ƏDN

behişt, cənnət.
ƏDL
ƏDYAN
OBASTAN VİKİ
Ədnan Ağayev
Ədnan Ağayev (Ağayev Ədnan Tofiq oğlu; 25 oktyabr 1956, Bakı) — Rusiya alimi, Rusiyanın keçmiş diplomatı, hal hazırda beynəlxalq məsələlər üzrə biznes konsultant, "ASTEY" hüquq firmasının direktoru. Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzunu. Rusiya Federasiyasının Kolumbiya Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri (1994–1999). Ağayev Ədnan Tofiq oğlu 1956-cı il oktyabrın 25-də Bakıda anadan olub. 1979-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. 1985-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix üzrə namizədlik dissertasiyası müdafiə edib. Ə. Ağayev diplomatik karyerasına 1979-cu ildə SSRİ Xarici İşlər Nazirliyində attaşe ranqında başlayıb. 1980-ci ildə BMT-nin Cenevrədəki qərargahında siyasi məsələlər üzrə böyük əməkdaş vəzifəsinə təyin olunub, sonra işini İsveçrədə, BMT-nin Tərksilah Problemləri üzrə Tədqiqatlar İnstitutunda davam etdirib. 1986-cı ildə Ə. Ağayev Moskvaya, SSRİ Xarici İşlər Nazirliyinə qayıdıb. 1986–1989-cu illərdə Beynəlxalq Təşkilatlar Departamentində tərksilah problemləri şöbəsinin rəisi, 1990–1991-ci illərdə çoxtərəfli tərksilah və beynəlxalq təhlükəsizlik departamentinin direktoru olub.
Ədnan
Ədnan (ərəb. عدنان‎, 'adnān) — şimali, qərbi, şərqi və mərkəzi Ərəbistanın ədnani ərəblərinin ənənəvi əcdadı. Bunun əksinə olaraq, Ərəbistanın cənubunda yaşyan Qəhtani ərəbləri Qəhtanın nəslindəndir. Ədnanın əcdadlardan biri İbrahimdir, onun soy kökü oradan da Adəm və Nuha qədər uzanır.
Ədnanilər
Ədnanilər (ərəb. عدنانيون‎) — İsmayıl övladları olan ərəblərin qəbilə konfederasiyası. Onların soy kökü Hicazdan olan Ədnan vasitəsilə islam peyğəmbəri İbrahimin oğlu İsmayıla və həyat yoldaşı Həcərə qədər gedib çıxır. Onun vasitəsilə bu soyu ilk insan hesab edilən Adəm peyğəmbərə və ilk gəminin banisi Nuh peyğəmbərlərə qədər izləmək olar. İslam peyğəmbəri Məhəmməd ədnanilərin qureyş qəbiləsindən idi. Ərəb ənənəsinə görə, ədnanilər, islam peyğəmbəri Hudun oğlu Qəhtanın nəslindən olan və Ərəbistanın cənubunda yaşayan qəhtani ərəblərindən fərqli olaraq şimali ərəblərdir. Bəzi müasir tarixçilərin fikrinə görə, ədnanilər və qəhtanilər arasındakı ənənəvi fərq dəlillərə malik deyil və bu, Əməvilər dövründə fraksiyalararası münaqişələrdən irəli gəlmiş ola bilər.

Digər lüğətlərdə