ƏBİ

bax: Aba; ata (ad və sözlərin əvvəlinə artırılaraq sahiblik mənasını bildirir); «Əbi» ata deməkdir.
ƏBDÜRRƏZZAQ
ƏBİL
OBASTAN VİKİ
Əqil bin Əbi Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Abdülrza Əbilov
Abdülrza Hacıbala oğlu Əbilov (23 aprel 1931, Bakı – 20 may 2009, Bakı) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Abdülrza Hacıbala oğlu Əbilov 1931-ci il aprelin 23-də Bakı şəhəri Xırdalanda anadan olmuşdur. 1934–1949-cu illərdə Bakı şəhəri 92 saylı orta məktəbdə oxumuşdur. 1951-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "İstilik texniki qurğuları və avtomatikası" ixtisası üzrə bitirmiş və təyinatla Sumqayıt şəhəri İstilik Elektron Müəssisəsinə göndəril-mişdir. 1956–1957-ci illərdə Azərbaycan Elmlər Akademiyası (EA) Energetika İnstitutunun (Eİ) "Avtomatika və telemexanika" laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə Moskva şəhərində Moskva Kompleks Avtomatlaşdırma İnstitutunun məqsədli aspiranturasında oxumuşdur. 1963–1967-ci illərdə Azərbaycan EA Energetika İnstitutunun "Avtomatik idarəetmə sistemi" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. 1967-ci ildə Elektron hesablama Maşınlarının köməyilə kimya-texnologiyası proseslərinin modelləşdirilməsi və optimallaşdırılması işlərinin təşkili məqsədilə Azərbaycan EA Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) köçürülmüşdür. 1969-cu ildə "Neft-kimya proseslərinin optimallaşdırılması" laboratoriyasını təşkil etmiş və ona 30 ilə yaxın müddətdə fasiləsiz rəhbərlik etmişdir. Professor A. H. Əbilov 2009-cu ildə vəfat etmişdir.
Abutalıb Əbilov
Abutalıb Əbiloviç Əbilov (1920 – 2012, Mahaçqala) — Sovet və Rus tarixçisi, Dağıstan Dövlət Universitetinin qurucusu və ilk rektoru, RSFSR-in əməkdar elm xadimi, Rusiya Federasiyası Ali Məktəbinin əməkdar işçisi, professor, tarix elmləri doktoru. == Həyatı == Abutalıb Əbilov 1920-ci ildə Kürə dairəsi Ulluqataq kəndində (indiki Süleyman-Stalski rayonu) anadan olub. Atası Abil Qyukyuloviç Abilov çətin iqtisadi vəziyyətə görə ailəsini dolandırmaq üçün Bakının neft mədənlərində işləməyə məcbur olur. 1929-cu ildə atasının istəyi ilə Abutalıb məktəbə yollanır. 1936-cı ildə Uluqataq yeddiillik məktəbini bitirib və həmin il Dərbənd Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Mükəmməl akademik müvəffəqiyyət üçün müəllimlər şurasının qərarı ilə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul edildi. Ancaq Böyük Vətən müharibəsinin başlaması səbəbindən təhsilini bitirə bilmədiyi üçün Abutalıb Dağıstana qayıtdı və Süleyman Stalski adına Pedaqoji İnstituta daxil oldu. O, 1943-cü ildə institutu qiyabi olaraq tamamlayır. == Karyerası == 1943-cü ilin mayında Sov.İKP (b) Kasumkent rayon komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbərlik etdi. 1944-cü ilin sentyabrında Komsomol rayon təbliğat və təşviqat komitəsinin katibi təyin edildi.
