Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəriman
Nəriman — Azərbaycanda daha çox işlədilən kişi adı. Nəriman Nərimanov — ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycanın dövlət xadimi Nəriman İmranov — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri Nəriman Həsənzadə — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965) Nəriman bəy Nərimanbəyli — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Nəriman Şıxəliyev — Operator. Rejissor. Nəriman Məmmədov Nəriman Məmmədov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti. Nəriman Məmmədov (professor) — Azərbaycanlı texnika elmləri doktoru, professor.
Nəriman Paşayev
Nəriman Qasımoğlu
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim. == Erkən illəri == Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. == Elmi fəaliyyəti == Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır.
Nəriman Qasımzadə
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim. == Erkən illəri == Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. == Elmi fəaliyyəti == Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır.
Nəriman Quliyev
Nəriman Quliyev (28 dekabr 1926 – 20 may 2014) — nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, Fizika-riyaziyyat elmləri doktoru, professor, akademik. == Həyatı == Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr etmişdir. N.Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlı olmuşdur. 1992-ci ildən isə Azərbaycan Respublikası müstəqil bir dövlət kimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv qəbul edilmiş və akademik N.Quliyev 1992-2003-cü illərdə həmin institutda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olmuşdur. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparmışdır. Azərbaycan Respublikasının Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın inkişafına dair Dövlət müqaviləsi bilavasitə akademik N.Quliyev tərəfindən hazırlanmış və o, uzun illər ərzində bu sahədəki fəaliyyətə elmi rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə 1993-cü ildə AMEA Fizika İnstitutu “ATLAS” layihəsinin icraçıları sırasına daxil edilmişdir. Bu illər ərzində akademik N.Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən bu layihə çərçivəsində 200-dən çox elmi məqalə dərc edilmişdir.
Nəriman Qurbanov
Nəriman Əhmədağa oğlu Qurbanov (20 oktyabr 1960, Bakı) — Azərbaycan dövlət xadimi. O, Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır. Qurbanov Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müxtəlif vəzifələr daşımışdır. O, hal-hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində baş məsləhətçi vəzifəsində çalışır, protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili məsələləri ilə məşğuldur və dövlət qulluğunun baş müşaviridir. == Həyatı == Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində anadan olmuşdur. Atası Əhmədağa Əkbər oğlu Qurbanov "Muğanlı" təxəllüsünə sahib nasir, ssenarist və kino redaktoru, anası Surə Cəlil qızı Qurbanova isə evdar qadın olmuşdur. O, 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadçı ixtisası ilə bitirmiş, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutundan (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politoloq ixtisası ilə məzun olmuşdur. == Fəaliyyəti == 1977–1979-cu illərdə "Azərbaycanfilm" kinostudiyasında işıqçı və kinomexanik kimi işləmiş olan Qurbanov 1981-ci ilə qədər Ermənistan SSR-nin Leninakan (indiki Gümrü) şəhərində SSRİ-nin sərhəd qoşunları sırasında hərbi xidmətdə olmuşdur. Bundan sonra 1984-cü ilə qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nizami Rayon Komitəsinin ilk təşkilat katibi vəzifəsində çalışan Qurbanov 1986-cı ilə qədər Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin təşkilat katibi olmuşdur. O, həmin ilin axırlarına qədər həmin komitədə təlimatcı və təşkilat şöbəsinin müdiri kimi işləmiş, 1988-ci ilə qədər Azərbaycan LKGİ Mərkəzi Komitəsinin məsul icraçısı və Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin ikinci katibi olmuşdur.
Nəriman Rəsulov
Nəriman Moğbil oğlu Rəsulov (15 yanvar 1947, Təpəkənd, Amasiya rayonu) — professor. == Haqqında == 1947-ci ilin yanvar ayının 15-i Qərbi Azərbaycanın Amasiya rayonunun Təpəkənd kəndində anadan olub. Nəriman Rəsulov orta məktəbi Amasiya rayonunda bitirib. Nəriman Rəsulov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə Bakı Cihazqayırma Zavodunda sex ustası, texnoloq işləmişdir. 1970–1973-cü illərdə AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrasının aspirantı olmuşdur. 1973–1974-ci illərdə həqiqi əsgəri xidmət etmişdir. 1974-cü ilin dekabrından AzTU-da kiçik elmi işçi, baş elmi işçi, assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 2004-ci ildən "Maşınqayırma texnologiyası" kafedrasının professoru, 2001–2009-cu illərdə Maşınqayırma fakultəsinin dekanı, 2009–2015-ci illərdə isə "Metrologiya və standartlaşdırma" kafedrasının müdiri işləmişdir. O, hazırda "Maşınqayırma texnologiyası" kafedrasının professoru vəzifəsində çalışır. Dosent Nəriman Rəsulov 1985–1986-cı tədris ilində M.Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda fransız dilini mənimsəmiş, 1986–1989-cu illərdə Əlcəzairdə, fransız dilli Annaba Texniki Universitetində ixtisası üzrə müəllim işləmiş, əmək fəaliyyətinin yüksək göstəricilərinə və fəal ictimai işinə görə SSRİ-nin Annabadakı baş konsulluğunun Fəxri Fərmanı ilə təltif edilmişdir.
