Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehri SES
Mehri SES (bəzən Аraz SES) — tikintisi davam etdirilən SES. Stansiya Araz çayının üzərində yerləşir. Mehri şəhəri yaxınlığında Ermənistan (Qərbi Azərbaycan) və İran arasındakı sərhəddə yerləşir. SES tikintisinə 8 noyabr 2012-ci ildə başlanmışdır. Layihənin tikintisinin başa çatdırılması 2017-ci ilə təsadüf edəcəkdir. Stansiyanın güçü günlük olaraq 793 kVts enerjiyə hesablanmışdır. Mehri stansiyasının ümumi güçü 130 МVt Burada kaskad tikintisi planlaşdırılmasada Araz üzərində yerləşən iki SES tikiləcəkdir. Mehri SES idarə baxımından Ermənistana, Qaraçılar SES isı İrana mənsub olmalıdır. Ermənsitan hissəsində tikinti işlərinin ümumi qiyməti 323 milyon dollar olaraq qiymətləndirilir. == Layihənin tarixi == SES tikintisi ilə əlaqədar iki ölkə arasında 2007 və 2008-ci illərdə dövlətlər arası müqavilələr imzalanmışdır. 14 aprel 2009-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan Mehri SES tikintisi ilə əlaqədar İrana səfər edir.
Mehri Xatun
Mehri Xatun (türk. Mihrî Hatun; 1460 - 1514) — türk şairəsi. == Həyatı == Əsl adı Mehrinnisa, yaxud Xeyrünnisa olan Mehri Xatun bun-dan beş əsr yarım öncə 1460-cı ildə Osmanlı imperiyasının Amasya şəhərində dünyaya göz açmışdır. Onun atası Amasya qazısı Həsən Amasyəvi (Mehmet Çələbi) tanınmış şair olmuş, Bəlayi təxəllüsü ilə şeirlər yazmışdır. Babası Şücaəddin Pir İlyas isə tanınmış xəlvəti şeyxi idi. Mehri Xatun ailəsinin imkanları sayəsində yaxşı ev təhsili almış, atasından ərəb və fars dillərini, ədəbiyyat nəzəriyyəsini, Şərq şeirinin poetik sistemini, məşhur şairlərin yaradıcılığını, öz dövrünün elmlərini öyrənmişdir. Gənc Mehri fövqəladə gözəlliyi və dərin biliyi ilə dillərə dastan olmuş, hətta məşhur səyyah Övliya Çələbinin diqqətini özünə cəlb etmişdir. O, Mehrinin savadı haqqında yazmışdır: “Yetmiş cild kitabi-mötəbəri hifz edib cümlə üləmanı mübahiseyi-ulüm və fünunda aciz qoymuşdur.” Bu qabiliyyəti sa-yəsində Mehri Xatun yerli saray çevrəsinə daxil ola bilmişdir. Osmanlı ənənəsinə görə, şahzadələr gənclik illərində idarəçilik və dövlətçilik təcrübəsi əldə etmək üçün Amasyada və ya Manisa-da valilik edirdilər. Ona görə də Bursa, Ədirnə və İstanbul kimi Osmanlıya paytaxt olmuş şəhərlərdən kənаrda yerləşən bir sıra iri əyalət mərkəzlərində, o cümlədən Amаsyada və Manisada da ədəbi mühitlər yaranmış, ədəbiyyat inkişaf etmişdir.
Mehri mahalı
Mehri mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır == Ümumi məlumat == Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi. == Mahalın tarixindən == Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi. Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı.
Mehri rayonu
Meğri rayonu (və ya Mığrı) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir. == Tarixi == Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır. Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir.
Mehri sahəsi
Mehri mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır == Ümumi məlumat == Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi. == Mahalın tarixindən == Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi. Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı.
Mehri silsiləsi
Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) və ya Mığrı-Güney silsiləsi — Ermənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir. Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
İradə Mehri
Səid Mehri
Səid Mehri (20 Bəhmən 1376-cı ildə anadan olub) Kipr Futbol Liqasının birinci divizionunda Apoel Futbol Klubunda yarımmüdafiəçi kimi çıxış edən İranlı futbolçudur . O, əslən Azərbaycanlı və Miyana şəhristanıın funksiyalarından biri olan Açaçı şəhərindəndir.
