ŞƏRİƏTİ-QƏRRA

parlaq şəriət.
ŞƏRİƏTXANA
ŞƏRİƏTMƏDAR
OBASTAN VİKİ
Sabah Şəriəti
Sabah Saleh oğlu Şəriəti (1 yanvar 1989, Sənəndəc) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Sabah Şəriəti 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Sabah Şəriəti həm də 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının bürünc medalına sahib olub. Sabah Şəriəti Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Sabah Saleh oğlu Şəriəti 1989-cu il yanvarın 1-də Sənəndəc şəhristanının Sənəndəc şəhərində anadan olub. 2002-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Cəmşid Xeyrəbadidir. Sabah Şəriəti 2009-cu ilin aprelində Azərbaycanda baş tutan "Azerbaijan Wrestling Federation Cup" beynəlxalq turnirində mübarizə apardı və turnirin qalibi oldu. 2010-cu ilin fevralında isə o, İranın Qum şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə 8-ci pillənin sahibi oldu. Daha sonra Sabah Şəriəti İran yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə üç il beynəlxalq turnirlərdə mübarizə apara bilməmişdi.
Əli Şəriəti
Əli Şəriəti (fars. علی شریعتی‎; 23 noyabr 1933, Mazinan[d], Rəzəvi Xorasan ostanı – 19 iyun 1977, Sauthempton, Hempşir qraflığı[d]) — İranlı ilahiyyatçı, sosioloq, tarixçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri. Əli Şəriəti Məzinani 23 noyabr 1933-cü ildə İranın Xorasan əyalətinin Səbzivar bölgəsinin Məzinan çölünün Kahək qəsəbəsində, dindar ailədə dünyaya gəlmişdir. Əli Şəriəti hələ kiçik olarkən ailəsi Məşhədə köçmüş və o, 7 yaşında Məşhəd şəhərində orta məktəbə getmişdir. 16 yaşında orta məktəbi bitirən Əli pedaqoji məktəbə daxil olur. Oranı bitirdikdən sonra bir neçə il orta məktəbdə müəllimlik edir, eyni zamanda 1956-cı ildə Məşhəddə yeni açılan Ədəbiyyat İnstitutuna daxil olur və oranı bakalavr diplomu ilə bitirir. O, institutda oxuyarkən Tələbələrin Ədəbi Məclisinə sədrlik edirdi. 1960-cı ildə təhsilini davam etdirmək üçün dövlət büdcəsi ilə Avropaya, öz seçimi ilə Fransaya, Parisin Sarbonna Universitetinə göndərilir. Əli Şəriəti beş il Sarbonna Universitetində "Tarix" fakültəsində "Ədəbiyyat və dinlər" ixtisası üzrə oxuyaraq doktorluq dərəcəsi almışdır.
Dua (Əli Şəriəti)
Dua — Əli Şəriətinin elmi-fəlsəfi əsəri. Dr. Əli Şəriətinin dərin düşüncələrinin və mənəvi dünyasının məhsulu olan “Dua” kitabı onun digər əsərləri içərisində öz parlaqlığı ilə seçilir. Kitabın birinci hissəsində Dr. Şəriətinin tərcümə etdiyi Nobel mükafatı laureatçısı Aleksis Karrelin mövzu dərinliyi ilə insanı heyrətləndirən “La Priere” (Dua) kitabçası yer almışdır. Sonrakı hissələrdə isə Dr. Şəriətinin özünün duanın mahiyyəti, fəlsəfəsi, eşq, ehtiyac və mübarizə kimi məsələlərin müasir nəzəriyyələrlə qarşılaşdırılması və təhlili, müsəlmanlar arasında durğunluğa səbəb olmuş bu mövzulara müəllifin geniş elmi və dünyagörüşü pəncərəsindən orijinal baxışları yer almışdır. Kitabın ən həyəcanlı səhifələri isə Dr. Şəriətinin coşqun, dərdli, fəlsəfi, tənqidi, üsyankar ruhundan pərvazlanan dualarıdır. Əslində isə, bu, dua müstəvisində onun İslam cəmiyyəti ilə bağlı arzularının və qəlb çırpıntılarının təzahürüdür.