Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Əmək ehtiyatları
Əmək ehtiyatları — əmək bazarında işçi qüvvələrin ehtiyatları. Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir.
Əmək iqtisadiyyatı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müəssisə əməkdaşının və müdiriyyətinin hüquq və vəzifələrini müəyyən edən rəsmi sənəd. İşə götürmə zamanı rəsmiləşdirilir və hər iki tərəf – işçi və müdiriyyətin nümayəndəsi imzalayır. Müxtəlif ölkələrdə əmək müqaviləsinin tərkibi və bölmələri fərqlidir. Məsələn Almaniyada uzun illər əmək müqaviləsinin əsas bölmələrinə: əmək fəaliyyəti; gəlirlər (o cümlədən əməkhaqqı); müdafiə tədbirləri (müvəqqəti əməkqabiliyyətsizliyi, əlillik, ölüm hallarında); məzuniyyət; 5) əlavə işlərin görülməsi qaydası; istehsal və kommersiya sirlərini saxlamaq öhdəliyi; ixtiraların rəsmiləşdirilməsi və ödənilməsi şərtləri; müqavilənin qüvvədə olduğu müddət və onu ləğv etmək qaydası aid edilirdi. Əmək müqaviləsinin xüsusi növü işçilər və administrasiya arasında bağlanmış əmək sazişidir. Bu sazişdə əmək münasibətləri və digər münasibətlər, həmçinin tərəflərin hüquq və vəzifələri göstərilir. Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət. İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. Dünyanın çox ölkələrindəki məzuniyyət sayı özlərinin əmək hüququna görə tənzimlənir. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xәstәliyә, istehsalatda vә ya mәişәtdә baş verәn bәdbәxt hadisәyә vә digәr sәbәblәrә görә әmәk funksiyalarını yerinә yetirmәk qabiliyyәtindәn müvәqqәti vә ya daimi mәhrum olması; sosial risk növlәrindәn biri. Müvәqqәti əməkqabiliyyətsizliyi dönәn xarakter daşıyır, insanın sağalması ilә onun әmәk qabiliyyәti bәrpa olunur vә o, işә çıxa bilir. Bu hal tibbi ekspertizaya әsasәn müәyyәn olunur vә әmәk qabiliyyәtinin olmaması vәrәqәsi vә ya arayışla tәsdiqlәnir. İnsanın әmәk qabiliyyәtinin bәrpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur vә hәmin şәxs әlil sayılır, bәzәn hәkimin mәslәhәtilә başqa rejimdә, yaxud başqa işdә işlәmәk imkanı olan qismәn әmәkqabiliyyәtli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarәlәrindә hәyat fәaliyyәtinin (o cümlәdәn әmәk qabiliyyәtinin) mәhdudlaşması strukturunun vә dәrәcәsinin qiymәtlәndirilmәsi әsasında әlillik qrupu vә reabilitasiya daxil olmaqla sosial müdafiә tәdbirlәri müәyyәnlәşdirilir. Müvәqqәti əməkqabiliyyətsizliyi mәlumatlarının tәhlili işçi tәrәfindәn onunla әlaqәdar sosial imtiyazlardan sui-istifadәni, yaxud Ə. yüksәk olan müәssisәlәrdә әmәk şәraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etmәyә imkan yaradır. Çox ölkәlәrdә əməkqabiliyyətsizliyi göstәricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müәyyәn edir, yәni əməkqabiliyyətsizliyi göstәricisi yüksәk olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox әhәmiyyәtlidir vә o, sahibkarlarla (onlar buna görә әmәk şәraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin sәbәb vә nәticәlәrini öyrәnmәk üçün işәdüzәltmә agentliklәrindә müstәqil tibbi müayinә institutu yaradılır vә bu, hәmin agentliklәrin hәkimlәrinә iş axtaran şәxsin zәrәrli vәrdişlәri (siqaretçәkmә, alkoqoldan sui-istifadә) dә daxil olmaqla, tam sağlamlıq vәziyyәti haqqında mәlumat tәqdim etmәyә imkan verir. Hәkimlәr bu işçinin әvvәlki iş yerindәki əməkqabiliyyətsizliyi üzrә mәlumat bazası nәzәrә alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müәyyәnlәşdirirlәr.