Fətislam Əbilov
Fətislam “Petay” Əbiloviç Əbilov (2 (15) mart 1915, Udarne[d], Tavriya quberniyası[d] – 15 avqust 2005, Jukovski, Moskva vilayəti) – İkinci Dünya müharibəsi zamanı 135-ci Atıcı Qvardiya Alayının komandanı kimi Sovet İttifaqı ordusunda xidmət etmiş və həyatının əksər hissəsində Anatoli kimi tanınan Krım tatarı olan hərbçi. O, 1990-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına alyiq görülmüşdür. O, hələ müharibə illərində bu ada iki dəfə namizəd göstərilsə də, Krım tatarı olmasına görə rədd edilmişdi. == Həyatının erkən dövrü == Əbilov 1915-ci ilin 15 martında Krım yarımadasında yerləşən Çadra Şeyx Əli kəndində anadan olmuşdur. 7 sinif məktəbdə oxuduqdan sonra metallurgiya sahəsində və dövlət fermasında traktor sürücüsü kimi çalışmışdır. 1937-ci ildə Qırmızı Ordu sıralarına daxil olmuşdur. 1939-cu ildə Tiflisdəki piyada məktəbini bitirmiş və 1942-ci ildə Kommunist Partiyasına daxil olmuşdur. == İkinci Dünya müharibəsi == Əbilov 1941-ci ildə alman hücumu başladıqdan bir müddət sonra cəbhəyə göndərilmişdir. O, bu zaman kapitan rütbəsində idi və atıcı taborun komandanının müavini vəzifəsində xidmət edirdi. 1942-ci ilin sentyabr ayında o, 1292-ci atıcı alayın komandanı təyin edildi və 1943-cü ilin 8 iyun tarixinə qədər bu vəzifədə qaldı.
Güllü Əbilova
Güllü Əbil qızı Əbilova (16 sentyabr 1924, Bakı – 17 iyul 1994) — arxeoloq, tarix elmləri namizədi. == Həyatı == Güllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər" adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir. Onun dövrümüzün ən genişmiqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə — Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı.
Kamal Əbilov
Kərrar Əbilov
Kərrar Əbilov (28 aprel 1930, Şuşa, DQMV – 28 yanvar 2016) — Azərbaycan siyasətçisi, Vahid Azərbaycan Partiyasının sədri. Psixologiya elmləri namizədi == Həyatı == Kərrar Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji və bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb. Onun "Odlu axın" adlı ilk hekayəsi 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çap edilib. Həmin vaxtdan başlayaraq o, "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakı", "İnşaatçı", "Bilik" qəzetlərində, "İnqilab və Mədəniyyət" jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib və eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə Leninqrad Universitetini fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K. Əbilov təhsil sisteminin təkmilləşməsi, paklığı, sağlamlığı uğrunda həmişə mübarizə aparıb və təhsildə pərakəndəliyə qarşı, sistemin bütövlüyü, tamlığı uğrunda var qüvvə ilə çalışıb. K. Əbilov Azərbaycanın müstəqilliyi, azadlığı, vahidliyi uğrunda mübarizənin həmişə ön sıralarında olub, Vahid Azərbaycan ideyasının təşəkkül tapıb təkmilləşməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi-psixoloji birliyinin yaradılması yolunda mümkün olan bütün vasitələrdən istifadə edib və etməkdədir. Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, "Vahid Azərbaycan" qəzetinin yaradılmasında aparıcı rol oynayan K. Əbilov həm də həmin qurumların rəhbəri olaraq qalır. Onun 1988-ci ildə yaratdığı Azərbaycan Milli Qurtuluş Cəbhəsi Ermənistanla sərhəddə və Dağlıq Qarabağda yerləşən, azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi yolunda çox tutarlı tədbirlər həyata keçirib və quduzlaşmış erməni millətçilərinin qarşısını ala biləcək özünümüdafiə dəstələri yaratmaqla azərbaycanlıların bu kəndlərdə kütləvi qırğınının qarşısını ala bilib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb.