Nəriman Süleymanov
Süleymanov Nəriman Qoca oğlu (15 avqust 1930 – 15 aprel 1995) – nasir, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1985), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1977). == Həyatı == 1930-cu il avqustun 15-də Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir (1947–1952). Həmin vaxtdan "Pioner" jurnalı redaksiyasında ədəbi işçi, pioner və məktəblilər şöbəsinin müdiri, məsul katib, "Pioner" ("Günəş") jurnalının baş redaktoru vəzifəsində çalışmışdır (1977-ci ildən ömrünün sonunadək). Yazıçılar Birliyinin Təftiş komissiyasının müavini seçilmişdir (1991). Moskvada, Leninqradda, Daşkənddə, Düşənbədə və digər şəhərlərdə ədəbiyyat problemlərinə həsr olunmuş müşavirə, simpozium, konfranslarda fəal iştirak etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Macarıstan və Yuqoslaviya ölkələrində çıxan uşaq jurnallarında və almanaxlarda hekayələri çap edilmişdir. Ədəbi fəaliyyətə 1954-cü ildə "Azərbaycan pioneri" qəzetində çıxan kiçik bir hekayə ilə başlamışdır. Üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Nəriman Tahirov
Tahirov Nəriman Cəfər oğlu (Cəfəroviç) (1928 – 1992) — azərbaycanlı alim == Həyatı == Nəriman Tahirov 1928-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye Institutunun (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və Qaz quyularının istismarı ixtisası üzrə Neft — mədən fakültəsini bitirmişdir. 1957-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1973-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almışdır. Nəriman Tahirov 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. 1992-ci ildə Bakıda ürək çatışmazlığından[mənbə göstərin] vəfat etmişdir. Bakıda dəfn olunmuşdur. == Elmi fəaliyyətləri == N. Tahirov institutu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında, Azərbaycan Elmi tədqiqat Neftçıxarma İnstitutunda (AzETNÇİ) və Dərin Neft-Qaz Yataqları Problemi İnstitutunda işləmişdir. O, Azərbaycan Neft Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz yataqlarının işlənilməsi və istismarı kafedrasında professor vəzifəsində çalışmışdır. == Elmi nailiyyətləri == N. Tahirov neft və qaz yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində araşdırmalar aparmışdır. Onun elmi tədqiqat istiqamətlərinə layın fiziki-kimyası, neft-qaz veriminin artırılmasının yeni üsulları, neft hasilatının intensivləşdirilməsi sahəsində tədqiqatlar, dərində yerləşən layların neft-qaz verimi mexanizminin öyrənilməsi, səthi-molekulyar və kapilyar hadisələr sahəsində tədqiqatlar, lay sularının selektiv təcridi üçün hidrotəciredici material qismində istifadə edilən yüksək səmərəli və münasib qiymətli reagentlərin tapılması, həmçinin neft və qaz quyularının quyudibi zonalarının fiziki-kimyəvi üsullarla öyrənilməsi mexanizmi daxildir.
Nəriman Vəliyev
Vəliyev Nəriman Adil oğlu — professor. == Həyatı == Nəriman Vəliyev 1928-ci ildə Ermənistan SSR Eçmiədzin (indiki Masis) rayonunun Çobankərə kəndində anadan olmuşdur. İbtidai təhsilini rayonun Reyhanlı kənd orta məktəbində almışdır. Babası Məmmədəli bəy Cəfər Ağa oğlu bölgənin çox nüfuzlu şəxslərindən olduğundan 1937-ci ildə Qazaxıstana sürgün edilmiş, bundan sonra atası Adil bəy təqiblərdən yaxa qurtarmaq məqsədilə ailəsini götürüb Gəncəyə köçmüşdür. Nəriman Vəliyev orta təhsilini 1938-1941-ci illərdə Gəncə şəhərində Dəmiryolu məktəbində davam etdirmişdir. 1941-ci ildə ailəsi Ucar şəhərinə köçdüyündən orta təhsilini 1946-cı ildə burada tamamlamışdır. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuş və həmin fakültəni 1951-ci ildə bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin il Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi başlamışdır. 1959-cu ildə dissertasiya müdafiə edərək coğrafiya elməri namizədi – alimlik dərəcəsi almışdır. 1960-cı ildən başlayaraq elmi və pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir.