Əmək sosiologiyası
Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Əmək məhsuldarlığı
Əmək məhsuldarlığı — əməyin səmərəliliyini xarakterizə edən göstərici. Əmək məhsuldarlığı bir işçinin vaxt vahidində istehsal etdiyi məhsulların sayı ilə ölçülür. Tərs dəyər — əmək intensivliyi — istehsal vahidinə sərf olunan vaxtın miqdarı ilə ölçülür. Tipik olaraq, iqtisadi statistikada əmək məhsuldarlığı faktiki əmək məhsuldarlığına aiddir, lakin iqtisadi kibernetikada, xüsusən də Stefford Birin həyat qabiliyyətli sistemlər modelində faktiki və potensial əmək məhsuldarlığı anlayışları təqdim olunur. Müəssisədə dövriyyə vəsaitlərinin istifadəsinin ən mühüm göstəriciləri dövriyyə vəsaitlərinin dövriyyəsi və bir dövriyyənin vaxtı ilə bağlı normativlərdir. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi şirkətin dövriyyə vəsaitlərinin dövriyyədən azad edilməsinə gətirib çıxarır. Əksinə, dövriyyənin ləngiməsi müəssisənin dövriyyə vəsaitlərinə tələbatının artmasına səbəb olur. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə aşağıdakı amillərdən istifadə etməklə nail olmaq olar: dövriyyə vəsaitlərinin artım tempi ilə müqayisədə satış həcmlərinin daha sürətli artım tempi; təchizat və satış sisteminin təkmilləşdirilməsi; məhsulların material və enerji intensivliyinin azaldılması; məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi; istehsal tsiklinin müddətinin azaldılması və s.Əmək məhsuldarlığının yüksəldilməsi məhsul vahidinin istehsalına və ya vaxt vahidinə əlavə istehsal edilmiş məhsulun miqdarına əmək məsrəflərinə (iş vaxtına) qənaət deməkdir ki, bu da əmək məhsuldarlığının artmasına birbaşa təsir göstərir. istehsalın səmərəliliyi, çünki bir halda cari istehsal xərcləri “Əsas istehsalat işçilərinin əmək haqqı” maddəsi üzrə azaldılmış istehsal vahidləri, digərində isə vaxt vahidi üçün daha çox məhsul istehsal olunur. Faktiki əmək məhsuldarlığı (məhsuldarlığı) əmək intensivliyi ilə tərs mütənasibdir və düsturdan istifadə edərək birbaşa müşahidə olunan məlumatlar əsasında müəyyən edilir: P f a c t = Q f a c t t f a c t {\displaystyle P_{fact}={Q_{fact} \over t_{fact}}} burada Q f a c t {\displaystyle Q_{fact}} — verilmiş məhsul növünün ölçü vahidlərində faktiki çıxışdır, t f a c t {\displaystyle t_{fact}} — zaman vahidlərində canlı əməyin faktiki dəyəridir.
Beynəlxalq Əmək Günü
Beynəlxalq Əmək Günü (Bir may bayramı və ya Əmək bayramı) — Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Haymarket üsyanı, anarxistlərin edamı – qanla boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu şərəfli tarixin simvolu isə 1 May bayramıdır. Bu gün Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü irticanın təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15–16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsidir. Bəs bu tarixi proses və onun məntiqi nəticəsi olan 1 May bayramı necə meydana gəldi? XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə dərc olunmuş "May bayramı necə yarandı?" adlı tarixi məqaləsində yazırdı: "Azad düşüncə – 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı. Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar. Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.