Mehri və Vəfa
Mehri və Vəfa - Ümmi İsa tərəfindən qələmə alınan, Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri. Azərbaycan ədəbi dilinin qrammatik quruluşunu tarixi inkişafda öyrənmək baxımından əhəmiyyətli mənbə hesab edilən poemanın müəllifi Azərbaycan şairi Ümmi İsadır. Poema dilinin sadə və anlaşıqlı olması ilə seçilir ki, bu da onun folklor, canlı danışıq dili əsasında yazılmasından irəli gəlir. “Kitabi-Dədə Qorqud” və “Dastani-Əhməd Hərami”yə nisbətən “Mehri və Vəfa” poeması daha sadə dildə yazılmışdır və müasir oxucunun anlaya biləcəyi şəkildədir. Poemanın dilində türk mənşəli sözlərin üstünlük təşkil edir. Poemanın qrammatik vahidləri müasir Azərbaycan dilindən çox az fərqlənir. == Tədqiqi == İki qəhrəmanlı eşq məsnəvilərindən biri olan “Mehri və Vəfa” türk və İran ədəbiyyatında ortaq xüsusiyyətlərə malik olan məsnəvilərdəndir. Mənbəsini İran ədəbiyyatından götürən hekayə klassik məsnəvinin mövzusu kimi aşiqlərin müxtəlif hadisələrdən və maneələrdən sonra bir-biri ilə görüşməsindən bəhs edir. IX Əsrin şairlərindən Arşi Dəhləvi və onun qardaşı Mir Məhəmməd Mömini Arşın "Mehri və Vəfa" adlı şeirləri var. Mir Məhəmmədin “Mehri və Vəfa” əsərinin nüsxəsi, Paris Milli Kitabxanası Supp 1100 nömrəli qeydiyyatdadır.
Mehri və Vəfa (Ümmi İsa)

Mehriban
Mehriban — qadın adı və təxəllüs. Mehriban Əliyeva — Azərbaycanın birinci xanımı Mehriban Nəsib — Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı Mehriban Yadulla — Yaşayış məntəqələri Mehriban (İran) — İranın Şərqi Azərbaycan ostanının Sarab şəhristanının Mehriban bəxşində yerləşən bir şəhər.
Mehriban (İran)
Mehraban (digər variantları: Məhraban, Mehrevan, Mehravan, Mehrivan) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanının Mehraban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,000 nəfər və 1,542 ailədən ibarət idi. Bu şəhər öz xalça və fətirləri ilə seçilərək, bu üzdən isə bura Qızıl düyünlər şəhəri kimi də tanınır. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Mehriban əhalisi şiə inanclıdır.
Mehriban Abdullayeva
Mehriban Abdulla qızı Abdullayeva (d. 15 may 1963, Ləkit, Qax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == 15 may 1963-cü il Qax rayonunun Ləkit kəndində doğulub. 21 iyun 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1 sentyabr 1989-cu ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Mehriban Hüseynova
Mehriban İsmayıl qızı Hüseynova (d.17 may 1977) — azərbaycanlı aktrisa. == Həyatı == Mehriban İsmayıl qızı Hüseynova 17 may 1977-ci ilə anadan olmuşdur. 28 iyun 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. == Fəaliyyəti == 1999-cu ildən etibarən böyük səhnədə fəaliyyət göstərir. 1 dekabr 2000-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatroqrafiya == Nərgiz – («Qaraca qız» S.S.Axundov, A.Şaiq) Diva - («Cənnətin üç alması» N.Kazımov) Oğru - («Lotereya» M.B.Marinye) Rəqqasə - («Ələddinin sehrli çırağı» N.Kazımov) Dilənçi qadın - («Olmuş əhvalat» A.Babayev) Rəqqasə - («Dədəm Qorqud» Ə.Dəmirçizadə) Səkinə xala - («Ağ Dəvə» Elçin) Qadın - («Mahmud və Məryəm» Elçin) Gülzar - («Ölüm hökmü» Elçin) Tülkü - («Çal, oyna» İ.Coşğun) Adriana – («Səhvlər komediyası» V.Şekspir) Klaudia - («Zorro» İspan xalq rəvayələrinin motivləri əsasında) Melitos – («Ezop» Q. Fiqeyredo) Xədicə xala - («Mustafa» O.Asena) Sona xanım - («Hacı Qara» M.F.Axundov) Güllü – («Mağara» A. Həsənoğlu) Rəqqasə əcinnə – («Pəri Cadu», Ə.B.Haqverdiyev) Toyuq – («Pişiyin evi», S.Marşak) Mariya Adamovna – («Hekayəti-xırs-quldurbasan» M.F.Axundov) Missis Roz – («Oliver Tvistin macəraları» Ç.Dikkens) Mələk – («Romeo və Cülyetta» U.Şekspir) Ağabacı – («Buzovna kəndinin əhvalatları» Elçin) Keçibanu – («Şəngülüm, şüngülüm, məngülüm» M.Müşfiq) Xanım – («Danışan gəlincik» A.Şaiq) Zabitə - (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev) == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007)(tammetrajlı bədii film) Qızlar (film, 2007) (bədii serial) (rol: redaksiya işçisi) 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: müəllimə) Cavad xan (film, 2009)(tammetrajlı bədii film) Çölçü (film, 2012)(tammetrajlı bədii film) Muradına çatan Günəş (bədii serial) Tək olanda qorxma...