Nəriman Yusifov
Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri. == Həyatı və fəaliyyəti == Nəriman Həbib oğlu Yusifov 1926-cı ildə Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Bakıda hüquq təhsili aldıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 1966–1978-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. Sonradan Azərbaycana gəldikdən sonra bir müddət Bakı şəhər prokuroru, sonradan isə Azərbaycan SSR ədliyyə naziri vəzifələrində işləyib. Təqaüdə çıxdıqdan sonra Moskvada işlədiyi illər haqqında "12 il Moskvada — Kremldə" adlı kitab yazıb. Kitabda müəllif Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib. 21 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.
Nəriman Zeynalov
Nəriman Zeynalov — "Qızıl qələm" mükafatı laureatı, görkəmli jurnalist == Həyatı == 1933-cü ildə Göyçay rayonunda anadan olub. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq, “Xalq qəzeti”ində (o zamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov “Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb. == Fəaliyyəti == N.Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər “Sovet kəndi” qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında dünyasını dəyişib.
Nəriman Özsoy
Neriman Özsoy – Türkiyə Qadın Milli Voleybol Komandasının hücumçusu. Əslən bolqar olan oyunçu 2007-ci ildə milləşdirilmişdir. == Karyerası == Neriman Özsoy karyerasına Əczacıbaşında başlamaşdır. A komandaya keçdikdən sonra Rusiyada oynamaq istəyən voleybolçu Uraloçkaya transfer olunmuş, komandasının icazəsi olmadığından daha sonra geri dönmüşdür. Karşıyakayla müqavilə imzaladıqdan sonra bir il bu komandada oynamış, növbəti mövsüm isə Eczacıbaşıya qayıtmışdır. Nerimanın doğma komandasına gəlişi daha uğurlu alınıb. Belə ki, voleybolçu bu səfər Eczacıda 2 dəfə Türkiyə Qadınlararası Voleybol Çempionatının qızıl medallarına yiyələnmişdir. Həmçinin 1 dəfə də Türkiyə kubokunun sahibi olmuşdur. Eczacıbaşında üç il oynadıqdan sonra İtaliya klubu "Sirio Perugia"ya transfer olunmuşdur. Ancaq bu klubda bir oyun belə oynamadan Polşa komandası Atoma icarəyə verilmişdir.
Nəriman İmranov
İmranov Nəriman Şamo oğlu (d. 2 yanvar 1944, Şişqaya, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri (1993-1994). == Həyatı == Nəriman İmranov 1944-cü ilin yanvar ayının 2-də Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Şişqaya kəndində anadan olmuşdur (Atası Cil kəndindəndir (Ağacanlı)). 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-cü il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə,vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
Nəriman İsayev
Nəriman Ağaxan oğlu İsayev (27 iyul 1930, Bakı – 10 iyun 1988) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1976–1981). == Həyatı == Nəriman Ağaxan oğlu İsayev 27 iyul 1930-cu ildə Bakıda qulluqçu ailəsində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra bir sıra mühəndis vəzifələrində işləmişdir. 1953–1960-cı illərdə Dövlət Dəniz Qurğularını Layihələşdirmə İnstitutunun kiçik elmi işçisi, Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Tresti şöbəsinin böyük mühəndis-elektriki, dəmir-beton məmulatları zavodunun direktoru olmuşdur. 1961–1969-cu illərdə "Azərkommunalenerji", "Azərelektroquraşdırma", "Azərsənayeelektroquraşdırma" trestlərinin müdiri, Baş Qaz Təsərrüfatı İdarəsinin birinci müavini işləmişdir. 1969-cu ildən Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1976-cı ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1981-ci ildən 1986-cı ilədək isə Azərbaycan SSR avtomobil yolları tikintisi və istismarı nazirinin müavini, SSRİ Neft və Qaz Sənayesi Müəssisələri Tikintisi Nazirliyi "Azərborukəmərtikinti" trestinin müdiri işləmişdir. 1986-cı ildə o, Bakı şəhər elektrik şəbəkəsinin direktoru təyin edilmiş və ömrünün son günlərinədək burada çalışmışdır. Nəriman İsayev 1955-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII və XXIX qurultaylarında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir. O, 10 iyun 1988-ci ildə vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları == İstinadlar == == Xarici keçidlər == "Nəriman İsayevin xatirə saytı".
Nəriman İsmayılov
İsmayılov Nəriman Zeynalabdı oğlu — AMEA N.Tusi ad. Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, f.r.e.d., professor, “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdir. == Həyatı == Nəriman İsmayılov 21 oktyabr 1955-ci ildə Qərbi Azərbaycanının Amasiya rayonu, Mağaracıq kəndində anadan olmuşdur. 1974-cü ildə Bakıdakı 1 saylı respublika fizika -riyaziyyat təmayüllü orta məktəbi, 1979-cu ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1979-1982-ci illərdə İmişli və Şamaxı rayonlarında orta məktəbdə müəllim işləmişdir. 1994-1997-ci illərdə Lomonosov ad. MDU-nun əyani doktoranturasında oxumuşdur. 1982-ci ildən AMEA Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir. 2004-2016 illərdə Bakı Dövlət Universitetində Astrofizika kafedrasında professor vəzifəsində işləmişdir. Hazırkı dövrə qədər AMEA ŞAR-da baş elmi işçi vəzifəsində çalışır.