Beynəlxalq Əmək Təşkilatı
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
Azərbaycanda əmək hüququ
Azərbaycanda əmək hüququ — Azərbaycanda əmək hüququ ilə bağlı yaranan münasibətləri tənzimləyən müstəqil hüquq sahəsi. Əmək hüququ işçi ilə işəgötürən arasında yazılı formada bağlanan əmək müqaviləsi əsasında yaranan əmək münasibətlərini tənzim edir. Hazırda Azərbaycanda əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu və işsizlikdən sığorta sahələrində dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. XIX əsrin ikinci yarısında Azərbaycanda kapitalist sənayesinin inkişafı, bir sıra sənət sahələrinin manufaktura səviyyəsinə yüksəlməsi, kənd təsərrüfatının bir çox sahələrinə muzdlu əməyin daxil olması yeni kapitalist cəmiyyətinin sinifləri olan burjuaziya və fəhlə sinfinin təşəkkül tapmasına şərait yaratdı. Özünün təşəkkül dövründə çoxmillətli burjuaziya sinfinin tərkibində azlıq təşkil edən Azərbaycan burjuaziyası sonrakı illərdə nisbətən qüvvətləndi. Milli burjuaziyanın yaranması zəhmətkeş təbəqəyə öz müsbət təsirini elə ilk illərdəcə göstərirdi. Belə ki, milli burjuaziya öz müəssisələrinə ilk növbədə müsəlmanları işə götürürdü. Bakıda və Azərbaycanın digər qəzalarında sənaye ocaqları yarandıqca var-yoxdan çıxmış kəndlilər bu şəhərlərə axışırdı. Bu kəndlilərin heç da hamısı daimi olaraq Bakıda qalmır və fəhlə sinfinin təşəkkülündə iştirak etmirdi. Onlara mövsümi fəhlələr deyilirdi.
Beynəlxalq əmək bölgüsü
Beynəlxalq əmək bölgüsü (BƏB) BİM-in mahiyyətini açan əsas kateqoriyadır. Bu özünü onda göstərir ki, dünyanın istənilən ölkəsi bu və ya digər formada BƏB-ə cəlb olunub. Müasir dünyada BƏB-də iştirak ölkənin qarşısında duran daxili və xarici vəzifələrin yerinə yetirilməsinin, ölkələr arasında qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin qurulmasının vacib vasitəsidir. BƏB-də iştirak ölkələrə daha az xərc htiyaclarını ödəməyə və beləliklə də, əlavə iqtisadi səmərə əldə etməyə imkan verir. BƏB-in mahiyyətini açmağa keçməmişdən əvvəl ilk olaraq ölkə daxilində əmək bölgüsünün necə baş verdiyini qısaca olaraq nəzərdən keçirək. Ümumiyyətlə, əmək bölgüsü tarixən müəyyən olunmuş ictimai əmək sistemidir. O, cəmiyyətin inkişaf prosesində istehsal fəaliyyətinin differensiallaşması nəticəsində bərqərar olur. Dünyanın istənilən ölkəsində ayrıca götürülmüş heç bir müəssisə həmin ölkənin cəmiyyətinə lazım olan bütün məhsulları istehsal etmək iqtidarında deyildir. Hər bir müəssisə müəyyən növ məhsulların hazırlanması üzrə ixtisaslaşır, yəni müəssisələrin ixtisaslaşması baş verir. O özünü bir neçə formada – predmet, peşəkar və ərazi ixtisaslaşmaları formasında göstərir.
Bakı Əmək Birjası
Bakı Əmək Birjası — tələb və təklif əsasında sahibkarlarla fəhlələr arasında vasitəçilik edən, habelə əmək bazarının uçotu və tənzimlənməsi sahəsində fəaliyyət göstərən müəssisə. Bakı Əmək Birjası Bakı şəhər ictimai idarəsi tərəfindən təsis olunmuşdu. Nizamnaməsi 1918-ci il yanvarın 13-də Bakı Şəhər Dumasında təsdiq edilən birja həmin ilin fevralından fəaliyyətə başlamışdı. Birjanın proqramının hazırlanmasında Petroqrad birjasının təcrübəsindən istifadə olunmuşdu. Rusiya birjalarında tətbiq olunan qaydalar isə Almaniya bələdiyyə əmək birjalarının təcrübəsinə əsaslanırdı. Əmək bazarını tənzimləyən birjanın yaradılması zərurəti təsərrüfatın dağılmasından və işsizlikdən irəli gəlirdi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra fəaliyyətini davam etdirən Bakı Əmək Birjası əhalinin ümumi məşğulluğunun təmin edilməsində müəyyən rol oynamışdır. Bakı Əmək Birjası əməyə tələb və təklifləri qeydiyyata alır, işə götürülməkdə vasitəçilik xidməti göstərir, əmək bazarının statistikasını müəyyənləşdirdi. Birjanın fəaliyyəti bütün əmək növlərini əhatə edirdi. Birja hər iki tərəfə pulsuz xidmət göstərir, onları yalnız peşə və işə götürülmə şərtləri barədə məlumatlandırır, heç bir tövsiyə və zəmanət vermirdi.