Mehriban Mihrişah Sultan
Mehriban Mihrişah Sultan (1 iyun 1916, Konstantinopol – 25 yanvar 1987, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Mihrişah Sultan 1 iyun 1916-cı ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Atası onun doğumundan 4 ay öncə yaşadığı Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacısı Şükriyə Sultan və qardaşı Nizaməddin Əfəndiylə birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Mihrişah Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə qardaşı Nizaməddin Əfəndiylə birlikdə Ruminiyaya getsə də, çox keçmədən qardaşının səhhəti pisləşmiş, bu səbəblə İsgəndəriyyədəki bacısı Şükriyə Sultanın yanına köçmüşdür. 1934-cü ildə Sultan Əbdülhəmidin kiçik oğlu Abid Əfəndiylə evləndirilmək istənsə də, bu evlilik heç vaxt baş tutmadı. O illərdə əmisi olan son xəlifə Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndinin Mihrişah Sultana olan marağı artmışdı.
Mehriban Nəsib
Mehriban Nəsibova — ABŞ-dəki Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı == Həyatı == Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün “Qəbələ-sağlam mühit” (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000-2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. “Məhəbbət olanda” adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dəki Kolumbiya Universitetində magistr təhsili alır.
Mehriban Sadıqbəyli
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Mehriban Sultanova
Mehriban Sultanova (Mehriban Paşa qızı Sultanova; d. 27 yanvar 1972-ci il, Naxçıvan) — filologiya üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Jurnalistlər Birliyinin (2002), Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin (2004) üzvü. == Həyatı == Mehriban Sultanova 27 yanvar 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mehriban Sultanova əmək fəaliyyətinə 1994-cü ildən Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında başlayıb. O, 2001-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 2001–2006-cı illərdə paralel olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" qəzetində də çalışıb. 2005-ci ildən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasında müəllimdir. Mehriban Sultanova 2006-cı ildən universitetin mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərməyə başlayıb. 2008–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri işləyib.
Mehriban Vəliyeva
Mehriban Vəzir
Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur. 2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır. Yazıçılar Birliyinin üzvüdür. == İctimai fəaliyyəti == "Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir. == Kitabları == "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə) "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim.
Mehriban Xanlarova
Mehriban Aslan qızı Xanlarova (12 avqust 1967, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Mehriban Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb. Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub.
Mehriban Xəlilzadə
Mehriban Xəlilzadə (Əliyeva-Xəlilzadə) (Şəki) — tikməçi rəssam, tikməli miniatür ustası. == Həyatı == Mehriban Xəlilzadə Şəkidə anadan olub. Orada ərəb və fars dilləri təmayüllü məktəbə gedib. Ustadı anası, İncəsənət təbliğatçısı kimi tanınan Nəcib Xanımlar İncəsənət Birliyinin sədri olmuş mərhum Arifə Məmmədova, olub. 1995-ci ildə ailəsi ilə birgə Şəkidən Bakıya köçür. Təbliğat işlərinin daha da genişləndirilməsi planı var idi. O dövrdə qarşıda geniş perspektivlər açılsa da, zamanın gərgin dövründə tikmə kimi incə mədəniyyətin yaşadılması çox çətin idi. Uzun illərin zəhməti nəticəsində sənətin çətin yollarında irəliləyən anasına yol yoldaşı olmağa çalışıb. Bir neçə il fasilə də verməli olub. Emalatxanası, ev şəraitində və gecələr işləyir.