Nəriman Şirinov
Şirinov Nəriman Mikayıl oğlu (7 noyabr 1929, Qaraxanlı, Tovuz rayonu – 26 iyul 2006) — baytarlıq elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı, AMEA-nın və Rusiya KTEA-nin müxbir üzvü, "Şərəf nişanı" ordenli, əməkdar elm xadimi. == Həyatı == Nəriman Şirinov 1929-cu il noyabrın 7-də Tovuz şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına orta məktəbdə təhsil almış və əla qiymətlərlə bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuşdur. 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına köçürülərək təhsilini uğurla 1954-cü ildə başa vurmuşdur. Əmək fəaliyyətinə 1954-cü ildə Balakən rayonunda MTS-da böyük baytar həkimi kimi başlamışdır. Elmə olan həvəs onu tezliklə Azərbaycan Elmi-Tədqiqat İnstitutuna gətirmişdir. 1955-ci ildən laborant, sonra isə helmintologiya laboratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. 1970-ci ildən Azərbaycan Elmi-Tədqiqat İnstitutuna direktor vəzifəsinə təyin olunaraq ömrünun sonunadək burada çalışmış, mütəxəssislərin yetişdirilməsində əvəzsiz xidmətləri olmuşdur. Rəhbərliyi dövründə institutda 11 elmlər doktoru, 62 elmlər namizədi hazlrlanmış, 5000-dən çox elmi əsər, monoqrafiyalar çap edilmişdir. 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1974-cü ildə professor adına layiq görülmüşdür.
Nəriman Şıxəliyev
Nəriman Səttar oğlu Şıxəliyev (14 oktyabr 1934, Bakı – 3 fevral 2022, Bakı) — Azərbaycan operatoru, rejissor, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981). == Həyatı == Nəriman Məşədi Səttar oğlu Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olmuşdur. 1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərmişdir. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkmişdir. Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev bu gün də doğma televiziyada fəaliyyətini davam etdirir. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvüdür. Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülmüşdür. == Filmoqrafiya == 1915-ci il erməni saxtakarlığının başlanğıcı (film, 2009) Afurca nağılı (film, 2007) Ağasadıq Gəraybəyli (film, 1974) Akademik Validə Tutayuq (film, 2008) Almas Yıldırım (film, 2004) Alovlardan keçən ömür (film, 2005) Atəşgah (film, 2001) Azərbaycan kauçuku (film, 1977) Azərbaycan narı (film, 1978) Badamlı (film, 1974) Bakı toyları (film, 2007) Bal arısı (film, 2000) Balerinanın yaranması (film, 1972) Balıq günü (film, 1983) Bəşir Səfəroğlu (film, 1969) Bir az da Bahar bayramı (film, 1979) Bizi dağlarda axtarın (film, 1976) Bu, Səttar Bəhlulzadədir (film, 1969) Cümhuriyyət generalları (film, 2006) Çalır Bəhram Mansurov (film, 1971) Çingiz Sadıqov (film, 2006) Dağlı çörəyi (film, 2007) Daşları dindirən alim (film, 2001) Dənizdə addımlayanlar (film, 2002) Dostluq dili (film, 1959) Elmi mərkəz (film, 1975) Əhməd Bakıxanov (film, 2003) Ən gənc (film, 1987) General (film, 1970) Göylər sonsuz bir dənizdir (film, 1995) Günəş ardınca, sağlamlıq ardınca (film, 1971) Xalq nəğməkarı (film, 1963) Xəzərdə möcüzə (film, 1961) Xınalıq etüdləri (film, 1974) İki ömür (film, 2000) İki Xəzər (film, 1975) İliç buxtası (film, 1974) İlk traktorçu haqqında hekayə (film, 1973) İncəsənət veteranı (film, 1966) İyirmi ildən sonra (film, 1963) Kirov Azərbaycanda (film, 1976) Koroğlu (film, 2003) Qayıdış (film, 1992) Qeyri-adi dəniz (film, 1975) Qədim Gəncə (film, 2003) Qədim Şəmkir (film, 2003) Qəmbər Hüseynli (film, 2007) Qızıl gül olmayaydı... (film, 1965) Qudyalçay (film, 2001) Marş (film, 1982) Məbədlər diyarı (film, 2005) Mədəniyyət salnaməsi (film, 2001-2004) Mən Muğana vurğunam (film, 1986) Mənim Mingəçevirim (film, 1967) Mir Teymur (film, 2003) Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003) Moskvada Azərbaycan Ongünlüyü (film, 1959) Mücadilə (film, 2006) Naxçıvan (film, 1967) Nəbatət bağı (film, 2001) Nəhəngin ilk addımları (film, 1976) Nəriman Əliyev (film, 2005) Odlu məmləkət (film, 1998) Oqtay Ağayev. Ötən günlər (film, 2004) Poladın mahnıları (film, 1982) Reportaj haqqında reportaj (film, 1964) Rəfibəylilər (film, 2009) Rəssam Ponomaryov (film, 2004) Rəşid Behbudov (film, 1975) Sarı çiçək (film, 1983) Seyid Nigari (film, 2004) Səməd Vurğun (film, 1958) Sənə sevinc bağışlayım (film, 1978) Sirkin yeni mənzili (film, 1967) Söz uşaqlara verilir (film, 1998) Şamama (film, 1973) Tarixin şahidləri (film, 2003) Usta Vaqif (film, 2006) Ürək nəğməsi (film, 1989) Üzeyir Hacıbəyov (film, 1965) Ver sözə ehya ki...