Mahmud Əbilov
Əbilov Mahmud Əbdülrza oğlu (15 sentyabr 1898, Ukur, Quba qəzası – 30 yanvar 1972, Bakı) — hərbi xadim, general-mayor. == Həyatı == Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabr ayının 15-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Yeniyetməlik dövründə valideynlərini itirmiş və kənd rus məktəbində cəmi iki sinif oxumuşdur. 1920-ci ildə XI Qızıl ordunun tərkibində döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak etmişdir. Bakı və Tiflis hərbi məktəblərini bitirmişdir (1921, 1930). Görkəmli hərbi xadim M.Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlmiş, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilmiş, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir. M.Əbilov Faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq etmiş və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunmuşdur. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Musa Əbiyev
Musa Əbiyev (1896-1975) - tibb elmləri doktoru, professor. 1896-cı ildə anadan olub. 1928-1930-cu illərdə hospital cərrahiyyə kafedrasında işləyib. Müharibə illərində - 1941-1945-ci illərdə hərbi hospitalda həkim işləyib. 1952-1962-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda urologiya kafedrasının müdiri olub. 1962-ci ildə cərrahiyyə kafedrasına qayıdaraq ömrünün sonuna qədər orada urologiya kursuna rəhbərlik etmişdir. 1975-ci ildə vəfat edib. Ə.İnsanov. Azərbaycan səhiyyəsinin tarixi. Bakı, 2002.
Məhəmməd əl-Əbivərdi
Əbülmüzəffər Məhəmməd ibn Əhməd bin Məhəmməd bin İshaq əl-Əbivərdi (?-1114) — İslam alimi, şair. O, Əbivərd şəhərində anadan olmuşdu. Təhsilini Əbdülqahir Cürcaninin yanında almışdı. Məhəmməd əl-Əbivərdi 1114-cü ildə İsfahan şəhərində vəfat edib.
Nurlan Əbilov
Qoca-Əbilxeyr xan
Kart-Əbülxair Xan ( 1687 - 1730 ) — Böyük Sifət xanı ( 1717 - 1730 ). Əbülxeyr 1687-ci ildə anadan olub . Əbülxeyr gənc ikən atası Aytək Sultanın ölümündən sonra o, kiçik qardaşı Yolbarislə birlikdə Abdolla Binin əlində idi. Cunqar istilasından sonra Abdullahi Bi öldü. Əbilxeyr və Yolbarış 1710-cu ildə keçirilən Qaraqum yığıncağında iştirak etdilər. 1715-ci ildə Tauke xan getdi və Orta Yüz xanı oldu. Əbülxeyr və onun kiçik qardaşı Yolbaris taxtda oturmaq istəyirlər. Amma Küsrau sultanın oğlu Xəyib oturur. 1717-ci ildə Ayagöz döyüşündə Ulu Yüz xanı Tursin həlak oldu. Əbülxeyr Böyük Yüzün növbəti xanı olacaq .
Rahib Əbiyev
Rahib Əbiyev (Əbiyev Rahib Hidayət oğlu; d. 1966. Həsənli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ) — texnika elmləri doktoru, professor. Yakın Doğu Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiri. Əbiyev Rahib Hidayət oğlu 1966-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) daxil olub. 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1989-cu ildə ali məktəbi “Sənaye istehsal proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə R.Əbiyev AzNKİ-nin avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasında aspiranturada oxuyub, aspiranturanı bitirəndən sonra AzNKİ-nin “İstehsalatı intellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyasında işə başlayıb. 1997-ci ildə R.Əbiyev namizədlik dissertasiyası müdafiə edib.
Sübhan Əbilzadə
Səfər Əbiyev
Səfər Axundbala oğlu Əbiyev (27 yanvar 1950, Bakı) — Azərbaycan Respublikasının sabiq müdafiə naziri (1995–2013), general-polkovnik. Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub (bəzi iddialara görə ləzgi əsilli ailəsi əslən Qubadandır). 1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1971–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləmişdir. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. Ailəlidir, 2 övladı var. 04.04.1995 — "Azərbaycan Bayrağı" ordeni 24.06.2003 — "Azərbaycan Bayrağı" ordeni 26.01.2010 — "Şöhrət" ordeni "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycanda Kim Kimdir?" Ensiklopedik məlumat toplusu.
