ƏSİRGƏMƏK

f.
1. Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək.
[Səlim qızı:] Ulu tanrım, sən bu yetim yavrucuğu əsirgə!… C.Cabbarlı.
[Orxan:] İsmət! Allah əsirgəsin, nədir bu halət? H.Cavid.

2. Qıymamaq, qıyıb verməmək, heyfi gəlmək, xəsislik etmək, qızırqamaq. Şeylərini çox əsirgəyir.
– Dağlar sənin ilə həmdəm olmaya; Əsirgərsən indi qarı da məndən. Qurbani.
[Xudayar bəy:] Bax, ey qazı ağa, … mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyim. C.Məmmədquluzadə.
Camaatdan ötrü, doğrudan, Qurbanqulu heç bir şeyin əsirgəmədiyi kimi, canından belə keçməyə hazır idi. T.Ş.Simurq.

// Qənaət etmək, qənaətlə işlətmək.

Синонимы

  • ƏSİRGƏMƏK 1. ƏSİRGƏMƏK, HİFZ ETMƏK, RƏHM ELƏMƏK, SAXLAMAQ 2. əsirgəmək bax qızırqanmaq
  • ƏSİRGƏMƏK qızırqamaq — heyfslənmək
  • ƏSİRGƏMƏK qorumaq — saxlamaq

Этимология

  • ƏSİRGƏMƏK Mənbələrdə əs sözü “xeyirxah”, əssiz kəlməsi isə “xəsis” kimi açıq­lanıb. Əsirgə “qıymamaq” kimi şərh olunub
ƏSİRGƏMƏ
ƏSİRGƏNMƏ

Значение слова в других словарях

всуху́ю дотра́вливать карто́ха крокирование мухоло́в ненорма́льный переве́шать се́йнерный авианесу́щий дозволе́ние ка́мфорный наеда́ться прируча́ть самоотве́рженность светоко́пия челак characterless function word legitimately package holiday r reek заведовать текущий шашлык