ƏNGİNAR

сущ. бот. артишок (род многолетних травянистых растений сем. сложноцветных)
ƏNGİN
ƏNGİNLİK
OBASTAN VİKİ
Ənginar
Ənginar (lat. Cynara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda ənginarın iki növü əkilir. Bunların biri əkin ənginarı, digəri isə İspaniya ənginarı adlanır. Hər iki növ çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin ənginarı Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin ənginarı ilə yanaşı Azərbaycanda İspaniya ənginarı (Cynara cardunculus) da becərilir.
Tikanlı ənginar
Əkilən ənginar
İspaniya ənginarı
İspaniya ənginarı (lat. Cynara cardunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. == Sinonimləri == Carduus cardunculus (L.) Baill. Carduus cynara E.H.L.Krause Carduus scolymus Baill. Cnicus communis Lam. Cynara cardunculus var. altilis DC. Cynara cardunculus var.

Digər lüğətlərdə