İlqar Əbilhəsənov
İmamverdi Əbilov
İmamverdi Xankişi oğlu Əbilov (19 dekabr 1927, Züd-Ost Qoltuq, Neftçala rayonu – 9 aprel 2016, Neftçala rayonu) — azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə balıq vətəgələlərində başlamış, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır. 1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub. Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.
İmran Əbilov
İmran Rəşid oğlu Əbilov (d. 23 oktyabr 1935, Mahmudavar, Masallı rayonu) — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989), Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, heyvandarlığa dair bir sıra kitabların müəllifi, Qarabağ müharibəsi veteranı. İmran Əbilov 1935-ci ilin oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində doğulmuşdur. 1953-cü ildə Lənkəran Pedaqoji texnikumunu bitirmiş, Masallı rayonu Boradigah kəndində müəllim işləmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü alaraq fərqlənmə diplomu ilə bitirmişdir. 1959–1962-ci illərdə Masallı rayonu Həsənli kəndində baş mütəxəssis, Masallı rayon Partiya komitəsində təlimatçı, rayon komsomol komitəsinin birinci katibi, Azərbaycan Mərkəzi Komsomol Komitəsində təşkilatçı, 1963–1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, 1969–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1991–1997-ci illərdə Dövlət Quşçuluq Şirkətinin vitse-prezidenti, 1997–2011-ci illərdə Respublika Nazirlər Kabinetinin baş məsləhətçisi işləmişdir. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür. İki "Şərəf nişanı", bir "Xalqlar dostluğu" ordeni, "Yubiley" medalı, Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı" və s. mükafatlarla təltif edilmişdir. Azərbaycanda "Sovet-Hindistan", "Kuba-Azərbaycan", Hindistanda "Sovet-Hindistan" simpoziumlarının, Moskvada "Ümumdünya Baytarlıq", Misirdə və Bolqarıstanda "Beynəlxalq" və "Avropa", "Buffalo" Konqreslərinin təşkilində fəal iştirak etmişdir.
Şəhriyar Əbilov
Şəhriyar Əbilov — Tanınmış aktyor, aparıcı Əbilov Şəhriyar İbrahim oğlu 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə məktəbi birdiyi il Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsinə daxil olub. Ali təhsili iə yanaşı aktyor dərnəyində fəaliyyət göstərib. 2002-ci İldə Neft şirkətinin Günəşli Neft Yatağında neftçi (operator) işləyib, 2006-cı ildə "Qəfəs" Realiti şousunda iştirak edib və qaliblərdən biri olub. Uzun müddət restoranlarda, toylarda, konsertlərdə aparıcı kimi fəaliyyət göstərib. 2010-cu ildən bu günə kimi mütəmadi olaraq filmlərdə iştirak edir. 2011–2012-ci ildə 101 Anten FM radio kanalında DJ fəaliyyəti göstərib. 2012–2017-ci illərdə "Azad Azərbaycan TV" telekanalında Səhər proqramı ilə aparıcılığ fəaliyyətinə başlayıb, ardından Fort Boyard yarışmasında iştrakçı kimi iştrakçısı olub. "Böyük Səhnə", "Big Show", "Oyuncaq" kimi layihələrinin aprıcısı olub. 2021 ildə Aztv televiziyasında çalışır "Evimizdə" verlişinin aparıcısıdı.
