ŞƏRƏN
ŞƏRİƏT
OBASTAN VİKİ
Cəfər Şərif İmami
Cəfər Şərif İmami(fars. جعفر شریف‌امامی‎ — 'Jafar Sharif-Emami') (9 sentyabr 1910, Tehran – 16 iyun 1998, Nyu-York, Nyu-York ştatı) — İran siyasətçisi, baş nazir. Cəfər Şərif İmami 9 sentyabr 1910-cu ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Ali təhsilə Almaniyada yiyələnmişdi. Atası tanınmış din xadimi idi. Cəfər Şərif İmami İran Dəmiryolunda iş fəaliyyətinə başlamışdı. Cəfər Şərif İmami 6 iyun 1998-ci ildə Nyu-York şəhərində vəfat edib.
Cəfər Şərifimami
Cəfər Şərif İmami(fars. جعفر شریف‌امامی‎ — 'Jafar Sharif-Emami') (9 sentyabr 1910, Tehran – 16 iyun 1998, Nyu-York, Nyu-York ştatı) — İran siyasətçisi, baş nazir. Cəfər Şərif İmami 9 sentyabr 1910-cu ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Ali təhsilə Almaniyada yiyələnmişdi. Atası tanınmış din xadimi idi. Cəfər Şərif İmami İran Dəmiryolunda iş fəaliyyətinə başlamışdı. Cəfər Şərif İmami 6 iyun 1998-ci ildə Nyu-York şəhərində vəfat edib.
Davud bəy Şərifov
Davud bəy Şərifov (tam adı: Davud bəy Mikayıl bəy oğlu Şərifov; 8 iyun 1885, Tiflis – 8 avqust 1952, Bakı) — Azərbaycanın arxeoloqu, etnoqrafı və coğrafiyaşünası. Davud bəy Şərifov 1885-ci il iyul ayının 8-də Tiflis şəhərində hərbçi ailəsində anadan olmuşdu. Polkovnik rütbəli atası Mikayıl bəy Şərifov hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis kimi tanınmışdı. D. Şərifov səkkiz yaşında I Tiflis oğlanlar gimnaziyasının kiçik yaşlılar üçün nəzərdə tutulmuş kursuna daxil olur. 1902-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə başa vurur. O, oğlunun təhsilinə xüsusi diqqət yetirmiş və ağır peşəsinə sevgini ona da aşılamışdı. Onun atası, podpolkovnik Mikayıl bəy Şərifov Sankt-Peterburqda təhsil aldıqdan sonra hərbçi-topoqraf kimi fəaliyyət göstərmişdir. Davud bəyin anası Yelena Fyodorovna Şərifova Kondratyeva mənşəcə fransız xanımı olmuşdur. Davud bəyin özünün tərcümeyi-halında qeyd etdiyi kimi, iki bacısı və bir qardaşı olmuşdur. Davud bəy və qardaşı Birinci Tiflis oğlanlar gimnaziyasını, bacıları isə qızlar gimnaziyasını bitirmişlər.
Dua (Əli Şəriəti)
Dua — Əli Şəriətinin elmi-fəlsəfi əsəri. Dr. Əli Şəriətinin dərin düşüncələrinin və mənəvi dünyasının məhsulu olan “Dua” kitabı onun digər əsərləri içərisində öz parlaqlığı ilə seçilir. Kitabın birinci hissəsində Dr. Şəriətinin tərcümə etdiyi Nobel mükafatı laureatçısı Aleksis Karrelin mövzu dərinliyi ilə insanı heyrətləndirən “La Priere” (Dua) kitabçası yer almışdır. Sonrakı hissələrdə isə Dr. Şəriətinin özünün duanın mahiyyəti, fəlsəfəsi, eşq, ehtiyac və mübarizə kimi məsələlərin müasir nəzəriyyələrlə qarşılaşdırılması və təhlili, müsəlmanlar arasında durğunluğa səbəb olmuş bu mövzulara müəllifin geniş elmi və dünyagörüşü pəncərəsindən orijinal baxışları yer almışdır. Kitabın ən həyəcanlı səhifələri isə Dr. Şəriətinin coşqun, dərdli, fəlsəfi, tənqidi, üsyankar ruhundan pərvazlanan dualarıdır. Əslində isə, bu, dua müstəvisində onun İslam cəmiyyəti ilə bağlı arzularının və qəlb çırpıntılarının təzahürüdür.