Nəriman Əbdülrəhmanlı
Əbdülrəhmanlı Nəriman Hacı oğlu (3 iyun 1958, Düzəyrəm, Kaxetiya) — Azərbaycan nasiri, publisist, tərcüməçi, ssenariçi. == Həyatı == Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışır, 2023-cü ildən dünya ədəbiyyatı şöbəsinin müdiridir. == Yaradıcılığı == N.Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə "Lider" televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə "Gümüş Aypara" Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru кimi fəaliyyət göstərib.
Nəriman Əhmədov
Nəriman Mehdi oğlu Əhmədov — alim, biologiya elmləri doktoru, professor. İlk dəfə zəhərli ilanların inkubasiyasını elmi eksperimental yolla kəşf etmiş, inəklərin arasında süni mayalanma üsulunu kəşf etmişdir. == Həyatı və elmi fəaliyyəti == Nəriman Əhmədov 1931-ci il oktyabr ayının 20-də Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1938–1945-ci illərdə Fərəhli kənd natamam orta məktəbində təhsil almışdır. 1945-ci ildə Qazax kənd təsərrüfatı texnikumuna daxil olmuş və 1948-ci ilə buranı bitirmişdir. Həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsində təhsilini davam etdirmişdir. 1953-cü ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutuna işə göndərilmişdir. Burada heyvanların müqayisəli morfologiyası laboratoriyasında zootexnik, kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1960-cı ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. ilk dəfə zəhərli ilanların inkubasiyasını elmi eksperimental yolla kəşf etmiş, inəklərin arasında süni mayalanma üsulunu kəşf etmişdir.
Nəriman Əliyev
Nəriman Əliyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Nəriman Əliyev (mikrobioloq) — professor. Nəriman Əliyev (xanəndə) — Azərbaycan xanəndəsi. Nəriman Əliyev (rejissor) — krım-tatar əsilli Ukrayna kinorejissoru və ssenari müəllifi.
Nəriman Əlizadə
Nəriman Nurəhməd oğlu Əlizadə (d. 6 aprel 1998; Biləsuvar rayonu — ö. 27 oktyabr 2020; Füzuli rayonu) — İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Nəriman Əlizadə 6 aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hərbi xidmətdən əvvəl "Rəvan" və "Neftçi" futbol klublarının aşağı yaş qruplarında çıxış edib. == Hərbi xidməti == Nəriman Əlizadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və həlak olmuşdur. Şəhid Nəriman Əlizadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəriman Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəriman Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəriman Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nəriman Əzimov
Nəriman Abbasqulu oğlu Əzimov (1 iyun 1936, Kirovabad – 19 noyabr 2016, Bakı) — azərbaycanlı bəstəkar və dirijor, professor (2003), Azərbaycan Respublikasının Xalq artisti (1991), Prezident təqaüdçüsü. == Həyatı == Nəriman Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründən Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyət göstərən Nəriman Əzimov ömrünün 60 ilini Azərbaycan Televiziyası və Radiosuna həsr etmişdir. Nəriman Əzimov AzTR-nin Xor kollektivində xormeyster işləmişdir. O, 1974-cü ildən Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Həmçinin AzTV QSC səs rejissoru işləmişdir. N.Əzimov "Gəncəm", "Xatirə", "Özəlim – gözəlim" və s. əsərlərin müəllifidir. O, 2003- cü ildə professor elmi rütbəsini qazanmışdır.
Nəriman (Germi)
Nəriman (fars. نريمان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (26 ailə).
