ƏZRAQİLƏR

xaricilərin ən aşırı qruplarının birinin davamçıları olmuşdurlar. Əzraqiliyin yaradıcısı Nafi ibn Əzraq (66/685-ci ildə vəfat etmişdir) olmuşdur. Onlar Xilafətə qarşı çıxaraq onlarla müharibələr aparmışdırlar. Xilafətə qarşı çıxış etməyənləri isə dinsiz adlandırıb öldürürdülər. Nafi ibn Əzraq onlara qarşı olanların qadınlarını və uşaqlarının da öldürülməsinə hökm vermişdir. Onlar böyük günah işləmiş hər bir müsəlmanı dinsiz hesab edirdilər. Belə insanları İslamdan çıxmış bilib, cəhənnəmdə sonsuzluğa qədər övladları ilə birlikdə qalacaqlarına inanırdılar. Əzraqilər onların inanclarını paylaşmayanların yaşadıqları yerləri Darül-Hərb adlandırırdılar. Bu ifrat mövqe tutan dini qrup günümüzə qədər gəlib çatmasa da, bu gün onların inanclarının elementlərini daşıyan müəyyən dini qrup və ya cərəyanlar vardır.
ƏZAZİL
ƏZRAYIL
OBASTAN VİKİ
Əzraqilər
Əzraqilər — VII əsrin sonlarında yaranmış İslamın xaricilər hərəkatının ifrat qolunun davamçıları. Təriqətin banisi Əbu Rəşid Nafi ibn əl-Əzraqdır. Hənifənin oğulları Xaricilərin ən güclüsü və sayca çox olan qolu olmuşdur. Abdullah ibn Zübeyr və Əməvilərdən ilk zərbəni onlar almışdılar. Abdullah ibn Zübeyrin və Əməvilərin sərkərdələri Nafinin başçılıq etdiyi xariclərlə on doqquz il vuruşdular. Nafi döyüş meydanında öldürülmüşdür. Ondan sonra hərəkata oğlu Ubeydullah başçılıq edir. Daha sonra rəhbərlik Qətər b. El-Fucaeyə keçir. Qətərin dövründə Əməvilər adından Xariclərə qarşı vuruşan şəxs Əməvilərin Əl-Muhalləb ibn Əbi Sufra adlı dahi sərkərdəsi idi.