Dərdimə şərik ol (roman)
Elmar Şərifov
Elmir Şəripov
Famil Şərifov
Şərifov Famil Həsən oğlu — Azərbaycanın əməkdar müəllimi, üzümçü-alim. 20 noyabr 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləmişdir. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparmışdır.1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar genişmiqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil etmişdir. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınmışdır. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilmişdir (24 sentyabr, 1988-ci il).Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır.
Firəngiz Şərifova
Firəngiz Abbasmirzə qızı Şərifova (6 fevral 1924, Bakı, Azərbaycan SSR, SSRİ – 20 fevral 2014, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1969). Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası aktyor, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə (1893–1938), anası Mərziyyə Davudova (1901–1961) idi. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub. 1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb.
Göy məscid (Məzari-Şərif)
Göy məscid (Məzari-Şərif) — Əli Məqbərəsi və Həzrət Əlinin ziyarətgahı adları ilə də tanınır - Əfqanıstanın Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərindəki cümə məscidi və məqbərədir. Məzari-Şərif və Bəlx vilayətinin əsas simvolu və vizit kartıdır. Bəzi məlumatlara görə, Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu, son saleh xəlifə Əlinin dəfn olunduğu ehtimal edilən yerlərdən biridir. Bəzi tarixi məlumatlara görə, Əli öldürüldükdən və nəşi Bağdad yaxınlığındakı Nəcəfdə dəfn edildikdən az sonra bəzi ardıcılları onun cəsədinin düşmənlər tərəfindən murdarlanacağından narahat olub, cəsədi gizlətməyə qərar veriblər. Cəsədi dəvənin üstünə qoyub, dəvə yıxılana qədər bir neçə həftə getdilər. Bundan sonra cəsədin dəvənin yıxıldığı yerdə basdırılması qərara alınıb. Dəfn yeri sonralar müqəddəsin məzarı kimi — farsca “Məzari-şərif” adı ilə tanınmağa başladı. Sonralar dəfn yerinin - Məzari-Şərifin (fars. مزار شریف‎) ətrafında eyni adlı şəhər yarandı. Rəvayətə görə, qəbir təsadüfən aşkar edilib və qəbrin üzərində ilk ziyarətgahı Səlcuq imperiyasının sonuncu sultanı Əhməd Səncər tikdirib.
Güşvər Şərifova
Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Kinossenarist, dramaturq Rövşən Ağayevin həyat yoldaşıdır. Aktyor Asiman Ağayevin anasıdır Əməkdar artist, aktrisa Leyli Vəliyevanın bacısıdır Əməkdar artist, aktyor Nofəl Vəliyevin baldızıdır Gəncə Dövlət Dram Teatrı Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı) Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev) Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə") Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə) Nazan – ("Yad qızı) Orxan Kamal) Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa) Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova) Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov) Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski) Həlimə — ("Doğmalar" Rəhman Əlizadə) Məryəm- ("Qız atası" Əfqan) Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli) Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli) Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov) Lalə — ("İntizar" Surxay Səfər) Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev) Aybəniz – ("Bəraət" Altay Məmmədov) Aysel – ("Cavadxan" Nüşabə Məmmədova) Bikə — ("Onuncular " Tofiq Mahmud) Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı) Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli) Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd.