Nəriman Abbasov
Nəriman Ağaxan oğlu Abbasov (1 fevral 1994, Bakı) — azərbaycanlı MMA döyüşçüsü, yüngül çəki dərəcəsinin nümayəndəsi. 2013-cü ildən peşəkar səviyyədə çıxış edir və AMCFight Nights Global turnirlərində iştirakı ilə tanınır. Nəriman Abbasov yüngül çəkidə hal-hazırkı AMC Fight Nights Global (AMC FNG) çempionudur. 2022-ci ildən etibarən Azərbaycanı UFC idman turnirində təmsil edir. == Həyatı və karyerası == Nəriman Abbasov 1 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycanı təmsil edən qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü Nəriman Şəhriyar Abbasovun rəhbərliyi altında məşq edir. "GabalaSportClub", "TTFightClub", "AzerbaijanFightClub" u təmsil edir. Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlamışdır. "GEFC-Azərbaycan" turnirində debüt etmiş, hakimlər heyətinin qərarı ilə qələbə qazanmışdı. ACB, NomadMMAN1 PRO, AMC FightNightsGlobal turnirlərində çıxış etmiş, Kuat Xamitov, Artur Zaynukov, Mixail Gogitidze kimi döyüşçülər üzərində qələbə qazanmışdır.
Nəriman Nərimanov (film, 1972)
Nəriman Nərimanov adına depo
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. == Təsviri == Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. == İstifadə olunan vaqonlar == Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Nəriman Nərimanov adına mədəniyyət evi
18 saylı Nərimanov-Nizami seçki dairəsi
19 saylı Nərimanov birinci seçki dairəsi
20 saylı Nərimanov ikinci seçki dairəsi
Arif Nərimanbəyov
Nərimanbəyov Arif Əmirbəy oğlu (13 aprel 1917, Bakı – 16 may 1992, Bakı) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). == Həyatı == Arif Nərimanbəyov 13 aprel 1917-ci ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1944). Müharibədən sonra Bakı kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi bir "Mozalan" kinojurnalı çəkib. 16 may 1992-ci ildə vəfat edib. == Filmoqrafiya == Əbədi odlar ölkəsi (film, 1945) Zəfər bayramı (film, 1945) Fətəli xan (film, 1947) Quba bağlarında və Tərtərçay vadisində (film, 1949) Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949) Bakının işıqları (film, 1950) Mingəçevir (film, 1950) Səhər nəğməsi (film, 1950) Azərbaycan sərhədçiləri (film, 1951) Gənc Leninçilər (film, 1951) Quba bağlarında (film, 1953) Bərəkətli torpaq (film, 1954) Bəxtiyar (film, 1955) Qızmar günəş altında (film, 1957) Bakı və bakılılar (film, 1957) Bir qalanın sirri (film, 1959) Akif Cəfərovun briqadası (film, 1960) Azərbaycanın böyük kimyası (film, 1961) Leyli və Məcnun (film, 1961) Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962) Möcüzələr adası (film, 1963) Qaraca Qız (1966) İnsan məskən salır (film, 1967) O qızı tapın (film, 1970) Həyat bizi sınayır (film, 1972) Var olun, qızlar... (film, 1972) Kimdir Məmməd Məmmədov? (film, 1973) Ömrün Səhifələri (1974) Rəqiblər (1974) Dərviş Parisi partladır (film, 1976) Ürək... Ürək...
Bəhram Nərimanov
Bəhram Nərimanov — Əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyatı == Azərbaycanda idman akrobatikası üzrə ilk SSRİ idman ustası adını alan Nərimanov 1959-1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olub. O, 1960-1972 və 1994-2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri vəzifəsində çalışıb. Nərimanov ölkə prezidenti tərəfindən bədən tərbiyəsi və idmanın inkişafındakı əməyinə görə "Şöhrət" ordeninə layiq görülüb. Həmçinin prezident təqaüdçüsü olan akrobat 80-dan çox elmi məqalənin müəllifidir. Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Bəhram Nərimanov 10 iyun 2010-cu ildə 77 yaşında dünyasının dəyişib.
Fərman bəy Nərimanbəyli
Nərimanbəyli Fərman bəy Əmir bəy oğlu (1898–1970) — Cümhuriyyət tələbəsi, mühəndis. == Həyatı == Fərman bəy Nərimanbəyli 1898-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Orta təhsil aldıqdan sonra 1920-ci ilin yanvarında ADR hökuməti onu Fransaya ali təhsil almağa göndərmişdir. Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana dönmüşdür. İxtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir. == Ailəsi == Fərman bəy Fransada oxuyarkən fransız qızı İrma Lyarude ilə ailə həyatı qurmuşdur. Vidadi və Toğrul adlı oğulları var.
Gülsüm Nərimanova
Gülsüm Nərimanova (Əliyeva) — İctimai-siyasi, dövlət xadimi, yazıçı, publisist Nəriman Nərimanovun həyat yoldaşı. == Həyatı == 1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. Ev təhsili almışdı və rus dilini yaxşı bilirdi. 1915-ci ildə o, böyük mütəfəkkir, görkəmli dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və həmin zamandan onun həyatında sözün əsl mənasında yeni dövr başlayır. Gülsüm xanım 1941-ci ildən Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyirdi: "…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…" N. Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları yeni həyata səsləmişdir. Getdikcə fəallığını artıraraq Bakıda əlillər evi, uşaq baxçası və körpələr evlərinin yaradılması işində böyük səy göstərmişdir. Təhsilini daim artırmağa çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığmin məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu bitirmişdir.1925-ci ildə N. Nərimanovun vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər yenə də təhsilini davam etdirmiş, Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində oxumuşdur.