Mehriban Yadulla
Mehriban Yadulla — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, BDU-nun “İqtisadiyyat” kafedrasının dosenti. == Bioqrafiya == 1970-ci il 13 yanvar tarixində Bakı şəhərində (Azərbaycan Respublikası) anadan olmuşdur. 1986-ci ildə Bakı şəhəri 54 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə-kredit» fakültəsinin "Maliyyə" ixtisasını əla qiymətlərlə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetində 08.00.01- “İqtisadi nəzəriyyə” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1990-cı ildən Bakı Dövlət universitetində çalışır. 2003-cü ildən iqtisad elmləri namizədidir - «Azərbaycanda əmək bazarının təşəkkülü və fəaliyyətinin tənzimlənməsi problemləri» mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2013-cü ildə Dosent elmi adını alıb. 2012/2013-cü tədris ilində 5307.01 – “İqtisadi nəzəriyyə” elmlər doktoru proqramı üzrə qiyabi doktoranturaya qəbul olunub. “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin Elmi Şurasının qərarı ilə dissertasiya mövzusu “Milli iqtisadiyyatın səmərəliliyinin xarici ticarət problemləri” (30 aprel 2013 -cü il tarixli 8 saylı protokol) kimi təsdiq edilmişdir.
Mehriban Zeynalova
Mehriban Zəki
Mehriban Mürvət qızı Zəki (18 dekabr 1966, Bakı) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı. == Həyatı == Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. 2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir. 1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Mehriban Zəkiyeva

Mehriban İmanova
Mehriban Natiq qızı İmanova (26 fevral 1977, Bakı) — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Elm Fondunun rəhbəri. == Həyatı == Mehriban Natiq qızı İmanova 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsininə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirmirmişdir. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur.2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrdə çalışıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Elm Fondunun icraçı direktoru təyin edilib. M. N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. === Ailəsi === Mehriban İmanova ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 2001–2009-cu illərdə BDU, Mexanika-riyaziyyat fakültəsi, Hesablama riyaziyyatı kafedrasında baş laborant; 2009–2013-cü illərdə müəllim, 2013–2016-cı illərdə dosent əvəzi ç. 2016-cı ildən hal-hazıradək, BDU-nun Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsinin dosentidir.
Mehriban Əfəndi
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Mehriban Əfəndiyeva

Mehdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Meri
Meri — ad. Meri Şelli — məşhur ingilis yazıçı. Meri Tamm — eston əsilli Böyük Britaniya aktrisası Meri Robinson — İrlandiyanın ilk qadın prezidenti (1990-1997). Meri Todd Linkoln — ABŞ siyasətçisi Meri Somervill – şotland yazıçısı və alimi. Meri Kuant — Böyük Britaniya dizayneri. Meri Pikford — Kanada və ABŞ aktrisası. Meri Kassat — amerikalı rəssam və qrafik Meri Boys — britaniya iranşünası, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Meri Şervaşidze — gözəlliyi ilə məşhur gürcü aristokrat qadını. Meri Eqnes Çeyz — Meri Selest — Digər Meri Berd Torpağı — Antarktidanın qərbindəki torpağlarıdır. Meri Selest — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi.
Cahangir Mehdi
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . == Həyatı == Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Elnur Mehdi
Elnur Mehdiyev — rejissor, aktyor. == Həyatı == Elnur Cahangir oğlu Mehdiyev 25 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə, məktəbdə oxuyarkən, ilk dəfə “Kişi sözü” adlı bədii musiqili kinofilmində aktyor kimi iştirak etmişdir. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii kino və televiziya filmləri ixtisası üzrə rejissorluq fakültəsində ali təhsil almışdır. 1997-ci ildə Türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanının motivləri əsasında “Məhəbbətin hökmü” adlı tammetrajlı bədii televiziya filmini quruluşçu rejissoru olmuşdur. Və həmin film Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilmişdir. Qeyd edək ki bu günə qədər mütəmadi olaraq göstərilir. 1998-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan ”Mozalan” studiyasında bir çox satirik və yumoristik qısametrajlı bədii və sənədli filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2000-ci ildə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Debüt” studiyasının nəznində “Sifarişçi” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur. Həmin film 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında ilk dəfə keçirilən, Gənclər gününə həsr olunmuş festivalda nümayiş etdirilmiş və ən uğurlu rejissor işinə görə mükafat və diploma layiq görülmüşdür.