Hicran Şərifov
Hicran Şərifov — Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Olimpiya" və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası. Şərifov Hicran İbrahim oğlu 1 avqust 1965-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1990-cı ildə ailə həyatı qurub. Beş övladı, iki nəvəsi var. 1982-ci ildə burdakı 9 illik 97№-li, sonra isə 11 illik 114 №-li orta məktəbi, 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib. “Uşaq -gənclər idman məktəblərinin (UGİM) idarə edilməsininelmi-pedaqoji əsasları” Mövzusulu elmi işi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 7 aprel 2017-ci il tarixli (protokol, N 07-k) qərarı ilə pedaqogika üzrə FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alanların fizikihazırlıq işinin təşkili” mövzusu əsasında elmlər doktoru elmi dərəcəsi üzrə təhsilini davam etdirir. 1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 2001-ci ildə təhsilini artırmaq məqsədi ilə DİN-in Polis Akademiyasına daxil olmuşdur.
Hüseyn bəy Şərifbəyov
Şərifbəyov Hüseyn bəy Şərif bəy oğlu-(1832-?), çar zabiti, unter-ofitser Hüseyn bəy Şərif bəy oğlu 1832-ci ildə Kəbirli mahalının Seyidli obasında (indiki Ağdamın seyidli kəndində) doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi.Çar ordusunda xidmət etmişdi. Rusiya-Oamanlı savaşına qatılmışdı. Orden və madallarla təltif edilmişdi. Ordudan tərxis olduqdan sonra Şuşa şəhərində məskunlaşmışdı. Hüseyn bəyin Şərif bəy, Babakişi bəy adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Şərifbəyovlar, "Soy" dərgisi, 9 (29), 2009.
Hüseyn Şərif
Hüseyn Şərif (doğum adı: Hüseyn Qasım oğlu Şərifov; 9 fevral 1909 - 25 mart 1989) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1953), tərcüməçi. O, 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. Bu şəhərdə yaşayan soydaşlarımız o dövrdə ədəbi jurnallar, dərgilər, qəzetlər nəşr edirdi. XX əsrin əvvəllərindən 30-cu illərin sonuna kimi Tiflisdə Azərbaycan ədəbi-mədəni mühiti çağlayırdı. Şübhəsiz ki, belə bir mühit həmin şəhərdə dünyaya göz açan, orada orta məktəbi bitirən, texnikumda oxuyan Hüseyn Şərifdən də yan ötə bilməzdi. Tiflis azərbaycanlılarının ədəbi orqanlarından biri də "Dan ulduzu" jurnalı idi. 20-ci illərin sonunda nəşr olunan bu ədəbi dərginin səhifələrində Əziz Şərif, Əmin Abid, Əli Nazim, Eynəli bəy Sultanov kimi şəxsiyyətlərin imzalarına rast gəlmək olar. Hüseyn Şərifin "Şükufə" adlı ilk hekayəsi də həmin jurnalın səhifələrində dərc olunmuşdu.
Kamandar Şərifov
Kamandar Şərifov — Azərbaycan alimi, tekstoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri. Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur.
Kul Şərif məscidi
Qol Şərif məscidi (tatar. Колшәриф мәчете, rus. мечеть Кул-Шариф) — Tatarıstan Respublikasının və paytaxtı Kazanın əsas cümə məscididir (2005-ci ildən); Kazan Kremlin ərazisində yerləşir. Məscidin inşasına 1996-cı ildə Kazan xanlığının paytaxtı, XVI əsrdə Orta Volqa dini təhsil və elmlərin inkişafı mərkəzi əfsanəvi çox minarəli məscidin yenidən qurulması kimi başlanmışdır. Məscid 1552-ci ilin oktyabrında İvan Qroznı qoşunları tərəfindən Kazana edilən hücum zamanı dağıdılmışdı. Sonuncu imam seyid, Kazan müdafiəsinin liderlərindən biri Kul-Şərifin adını daşıyır. 36 m yüksəklikdəki günbəz "Kazan papaqları" təsviri və dekorativ detalları ilə əlaqəli formalarla bəzədilib. Dörd əsas minarənin hər birinin hündürlüyü 58 metrdir. Məscidin xarici görünüşünün memarlıq və bədii həlli məscidin memarlığını yerli ənənələrə yaxınlaşdıran semantik elementlərin inkişafı ilə əldə edilmişdir. Ağ mərmər və qranitdən tikilmiş,günbəz və minarələr firuzəyi rəngdədir.
