ÇAĞA

Bir neçə mülahizə söyləmək olar:

1. Uşağın çıxardığı səslə (cığıllamaq, cağıldamaq) bağlıdır. 

2. Tuva dilində çağa sözünün mənası “təzə” kimi açıqlanıb. Yeni il ifadəsinə onlar “çağa il” deyirlər. Deməli, çağa “təzə doğulmuş” deməkdir. Dilimizdə “kefin çağdır” cümləsi var. Görünür, buradakı çağ kəlməsi tuva dilindəki təzə sözünün mənası ilə bağlıdır. Deməli, 2-ci mülahizə daha inandırıcıdır. Türk­məncə ayı balası yerinə “ayı çağası” deyirlər. Uşağın səsi ilə (cığıltı) bağlı yaran­mış sözdür, “təzə, körpə” və s. anlamlarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÇADIR
ÇAĞIRMAQ

Digər lüğətlərdə