımız o dövrdə ədəbi jurnallar, dərgilər, qəzetlər nəşr edirdi. XX əsrin əvvəllərindən 30-cu illərin sonuna kimi Tiflisdə Azərbaycan ədəbi-mədəni mühiti çağlayırdı. Şübhəsiz ki, belə bir mühit həmin şəhərdə dünyaya göz açan, orada orta məktəbi bitirən, texnikumda oxuyan Hüseyn Şərifdən də yan ötə bilməzdi. Tiflis azərbaycanlılarının ədəbi orqanlarından biri də "Dan ulduzu" jurnalı idi. 20-ci illərin sonunda nəşr olunan bu ədəbi dərginin səhifələrində Əziz Şərif, Əmin Abid, Əli Nazim, Eynəli bəy Sultanov kimi şəxsiyyətlərin imzalarına rast gəlmək olar. Hüseyn Şərifin "Şükufə" adlı ilk hekayəsi də həmin jurnalın səhifələrində dərc olunmuşdu.
Kamandar Şərifov
Kamandar Kazım oğlu Şərifov — Azərbaycan alimi, tekstoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri. == Həyatı == Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur.
Kul Şərif məscidi
Qol Şərif məscidi (tatar. Колшәриф мәчете, rus. мечеть Кул-Шариф) — Tatarıstan Respublikasının və paytaxtı Kazanın əsas cümə məscididir (2005-ci ildən); Kazan Kremlin ərazisində yerləşir. Məscidin inşasına 1996-cı ildə Kazan xanlığının paytaxtı, XVI əsrdə Orta Volqa dini təhsil və elmlərin inkişafı mərkəzi əfsanəvi çox minarəli məscidin yenidən qurulması kimi başlanmışdır. Məscid 1552-ci ilin oktyabrında İvan Qroznı qoşunları tərəfindən Kazana edilən hücum zamanı dağıdılmışdı. Sonuncu imam seyid, Kazan müdafiəsinin liderlərindən biri Kul-Şərifin adını daşıyır. 36 m yüksəklikdəki günbəz "Kazan papaqları" təsviri və dekorativ detalları ilə əlaqəli formalarla bəzədilib. Dörd əsas minarənin hər birinin hündürlüyü 58 metrdir. Məscidin xarici görünüşünün memarlıq və bədii həlli məscidin memarlığını yerli ənənələrə yaxınlaşdıran semantik elementlərin inkişafı ilə əldə edilmişdir. Ağ mərmər və qranitdən tikilmiş,günbəz və minarələr firuzəyi rəngdədir.
Leyla Şəripova
Leyla Rəcəb qızı Şəripova (tac. Лайло Шарифова; 28 yanvar 1930, Moskva – 19 fevral 2024, Düsseldorf) — müğənni, bəstəkar, nəğməkar şair, Tacikistan SSR (1965) və Azərbaycan SSR xalq artisti (1977). == Həyatı == 1930-cu il yanvarın 28-də Bakıda anadan olub. Atası İzmir türkü, anası isə azərbaycanlıdır. Bir müddət Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978-ci ildə Bakıya köçüb və 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şəripova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalğı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalğı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxış edib. 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayıb. Şəripovanın repertuarında türk, əfqan, azərbaycan, erməni, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir.
Mairbek Şərifov
Mairbek Şərifov (1905 – 7 noyabr 1942) — 1940-cı illərdə Sovet İttifaqına qarşı təşkil edilən çeçen üsyanlarının liderlərindən biri. == Həyatı == Mairbek Şərifov 1919-cu ildə Denikinlə döyüşdə öldürülmüş bolşevik inqilabçısı Aslanbek Şərifovun kiçik qardaşı idi. O, peşə üzrə hüquqşünas kimi Çeçen-İnquş MSSR-nin Sovet hökumətində işləmişdir. 1941-ci ildə Həsən İsrailovun başçılıq etdiyi bir çeçen üsyanına qoşulmuş, 1942-ci il noyabrın 7-də Sovet hücumu nəticəsində öldürülmüşdür.
Mehmed Şərif Əfəndi
Mehmed Şərif Əfəndi (1717, Konstantinopol – 1790, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbuishaqzadə Əsad Əfəndi də özü kimi şeyxülislam olmuşdur. == Həyatı == 10 dekabr 1717-ci ildə dünyaya gəldi. Babası Əbu İshaq İsmayıl Əfəndi Sultan Əhməd səltənətində, atası Əsad Əfəndi və əmisi İshaq Əfəndi isə Sultan Mahmud səltənətində şeyxülislam olmuşdur. Anası Xədicə xanım isə yenə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mirzəzadə Mehmed Əfəndinin qızı idi. Ailə şəcərəsinin məşhur şeyxülislam ailəsindən gəlməsi səbəbilə kiçik yaşlarından mükəmməl təhsil aldı. Hələ 21 yaşında ikən müdərris, 36 yaşında isə Diyarbəkir qazısı təyin edildi. Ardından Bursa və Məkkə qazısı olaraq fəaliyyətinə davam etdi. 1766-cı ilin dekabrında İstanbul qazılığına gətirilən Şərif Əfəndi 1771-ci ilin iyulunda Anadolu qazəsgəri təyin edildi. 1 illik vəzifə müddətini tamamlamasının ardından təqaüdə ayrılsa da, 28 iyul 1775-ci ildə Rumeli qazəsgəri oldu.
