Çölməyə verə-verə çıxır qazan bahası.

The cheap comes to the expensive. / Someone is not so rich in order to buy the cheapiest goods. Дешёвое доводит до дорогого. / Я не настолько богат, чтобы покупать дешёвые вещи.
çöllərə düşmək
Çömçə ilə dəryanı qurutmaq olmaz.
OBASTAN VİKİ
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qazan (Sərdəşt)
Qazan (fars. قازان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər. yaşayır (11 ailə).
Qazan (Urmiya)
Qazan (fars. غازان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 480 nəfər yaşayır (75 ailə).
Qazan (ad)
Qazan — bir sıra qədim və müasir türk xalqlarında geniş yayılmış şəxs adı. "Kitabi-Dədə Qorqud" eposundakı Qazan şəxs adı ilə müqayisə oluna bilər. Qədim türk tayfalarından birinin Kazan adlanması və Azərbaycanda Qazançı toponimlərində öz əksini tapması da məlumdur.
Qazan (dəqiqləşdirmə)
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qazan (şəhər)
Kazan yahut Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Qazan burnu
Qazan (ukr. Газан) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri. Krım yarımadasının şərqində Leninski rayonu ərazisində yerləşir. Yurkino kəndindən şimalda, Azov dənizi sahillərində qərarlaşır. Burunun sahilləri sıldırımlıdır. Xroni burnundan cənub-qərbdə yerləşir. Bulqanak buxtasına daxil olur.
Qazan kababı
adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Qazan köşkü
Qazan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidə. Qazan köşkü abidəsi stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Azərbaycan tarixinin zənginliyi ilə öyünməsinə baxmayaraq burda demək olar ki, dəqiq tarixi araşdırma aparılmamışdır. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə qazan köşkünün XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.
Qazan tatarları
Qazan tatarları (tatar. Казан татарлары) — tatar xalqını təşkil edən əsas etnik qruplardan biri. Türk dilləri qıpçaq qrupunun tatar dilindəki Qazan ləhcəsində danışırlar. Kazan tatarlarının etnik əsasını türklər (bulqarlar, qıpçaqlar və s.) və İmenkovski mədəniyyətinin nümayəndələri təşkil edirdi. Monqolların 1236-cı ildə İdil bulqarlarını fəth etməsindən, 1237 və 1240-cı illərdə bir sıra bolqar üsyanlarından sonra İdil bulqarları Qızıl Orda dövlətinim tərkibinə daxil olur. Sonralar Qızıl Ordanın dağılmasından və bir sıra müstəqil xanlıqların yaranmasından sonra bulqar torpaqlarında Qazan xanlığı qurulur. Bulqarların bir hissəsinin başqa qıpçaqlarla, həmçinin qismən bölgənin Fin-Uqor əhalisi ilə birləşməsi nəticəsində Qazan tatarları yaranır. 15-16 əsrlərdə Qazan tatarlarının təşəkkülü baş verir. Qazan tatarları, daha inkişaf etmiş bir iqtisadiyyat və mədəniyyətə sahib olaraq, 19-cu əsrin sonlarında burjua millətini meydana gətirdilər. Onların əsas hissəsi əkinçiliklə məşğul idi.
Qazan xan
Qazan xan (personaj) — Kitabi-Dədə Qorqud dastanında personaj.Oğuz elinin Salur boyundan olduğu bilinir.
Qazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Qazan çarlığı
Qazan çarlığı — Rusiya çarlığı ilə ittifaqda olan asılı dövlət. Faktiki olaraq Rusiya çarlığından asılı olmuşdur. 1552-ci ildə Litva ilə müharibəni bitirən rus çarı III Vasili qüvvəsini Qazan xanlığına yönəldir. Sahib Gəray ruslarla toqquşmadan çəkindiyi üçün Osmanlıların vassallığını qəbul edir. Lakin Rusiya Osmanlılarla Qazan xanlığının bu razılığına qarşı çıxır və Sahib Gəraya qarşı müharibəyə başladır. Sahib Gəray vəziyyətin çətinliyini görüb Qazanı tərk edərək Krıma getdir. Yerinə isə qardaşı oğlu Səfa Gərayı qoyur (1524-1549). Səfa Gəray da Osmanlı tərəfdarı olur. Ondan sonra Qazan xanlığını Krımdan gəlmiş qoşunun başçısı Kuçak ələ keçirir, xanlığa Səfa Gərayın kiçik yaşlı oğlu Uyatmış təyin edilir. O, uşaq olduğuna görə əslində hakimiyyət Səfa Gərayın arvadı Soyom-Bikə xatun tərəfindən idarə olunurdu.