Famil Mehdi
Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi; 25 dekabr 1934, Sarıhacılı, Ağdam rayonu – 29 sentyabr 2003, Bakı) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977). == Həyatı == Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953–1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehdi Azər
Mehdi Azər (1901, Məşhəd – 30 may 1994) — Siyasətçi və həkim. == Bioqrafiyası == Mehdi Azər, Mirzə Əli Ağa Təbrizinin oğlu idi və Məşhəd şəhərində dünyaya gəlmişdir. Mehdi Azər İranda daxili tibb sahəsinin təsisçisi hesab olunur. O, Məhəmməd Musaddıq kabinetində mədəniyyət naziri idi. Mehdi Azər ABŞınÇikaqo şəhərində yaşayırdı və orada vəfat edib. == İstinadlar == == Mənbə == Müvəhhidi, Məhəmmədmehdi.Hafiz Dil və Ədəbiyyat nəşriyyəsi.
Mehdi İrəvanski
Mehdi Məhəmməd oğlu İrəvanski və ya Mehdiquluxan Məhəmməd oğlu Erivanski (1898, İrəvan – 1965, Bakı) — Azərbaycan tarixçisi, professor. == Həyatı == 1898-ci ildə anadan olmuşdur. 1918-ci ildə İrəvan klassik gimnaziyasını bitirərək həmin ildə erməni-daşnak rejiminin yerli Azərbaycan türklərinə qarşı soyqırım siyasəti ilə əlaqədar ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. 1922-ci ildə Moskva Şərqşünaslıq İnstitutunun yaxın Şərq fakültəsinin Türk bölməsinə qəbul olmuşdur. 1925-ci ildə iqtisadiyyat və diplomatiya ixtisasları üzrə təhsilini başa vurmuş, yüksək təhsil göstəriciləri və elmi-tədqiqat qabiliyyətinə görə Diplomatik münasibətlər kafedrasında saxlanılmışdır. 1933-cü ilə qədər Arxiv idarəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda Bakı Dövlət Universitetində prof. E.İ.Baybakovun rəhbərlik etdiyi Ümumi tarix kafedrasında elmi işlə məşğul olmuşdur. 1933-cü ildən pedaqoji fəaliyyətə başlayaraq bir müddət Azərbaycan Pedaqoji İnstitutunda işləmiş, 1934-cü ildən ömrünün sonuna qədər həyatını BDU ilə bağlamışdır. 1938-ci ildə namizədlik, 1958-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Mehdi İskəndərli
Mehdi İskəndərli (Mehdi Nəsir oğlu İskəndərli; 12 aprel 1985, Sumqayıt) — Azərbaycan dermatoloqu, veneroloqu və dermatoveneroloqu. == Həyat və fəaliyyəti == Mehdi İskəndərli 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə orta təhsilini tamamlamış, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almışdır. 2011-2015-ci illərdə Türkiyənin İzmir şəhərindəki Egey Universitetinin Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasında rezidentura keçərək dermatoveneroloq ixtisasına yiyələnib. Türkiyədə, Avropada, Kanadada və ABŞ-də təşkil olunan beynəlxalq konfranslarda, seminarlarda və kurslarda iştirak etmiş, konfranslarda məruzələr etmişdir. Məqalələri Avropanın, Türkiyənin və digər ölkələrin nüfuzlu elmi-tibbi jurnallarında dərc edilib. Türkiyənin, Avropanın və ABŞ-nin dermatovenerologiya cəmiyyətlərinin təqaüdləri ilə təltif olunub. Türkiyənin, Avropanın və ABŞ-nin dermatovenerologiya cəmiyyətlərinin üzvüdür. == Məqalələri == Həmmüəllifliyi ilə beynəlxalq elmi-tibbi nəşrlərdə dərc olunmuş məqalələrin siyahısı (ixtisarla): Doxepin Induced Bullous Pemphigoid-like Drug Eruption. Hypertrichosis lanuginosa acquisita associated with non-Hodgkin lymphoma .
