ƏRSİN

is. Xəmir işlərində və s.-də işlədilən dəmir kürəkcik şəklində alət. Təknədən xəmiri ərsinlə qazımaq.
– Hər sözü təlim eləyir tərsinə; Dəyməz o bir paslı dəmir ərsinə. M.Ə.Sabir.

◊ Ərsinlə qazıyıb çıxarmaq – güclə, çox zəhmət çəkərək çıxarmaq, rədd etmək.
[Mürşüd:] Yox, Sadıq, mənim arvadımı sən yaxşı tanımırsan, bir məsələ ki onun beyninə girdi, ərsinlə qazıyıb çıxarmaq olmaz. S.Rəhman.

ƏRSƏMƏK
ƏRSİNLƏMƏ
OBASTAN VİKİ
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür. Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür.
Ərsin Sanər
Ərsan Sanər (Hamza Ərsan Sanər; 1966, Famaqusta) — Kiprli Türk siyasətçidir. Dekabr 2020-dən bəri Sanər Hökumətinin başçısı olarağ Şimali Kipr Türk Cumhuriyyətində baş nazir vəzifəsini yerinə yetirir.
Ərsin Tatar
Ersin Tatar (7 sentyabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. == İlk illəri və təhsili == Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Ərsin Dastanoğlu
Ersin Destanoğlu (1 yanvar 2001, Qaziosmanpaşa, İstanbul ili) — Türkiyə Super Liqasında çıxış edən Beşiktaşın qapıçısı. == Klub karyerası == === Bayrampaşa === Ersin futbola 11 yaşında Bayrampaşa akademiyasında başlayıb. 1 mövsümdən sonra Beşiktaş gənclər akademiyasına gedib. === Beşiktaş === 2013-2017-ci illərində "Beşiktaş"ın gənclər komandasında çıxış edən Ersin 8 sentyabr 2017-ci ildə "Beşiktaş"la peşəkar müqavilə imzalayıb. 2018-19 mövsümündə U-19 Elit İnkişaf Liqasında 18 oyun keçirən Destanoğlu, 2020-ci ilin iyununda Loris Karius'un komandadan ayrılmasından sonra komandanın əsas qapıçısı olub. Destanoğlu Beşiktaş'ın heyətində ilk peşəkar matçına 13 iyun 2020-ci ildə keçirilən "Antalyaspor" -"Beşiktaş" matçında çıxıb. Matç "Antalyaspor"un 2–1 hesablı qələbəsi ilə başa çatıb. O , 2020-21 mövsümündən bəri müntəzəm olaraq "Beşiktaş" da əsas heyətdə çıxış edir. == Milli komanda karyerası == Türkiyə U-16, Türkiyə U-17, Türkiyə U-18, Türkiyə U-19 və Türkiyə U-21 milli komandalarında toplam 23 matça çıxıb. == Karyera statistikası == 16 yanvar 2023 tarixində yenilənib 1.
Ərsin Bəyaz
Ersin Beyaz (1977, Şiran, Gümüşhane ili) — memar və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ersin Beyaz 1977-ci ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb. Haliç Universiteti Mühəndislər Bölməsindən məzun olub. İnşaat sahəsində fəaliyyət göstərən ailə müəssisəsində İdarə Heyətinin üzvü olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) Daxili Memarlar Palatasının üzvü, Gümüşhane Mühəndislər və Memarlar Platformasının üzvü, Gümüşhane Sənayeçi və İş Adamları Dərnəyinin üzvü, Beyazlar Təhsilə Yardım və Tərəqqi Vəqfi İdarə Heyətinin üzvü olub. 2017-ci ildə İYİ Partiyanın İstanbul il şöbəsinin qurucu sədri olub. 2018-ci ildə İYİ Partiya sədrinin baş müşaviri, 2019-2020-ci illərdə isə İYİ Partiya İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Adi ərsindimdik
Adi ərsindimdik (lat. Platalea leucorodia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinin ərsindimdik cinsinə aid heyvan növü. Nadir, sayı azalmaqda olan yuvalayan növdür. Azərbaycan ərazisində bütün iri su hövzələrində yuvalayırdı. Hazırda yalnız Ağgöl, Qızılağac və Mahmudçalada yuvalayır (digər su hövzələrində stabil yuvalamır). Qamışlıqlarla örtülü düzənlik su hövzələrində yaşayır. Yuvalama biotopları insan üçün çətin keçilən qamışlıqlar, eləcə də yulğunluqlardır. == Təbiətdə sayı == Son illər ərsindimdiklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır. Əgər Ağgöldə 1964-cü ildə 5320 quş, 1968-ci ildə – 2200 quş qeyd edilmişdirsə, 80-ci illərin sonunda yuvalayan populyasiyalarda bu quşların sayı 200-ə qədər olmuşdur. Ərsindimdik rahatsızlıq amilinə çox duyuq quşdur.
Ərsindimdik
Ərsindimdik (lat. Platalea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinə aid heyvan cinsi.
Ərsindimdiklər
Ərsindimdiklər (lat. Plataleinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinə aid heyvan yarımfəsiləsi.

Значение слова в других словарях