Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhmədağa Babayev
Əhmədağa Şahbaba oğlu Babayev — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əhmədağa Şahbaba oğlu Babayev 1968 cı ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib. Yanvar ayının 30 da Füzuli istiqamətində döyüşlərdə şəhid olmuşdur. == Təltifləri == 17 sentyabr 1996 cı ildə İsmayıllı rayonu Quşencə kəndi tam orta məktəbi Əhmədağa Babayev adını daşıyır.
Əhmədağa Muğanlı
Əhmədağa Əkbər oğlu Qurbanov (Muğanlı) (10 may 1926, Biləsuvar rayonu – 4 avqust 2001, Bakı) — nasir, ssenarist, kino redaktoru. 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Əməkdar Mədəniyyət İşçisi (1991). == Həyatı == Əhmədağa Muğanlı 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində almışdır. Lakin X sinifdə ikən ordu sıralarında əsgəri xidmət borcunu yerinə yetirmiş (1944–1946) tərxis olunandan sonra orta məktəbi gümüş medalla bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952).2001-ci il avqustun 4-də Bakıda vəfat etmişdir.Oğlu Nəriman Qurbanov Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır. == Fəaliyyəti == Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" (1951, N 10) jurnalında dərc olunan "Biz qol çəkirik ki…" hekayəsi ilə başlamışdır. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edir.20-yə yaxın sənədli fılm ("Azərbaycan…, Azərbaycan…", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və s.), "Dağlarda döyüş" (1968), "Od içində vahə" (1982), "Qocalar…, qocalar" (1982), "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" (1988) bədii fılmlərin ssenari müəllifıdir.Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlamışdır (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946–1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləmişdir.
Əhmədağa Qurbanov
Əhmədağa Əkbər oğlu Qurbanov (Muğanlı) (10 may 1926, Biləsuvar rayonu – 4 avqust 2001, Bakı) — nasir, ssenarist, kino redaktoru. 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Əməkdar Mədəniyyət İşçisi (1991). == Həyatı == Əhmədağa Muğanlı 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində almışdır. Lakin X sinifdə ikən ordu sıralarında əsgəri xidmət borcunu yerinə yetirmiş (1944–1946) tərxis olunandan sonra orta məktəbi gümüş medalla bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952).2001-ci il avqustun 4-də Bakıda vəfat etmişdir.Oğlu Nəriman Qurbanov Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır. == Fəaliyyəti == Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" (1951, N 10) jurnalında dərc olunan "Biz qol çəkirik ki…" hekayəsi ilə başlamışdır. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edir.20-yə yaxın sənədli fılm ("Azərbaycan…, Azərbaycan…", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və s.), "Dağlarda döyüş" (1968), "Od içində vahə" (1982), "Qocalar…, qocalar" (1982), "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" (1988) bədii fılmlərin ssenari müəllifıdir.Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlamışdır (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946–1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləmişdir.
Əhmədağa İskəndərov
Əhmədağa Novruz oğlu İskəndərov(tam adı:İskəndərov Əhmədağa Novruz oğlu 20 sentyabr 1989, Bakı – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbin birinci sinifinə gedib. 2007-ci ildə həmin məktəbi bitirib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərərək 614.75 bal toplamış, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin Menecment ixtisasına qəbul olmuş və əlaçı təqaüdünə layiq görülmüşdür. Universitetdə təhsil aldığı müddətdə ixtisasını dərindən mənimsəməyə çalışmış və ixtisas fənlərinə daha çox diqqət yetirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş və elə həmin ildəcə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağrılmışdır. Mingəçevir şəhərində “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə xidmətini başa vurmuşdur. Ailəli idi. Bir övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir sıra təkmilləşdirmə kurslarında iştirak etmişdir. 2013-cü ildə satış və distrübütorluq sektorunda ölkənin aparıcı şirkətlər qrupu olan Veysəloğlu Qrupda İnsan resursları mütəxəssisi olaraq peşəkar fəaliyyətinə başlamış və həmin şirkətdə İnsan resursları əməliyyatları bölmə müdiri vəzifəsinə qədər yüksəlmişdir.