Leyla Şəripova
Leyla Rəcəb qızı Şəripova (tac. Лайло Шарифова; 28 yanvar 1930, Moskva – 19 fevral 2024, Düsseldorf) — müğənni, bəstəkar, nəğməkar şair, Tacikistan SSR (1965) və Azərbaycan SSR xalq artisti (1977). 1930-cu il yanvarın 28-də Bakıda anadan olub. Atası İzmir türkü, anası isə azərbaycanlıdır. Bir müddət Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978-ci ildə Bakıya köçüb və 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şəripova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalğı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalğı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxış edib. 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayıb. Şəripovanın repertuarında türk, əfqan, azərbaycan, erməni, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub. Müğənninin ifaları nüfüzedici lirizim ilə, şeriyyətlə fərqlənir.
Mairbek Şərifov
Mairbek Şərifov (1905 – 7 noyabr 1942) — 1940-cı illərdə Sovet İttifaqına qarşı təşkil edilən çeçen üsyanlarının liderlərindən biri. Mairbek Şərifov 1919-cu ildə Denikinlə döyüşdə öldürülmüş bolşevik inqilabçısı Aslanbek Şərifovun kiçik qardaşı idi. O, peşə üzrə hüquqşünas kimi Çeçen-İnquş MSSR-nin Sovet hökumətində işləmişdir. 1941-ci ildə Həsən İsrailovun başçılıq etdiyi bir çeçen üsyanına qoşulmuş, 1942-ci il noyabrın 7-də Sovet hücumu nəticəsində öldürülmüşdür.
Mehmed Şərif Əfəndi
Mehmed Şərif Əfəndi (1717, Konstantinopol – 1790, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbuishaqzadə Əsad Əfəndi də özü kimi şeyxülislam olmuşdur. 10 dekabr 1717-ci ildə dünyaya gəldi. Babası Əbu İshaq İsmayıl Əfəndi Sultan Əhməd səltənətində, atası Əsad Əfəndi və əmisi İshaq Əfəndi isə Sultan Mahmud səltənətində şeyxülislam olmuşdur. Anası Xədicə xanım isə yenə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mirzəzadə Mehmed Əfəndinin qızı idi. Ailə şəcərəsinin məşhur şeyxülislam ailəsindən gəlməsi səbəbilə kiçik yaşlarından mükəmməl təhsil aldı. Hələ 21 yaşında ikən müdərris, 36 yaşında isə Diyarbəkir qazısı təyin edildi. Ardından Bursa və Məkkə qazısı olaraq fəaliyyətinə davam etdi. 1766-cı ilin dekabrında İstanbul qazılığına gətirilən Şərif Əfəndi 1771-ci ilin iyulunda Anadolu qazəsgəri təyin edildi. 1 illik vəzifə müddətini tamamlamasının ardından təqaüdə ayrılsa da, 28 iyul 1775-ci ildə Rumeli qazəsgəri oldu.
Mikayıl bəy Şərifov
Mikayıl bəy Şərifov Polkovnik Mikayıl bəy hərbi topoqrafiya sahəsində bacarıqlı və istedadlı mütəxəssis kimi tanınmışdı.
Mirnağı Şərifov
Mirnağı Qasım oğlu Şərifov (20 avqust 1995; Bəcirəvan, Cəlilabad rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Mirnağı Şərifov 20 avqust 1995-ci ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində dünyaya göz açmışdır. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Mirnağı Şərifov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Munis Şərifov
Munis Məhəmməd İsmayıl oğlu Şərifov (24 aprel 1962, Ərəbocağı, Ağdaş rayonu) — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016). 1962-ci ildə anadan olmuşdur. Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir. M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır. O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov (1875, Nuxa – 1938, Bakı) — ilk azərbaycanlı sanitar-həkim. Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu. 1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur. Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir. M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir. Mustafa Şərifov 1938-ci ildə vəfat edib.
Mürvət Şərifov
Müzəffər Şərif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.

Digər lüğətlərdə