Mehdi Şıxəliyev
Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehti Şıxəliyev 1996-cı il fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. == Hərbi xidməti == Mehti Şıxəliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mehti Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehti Şıxəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mehdi Əliyev
Mehdi Sadıq oğlu Əliyev (1907, Yelizavetpol – 1970, Bakı) — Elm xadimi, Azərbaycan Pedaqoji İnstitutnun və S. M. Kirov adına ADU-nun rektoru. == Həyatı == Mehdi Əliyev 1907-ci ildə qədim Gəncə şəhərində zıyalı ailəsində anadan olmuşur. O, 1924-cü ildə Gəncə gimnaziyasını bitirərək orada müəllim fəaliyyətinə başlamışdır. 17 yaşlı müəllim öz savadını artırmağa ehtiyac duymuş və 1925-ci ildə azərbaycan dilində yenicə tədrisə başlamış Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, 1930-cu ildə həmin ixtisası bitirmiş və istedadlı kadr kimi Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsinə cəlb edilmişdir. M.Əliyev yeni yaradılmış Azərbaycan Pedaqoji İnstitutda 1931-1935 illərdə dekan vəzifəsində çalışmış və sonra isə elmi-pedaqoji fəaliyyətini ADU-da davam etdirmişdir.M.Əliyev yüksək vəzifə tutmasına baxmayaraq könüllü olaraq 2-ci dünya müharibəsinə getmiş, ön cəbhədə vuruşmuş və düşmən gülləsinə tuş gələrək ağır yaralanmışdır. O özündə güc taparaq yenidən ali təhsilimizin inkişafı üçün səylə çalişmışdır. 1944-cü ildə ADU-nin fizika riyaziyyat fakültəsinə dekan vəzifəsinə seçilmiş və müharibənin ağır zərbələrinə məruz qalmıs Azərbaycanda ali təhsil sistemimizin formalaşması və inkişafı üçün mühüm işlər görmüsdür. Dərin biliyi, peşəkar müəllimlik metodikası, səmərəli təşkilatçılıq qabiliyyəti, yuksək mənəvi əxlaqi keyfiyyətləri, vətənpərvərliyi və insansevərliyi ilə parlaq şəxsiyyət kimi formalaşan M.Əliyev 1952-ci ildə ADU-nun prorektoru kimi daha məsul və daha şərəfli vəzifəyə təyin edilmişdir. O, bu vəzifənin öhdəsindən də layiqincə gələrək ölkəmizin elmi-pedaqoji ictimaiyyəti arasında sayılıb-seçilən şəxsiyyətə çevrilmişdir.
Mehdi Ənsari
Mehdi Bakeri
Mehdi Bakiri (fars. مهدی باکری‎; 1954, Qoşaçay – 16 mart 1985, Dəclə) — əslən azərbaycanlı İran-İraq müharibəsi qəhrəmanı. İran İslam İnqilabı zamanı inqilaba qoşulur və inqilabdan sonra Urmiya şəhərinin meri seçilir. == Həyatı == 1954-cü ildə Qoşaçayda doğulub. 16.3.1985-ci ildə İraq qoşunları tərəfindən İranın Xuzistan vilayətində öldürülmüşdür.
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. == Tarixi == Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Məhvi
Molla Məhəmməd Osman Bəlxi (kürd. مەلا موحەمەد کوڕی عوسمان بەڵخی) və ya təxəllüsü ilə Məhvi (kürd. مەحوی) (1830 – 1906, Süleymaniyyə) — Osmanlı kürd sufi şairi. Soran dilində yazıb-yaratmışdır. Qacar dövlətində, Məhabad və Sənəndəc şəhərlərində təhsil almışdır. O, 1862-ci ildə o zaman Osmanlının Süleymaniyyə məhkəməsində hakim olmuşdur. Məhvi İstanbula səyahət etmiş və 1883-cü ildə II Əbdülhəmidlə tanış olmuşdur. O, Süleymaniyyədə bir xanəgah qurmuş və ona Osmanlı sultanının adını vermişdir. Məhvi şeirlərində əsasən təsəvvüfü təbliğ edir, eyni zamanda insanın vəziyyəti və həyatın mənası ilə bağlı suallar kimi ekzistensial problemlərdən bəhs edirdi. == İstinadlar == == Xarici keçidlər == A collection of essays on Mahwi's poems (in Kurdish) Classical Traditions and Modern Meanings, by Stephen Sperl.
Məhdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Məhr
Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır. Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır. Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur.
Bəhri-təvil
Bəhri-təvil — Azərbaycan ədəbiyyatında satirik və lirik səciyyədə, qafiyəli nəsr əsəri. Həcmcə bir-iki səhifədən artıq olmur. Axıcı üslubda yaradılır; cümlələri, hətta çox ifadələri həmqafiyə olduğuna görə birnəfəsə oxunur. "Molla Nəsrəddin" jurnalında, xüsusilə Sabir yaradıcılığında "bəhri-təvil"in olmuşdur.
Bəhri Tanrıqulu
Bəhri Tanrıqulu — Türkiyə taekvondo yığmasının üzvü, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya, üçqat Avropa çempionudur.
Cəhri rayonu
Cəhri rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Cəhri kəndi olmuşdur. == Tarixi == 1921-ci ildə yaradılan Cəhri rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Cəhri, Sust, Xıncab, Əznəburd (Çalxanqala), Payız, Sultanabad, Sələsüz, Türkeş, Badamlı, Şada, Gərməçataq, Buzqov, Sultanbəy, Qarabay, (Qaraboya) İtqıran qəsəbəsi, Çigin-Almalı, Ağxaç, Göynük. 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Cəhri kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Cəhri çayı
Cəhriçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu. Uzunluğu 45 km. Hövzəsinin sahəsi 442 km2 Dərələyəz silsiləsindən 2320 m hündürlükdən başlayır. Qar, yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadə olunur. == Cəhriçay Çınqıl-Qum Qarışığı Yatağı == Cəhriçay hövzəsində, Cəhri qəsəbəsinin cənub qərb və qərb hissələrindədir. Geoloji quruluşunda müasir dövrün allüvial-delüvial çöküntüləri — çaqıl, çınqıl və qum qarışığı iştirak edir. Sahəsi 2,18 km2, faydalı qatın qalınlığı 4,84 m=ə qədərdir. Çınqıl-qum qarışığı hidotexniki tikinti işləti üçün öyrənilmişdir.
Emori və Henri Kolleci
Emori və Henri Məktəbi və ya Emori və Henri Kolleci — ABŞ-ın Virciniya ştatının Emori vilayətində yerləşən özəl humanitar kollec. Kollec Vaşinqton qraflığının ərazisində tikilib, bu da Virciniya ştatının cənub-qərbindəki Appalaç dağlarının bir hissəsidir. 1836-cı ildə qurulan Emori və Henri Kolleci Cənub-Qərbi Virciniyanın ən qədim ali təhsil müəssisəsidir. == Tarixi == Emori və Henri Kolleci məşhur ilahiyatçı yepiskopu Con Emori və Virciniya ştatının ilk qubernatoru Patrik Henrinin şərəfinə adlandırılıb. Kollecin təməli 30 sentyabr 1836-cı ildə qoyulub. Dərslər 1838-ci ilin yazında 60 tələbənin qeydiyyatı ilə başlamışdır. Müəssisənin ilk prezidenti Çarlz Kollins (1838–1852) təyin edilmişdir. Kollec 1861-ci ilin aprelində ABŞ Vətəndaş Müharibəsi zamanı bağlandı və 1862-ci ildə Amerika Konfederasiya Ştatları tərəfindən tutularaq 1865-ci ilə qədər xəstəxana kimi fəaliyyət göstərmişdir. Müharibə başa çatdıqdan sonra kollec yenidən açıldı. === İkinci Dünya Müharibəsi və sonraki illər === İkinci Dünya Müharibəsi zamanı Emori və Henri ABŞ-ın 131 kollec və universitetindən biri idi və V-12 Hərbi Dəniz Qüvvələri Kolleci Təlim Proqramında iştirak edirdi.