Əhmədağa Əhmədov
Əhmədağa Hacı Ağa Mirzə Əbdülkərim oğlu Əhmədov (26 mart 1922, Maştağa, Bakı qəzası – 21 mart 2008, Maştağa) — texniki elmlər namizədi (1954), dosent, islamşünas, ədəbiyyatşünas. Bir sıra texniki, dini və ədəbi araşdırma kitablarının müəllifi. == Həyatı == Əhmədağa Əhmədov 1922-ci ildə Bakının Maştağa kəndində anadan olub. Dövrünün çox savadlı ruhanisi olmuş atası Hacı Mirzə Əbdülkərimin onun təlim-tərbiyəsində böyük əməyi olub. Hacı Mirzə Əbdülkərim uzun müddət İranda və İraqda oxuyub, Məşhəd və Nəcəf şəhərlərindəki mədrəsələrdə ərəb dilinin sərvi-nəhvi, məntiq, bəlağət elmləri, fiqh, üsul, hikmət, ilahiyyat və s. elmlərdən dərs deyib. O vaxtlar ruhanilərə "kulak" damğası vurulduğu üçün məktəb yaşı çatmasına baxmayaraq balaca Əhmədağanı məktəbə yalnız 13 yaşında qəbul edilib. Lakin 4-5 yaşlarında yazıb oxumağı öyrənmiş Əhmədağa bu illər fars və ərəb dillərini, məntiq ədəbiyyat elmlərini öyrənmişdi.Orta məktəbi altı il ərzində əla qiymətlərlə bitirib attestat aldıqdan iki gün sonra müharibə başlayır və onu ordu sıralarına çağırıb Uzaq Şərqə yola salırlar. Sibirin buzlu qazmalarında hərbi xidmət keçən Ə.Əhmədov ağır xəstələnir. 1943-ci ildə ürək tutmaları ilə ordudan tərxis olunur.
Əhmədağalı
Əhmədağalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Əhmədağalı kəndi Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əhmədağalı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Əhmədağalı bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əhmədabad
Yaşayış məntəqələri Azərbaycanda Əhmədabad (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhmədabad (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Əhmədabad (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd.İranda Əhmədabad (Yəzd) — İranın Yəzd ostanının Ərdəkan şəhristanının Mərkəzi bəxşində şəhər.
Əhmədavar
Əhmədavar — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Xıdırlı və Çuxurməhlə kəndləri ilə birlikdə Xıdırlı kənd inzibati-ərazi dairəsini təşkil edir. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Əhmədoba
Əhmədoba — Azərbaycan Respublikası Xaçmaz rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Əhmədoba kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim "Əhmədə məxsus oba" mənasındadır. Oba sonralar daimi yaşayış məntəqəsinə çevrilmışdir.
Əhmədova
Əhmədova — Azərbaycan soyadı. Aybəniz Əhmədova (d. 1983) — aktrisaƏzizə Əhmədova (d. 1932) — azərbaycanlı yazıçı, şair, tərcüməçi,dramaturqFirəngiz Əhmədova (1928-2011) — Azərbaycanın görkəmli opera müğənnisi,Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti Firdovsiyyə Əhmədova - Azərbaycan Respublikasının əməkdar müəllimi (2014)[1], Tarix üzrə fəlsəfə doktoru Flora Əhmədova (1934-2012) — Respublikanın Baş Dövlət arbitri, əməkdar hüquqşünasGülər Əhmədova (d. 1965) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədiHüsniyyə Əhmədova (aktrisa) (d. 1971) — Azərbaycan aktrisasıJalə Əhmədova (d. 1981) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının Vitse-PrezidentiMəlahət Əhmədova (d. 1972) — Azərbaycan aktrisası Mətanət Əhmədova (d. 1975) — Aktrisa Mehriban Əhmədova (d. 1963) — Bəstəkar, professor; əməkdar incəsənət xadimiNərgiz Əhmədova (d.
Almaz Əhmədova
Almaz Mustafayeva (tam adı: Mustafayeva Almaz Əhməd qızı; 1 oktyabr 1949, Ağdam – 26 dekabr 2020) — Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı. == Həyatı == Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur. Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktrisanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub.Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə vəfat etmişdir. == Mükafatları == 1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb.