Kanada Əmək Konqresi
Kanada Əmək Konqresi (ing. Canadian Labour Congress – CLC; fr. le Congrès du travail du Canada – CTC) — Kanadanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Ottava şəhərində yerləşir. Kanada Əmək Konqresi 23 aprel 1956-cı ildə xidmət sahəsində fəaliyyət göstərən işçiləri özündə cəmləşdirən Kanada Həmkarlar İttifaqları və Əmək Konqresi ilə bütün sahələrin əməkçilərini özündə cəmləşdirən Kanada Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. Qeyd olunan hər iki təşkilat o dövrün işçilərinin maraqlarını qoruyan aparıcı qurumlar idi. İlk dövrdə Kanada Əmək Konqresinin üzvləri arasında nəqliyyat, mədən və özəl sektorun işçiləri çoxluq təşkil edirdi. 1960-cı illərdən etibarən digər sahələrdə çalışanlar da bu çoxluğa qatılmağa başladı. 1963-cü ildən başlayaraq Kanadada bir neçə azad həmkarlar ittifaqları yarandı. Bunlardan biri Kanada Dövlət Qulluqçularının Birliyi idi.
Keniya Əmək Federasiyası
Keniya Əmək Federasiyası və ya qısaca KƏF (ing. Kenya Federation of Labor) — Keniyanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Keniyada həmkarlar ittifaqları İkinci Dünya müharibəsindən sonra formalaşmağa başlamışdır. Bir sıra təşkilatlar bu istiqamətdə bir müddət müstəqil fəaliyyət göstərdikdən sonra, 1952-ci ildə birləşərək Keniya Həmkarlar İttifaqları Federasiyasını yaradırlar. Təşkilatın rəhbəri o illərdə ölkənin həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən Aqrey Minya seçilir. 1955-ci ildə təşkilatın adı dəyişdirilərək Keniya Əmək Federasiyası adlanır. Ölkədə siyasi vəziyyət çox gərgin olduğu 1963-cü ildə daxili qalmaqallar çevrilişə gətirib çıxardır. Ölkədə bütün idarələr dağıldığı halda, yalnız KƏF salamat qalaraq, işçilər qarşısında vəzifəsini tam olaraq yerinə yetirirdi. Hətta deyilənlərə görə, Keniyada daxili qarışıqlığın sakitləşməsində və hökumətin fəaliyyətinin yenidən bərpa olunmasında federasiyanın böyük rolu olub. Bundan sonra federasiyanın nüfuzu daha da artır.
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçilərinin siyahısı
Firdovsi Təvəkkül oğlu Mehdiyev — 04.02.1991
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi (azərb-kiril. Азәрбајҹан ССР ҝәнҹләрин әмәкдар һами тәрбијәчиси) — Azərbaycan SSR-də gənclərin tərbiyəsi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. "Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 12 avqust 1980-ci il tarixli Fərmanı ilə təsis olunmuşdur. Əsasnaməyə əsasən fəxri ad Azərbaycan SSR-də öz çoxillik istehsalat təcrübəsini gənclərə öyrədən, oğlan və qızlara peşə təlimi verən, onlarda əməyə kommunist münasibəti, kommunizm qurucusunun ideya və əxlaq keyfiyyətlərini tərbiyə edən və ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı fəhlələrə, kolxozçulara, müəssisə, kolxoz, sovxoz, idarə və təşkilatlarının qulluqçularına verilirdi.
