çaşdırmaq üçün verilən sual

a question to get someone plucked / a floorer * вопрос на засыпку (каверзный вопрос)
çaşdırmaq
çaşıb qalmaq
OBASTAN VİKİ
Verilən
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Sual
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Verilən bazası
Verilənlər bazası (VB), həmçinin məlumat bazası (MB) və ya databaza (ing. database, DB) — verilənlər bazası idarəetmə sistemindən istifadə etməklə elektron şəkildə saxlanılan və əldə edilən verilənlərin mütəşəkkil toplanması. Kiçik verilənlər bazaları fayl sistemində saxlanılılır, lakin böyük verilənlər bazaları kompüter klasterlərində və ya bulud yaddaşında yerləşdirilir. Verilənlər bazalarının dizaynı formal texnikaları və praktiki mülahizələri əhatə edir. Bura verilənlərin modelləşdirilməsi, məlumatların səmərəli təqdim edilməsi və saxlanması, sorğu dilləri, həssas məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin paylanmış hesablama məsələləri daxildir. Verilənlər bazası idarəetmə sistemi (DBMS) məlumatları özündə saxlamaq və təhlil etmək üçün son istifadəçilər, proqramlar və verilənlər bazası ilə qarşılıqlı əlaqədə olan proqramdır. DBMS proqramı əlavə olaraq verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulmuş əsas imkanları əhatə edir. Verilənlər bazası DBMS və əlaqəli proqramların hamısını ümumilikdə verilənlər bazası sistemi adlandırmaq olar. Çox vaxt "verilənlər bazası" termini hər hansı DBMS, verilənlər bazası sistemi və ya verilənlər bazası ilə əlaqəli proqrama aid edilir. İnformatiklər verilənlər bazası idarəetmə sistemlərini dəstəklədikləri verilənlər bazası modellərinə görə təsnif edirlər.
Açıq sual
Açıq sual — Açıq sual bəli və ya yox və ya statik cavabla cavablandırıla bilməyən sualdır. Açıq suallar daha uzun cavab tələb edən bəyanat kimi formalaşır. Cavab artıq sual verənə məlum olan məlumatla müqayisə oluna bilər. Açıq suallara misal olaraq: Rəhbərinizlə münasibətiniz barədə bizə məlumat verin. Gələcəyinizi necə görürsünüz? Bu fotodakı uşaqlar haqqında bizə məlumat verin. Hökumətin məqsədi nədir? Niyə bu cavabı seçdiniz? Təhsildə ənənəvi müdriklik ondan ibarətdir ki, açıq suallar, geniş desək, "yaxşı" suallardır. Onlar tələbələri başa düşdüklərini nümayiş etdirən daha uzun cavablar verməyə dəvət edirlər.
Sual-cavab
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Sual cümləsi
Sual cümləsi - Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqsədilə işlədilən cümlələrə deyilir. Əgər nəqli cümlələr vasitəsilə danışan şəxs müsahibinə məlumat verir, bir məlumat ötürürsə, sual cümlələri dinləyənin fikrini bilmək, ondan məlumat almaq, onun köməyi ilə məlumatını dəqiqləşdirmək, zənginləşdirmək məqsədi daşıyır. Məsələn: - Kimsiniz, hara gedirsiniz? - Elçiyik, Sultanın yanına gedirik. - Bu zənən xaylağı da elçidir? - O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi-başçı. (F. Kərimzadə) Sual cümlələri intonasiyanın, sual əvəzliklərinin və sual ədatlarının köməyi ilə qurulur. İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yalnız intonasiyanın köməyi ilə yaranır.
Sual işarəsi
Sual işarəsi (?) — Sual cümləsindən sonra qoyulan durğu işarəsi. Bundan əlavə həmcinis üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çapdırmaq istədikdə onlardan sonra sual və nida işarəsi qoyulur. Məs.: Kimdir müqəssir?! Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da sual işarəsi qoyulur. İşarənin yazılışı latın hərfləri olan q və o (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? salınıb. Cəbr şahmat notasiyasında bəzi şahmat durğu işarələri aşağıdakı kimidir: "?" — pis bir hərəkət, "???" — kobud səhv, "?!" — şübhəli hərəkət, "!?" — maraqlı hərəkət. Scrabble-da sual işarəsi boş xananı göstərir.
21 sual (film, 2017)
21 sual tammetrajlı bədii filmi rejissor Ələkbər Əliyev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film "Glad production"da istehsal edilmişdir. Baş qəhrəmanımız həyatda özünü tapmayan, xanımlarla münasibətdə nə istədiyini bilməyən bir nəfərdir. Nəhayət qarşısına ömür boyu axtardığı həmin o ideal xanım çıxır. Və əsl “kino” bundan sonra başlayır. Filmdə əsas rolları Taleh Yüzbəyov, Aytən Əlizadə, Sərdar Gözəlov, Ziyad Qurbanov, Rəşid Əliyev, Allahverdi Yolçuyev və Fatma Mahmudova ifa edirlər. Eldar, Bəxtiyar, Elnur və Əlihüseyn uşaqlıq dostudurlar. Eldar (Taleh Yüzbəyov) sevdiyi qız Günayla (Aytən Əlizadə) evlənmək fikrindədir, amma toy etmək üçün pulu yoxdur. Dostları ilə birgə pul axtararkən mükafatı 10.000 manat olan "Yalan dedektoru" adlı verilişin elanını görür və verilişə qatılır. Veriliş boyu verilən suallar nəticəsində Eldar öz maraqlı və gülməli keçmişi ilə üz-üzə qalır.
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
Banqladeş üçün konsert
Banqladeş üçün konsert (ing. The Concert For Bangladesh) — Corc Harrison və Ravi Şankar tərəfindən 1 avqust 1971-ci ildə Nyu-Yorkun Medison-skver-qarden idman kompleksində təşkil edilən iki xeyriyyə konsertinin adı. Dağıdıcı Bhola siklonundan və Banqladeş istiqlal müharibəsində Pakistan ordusunun hərəkətlərindən zərər çəkən Şərqi Pakistandan (indi Banqladeş) olan qaçqınlara yardım etmək üçün vəsait toplamaq məqsədilə təşkil edilən konsertlərə təxminən 40 min adam qatıldı. "Banqladeş üçün konsert" tarixdə ilk böyük xeyriyyə konserti sayılır. Konsertdə bir çox tanınmış ifaçı çıxış etdi: Bob Dilan, Erik Klepton, Corc Harrison, Billi Preston, Leon Rassell, Rinqo Star və britaniyalı Badfinger qrupu. 1971-ci ilin ekabrında The Concert for Bangladesh musiqi albomu, 1972-ci ildə isə konsert filmi çıxdı. 2005-ci ildə yeni çəkilmiş sənədli filmin də daxil edildiyi DVD buraxıldı. Konsertdən 243 418 ABŞ dolları vəsait toplandı və BMT Uşaq Fonduna verildi. Albom və DVD-nin satışlarından daxilolmalar BMT Uşaq Fondu nəzdindəki Corc Harrison fonduna daxil olmaqda davam edir.
Dostluq üçün futbol
Dostluq üçün futbol (ing. Football for Friendship) — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur. "Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edib. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilər.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Qızlar üçün monastır
Qızlar üçün monastır (gürc. წმინდა სტეფანეს მონასტერი), həmçinin Müqəddəs Stepan monastırı və ya Kusanots monastırı — Tbilisidə. İndiki dövrdə Kvemo Betlemi adını daşıyır (Aşağı Vifleyem kilsəsi). Monastırı Melik-Aşxarbek tərəfindən təsis edilib, onun atası Aslan (Xocini) Bebudyan XVII əsrdə Persiyadan Tiflisə köçmüşdür. Melik-Aşxaru 1724-cü ildə Türklərlə döyüşdə öldüyünü iddia etdi. Nadir Şahın Hindistan kampaniyasındakı bir oğlu Melik Ağa atasının işini bitirmək qərarına gəldi, qurucusu və monastır monastırı idi. İlk binanın tikintisi 1727-ci ildə tamamlandı. Əvvəlcə yalnız bir şapel tikildi. Abbess Qeyənə (1840-1875) nəzdindəki yazılarda göstərildiyi kimi yenidən qurulmuşdur. Bütün bunlardan bəhs edək ki, bütün məlumatlar 1917-ci ildə Tavad Aşxabab Bebudov tərəfindən tikilmiş əsl şapeldir.