Aybəniz Əhmədova
Aybəniz Nəriman qızı Əhmədova (29 yanvar 1983) — aktrisa. == Həyatı == Aybəniz Əhmədova 29 yanvar 1983-cü ildə Ermənistanın Kirovakan şəhərində anadan olub. 1990-2000-ci tədris illərində 152 saylı orta məktəbdə təhsil alıb. 2002-2006-cı tədris illərində (Cənnət Səlimovanın kursu). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1997-ci ildən 2005-ci ilə qədər Körpəm Eksperimental Uşaq teatrında aktrisa vəzifəsində çalışıb.
Firdovsiyyə Əhmədova
Əhmədova Firdovsiyyə Firdovsi qızı — Azərbaycan Respublikasının əməkdar müəllimi (2014), Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri. == Həyatı == == Elmi fəaliyyəti == "Nəriman Nərimanov – ideal və gerçəklik" kitabının, 40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində 200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən olmuşdur. Türkiyə və Bakıda keçirilmiş beynəlxalq konfransların iştirakçısı olmuşdur.“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür. == Kitab və məqalələri == Nəriman Nərimanov – ideal və gerçəklik. Bakı, 1998, 170 s.
Firdovsiyə Əhmədova
Əhmədova Firdovsiyyə Firdovsi qızı — Azərbaycan Respublikasının əməkdar müəllimi (2014), Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri. == Həyatı == == Elmi fəaliyyəti == "Nəriman Nərimanov – ideal və gerçəklik" kitabının, 40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində 200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən olmuşdur. Türkiyə və Bakıda keçirilmiş beynəlxalq konfransların iştirakçısı olmuşdur.“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür. == Kitab və məqalələri == Nəriman Nərimanov – ideal və gerçəklik. Bakı, 1998, 170 s.
Firəngiz Əhmədova
Firəngiz Yusif qızı Əhmədova (23 sentyabr 1928, Bakı – 16 dekabr 2011, Bakı) — Azərbaycanın görkəmli opera müğənnisi,Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti (1967). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü == Həyatı == Əhmədova Firəngiz 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldu. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başladı. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət etdilər. Firəngiz Əhmədova uzun illər Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.
Flora Əhmədova
Əhmədova Flora Cəfər qızı (d.9 dekabr, 1934, İrəvan-v.3 avqust, 2012, Bakı) — Respublikanın Baş Dövlət arbitri, əməkdar hüquqşünas. == Həyatı == Flora Əhmədova 1934-cü il dekabrın 9-da İrəvan şəhərində doğulub. Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri (1979-cu ildən), əməkdar hüquqşünas. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1962). Əmək fəaliyyətinə Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist kimi başlamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi, respublikanın Baş Dövlət arbitri olmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra Ədliyyə Nazirliyində və Respublika Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində mühüm postlarda işləyib. Ölkədə məhkəmə islahatları aparılan dövrə – 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri olub. F.Əhmədova 3 avqust 2012-ci il saat 05.00 radələrində ürək tutmasından vəfat edib. O, həmin gün Bakının Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb.
Gülnarə Əhmədova
Gülnarə Əhmədova (tam adı: Gülnarə Allahverdi qızı Əhmədova; 20 oktyabr 1959, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. == Ümumi məlumatlar == Gülnarə Allahverdi qızı Əhmədova 1959-cu il oktyabrın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakıdakı 134 №-li orta məktəbi bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1982-ci ildə həmin fakültəni "Neft və qazın kimyəvi emalı" ixtisası üzrə bitirmiş (ona mühəndis kimyaçı-texnoloq kvalifikasiyası verilmişdir), təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) işə göndərilmişdir. Elmi fəaliyyətə akademik V.S.Əliyevin rəhbərlik etdiyi laboratoriyada mühəndis vəzifəsində başlamışdır. 1986–1989-cu illərdə həmin laboratoriyada qiyabi aspirantura təhsili keçmiş, akademik V.S.Əliyevin və k.e.n. Z.H.Əsədovun rəhbərliyi ilə dissertasiya işini yerinə yetirmişdir. G.A.Əhmədovanın namizədlik işi neft sənayesində müxtəlif məqsədlərlə istifadə oluna bilən akrilat tipli oliqomer və polimer təbiətli yeni səthi-aktiv maddələrin (SAM) alınmasına, tədqiqinə və tətbiqinə yönəldilmişdir. Alınmış SAM-lar yeraltı laylardan neftin sıxışdırılıb çıxarılma əmsalının artırılmasında, neft quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərinin stabilləşdirilməsində, qazma zonasının izolə edilməsində, ətraf mühiti hidrogen sulfidlə çirkləndirən sulfatreduksiyaedici bakteriyaların həyat fəaliyyətinin qarşısının alınmasında yüksək effektivlik göstərmişlər.