Azərbaycan SSR Əməkdar Artisti
Azərbaycan SSR əməkdar artisti (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар артисти) — 28 iyul 1928-ci ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə Azərbaycan SSR-də incəsənətin teatr, kino və musiqi sahələrində fərqlənən incəsənət xadimlərinə verilirdi. Azərbaycan SSR əməkdar artistlərinin siyahısı Фәхри ад // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 540–541.
Azərbaycan SSR Əməkdar incəsənət xadimi
Azərbaycan SSR Əməkdar incəsənət xadimi — 25 mart 1928-ci ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən incəsənət xadimlərinə verilirdi. Фәхри адлары // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 540–541.
Azərbaycan SSR əməkdar ali məktəb işçilərinin siyahısı
Hüseyn Mustafa oğlu Əhmədov — 1981 Əfrasiyab Paşa oğlu Vəkilov — 24.01.1991 Kamil Qasım oğlu Səmədov — 04.02.1991 Xasay Cabbarov — ?
Azərbaycan SSR əməkdar ali məktəb işçisi
Azərbaycan SSR əməkdar ali məktəb işçisi — 20 may 1980-ci ildə təsis edilən fəxri ad. "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı ali təhsil sahəsində ən azı 15 il işləmiş və təlim-tərbiyə işində, tələbə gənclərin kommunist tərbiyəsi və təlimi işində, xalq təsərrüfatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında, elmin inkişafında mühüm xidmətləri olan, ictimai həyatda fəal iştirak edən ali məktəb professorlarına, dosentlərinə, assistentlərinə, müəllimlərinə, elmi əməkdaşlarına, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin inspektorlarına, metodistlərinə və digər yüksək ixtisaslı işçilərinə verilir.
Azərbaycan SSR əməkdar artistləri
26 yanvar 1926-cı ildən:
Azərbaycan SSR əməkdar artistlərinin siyahısı
26 yanvar 1926-cı ildən:
Azərbaycan SSR əməkdar arxitektorlarının siyahısı
14 aprel 1975-ci ildən:
Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçilərinin siyahısı
Ağacan Qulam oğlu Abıyev — 31.01.1991
Azərbaycan SSR əməkdar elm və texnika xadimlərinin siyahısı
29 iyun 1964-cü ildən:
Azərbaycan SSR əməkdar elm xadimi
Azərbaycan SSR əməkdar elm xadimi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар елм хадими) — 1928-ci il martın 25-də təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən elmin müxtəlif sahələrinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli elm xadimlərinə verilirdi. Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938—1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.
Azərbaycan SSR əməkdar elm xadimlərinin siyahısı
11 iyul 1928-ci ildən:
Azərbaycan SSR əməkdar energetiklərinin siyahısı
Baxış Abutalıb oğlu Babayev — 29.01.1991
Azərbaycan SSR əməkdar hüquqşünaslarının siyahısı
Tələt Balakişi oğlu Qənbərov — 03.02.1991 (Azərbaycanın birinci Fəxri Hüquqşünası Tələt Qənbərov olmuşdur. 3 fevral 1991-ci ildə Prezidentin 161№-li Fərmanı ilə ona bu Fəxri ad verilmişdir.
Azərbaycan SSR əməkdar həkimi
Azərbaycan SSR əməkdar həkimi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар һәкими) — Azərbaycan SSR-də xalq səhiyyəsi sahəsində fərqlənmiş həkimlərə verilən fəxri ad. "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı 28 fevral 1940-cı ildə təsis olunmuşdur. Fəxri adla klinikalarda, xəstəxanalarda, hospitallarda, poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, həkim məntəqələrində, doğum evlərində, habelə başqa müalicə-profilaktika və sanitariya idarələrində 15 il (ilk əsasnamədə 10 il) işləmiş və fəaliyyəti zamanı fərqlənmiş, xalq səhiyyəsi və əhaliyə tibb xidməti sahəsində xüsusi xidmətlər göstərmiş bütün ixtisaslardan olan həkimlərə verilirdi. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (Azərbaycan SSR Baş Soveti) tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (Azərbaycan SSR Baş Soveti Prezidiumunun Fəxri Fərmanı) ilə təltif olunurdular.
