Əppək

Mahmud Kaşğari bu çörək növünün adını “əbək”, “əpmək”, “ətmək” formalarında “çörək” mənasında qeydə almışdır. Böyük lüğətçi-alim qeyd edir ki, “əbək” uşaq dilində çörəyin adıdır. Müasir dilimizdə “əppək” şəklində işlənir. Çinlilər bu sözü “əpək” şəklində M.Kaşğarinin “Lüğət”indən oxumuşlar. “Əpmək” çörək növü barədə M.Kaşğari yazır ki, yağma, toxsı boylarının, oğuzların və qıpçaqların bir qisminin dilində “çörək” deməkdir. Bunun ərəb dilində örnəyi vardır. (8, 164) Əppək sözü “çörək” mənasında Türkiyə türkcəsində ekmek, başqırd türkcəsində ikmək, qazax türkcəsində nan, qırğız türkcəsində nan, özbək türkcəsində nən, tatar türkcəsində ikmək, Azərbaycan və türkmən türkcəsində çörək, uyğur türkcəsində nan formalarında işlənir. (33, 206-207)
Əmlik kababı
Ərik qaysavası

Digər lüğətlərdə