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl – 16 dekabr 2023) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını almışdır.
Mikayıl Nərimanoğlu
Quliyev Mikayıl Nəriman oğlu (9 mart 1965, Zəngilan) — əməkdar jurnalist. == Həyatı == 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində işləyib. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub.
Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi. == Həyatı == Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır. ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
N. Nərimanov adına NQÇİ-də estakada qəzası
N. Nərimanov adına NQÇİ-də estakada qəzası — "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçması nəticəsində baş vermiş qəza. Hadisə 2016-cı ilin 15 dekabr tarixində yerli vaxtla saat 05:00-də baş vermiş, səbəb kimi isə Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək göstərilib. == Arxa plan == 41 metr/saniyə sürəti ilə əsən güclü külək Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Estakadada bütün əlavə işlər dayandırılsa da, zərurətə görə Neft Yığım Məntəqəsində növbədə olan 10 nəfər neftçi itkin düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azneft İB-nin rəhbərliyi qəzadan sonra hadisə yerinə yollanmışdır. Həmin gün baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır.
Nəcəf Nərimanov
Nəcəf Nəriman oğlu Nərimanov (2 dekabr 1919, Bakı – 10 sentyabr 1943, Volnovaxa[d], Donetsk vilayəti) — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu. == Həyatı == Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925) olmuşdur. Anası Gülsüm Mirkazım qızı Nərimanova tacir ailəsində anadan olmuşdur. 19 mart 1925-ci ildə atası Nəriman Nərimanovun ölümündən sonra Nəcəf anası Gülsüm xanımla birgə həyatının ağır mərhələsinə qədəm qoyur. Nəriman Nərimanovun sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailə sonradan bu imtiyazlardan məhrum olur, Gülsüm xanım və 6 yaşlı Nəcəf çörək imtahanına çəkilir. Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək Petrovski adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi. 1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. O, fransız dilində çox gözəl danışırdı.
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionu - Neftçala futbol klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion Azərbaycan Respublikasının Neftçala rayonunun mərkəzində yerləşir.
Qışlaq-i Nərimankəndihacıhavar (Biləsuvar)
Qışlaq-i Nərimankəndihacıhavar (fars. قشلاق نريمان كندي حاجي هاوار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (9 ailə).
Qışlaq-i Nərimankəndiəmiraslan (Biləsuvar)
Qışlaq-i Nərimankəndiəmiraslan (fars. قشلاق نريمان كندي اميراصلان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (11 ailə).
Rauf Nərimanbəyli
Rauf Cəmil oğlu Nərimanbəyli (1929)—Musiqi akademiyasının professoru. == Həyatı == Rauf Cəmil oğlu Nərimanbəyli 1929-cu ildə, Bakıda anadan olmuşdur. 1954-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildən dosent, 1994-cü ildən professor adı almışdır. Pedaqoji fəaliyyətinə kamera-ansamblı sinfində konsertmeyster kimi başlamışdır. 1961-ci ildən kafedranın müəllimidir. 1967-71-ci illərdə konservatoriyada ifaçılıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1976-cı ildən 1993-cü ilədək kamera ansamblı kafedrasının müdiri, 1993-1999-cu illərdə orkestr şö’bəsinin dekanı olmuşdur. 1999-cu ildən kamera ansamblı kafedrasının müdiridir. Məzunlarının sayı 250-yə yaxındır.
Ruslan Nərimanzadə
Ruslan İlqar oğlu Nərimanzadə (23 aprel 1995; Zəyəm Cırdaxan, Şəmkir rayonu — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Nərimanzadə 1995-ci il aprelin 23-də Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2003–2012-ci illərdə S. Məmmədov adına Zəyəm Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ruslan Nərimanzadə 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Nərimanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ruslan Nərimanzadə oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Salman Nərimanov
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — ictimai-siyasi və dövlət xadimi, yazıçı, puplisist Nəriman Nərimanovun böyük qardaşı. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. 7 yaşında ikən atası onu Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyur. Üç il burada "Quran"dan və Sədinin "Gülüstan" kitabından dərs keçib, ruhani idarəsinin açdığı məktəbə qəbul olur. Bu məktəbin ona əsaslı bilik verə bilməyəcəyini dərk edib, təhsildən uzaqlaşır. Bu barədə "Səyahətnamə" əsərində yazır: "Bəsirət gözümü açıb nəzərimdə əməllərini riya gördüm və təkfür aləminə düşdüm". Salman Nərimanov ədəbiyyat həvəskarı olduğundan ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafiz, Mollayi-Rumi, Füzuli və M. F. Axundovun əsərləri ilə yaxından tanış olur. Çox keçmədən S. Nərimanov özü də "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmiş, öz puplisistikası və bədii əsərləri ilə bacarıqlı bir mühərrir kimi də tanınmışdır.