Gülər Əhmədova
Gülər Mikayıl qızı Əhmədova (20 avqust 1965, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədi. == Erkən illəri və ailəsi == Gülər Əhmədova 20 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri namizədidir. Rus və ingilis dillərini bilir.1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisidir. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.Gülər Əhmədova evlidir, həyat yoldaşı Fikrət Əhmədov fizika-riyaziyyat elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Gülər Əhmədova 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olmuşdur. O, 2000-ci ildən 2005-ci ilədək ikinci çağırış Milli Məclisin deputatı olmuş, 2005-ci ildən üçüncü çağırış millət vəkili olaraq Yasamal rayonunu parlamentdə təmsil etmişdir. O, 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli göstərmiş, 7,756 səs yığaraq dördüncü çağırış deputatı seçilmişdir.
Hüsniyyə Əhmədova
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994-1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarırBakı Bələdiyyə Teatrı O.Altunbayın "Tomris (O.Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — Əsmər Dəli Domrul (A.Məmmədov) — Banı Ağ və qara (H.Fətullayev) — qız İnsan və iblis (Ə.Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ.Kərimov) — Ümmi İshaq Dönüş (C.Cabbarlı) — Gülsabah Türk sancağı (A.Qurbani) — Yasəmən İblis (H.Cavid) — İblis Qaravəlli(Anar)-Müqənni. Diaqnoz D.-P.l.arvadı. Şanl Vətən.Jurnalist15.Nəsimi -Fatma(İsa Hüseynov) 16 .Nizami.Aparıcı. 17.Şuşada urəyim qaldı.-Ana.
Həmidağa Hüseynzadə
Həmidağa Bağı oğlu Hüseynzadə (13 avqust 1990, Bakı – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə 54 saylı tam orta məktəbdə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qız övladı yadigar qaldı. == Hərbi xidməti == Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunda, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həmidağa Səmədov
Həmidağa Səmədov — 17 avqust 1952-ci ildə anadan olmuşdur. Həmidağa Səmədov Qarabağ müharibəsinin iştirakçısıdır. 16 yanvar 1994-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Həyatı == Həmidağa Səmədov 17 avqust 1952-ci ildə anadan olmuşdur. Orta məktəbi həmin şəhərdə qurtarmışdır. 1969-cu il iyun ayında Hacıqabul işarəvermə rabitə stansiyasında elektrik mexaniki vəzifəsinə qəbul olunmuşdur. == Şəhidlik zirvəsi == Həmidağa Səmədov 1993-cü ildə Hacıqabul rayonundan könüllü olaraq hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Həmidağa Səmədov Güllücə, Gəngərli, Sarıcallı, Cəvahirli, Suma Güllücə, Məlikli, Paprəvənd, Maqsudlu, Talışlı, Salahlı, Novruzlu kəndləri uğrunda döyüşdə cəsarət və mərdlik nümunəsi göstərmişdir. 1994-cü ilin 16 yanvar tarixində Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul şəhərində dəfn olunmuşdur.
Jalə Əhmədova
Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, hüquq elmləri magistri. == Həyatı == Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 158 saylı orta məktəbi bitirib. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb.Ehtiyatda olan zabitdir. === Ailəsi === Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır. Ailəlidir, 2 övladı var. == İctimai-siyasi fəaliyyəti == 2018-ci ildən "Vinq Çun" Döyüş Sənəti Federasiyasının təsisçilərindən biri və vitse-prezidenti olub..
