С (СО)
пред. 1. (“haradan?” sualına) -dan (-dən); üstündən, üzərindən; упасть с крыши damdan yıxılmaq; встать с места yerindən durmaq; письмо с родины vətəndən məktub; убрать посуду со стола qab-qacağı stolun üstündən götürmək (yığışdırmaq); 2. (bir şeyin başlandığı məqamı göstərdikdə) -dan(-dən); с детства uşaqlıqdan; с самого утра səhər tezdən; с первых же дней lap birinci gündən (ilk günlərdən); 3. (“kimdən?”; “nədən?” sualına) -dan(-dən); урожай с гектара hər hektardan alınan məhsul; получить с кого-н. деньги birindən pul almaq; 4. (“nəyə əsasən?" sualına) ...ilə, -la(-lə); с разрешения директора direktorun icazəsi ilə; с вашего согласия sizin razılığınızla; 5. (səbəb bildirdikdə) -dan(-dən); сказать со злости acıqdan söyləmək; с перепугу qorxudan; с горя dərddən; 6. ...qədər, ...yaxın, ...kimi, -dək, təxminən; прожил в деревне с месяц bir aya qədər kənddə yaşadım; с неделю bir həftəyədək; с минуту bir dəqiqəyə kimi; 7. (bir şeyin böyüklüyünü, oxşarlığını, bərabərliyini göstərdikdə) ...boyda, ...böyüklükdə, oxşar; ростом с меня mən boyda; мальчик с пальчик barmaq boyda uşaq, cırtdan uşaq; с булавочную головку sancağın başı böyüklükdə; 8. (birgəlik, rabitə, yanaşılıq bildirdikdə) ...ilə, -la(-lə); отец с сыном ata ilə oğul (ata-bala); я виделся с приятелем mən dostumla görüşdüm; взять с собою özü ilə götürmək; 9. (bir şeyin varlığını, bir şeyin nəyə malik olduğunu göstərdikdə) -lı(-li), -lu(-lü); платок с бахромой saçaqlı örpək; чай с лимоном limonlu çay; шкаф с зеркалом güzgülü şkaf; 10. (bir şeyin vasitəsilə) ilə, -la(-lə); уехать с утренним поездом səhər qatarı ilə getmək; послать с курьером kuryerlə göndərmək; 11. (işin hansı şəraitdə cərəyan etdiyini göstərdikdə) -la(-lə); слушать с улыбкой təbəssümlə dinləmək (gülümsəyə-gülümsəyə dinləmək); читать с удовольствием məmnuniyyətlə oxumaq; найти с трудом çətinliklə tapmaq; 12. ...münasibətilə, ...görə; поздравить с наградой mükafat almaq münasibətilə təbrik etmək; 13. -ca(-cə) şəkilçisi ilə ifadə olunur; с годами взгляды меняются illər keçdikcə görüşlər (baxışlarda) də dəyişir; с возрастом характер исправился yaşa dolduqca xasiyyəti də düzəldi; 14. bəzi hallarda tərcümə olunmur; уйти ни с чем əliboş getmək; у него плохо с сердцем onun ürəyi yaxşı deyil; 15. -a[-ə], -u-ü şəkilçiləri ilə ifadə olunur; что с ним стало? ona nə oldu?