Saman Nəriman Cahan
Saman Nəriman Cahan (fars. سامان نریمان جهان‎, d. 18 aprel 1991, Bünab, Şərqi Azərbaycan ostanı, İran) — hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi komandasının keçmiş cənubi azərbaycanlı yarımmüdafiəçisi, 23 yaşadək futbolçulardan ibarət İran millisinin keçmiş üzvü. == Klub karyerası == Əhalisi azərbaycanlılardan ibarət olan və əsasən Azərbaycan dilində danışılan bölgə olan Şərqi Azərbaycan ostanının Bünab ərazisində anadan olan Saman futbolçu karyerasına Təbrizin İran peşəkar futbol liqasındakı təmsilçisi Traktorda başlamışdır. Həmçinin onun peşəkar futbolçu kimi yetişməsində Təbrizin digər klubu Maşın Sazi və Tehranın Neft Tehran klublarının da böyük rolu olub. Peşəkar olaraq karyerasına 2012-ci ildə məhz Neft Tehran klubunda başlayıb. Həmin ilin ikinci yarısını icarə əsasında Göstəriş Poladda keçirən Saman, özünü yaxşı nümayiş etdirmiş və növbəti mövsüm Göstərişə transfer edildi. Traktorda icarədə oynayıb yenidən Göstərişə qayıdan Saman 2016-cı ilin yayında Avstriya Bundesliqası təmsilçisi Volfsbergerə baxışa yollansa da, maliyyə problemləri səbəbindən onun transferi baş tutmadı. Saman 2016-17 mövsümündə yenidən qurulmuş Maşın Sazi komandasına qatıldı. Azadi stadionunda İstiqlalla oyunda məhz onun qolu sayəsində komandası Tehran təmsilçisi ilə heç-heçə etdi.
Sənət yolu. Arif Nərimanbəyov (film, 2017)
Sənət yolu. Arif Nərimanbəyov qısametrajlı sənədli film rejissor Elvin Vəlimətov tərəfindən 2017-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmdə görkəmli kinooperator, Azərbaycanın əməkdar incəsənət xadimi Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr olunur. == Məzmun == Filmdə "Əbədi odlar ölkəsi", "Zəfər bayramı" sənədli, eləcə də "Fətəli xan", "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun", "Bir qalanın sirri", "Qaraca qız", "İnsan məskən salır", "Bizim Cəbiş müəllim", "Dərviş Parisi partladır", "Nizami", "Özgə ömür" bədii filmlərinin kadrlarından istifadə edilmişdir.
Fəriman
Fəriman — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Fəriman şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 32,610 nəfər və 8,203 ailədən ibarət idi.
Nəriman Nərimanov
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (az-əbcəd. نریمان نریماناوو‎; 14 aprel 1870, Tiflis – 19 mart 1925, Moskva) — Azərbaycan bolşevik inqilabçısı, ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N. Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir.
Nerima
Nerima — Tokionun xüsusi rayonlarından biri.
Nəriman Nərimanov (1966)
Nəriman Nərimanov (1972)
Nəriman Nərimanov (dəqiqləşdirmə)
Nəriman Nərimanov — SSRİ və Azərbaycan SSR-in tanınmış ictimai-siyasi xadimi, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925).
Nəriman Nərimanov küçəsi
Nəriman Nərimanov küçəsi (Horadiz)
Nəriman Nərimanov metrostansiyası
Nəriman Nərimanov metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin stansiyası. Bu stansiyadan qatarlar 30–45 dəqiqədən bir depoya gedir. "Bakmil", "Gənclik" və "Ulduz" stansiyaları arasında yerləşir. == Tarixi == 6 noyabr 1967 -ci ildə istismara verilmişdir. Stansiya Nəriman Nərimanov adını daşıyır. "Nəriman Nərimanov" stansiyası Təbriz və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşir. 28 oktyabr 1995-ci il Bakı metrosunun "Ulduz metrostansiyası" stansiyasından "Nərimanov" stansiyası istiqamətində hərəkət edən qatarda yanğın baş verib. Bu hadısə tarixin ən böyük metro qəzası sayılır. Stansiyaya daxil olan qatarlarda Afaq Poladəzinin bəstələdiyi "Güllərim" mahnısından fraqment səslənir.
Nəriman Nərimanov stadionu
Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionu - Neftçala futbol klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion Azərbaycan Respublikasının Neftçala rayonunun mərkəzində yerləşir.
Nəriman Nərimanov (film, 1966)