Əli Əbilzadə
Əli Bəkir oğlu Əbilzadə (1930, Bakı, Azərbaycan SSR, SSRİ – 1993, Bakı, Azərbaycan) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Azərbaycan SSR əməkdar məşqçisi. Əli Əbilzadə 1930-cu ildə Bakıda anadan olub. 1946-cı ildə — 16 yaşında olarkən o vaxtlar Mərkəzi Pionerlər Sarayında yaranmış futbol bölməsinə üzv yazılıb. İlk məşqdən sonra futbol mütəxəssisi Mixail Alimkin ona hücumda oynamağı məsləhət görüb. 1950-1960-cı illər ərzində "Neftyanik"in heyətində ümumilikdə 134 oyun keçirib, 39 qol vurub. 1961-ci ildən məşqçilik fəaliyyətinə başlaylb. 1961-1962-ci illərdə "Neftyanik"də baş məşqçi Boris Arkadyevin köməkçisi kimi çalışıb. Sonralar Azərbaycanın bir çox komandalarında baş məşqçi işləyib. Əli Əbilzadə 1993-cü ilin aprel ayında Bakı şəhərində vəfat edib.
Mayramkan Əbilqasımova
Mayramkan Əbilqasımova (qırğ. Майрамкан Абылкасымова; 7 noyabr 1936 – 2021) — Qırğızıstan şairəsi. O, "Lenin komsomolu" mükafatı laureatı (1970) olmuş, Qırğızıstanın xalq şairi (1980) adına layiq görülmüşdür. == Həyatı == Müəllim ailəsində anadan olmuşdur. 1958-ci ildə Qırğızıstan Qadın Pedaqoji İnstitutunu bitirmişdir. 1961-ci ildə "Balaca dostlara" adlı ilk şeir toplusu nəşr olunmuşdur. "Çiçəklər var bu bahar" (1965), "Ürəyimdə iman saxlayıram" (1968), "Vətən" (1973), "Tükənməz mahnı" (1977) , "Mənim mavi gözlü İssık-Kulum" (1986) şeir və şeirlər toplularının müəllifidir. ), "Tükənməz mahnı" (1977) , "Mənim mavi gözlü İssık-gülüm" (1986). Şeirlər rus, belarus, tacik, qazax, monqol, alman, polyak, ingilis, fransız dillərinə tərcümə olunmuşdur. == Təltif və mükafatlar == "Lenin komsomolu" mükafatı (1970) "Şərəf nişanı" ordeni Toktoqul Satılqanov adına Qırğızıstan SSR Dövlət mükafatı (1984).
Ceyhun Əbiyev
Ceyhun Əbiyev (24 oktyabr 1974, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Ceyhun Əbiyevin beynəlxalq turnirlərdə debütü 1996-cı ildə Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında oldu. Turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Ermənistan nümayəndəsi Nşan Munçyana 1:10 hesabı ilə məğlub oldu və mübarizəsini başa vurdu. 2002-ci ildə də Ceyhun Əbiyev Avropa Çempionatında uğursuz çıxış elədi. Rusiyanın Perm şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Rusiya nümayəndəsi Sergey Kazahova məğlub oldu və mübarizəsini başa vurdu. Ceyhun Əbiyevin Dünya Çempionatlarında debütü 2003-cü ilin iyulunda Tailandda baş tutdu. Turnirin təsnifat mərhələsində Özbəkistan nümayəndəsi Otabəy Mamacanova 32:22, 1/8 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Səlim Səlimova 28:24 hesabları ilə qalib gələn Ceyhun Əbiyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Pakistan nümayəndəsi Kərim Numan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ceyhun Əbiyev rəqibinə 15:20 hesabı ilə məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2004-cü ildə Ceyhun Əbiyev üçüncü dəfə Avropa Çempionatında mübarizə apardı.