Şənbi-Qazan
Şənbi-Qazan, Şam Qazan və ya Qazaniyyə (fars. شنب غازان‎) — Təbriz şəhəri yaxınlığında yerləşən qədim yaşayış məskəni. Günümüzdə Şənbi-Qazan Təbrizin qərbində yerləşən məhəllərdən biridir və şimaldan Axoni meydanı, cənubdan Rahahan, qərbdən isə Qarqar küçəsi ilə əhatələnir. Elxanilər döründə Şənbi-Qazan Təbrizdən 6–10 km məsafədə yerləşən kənd idi. Arqun xan dövründə burada müxtəlif binalar, memarlıq abidələri tikilmişdi. Buna görə də şəhərin ilk adı Arquniyyə olmuşdur, lakin daha sonra Qazan xan dövründə Şənbi-Qazan türbəsinin inşaası ilə bura Qazaniyyə və ya Şənbi-Qazan adlandırılmağa başlandı. Qazan xanın vəfatında sonra cənazəsi Təbrizə gətirilərək Qazaniyyə qübbəsinə dəfn edilmişdir. Şənbi-Qazan İran, Azərbaycan və Osmanlı tarixində mühüm rola malik şəhərlərdən biridir. Qaynaqların verdiyi məlumata əsasən şəhərin ilk adının Arquniyyə olduğu bizə məlumdur, lakin ehtimal olunur ki, şəhər hələ salınmazdan əvvəl bu ərazi Şam adlanırdı. Şam sözünün mənası isə hamar və bərəkətli yer deməkdir.
Mahmud Qazan
Sultan Mahmud Qazan xan, Qazan xan və ya bəzən qərblilərin dediyi kimi Kasanus (5 noyabr 1271, Mazandaran ostanı – 11 may 1304, Qəzvin) — Çingiz xanın ölümündən sonra formalaşan uluslardan biri olan Elxanilərin VII elxanı. O, bu imperiyanı 1295-ci ildən 1304-cü ilə qədər idarə etmişdir. Arqun xanın oğlu olan Qazan xan Abaqa xanın nəvəsi, Hülakü xanın isə nəticəsi idi. Beləliklə, o, birbaşa Çingiz xanın sülaləsindən gəlməkdə idi. Elxanilər dövlətini idarə etmiş şəxslər içərisində ən önəmli elxan hesab edilən qazan xan ən çox İslamı qəbul etməsi və 1295-ci ildə taxta çıxdığı zaman İmam ibn Teymiyyə ilə görüşməsinə görə bilinməkdədir. O, din dəyişdirmə addımı ilə Qərbi Asiya, İran, İraq, Anadolu və Cənubi Qafqazdakı monqolların arasında dominant dinin də müəyyən edilməsində həlledici rol oynamışdır. Onun əsas arvadlarından biri olan Kököçin idi. Bayat tayfasından olan Kököçin əslində Qazan xanın atası Arqun ilə nişanlanmışdı, lakin sonuncunun ölümündən sonra Qazan xan ilə evləndirildi. O, Elxanilərə Qazan xanla eyni sülalədən gələn və ali monqol xaqanı hesab ediləm Xubilay xan tərəfindən göndərilmişdi. Qazan xanın hakimiyyəti dövründə Suriyanı ələ keçirmək uğrunda Məmlük dövləti, eləcə də yeni bölgələr uğrunda mübarizə şəraitində bir digər türk-monqol dövləti olan Çağatay xanlığı ilə döyüşlər baş vermişdi.