Xaçın xətri üçün
Almaniya üçün Alternativ
"Almaniya üçün Alternativ", AfD (alm. Alternative für Deutschland, AfD‎) — 2013-cü ildə yaradılmış Almaniya siyasi partiyasıdır. AfD Almaniyada avroskeptik, milliyyətçi və mühafizəkar populist siyasi partiya kimi xarakterizə olunur. Partiya 2017-ci il federal seçkilərində Bundestaqa (Almaniya parlamenti) daxil olmuşdur və hazırda ölkənin bütün 16 əyalət parlamentində təmsil olunur. AfD-nin yüksəlişi, Almaniya və Avropa siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. AfD, 6 fevral 2013-cü ildə Frankfurtda bir qrup iqtisadçı, jurnalist və akademik tərəfindən quruldu. Partiyanın qurucu liderləri arasında iqtisadçı Bernd Lucke, jurnalist Konrad Adam və hüquq professoru Alexander Gauland var idi. AfD-nin qurulmasında əsas motivasiya, Avro böhranına qarşı narazılıq və Almaniyanın Avrozonadan çıxması tələbi idi. Partiya, avronun Almaniya iqtisadiyyatına zərər verdiyini və Almaniyanın Avropa Birliyi (AB) tərəfindən borclu ölkələrə maliyyə yardımı etmək məcburiyyətində qaldığını iddia edirdi. AfD, qurulduğu ilk gündən etibarən sürətlə böyüdü və 2013-cü ilin sentyabr ayında keçirilən federal seçkilərdə %4.7 səs topladı.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Yalnız arilər üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Sevinc üçün oda
"Sevinc üçün" oda (alm. An die Freude‎) — Fridrix Şiller tərəfindən 1785-ci ildə yazılmış oda. 1786-cı ildə Leypsiqdə çıxan "Taliya" jurnalında nəşr edilmişdir. Oda 1793-cü ildə yenidən işlənmiş və sonradan müxtəlif bəstəkarlar tərəfindən bir neçə dəfə ona musiqi bəstələnmişdir. Ən məşhuru 1823-cü ildə Bethoven tərəfindən bu oda üçün bəstələnmiş və məşhur 9-cu simfoniyaya daxil edilmiş musiqidir. 1972-ci ildə Avropa Şurasının, 1985-ci ildən isə Avropa Birliyinin (1993-cü ildən Avropa İttifaqının) rəsmi himni kimi qəbul edilmişdir. 1974-cü ildə bu melodiya əsasında Cənubi Rodeziya dövlət himni " Daha yüksək səslən, Rodeziyanın səsi " qəbul edildi.
Drakula üçün qan
Drakula üçün qan (ing. Blood for Dracula) — 1974-cü ildə istehsal olunmuş filmdir. Drakula üçün qan — Internet Movie Database saytında.
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə; Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə; Sülhün və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə; Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə; Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə; Xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir. Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir.
Gənclər üçün Prezident Mükafatı
Gənclər üçün Prezident Mükafatı — Azərbaycan Respublikası Prezidenti 2019-cu il 28 iyun tarixli Fərmanı ilə təsis edilmiş mükafat. Mükafat elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə verilir və mükafat 10 000 Azərbaycan manatı məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir. Mükafata layiq görülmüş şəxs Gənclər üçün Prezident Mükafatı laureatı hesab olunur. Mükafatın verilməsi, o cümlədən Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir və Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs tərəfindən təntənəli surətdə təqdim edilir. Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir. Elm və təhsil sahələri üzrə – 2 mükafat Mədəniyyət sahəsi üzrə – 2 mükafat İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.
Simfonik orkestr üçün konsert
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Yapon dili üçün BFƏ
Yapon dili üçün BFƏ-nın cədvəli. (yap.) 城生佰太郎. 現代日本語の音韻 // 岩波日本語5 音韻. — 東京: 岩波書店, 1978. (yap.) 日本語の母音、子音、音節―調音運動の実験音声的研究 / 国立国語研究所編. — 東京、国立国語研究所、1990. (yap.) 日本語音声学入門 / 斉藤純男著. — 東京: 三省堂, 1997. (ing.) Okada, Hideo. "Illustrations of the IPA: Japanese." Handbook of the International Phonetic Association: a guide to the use of the International Phonetic Alphabet, edited by International Phonetic Association, Cambridge; New York: Cambridge University Press, 1999, pp.
İsrail üçün Yəhudi Agentliyi
İsrail üçün Yəhudi Agentliyi (ivr. ‏הסוכנות היהודית לארץ ישראל‏‎) — Dünyanın ən böyük yəhudi qeyri-kommersiya təşkilatıdır. 1929-cu ildə Dünya Sionist Təşkilatının operativ şöbəsi olaraq quruldu.
Təzə evlənənlər üçün çətir
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.