Karrar Əbilov
Kərrar Əbilov (28 aprel 1930, Şuşa, DQMV – 28 yanvar 2016) — Azərbaycan siyasətçisi, Vahid Azərbaycan Partiyasının sədri. Psixologiya elmləri namizədi == Həyatı == Kərrar Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji və bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb. Onun "Odlu axın" adlı ilk hekayəsi 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çap edilib. Həmin vaxtdan başlayaraq o, "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakı", "İnşaatçı", "Bilik" qəzetlərində, "İnqilab və Mədəniyyət" jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib və eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə Leninqrad Universitetini fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K. Əbilov təhsil sisteminin təkmilləşməsi, paklığı, sağlamlığı uğrunda həmişə mübarizə aparıb və təhsildə pərakəndəliyə qarşı, sistemin bütövlüyü, tamlığı uğrunda var qüvvə ilə çalışıb. K. Əbilov Azərbaycanın müstəqilliyi, azadlığı, vahidliyi uğrunda mübarizənin həmişə ön sıralarında olub, Vahid Azərbaycan ideyasının təşəkkül tapıb təkmilləşməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi-psixoloji birliyinin yaradılması yolunda mümkün olan bütün vasitələrdən istifadə edib və etməkdədir. Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, "Vahid Azərbaycan" qəzetinin yaradılmasında aparıcı rol oynayan K. Əbilov həm də həmin qurumların rəhbəri olaraq qalır. Onun 1988-ci ildə yaratdığı Azərbaycan Milli Qurtuluş Cəbhəsi Ermənistanla sərhəddə və Dağlıq Qarabağda yerləşən, azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi yolunda çox tutarlı tədbirlər həyata keçirib və quduzlaşmış erməni millətçilərinin qarşısını ala biləcək özünümüdafiə dəstələri yaratmaqla azərbaycanlıların bu kəndlərdə kütləvi qırğınının qarşısını ala bilib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb.
Əbis ibn Əbu Şəbib əş-Şakiri
Əbis ibn Əbu Şəbib əl-Şakiri (ərəb. عابس بن ابي شبيب الشاکري‎) — Siffeyn döyüşündə yaralanmış və Kərbəla şəhidlərindən biri. Əbis böyük Bəni-Həmdan qəbiləsinin Bəni-Şakir qolundan idi. Qəbiləsinin adamları döyüşdə cəsur idilər və buna görə də ərəblər onları “Sabahın cavanları” mənasını verən Fətayan əs-Sabah adlandırırdılar. Atası Şəbib, Həbib, Şibt və ya Leys kimi qeyd edilmişdir. Əbis öz qəbiləsinin yaxşı xüsusiyyətlərinə görə mükəmməl şəxs idi. O, şiə əyanlarından və onların başçılarından idi. Əbis Əhli-beyt aşiqlərindən və onu müstəsna olaraq sevən Əli ibn Əbu Talibin tərəfdarlarından idi. Əbis Siffeyn döyüşündə Əli ibn Əbu Talibə qoşulmuş və Siffeyn döyüşündə alnından yaralanmış, izi əbədi olaraq alnında qalmışdır. Müslim ibn Əqil Kufəyə daxil olduqdan sonra Muxtar ibn Əbu Ubeydin evinə getdi.
Gündüz Əbilov
Gündüz Əliş oğlu Əbdülov (1976, Şuşa, DQMV) — Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, polkovnik. == Həyatı == Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == === Hərbi xidməti === 2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir. Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir. === Səhiyyə sektoru === 2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik etmişdir.
Vəli Əbilov
Vəli Murad oğlu Əbilov (krımtat. Veli Murat oğlu Abilev, Вели Мурат огълу Абилев; 1898, Simferopol qəzası[d], Tavriya quberniyası[d] – 1945) — Krım tatar yazıçısı, müəllimi, publisist və jurnalisti. Krım Tatar Pedaqoji Kollecinin (1925-1925), M.İ.Kalinin adına Krım Xüsusi Bitkilər İnstitutunun direktoru (1933-1934). Sov.İKP(b) üzvü. Represiya qurbanı. O, 1937-ci ildə “Milli Firqə” təşkilatının üzvü kimi həbs edilib. Yeddi il xalq düşməni kimi düşərgələrdə həbs çəkib və orada vəfat edib. Vəli Əbilov 1957-ci ildə ölümündən sonra reabilitasiya olunub. == Həyatı == Vəli Əbilov 1898-ci ildə Simferopol rayonu ərazisində kəndli ailəsində anadan olub. İbtidai təhsilini müəllimi Abdulla Lətifzadə olan kənd məktəbində alıb.