Salur Qazan
Qazan xan — Kitabi-Dədə Qorqud dastanında personaj. Oğuz elinin Salur boyundan olduğu bilinir. Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Bayandur xandan sonra oğuz bəyləri Qazan xanı özlərinə başçı, hökmdar, həm də arxa, pənah sayırlar. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, xanımını ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır. Düşmənə əyilməyən, ən çətin anlarda belə özünü, xalqını, dinini sındırmayan Qazan xan Oğuz igidlərinin ən müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi tərənnüm olunur. Bayandur xanın qızı, Salur Qazanın xanımı "boyu uzun Burla xatun" eposun ən mükəmməl qadın surətlərindəndir. Burla xatun etibarlı, namuslu həyat yoldaşıdır. "Salur Qazanın evinin yağmalandığı boy"da Burla xatun yeganə oğlunun öldürülməsinə razı olur, ta ki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın.
II Qazan xan
II Qazan xan (1356-1357) — Haqqında sadəcə numizmatik məlumat var.
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.
Qazan Hərbi Dairəsi
Qazan Hərbi Dairəsi — 1864–1918-ci illərdə Rusiya imperator ordusunun, 1945–1946-ci illərdə SSRİ Silhlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə. Rusiya imperiyasında Qazan Hərbi Dairəsi 1864–1918-ci illərdə mövcud olmuşdur. Hərbi dairənin ərazisinə Qazan, Perm, Vyatka, Penza, Simbirsk, Saratov və Həştərxan quberniyaları daxil idi. 1981-ci ildə onun tərkibinə ləğv olunmuş Orenburq Hərbi Dairəsinin ərazisi də daxil edilmişdi. Rusiya Xalq Komissarları Sovetinin 4 may 1918-ci il tarixli dekretinə əsasən keçmiş Qazan Hərbi Dairəsinin ərazisi yeni yaradılan Volqaboyu (mərkəz Samara şəhəri olmaqla) və Ural (mərkəz Yekaterinburq şəhəri olmaqla) hərbi dairələri arasında bölüşdürüldü. SSRİ-də Qazan Hərbi Dairəsi 9 iyul 1945-ci ildə təşkil olunmuşdu. Hərbi dairə Kirov vilayətinin və Tatar, Udmurt, Mari, Çuvaş MSSR-nın ərazilərini əhatə edirdi. Hərbi dairə 4 fevral 1946-cı ildə ləğv edilərək Volqaboyu Hərbi Dairənin tərkibinə daxil edilmişdi. 1864–1865-ci illərdə — general-leytenant Knorinq Roman İvanoviç, 1865–4 fevral 1867- general Semyakin Konstantin Romanoviç, 21 fevral 1867–16 aprel 1872 — general Boris Qriqoryeviç Qlinka-Mavrin, 1872–25 may 1882 — general-leytenant Brunner Andrey Osipoviç, 25 may 1882–26 avqust 1901 — general-leytenant Qriqori Vasilyeviç Meşerinov 15 sentyabr 1901–25 oktyabr 1905 — general Andrey Ivanoviç Kosiç, 7 dekabr 1905–23 sentyabr 1907 — general Karass İvan Aleksandroviç, 24 sentyabr 1907–7 fevral 1912 — general-leytenant Aleksandr Henrixoviç Sandetsk, 7 fevral 1912–19 iyul 1914 — general Anton Yeqoroviç Zaltsa, 24 sentyabr-18 oktyabr 1914 — general Anton Yeqoroviç Zaltsa. 6 yanvar-8 avqust 1915 — general Platon Aleksandroviç Qeysman, 8 avqust 1915–10 iyul 1916 — general Aleksandr Henrixoviç Sandetsk, mart-iyun 1917 — general Aleksandr Zaxaryeviç Mışlayevski iyul-oktyabr 1917 — polkovnik Pavel Aleksandroviç Koroviçenko, ?
Qazan Qara (Bicar)
Qazan Qara (fars. قزانقره‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (91 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qazan Sar (Bukan)
Qazan Sar (fars. قازان سر‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (7 ailə).
Qazan xan (Cığataylı)
Qazan xan(?—1347)—(1342—1346)-cı illərdə Cığatay xanlığının hökmdarı. Qazan xan Yasavurun (?-1320) oğludur. Türkmənlər tərəfindən dəstəklənirdi. Qazan xan 1342-ci ildə Məhəmməd Poladın ölümündən sonra Cığatay xanlığının başına keçdi.Paytaxtı Qarşı şəhərinə daşıdı. Qazan xan 1346-cı ildə Türkmən əmiri Qazaqan tərəfindən döyüşdə öldürüldü. Qazan xanın Saraymülk xanım adlı qızı vardı. Бартольд В. В., Сочинения. т.2 часть 1. М., 1963 Шараф ад-Дин Йазди.
