şərq-qərbli

şərq-qərbli
şərq-qərb
şərqi
OBASTAN VİKİ
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Orta Şərq
Orta Şərq (fars. خاورمیانه‎,ing. Middle East,rus. Средний Восток, urdu مشرقی وسطٰی, ərəb. الشرق الأوسط‎, ivr. ‏המזרח התיכון‏‎, kürd. ڕۆژھەڵاتی ناوین/Rojhilata Navîn) — Orta şərq anlayışı Avropa mərkəziyyətçi yanaşmaya əsaslanır və britaniyalıların XIX əsrdə istifadə etdikləri anlayışdır. Bu təyin etməyə əsasən İngiltərə və Avropa ölkələri mərkəz qəbul edilmiş, Şərq, Uzaq Şərq, Yaxın Şərq, Orta Şərq kimi anlayışlar da buna görə təyin edilmişdir. == Ümumi məlumat == Bu tanımaya görə Orta Şərq ölkələri Suriya, İraq, Qətər, Kipr, İordaniya, İsrail, Livan, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, Yəmən, Misir, Əfqanıstan, Pakistan, Tunis, Əlcəzair, Liviya, Sudan və Mərakeşdir. Yaxın Şərq anlayışı Fransanın Osmanlı İmperiyasınən torpaqları üçün istifadə etdiyi Yaxın Şərq təbiridir.
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Yaxın Şərq
Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, assuriyalılar, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350–360 milyon müsəlman (türklər, farslar, ərəblər, kürdlər və s.), 20 milyon xristian (ermənilər, yunanalar, gürcülər, aysorlar, qibtilər, marunilər və s.), 7 milyon yəhudi, 1 milyon dürzi, 1 milyon yezidi və s. İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var. Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.
Şimal-şərq
Şimal-şərq - Şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şərq (Beyləqan)
Şərq — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şərq (dəqiqləşdirmə)
Şərq — cəhət. Şərq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şərq Legionu
Şərq Legionu lahiyəsi Birinci Dünya Müharibəsinin ortalarında Fransız ordusunda mövcud olan əsgər çətinliyinə həll tapmaq məqsədi ilə yaradılmışdır. Xüsusilə döyüşün ilk iki ilinin sonunda Fransız ordusunun seçmə birliklərinin Fransa-Almaniya sərhədində edilən döyüşlərdə ciddi itkilərə uğraması nəticəsində Fransız hökuməti Orta şərqdəki döyüş siyasəti üçün Fransız birliklərini istifadə etmək yerinə, bölgədə yaşayan və ortaq nöqtəsi Osmanlı hakimiyyətinə qarşı çıxmaq olan ünsürləri istifadə etməyi seçmişdir. Bu səbəblə əvvəllər Cebel Musa Ermənilərindən mütəşəkkil olması planlanan Şərq Legionuna Ermənilərdən başqa həm də xristian Suriyalılar və Livanlılar da daxil edilmişdir. Bu birliklər ilk olaraq Misirdə Port Səiddə toplanmış, daha sonra buradan Kiprdə qurulan düşərgəyə daşınmışlar. Fransa yalnız Orta şərqdəki Erməni və Suriyalıları deyil, on doqquzuncu əsr boyunca və iyirminci əsrin başında Amerika qitəsinə köç edərək burada güclü diaspor təsis etmiş olan Erməni və Suriyalıları da qiymətləndirməyi nəzərdən keçirirdi. Bu səbəblə Amerikaya göndərilmək üzrə Erməni və Suriyalı nümayəndələri meydana gətirmiş, bunların bütün xərclərini qarşılayaraq Amerikada təbliğat fəaliyyətlərinə girişməsinə vəsilə olmuşdur. Şərq Legionu üçün Cənubi Amerikadan könüllü toplanması işləri Erməni və Suriyalı nümayəndələrinin işlərinə baxmayaraq Fransanın istədiyi səviyyədə reallaşmamışdır. Bunun ən əhəmiyyətli səbəbləri Şərq Legionunun hüquqi quruluşunun kifayət qədər oturdula bilməməsi, Legiona daxil olan əsgərlərin təqaüdçülük və təzminat haqqlarının digər Fransız əsgərlərinə görə daha alt səviyyədə olmasının yaratdığı problemlər və ən əhəmiyyətlisi Latın Amerikada olan Erməni və Suriyalı birliklərinin aralarındakı qarşıdurmalardır. Bu qarşıdurmalar yalnız Latın Amerikadakı birliklər arasında deyil, eyni zamanda Legionu meydana gətirən Erməni və Suriyalı əsgərlər arasında da mövcuddur. 1916-cı ildə təsis edilən Şərq Lejyonu 1918 ili sonlarında Mondros Sülhü hökmlərin tərəfindən Kilikya bölgəsini işğal etmək üzrə Fransız ordusu ilə birgə bölgəyə gətirilmişdir.
Şərq sigezbekiyası
Şərq sigezbekiyası (lat. Sigesbeckia orientalis) — sigezbekiya cinsinə aid bitki növü.
Şərq süddəyəni
Şərq süddəyəni (lat. Lactuca orientalis) — mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Şərq sünbülçiçəyi
Şərq sünbülçiçəyi (lat. Hyacinthus orientalis) — sünbülçiçəyi cinsinə aid bitki növü.
Şərq süsənbəri
Şərq süsənbəri (lat. Alisma orientale) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü.
Şərq səlbi
Şərq səlbi (lat. Platycladus orientalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin səlb cinsinə aid bitki növü. Vətəni Şimali-Qərbi Çin, Mancuriya, Koreyadır. Cənubi və orta Avropada və bir çox başqa ölkələrdə təbii halda bitir. Hündürlüyü 10–18 m-ə çatan, çoxgövdəli ağacdır. Gövdəsi nazik qırmızımtıl-qəhvəyi qabıqlıdır. Çətiri yumurtavarı, enli və ya ensiz piramida formalıdır. Tumurcuqları növbəli yerləşir, oturaq olub, pulcuqsuzdur. Yarpaqları pulcuqvarı tünd-yaşıldır, qərb tuyasına oxşayır. İynəyarpaqların hər iki tərəfi eyni rəngdədir və əzdikdə qatran iyi verir.
Şərq toppuztikanı
Echinops orientalis (lat. Echinops orientalis) və ya Şərq toppuztikanı — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi sadə, düzdayanan, hündürlüyü 70-80 sm, bənövşəyi vəzili, ağ keçəvari tükcüklüdür. Yarpaqları lələkvari, uzunsov lansetvari və ya lansetvari-tikanlı, ucubiz hissələrə bölünmüşdür, yanları tikanlı-diş-dişli, üstdən yaşıl, zəif torlu və ya çılpaq, altdan ağ keçəvari tüklüdür. Başcıqları kürəvari, orta ölçülü, sarğısı təqribən 23 mm, yarpaqları çılpaq, enli deltavaridir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında arandan aşağı, bəzən orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, qurumuş çay yataqlarında, çöllüklərdə, bəzən bostanlarda bitir.
Şərq treması
Şərq treması (lat. Trema orientale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin trema cinsinə aid bitki növü.
Şərq tuyası
Şərq vələsi
Şərq vələsi (lat. Carpinus orientalis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Arealı == Macarıstan, cənub-şərqi Avropadan Krıma, eləcə də Türkiyədən İrana qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Hündürlüyü 15-20 m-ə qədər olan boz qabıqlı balaca ağac və ya koldur. Yarpaqları uzunluğu 1 sm-ə qədər olan saplaq üzərində olub, oval-ellipsvaridir və uzunluğu 2-5 sm, eni 1,5-3 sm-dir. Qədəh 1,5-2,3 sm uzunluğunda, eni 7-18 mm-dir, bütövdür, bölümsüzdür, kənarları qeyri-bərabər dişlidir və arxa tərəfdən 5-8 ədəd nəzərə çarpan damarları vardır.Fındıqcalar oval-yumurtavari və biraz yastıtəhərdir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ., Lənk. oval.