Mikayıl bəy Şərifov
Mirnağı Şərifov
Munis Şərifov
Munis Məhəmməd İsmayıl oğlu Şərifov (24 aprel 1962, Ərəbocağı, Ağdaş rayonu) — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016). 1962-ci ildə anadan olmuşdur. Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir. M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır. O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov (1875, Nuxa – 1938, Bakı) — ilk azərbaycanlı sanitar-həkim. Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu. 1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur. Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir. M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir. Mustafa Şərifov 1938-ci ildə vəfat edib.
Mürvət Şərifov
Müzəffər Şərif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.
Məhəmməd Kazım Şəriətmədari
Seyid Məhəmməd Kazım Şəriətmədari (az-əbcəd. سید محمد کاظیم شریتمداری‎; fars. محمد کاظم شریعتمداری‎), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986, Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi. 1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb. 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib. 1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi.
Məhəmməd Şərif Əfəndizadə
Məhəmməd Şərif Mehdi əfəndi oğlu Əfəndizadə (mühacirətdə: Mehmet Şerif Bilgehan; 1887, Şamaxı – 1954, İstanbul) — Azərbaycan və türk müəllimi və publisist. Məhəmməd Şərif (Məhəmmədşərif) Mehdi əfəndi oğlu Əfəndizadə (Türkiyədə Mehmet Şerif Bilgehan) 1887-ci ildə Şamaxıda doğulub və ata-baba evi Sabirin dükanının qonşuluğunda olub. Buradakı üsuli-cədid məktəbində oxuyub. Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbula yollanıb. 1910-cu ildə İstanbul Darülmüəlliminin rüşdiyyəsini əla dərəcədə bitirib. Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Ədirnə və Bursada müəllimlik edib, 1913-cü ildə Osmanlı Maarif Nəzarəti tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib. O, İsveçrədə Cenevrə Universitetinin pedaqogika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutunda təhsil alıb. 1917-ci ildə təhsilini tamamlayan Əfəndizadə həmin il İzmir Müəllim Məktəbinə müdir təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdir göndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdıb. Hələ təhsil aldığı illərdə Təşkilati-Məxsusə kimi qurumlarda təmsil olunan Əfəndizadə "Müsavat" partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib.
Məkkə Şərifliyi
Məkkə şərifliyi (ərəb. شريف مكة‎) və yaxud Hicaz şərifliyi — 968-ci ildən 1813-cü ilə qədər Ərəbistan yarımadasında mövcud olmuş dövlət. 1517-ci ildən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil olmuş, ancaq müstəqilliyini tam itirməmişdi. Osmanlı imperiyasının tərkibində olan Osmanlı Ərəbistanı torpaqlarında öz muxtariyyətlərini qoruyub saxlamışdılar. Məkkə şərifliyi bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi Həsən bin Əlinin nəsli tərəfindən idarə edilirdi. 1517-ci ildə bölgə Osmanlılar tərəfindən işğal edilir. Ancaq, Osmanlılar şəriflərin hakimiyyətinə toxunmadılar. Osmanlı İmperiyasının zəifləməsi ilə Hicaz, Nəcd və Ərəbistanın digər bölgələrində Vəhhabilər müstəqilləşməyə meyl göstərdilər. Misir hakimi Qavalalı Mehmed Ali Paşanın oğlu Əhməd Tosun Paşa 1813-cü ildə Hicaza təşkil etdiyi hücumda vəhhabiləri məğlub edir və bölgəni Osmanlılar adına idarə edir. 1845-ci ildə Osmanlı hökuməti Hicaz şərifliyini ləğv etdirir.
Məmmədəli Şərifli
Məmmədəli Xəlil oğlu Şərifli (20 mart 1909-5 oktyabr 1969) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, 1950-1951-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitu­tu­nun direktoru, 1952-1969-cu illərdə Tarix İnstitutu­nun “Orta əsrlər tarixi” şöbəsinin müdiri. Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il mart ayının 20-də Göyçayda anadan olmuşdur. Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 1924-cü ildən 1935-ci ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir. 1931-ci ildə Ali Pedoqoji İnstitutun tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmiş M.X.Şərifli elmə böyük maraq göstərmiş, Azərbaycanın orta əsrlər tarixi ilə daha çox maraqlanmışdır. Elmi-tədqiqat fəaliyyətinə həvəsi, tarixə ciddi marağı sonralar onun bütün həyatının əsas işinə çevrilmişdir. 1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir. 1944-cü ildə M.X.Şərifli “Azərbaycan Qazan xanın hakimiyyəti dövründə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir. Professor M.X.Şərifli təkcə tarix sahəsində deyil, həm də ədəbiyyat, dilçilik, poeziya, astronomiya sahəsində geniş bilikləri olan alim idi.

Значение слова в других словарях