Azərbaycan SSR əməkdar həkimlərinin siyahısı
23 aprel 1940-cı ildən:
Azərbaycan SSR əməkdar incəsənət xadimlərinin siyahısı
6 fevral 1929-cu ildən:
Azərbaycan SSR əməkdar inşaatçılarının siyahısı
11 avqust 1962-ci ildən:
Azərbaycan SSR əməkdar inşaatçısı
Azərbaycan SSR əməkdar inşaatçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар иншаатчысы) — Azərbaycan SSR-də tikinti və layihələşdirmə sahəsində fərqlənən şəxslərə verilən fəxri ad. "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur. Fəxri adla tikinti, layihələşdirmə sahəsində, mühəndis-texnik inşaatçı kadrları və arxitektorlar hazırlamaq sahəsində azı 10 il işləyərək yüksək əməli fəaliyyət göstərmiş və kütləvi mənzil tikintisi, mülki, idarə, sənaye, kənd təsərrüfatı binaları və başqa qurğular, binalar və ya xüsusilə mühüm xalq təsərrüfatı əhəmiyyəti olan obyektlər tikilməsində xüsusilə fərqlənən inşaatçılara, arxitektorlara, tikinti materialları sənayesinin və tikinti sənayesinin, layihə, elmi-tədqiqat təşkilatlarının və məktəblərinin işçiləri təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.
Azərbaycan SSR əməkdar iqtisadçılarının siyahısı
Qalib Ağabala oğlu Ağayev — 30.01.1991
Azərbaycan SSR əməkdar ixtiraçısı
Azərbaycan SSR əməkdar ixtiraçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ихтирачысы) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-in xalq təsərrüfatında, texnikanın tərəqqisində xüsusilə böyük rol oynayan, həyata keçirilmiş ixtiraların müəlliflərinə, habelə ixtiraçılığın inkişafında və ixtiraların həyata keçirilməsində xüsusi böyük xidməti olan şəxslərə verilirdi. Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan ixtiraçılar hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə qızıl döş nişanı verilirdi. Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar ixtiraçısı" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar ixtiraçısı" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Azərbaycan SSR əməkdar kitabxanaçılarının siyahısı
İsmayılzadə İrma Əkbər qızı — 18.05.1972
Azərbaycan SSR əməkdar kollektivlərinin siyahısı
Azərbaycan Dövlət Rəqs Ansamblı — 04.02.1991
Azərbaycan Xalq Cümhuriyyətinin Əmək Müfəttişliyi
Əmək müfəttişliyi (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə əməyin mühafizəsi, əmək haqqının dərəcələrini və əmək münaqişələrini tənzimləyən hökumət qurumu. 1919-cu il avqustun 5-də yaradılmışdı. Əmək Nazirliyi bundan əvvəl Ticarət və Sənaye Nazirliyi nəzdindəki fabrik müfəttişliyinin xidmətindən istifadə edirdi. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi; onun nəzarət funksiyası Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisinə şamil olunurdu. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı və onlar Azərbaycan Xalq Cümhuriyyəti əmək müfəttişliyinin tabeliyində fəaliyyət göstərirdilər. Mürəkkəb münaqişələr yarandıqda tətilləri dayandırmaq, kollektiv müqavilələr hazırlamaq və əmək haqqının ödənilməsi dərəcələrini müəyyən etmək üçün razılaşdırıcı komissiyalar çağırılması kimi tədbirlər həyata keçirilirdi.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Eşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. Atlar cinsindən təkdırnaqlı məməli heyvan yarımcinsi. Uzun və hərəkətli qulaqlarının, ensiz dırnaqlarının və ucunda uzun tüklərdən ibarət fırçası olan nazik quyruğunun olması ilə əsl atlardan fərqlənir. Rəngi boz, ağ, qara, qəhvəyi olur. Vəhşi Ulaq Afrikada, Ön, Orta və Mərkəzi Asiyada yayılmışdır.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.