Məhəmmədtağı xan Əmir-Əhmədi
Məhəmmədtağı xan Yusif xan oğlu Əmir-Əhmədi (1906, Xalxal – 1942) — Cənubi Azərbaycan şairi, el böyüyü.
Məhəmmədtağı xan Yusif xan oğlu 1906-cı ildə Cənubi Azərbaycanın Xalxal vilayətinin Təbrizəq kəndində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada, sonra mədrəsədə oxumuşdu.
II Dünya Müharibəsi dövründə Cənubi Azərbaycan ruslar tərəfindən yenidən işgal edildi. Məhəmmədtağı xan Şatiranlı, topladığı silahlı gücü ilə dövlətə qarşı ayaqlandı. Özünə aid 800 nəfərdən ibarət süvari gücü ilə Xalxalın mərkəzi olan Heroabadı ələ keçirdi. Bir neçə ay keçdikdən sonra Gilan Jandarma Birliyi rəisi yavər (mayor) Alai, əmrindəki jandarma gücü ilə Xalxal və Tarumdakı üsyanları yatırmaq üzrə hərəkətə keçdi. Çatışma nəticəsində Məhəmmədtağı xan həyatını itirdi.