Mehriban Əhmədova
Mehriban Fikrət qızı Əhmədova (24 fevral 1963, Bakı) — bəstəkar, professor; əməkdar incəsənət xadimi. == Həyatı == 1963-cü il fevralın 24-də Bakı şəhərində anadan olub. Ailəlidir. İki övladı var. == Əsərləri == "Qara qız", "Qalada yatmış idim", "Ay qız sənə mayiləm", "Dağlarda çiçək", "Qərənfil", "Ay dilbər" xalq mahnılarının f-no və səs üçün işləmələri və i. a. Mahnılar Şövkət Ələkbərova — Bayram mahnısı. Sözləri: Fikrət Qoca Şövkət Ələkbərova — Ana. Sözləri: Fikrət Qoca Flora Kərimova — "Ana millər, Ata millət ağlama!" Sözləri: Məmməd Araz Eyyub Yaqubov — Oturduq yanaşı, susduq yanaşı. Sözləri: Fikrət Qoca Brilliant Dadaşova — Arzum mənim.
Məlahət Əhmədova
Məlahət Əhmədova (13 aprel 1972) — Azərbaycan aktrisası. == Həyatı == Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinə qəbul olunub , ustad Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil alıb.1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bu kimi rollar oynayıb: 1. B.Appayev "Gözəllri necə qaçırırlar" -- Sveta 2. S.Bekket "Addım səsləri" -- Mey 3. F.Mustafa "Ağıllı adam" -- Həkim 4. M.F.Axundov "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduküni-məşhur" -- Şərəfnisə 5. N.Hikmət "Bayramın birinci günü" -- Aytən 6. C.Cabbarlı "Aydın" --Böyükxanım 7.
Məmmədağa Bağırov
Məmmədağa Həsənağa oğlu Bağırov (2 dekabr 1997; Masallı rayonu, Azərbaycan — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədağa Bağırov 1997-ci il dekabrın 2-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədağa Bağırov noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhmədnaqar
Əhmədnaqar — Qərbi Hindistanda bir şəhər və bu şəhərin mərkəz olduğu bölgə. == Tarixi == 1495-ci ildə Bəhmənilərin bölgə valisi Əhməd Nizamşah tərəfindən təsis edildi. Bəhməni sultanliğının 1496-cı ildə sona çatması üzərinə Əhməd Nizamşah istiqlalini elan edib Nizamşahlar dövlətini qurunca buranı da özünə paytaxt etdi. Şəhərə, qurucusu Əhməd Nizamşah və vəziri Əhməd Qucəratiyə nisbətlə Əhmədnagar (Əhməd şəhəri) adı verilmişdir. Şəhər, Əhməd Nizamşah idarəsində ən yüksək rifah səviyəsinə çatdı; onun oğlu Bürhan zamanında da (1510-1553) bir elm və mədəniyyət mərkəzi halına gəldi. Bürhanşah dönəmində Kaşan bölgəsinadən gələn Şah Tahir Hüseyninin çalışamalarıyla bölgədə Şiəlik hər tərəfə yayıldı; Səfəvilərlə yaxşı münasibətlər sürdürüladü və xütbələrdə Səfəvilərə bağlılık ifaadələri işlənildi. I Hüseyn dövründə də (l553-1565) yenə eyni əqidəyə bağlılıq davam edərək bu durum ara sıra görülən kəsintilərə rəğmən Nizamşahların sonuana qədər sürdü. 1 Murtaza (1565-1588) dönəmində dövlətin durumu pozuldu; onun ölümü üzərinə çıxan daxili qarışıqlıqalardan istifadə edən moğol sultanı Əkbər şah 1600-cü ildə bölgəni ələ keçirərək Türk-Hind İmperatorluğuna qatdı. Bununla bərabər ölkə torpaqlarının rəsmən ilhakı, təqribən otuz il sonra gərçəkləşdirilə bildi. Bu dövürdə Dəkkən əyalətinə bağlanan Əhmədnagar, daha sonra da Heydərabadda hökm sürən Nizam (Asəfcahilər) xanədanının idarəsinə keçti.