Şərq xalçaları
== Tarixi == İnsanlar hələ qədim dövrlərdən xalça toxumağı bacarırdılar. Bizim günlərə qədər qorunub-saxlanmış ən qədim şərq xalçasının yaşı, ekspertlər tərəfindən belə müəyyənləşdirilib. Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 4,5×6,5 m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan xalçanın yaşı təxminən 2500 ildir.Bu gün toxunan müasir xalçalarda tək qədim dövrün motivləri deyil, eyni zamanda müasir dövrün motivləri və çağdaş tərzlər də öz yerini tapır. Şərq xalçasının əllə toxunmuş naxışları heç vaxt təsadüfi olmur. Hər ornamentin arxasında sirli-sehrli bir məna durur. Əllə toxunulmuş şərq xalçalarının büsatının sirri xammalın seçimində, rənglərin ahəngində, dizaynın gözəlliyində və məhsulun mükəmməl keyfiyyətindədir. Əllə toxunmuş xalça sırf məişət əşyasından başqa, həm də incəsənət əsəri sayılır. == Şərq xalçaları Avropada == XIV–XVI əsrlərdə Avropanın Şərqlə ticarət əlaqələri Şərq xalçalarının və müxtəlif toxuculuq məmulatlarının ixracına səbəb olmuşdur. Xalçalar Avropaya Bizansdan, Türkiyədən, Azərbaycandan, Türkmənistandan, Levantdan, Misirdən və Şimali Afrikadan gətirilirdi. Avropada bu xalçalar olduqca populyar idi və məişətdə geniş istifadə olunurdu: onları saraylara döşəyib, kilsədə mehrabın altına sərib, ictimai bayramlar zamanı eyvandan və divarlardan asırdılar.
Şərq xaşxaşı
Şərq xaşxaşı (lat. Papaver orientale) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin xaşxaş cinsinə aid bitki növü.
Şərq xortumçiçəyi
Rhynchocorys orientalis L. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 15-50 (70) sm olan, gövdəsi zəif, düz, sadə və ya budaqlanmış olan az tükcüklü birillik ot bitkisidir. === Yarpaq === Yarpaqları oturaqdır, yumurtrşəkilliuzunsov və yaxud yumurtaşəkilli-neştərvaridir. Qaidə hissəsi demək olar ki, ürəkşəkilli, küt və ya sivridir, kənarları küt-mişarvaridir. === Çiçək === Çiçəkləri təkdir, qarşı-qarşıya düzülmüş yarpaqların künclərində yerləşmişdir. Çiçək saplağı yarpaqlardan qısadır. Çiçək tacı sarı rənglidir, üst dodağı qaidə hissəsində iki ədəd qısa, dəyirmi yan bölümlüdür. Alt dodağı iridir, xaricdən tükcüklü, üç bölümlüdür. === Meyvə === Qutucuq meyvənin uzunluğu 8 mm, dəyirmi, yumulmuş və tüklüdür. Toxumları uzunsov və dərin şırımlı olub, uzunluğu 3 mm-dir. === Çiçəkləməsi === İyun-Avqust === Meyvə verməsi === İyul-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.
Şərq xurması
Trabzon xurması (lat. Diospyros kaki ) - xurma cinsinə aid bitki növü. == Mənbə == Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır. Xirnik , Ebanaceae Vent. fəsiləsinə aiddir. Bu fəsilənin 7 cinsi və 290 növü məlumdur . Bu cins və növlər əsasən Cənub- Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır.
Şərq yarmarkası
Şərq yarmarkası— (alm. Deutsche Ostmesse Königsberg‎)Königsberqdə keçirilən ticarət və sənaye sərgisi (1920-ci ildən II Dünya Müharibəsinə qədər. Şərq Sərgisi Almaniyadakı ikinci ən əhəmiyyətli sərgi idi, yalnız Leipzig Ticarət Sərgisindən sonra. Şərq Sərgisi, Almaniya ilə SSRİ arasındakı ticarət əlaqələri üçün əhəmiyyətli idi. == Tarixi == Şərq Sərgisinin təşkil edilməsində məqsəd, Birinci Dünya Müharibəsindən sonra Şərqi Prussiya ilə Almaniyanın qalan hissəsi arasında şəhərin və bölgənin iqtisadiyyatına böyük ziyan vurmuş ticarət və iqtisadi əlaqələri bərpa etmək idi. İlk dəfə Şərq Yarmarkası 1920-ci ilin sentyabrında Königsberg Zooparkının ərazisində keçirildi. Sərgi uğurlu keçdiyindən müntəzəm olaraq keçirilməsinə qərar verildi.
Şərq yarımkürəsi
Şərq yarımkürəsi - Yer kürəsinin tən yarısı. Qrinviçdən şərqdəki əraziləri əhatə edir. Şərq yarımkürəsində London şəhərindən şərqə tərəf Çukotka yarımadasının bir hissəsi olmaqla, Afrikanın böyük bir hissəsi, Hind okeanı, Avstraliya və Atlantik və Sakit okeanın bir hissəsi aiddir. Bu yarımkürədə dünyanın ən hündür (Everest 8848m) və ən alçaq (Ölü dəniz -406m) nöqtələri yerləşir. Şərq yarımkürəsi 0o və 180o dərəcə arasında yerləşir.