Qazan xan (Elxani)
Sultan Mahmud Qazan xan, Qazan xan və ya bəzən qərblilərin dediyi kimi Kasanus (5 noyabr 1271, Mazandaran ostanı – 11 may 1304, Qəzvin) — Çingiz xanın ölümündən sonra formalaşan uluslardan biri olan Elxanilərin VII elxanı. O, bu imperiyanı 1295-ci ildən 1304-cü ilə qədər idarə etmişdir. Arqun xanın oğlu olan Qazan xan Abaqa xanın nəvəsi, Hülakü xanın isə nəticəsi idi. Beləliklə, o, birbaşa Çingiz xanın sülaləsindən gəlməkdə idi. Elxanilər dövlətini idarə etmiş şəxslər içərisində ən önəmli elxan hesab edilən qazan xan ən çox İslamı qəbul etməsi və 1295-ci ildə taxta çıxdığı zaman İmam ibn Teymiyyə ilə görüşməsinə görə bilinməkdədir. O, din dəyişdirmə addımı ilə Qərbi Asiya, İran, İraq, Anadolu və Cənubi Qafqazdakı monqolların arasında dominant dinin də müəyyən edilməsində həlledici rol oynamışdır. Onun əsas arvadlarından biri olan Kököçin idi. Bayat tayfasından olan Kököçin əslində Qazan xanın atası Arqun ilə nişanlanmışdı, lakin sonuncunun ölümündən sonra Qazan xan ilə evləndirildi. O, Elxanilərə Qazan xanla eyni sülalədən gələn və ali monqol xaqanı hesab ediləm Xubilay xan tərəfindən göndərilmişdi. Qazan xanın hakimiyyəti dövründə Suriyanı ələ keçirmək uğrunda Məmlük dövləti, eləcə də yeni bölgələr uğrunda mübarizə şəraitində bir digər türk-monqol dövləti olan Çağatay xanlığı ilə döyüşlər baş vermişdi.
Qazan xan (personaj)
Qazan xan — Kitabi-Dədə Qorqud dastanında personaj. Oğuz elinin Salur boyundan olduğu bilinir. Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Bayandur xandan sonra oğuz bəyləri Qazan xanı özlərinə başçı, hökmdar, həm də arxa, pənah sayırlar. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, xanımını ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır. Düşmənə əyilməyən, ən çətin anlarda belə özünü, xalqını, dinini sındırmayan Qazan xan Oğuz igidlərinin ən müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi tərənnüm olunur. Bayandur xanın qızı, Salur Qazanın xanımı "boyu uzun Burla xatun" eposun ən mükəmməl qadın surətlərindəndir. Burla xatun etibarlı, namuslu həyat yoldaşıdır. "Salur Qazanın evinin yağmalandığı boy"da Burla xatun yeganə oğlunun öldürülməsinə razı olur, ta ki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın.
Qazan xanın islahatları
XIII əsrin 80–90-cı illərində Hülakilər dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının tənəzzülünə gətirib çıxarmışdı. XIII–XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur. Qazan xana qədərki hökmdarlar – Hülakü xan, Abaqa xan, Arqun xan və Keyxatu xanın hakimiyyəti illərində də bu və ya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Başlıca cəhət odur ki, Qazan xanın fərmanları istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilir və daha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadi və hüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapmışdı. Qazan xan islahatlarının tənzimlədiyi münasibətlər sistem baxımından aşağıdakı bölgü ilə ayrıla bilər: İslam dininin qəbulu və möhkəmləndirilməsi barədə qanunvericilik; hərbi iş və qoşun saxlanılmasına dair qanunvericilik; təsərrüfat iqtisadiyyatının idarə edilməsi barədə qanunvericilik; torpaq və rəiyyətin hüquqları barədə qanunvericilik; ticarət-maliyyə qaydaları barədə qanunvericilik; saraydaxili idarəçilik barədə qanunvericilik; daxili qayda-qanunlara əməl edilməsi sahəsində qanunvericilik; ədalət mühakiməsi və mülkiyyət tələbləri haqda qanunvericilik. Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü.