ÇAT VULKANLARI

çıxış kanalları yer qabığındakı çatlardan ibarət olan, vulkanlar. Bəzən püskürmə bütün çat boyu, yaxud onun ayrı-ayrı hissələri üzrə baş verir. Ç.v. əksərən akkumulyativ konuslara birləşir./ mis: Cənubi Gürcüstanda Abul-Samsar massivində/. трещинные вулканы fissure volcanoes
ÇAT PÜSKÜRMƏLƏRİ
ÇATBOYU ÇÖKƏKLİK
OBASTAN VİKİ
Antarktika vulkanları
Antarktika ərazisində yerləşən fəalliyyətdə olan və olmayan vulkanlar. Volcano World Web site W. E. LeMasurier. Volcanoes of the Antarctic Plate and Southern Oceans / Thomson, J. W. (eds.). — American Geophysical Union, 1990. — 512 с. — ISBN 0-87590-172-7.
Kamçatka vulkanları
Kamçatka vulkanları — Rusiyanın şərqində, Kamçatka yarımadasında, Kamçatka ərazisindəki vulkanlar Sakit Okean Halqa hissəsini təşkil edir. Kamçatka yarımadasında yerləşən vulkanların dəqiq sayını müəyyənləşdirmək çətindir. Müxtəlif mənbələrdə bir neçə yüzdən minə qədər vulkan qeyd olunur. Kamçatka vulkanları müxtəlif formalı və müxtəlif ölçülüdür, müxtəlif geoloji dövrlərdə əmələ gəlmiş və hazırda müxtəlif dərəcələrdə aktivdirlər. Onların əksəriyyəti hazırda fəaliyyət göstərməyən qədim vulkanlarla əlaqəlidir, lakin bəzi vulkanlar aktivdir. Yarımadadakı bəzi vulkanlar üçün "vulkan" sözünün əvəzinə "təpə" sözü tez-tez istifadə olunur. Sönmüş və aşağı olan bəzi vulkanlara çox vaxt sadəcə dağlar deyilir. Hal-hazırda Kamçatka vulkanları arasında təxminən 29-u aktivdir. Aktiv vulkan anlayışı olduqca nisbidir. Tarixi dövrdə püskürən vulkan aktiv sayılır.
Çat (geologiya)
Çatlar — süxurlarda, demək olar ki, cüzi və ya da heç bir yerdəyişmə yaratmayan qırılmalar. Çatlar mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olurlar. Daha çox yayılmış birincilər bu və ya digər dərəcədə düzgün həndəsi şəbəkə əmələ gətirən sistemlərdə birləşir və inkişafda olan strukturların daxilində baş verən deformasiyalarla sıx əlaqədə olurlar. Qeyri-tektonik çatlar (ilkin) poliqonal şəbəkələrlə, dəyişkən istiqamətli olması, tez-tez pazlaşması və yerləşdiyi süxurların materialının dolması ilə səciyyələnirlər. Bunların əmələ gəlməsi, əsasən, gec diagenez və epigenez prosesləri ilə bağlıdır. Yer üzərinə çıxan süxurlarda, dağ-mədən qazımalarında, kernlərdə adi gözlə müşahidə edilən çatlar makroçat adlanır. Morfoloji əlamətlərinə görə (uzunluğu və təbəqələşmə ilə qarşılıqlı əlaqəsinə görə) tektonik çatlar birinci və ikinci tərtibli çatlara bölünür. Birinci tərtibli çatlar müxtəlif litoloji tərkibli təbəqələr qrupunu kəsir, İkinci isə, adətən, eyni litoloji tərkibli bir və ya bir neçə təbəqə ilə məhdudlaşır (Smexov və b., 1962). Əlamətlərə görə müxtəlif təsnifatı təklif edilmişdir. Billinqs (1949) çatların genetik və həndəsi təsnifatını verib: 1) dartılma, qopma (qəlpələnmə), genişlənmə, çıxardılma; 2) uyğun çat, normal kəsən çat, təbəqələşməboyu çat.
Çat (hərf)
𐕖 (səslənməsi /tʃʿ/, transkripsiyası Č, č) — Alban əlifbasının 39-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Չատ (Čʿat) kimi verilmişdir. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Azərbaycan dilindəki Ç səsi ilə eyniləşdirirlər.
Çat (internet)
Onlayn çat və ya onlayn söhbət (ing. online chat) — mətn mesajlarının göndəricidən alıcıya İnternet üzərindən real vaxt rejimində ötürən kommunikasiya. Digər iştirakçıların tez cavab verməsini təmin etmək üçün söhbət mesajları əsasən qısa olur. Bu sayədə danışığa bənzər bir hiss yaranır ki, bu da söhbəti İnternet forumları və e-poçt kimi digər mətn əsaslı onlayn kommunikasiyadan fərqləndirir. Onlayn çat nöqtədən nöqtəyə kommunikasiya üçün, birdən çox alıcıya məlumat göndərmək və səs və video çat üçün nəzərdə tutula bilər. Veb konfrans xidmətinin bir funksiyası da ola bilər. Daha sadə izahla, onlayn söhbət ilk növbədə hər hansı birbaşa mətn əsaslı və ya video əsaslı (Vebkamera), ani mesajlaşma, IRC, talker, çox istifadəçili zindan və ya onlayn oyunlardakı təkbətək və ya qrup söhbəti ola bilər. Onlayn söhbət ifadəsi "qeyri-rəsmi söhbət" mənasını verən chat sözündən gəlir. Onlayn söhbətə müvadiq veb əsaslı proqramlar daxildir. Veb konfrans daha spesifik onlayn xidmətdir və tez-tez xidmət kimi satılır və satıcı tərəfindən idarə olunan veb serverdə yerləşdirilir.
Çat (Ərzurum)
Çat — Ərzurum ilinin ilçəsi. İlçə Ərzurum və Ərzincan arasındakı sərhəd bölgədə yerləşir. Çat ilçesi 18-ci əsrin başlarında Osmanlı Sipahilər tərəfindən mahala 17 km uzaqlıqda olan bağlıca Beldesi ətrafında qurulmuş. I. Dünya Döyüşündən sonra Kığı mahalına bağlanmış, daha sonra coğrafi mövqeyi səbəbiylə Tercan mahalına bağlanmışdır. Yavi bucaq mərkəzi ikən 1936-cı ildə Aşağıçat Köyü ilçe Mərkəzi olmuş, 1939-cu ildə inzibati bağlılığı dəyişdirilərək Aşkale mahalına bağlanmışdır. 1946-ci ildə Oyuklu kəndi adı altında Ərzurum vilayətinə bağlanmışdır. 1954-cü ildə isə Oyuklu Köyü Çat adı altında ilçe mərkəzi halına çevrilmişdir. Ilçe Ərzurum ilinin cənubunda iştirak edən Palandöken dağların cənub qərbindəki 1960 rakıma sahib, vulkanik və qayalıq, ətrafı təpələrlə əhatə bir ərazi görünüşü kəsb edən yüksək platolar geniş sahələrə yayıldığı, çoxca düzgün ərazinin olmadığı qismən şoran və duzlu torpaqlara sahib bir quruluşda olan ilçe şərqində Tekman mahalı, Qərbində Tercan ilçesi, şimalında Ərzurum ili və Cənubda Bingöl ili, Karlıova və Yedisu mahalları ilə çevrilidir. 1986-ci ildə xidmətə girən Ərzurum - Bingöl Quru yolu mahalda keçməkdədir. Ərzurum ilinə 52 km uzaqlıqda olan ilçe Bingöl ilinin Karlıova mahalına 61 km məsafədədir.
Çat vulkanizmi
Çat vulkanizmi – püskürmə, adətən, bir sıra paralel çatlardan baş verir. Bu zaman özlülüyü az olan duru bazalt maqması püskürülür və böyük ərazini örtür. Çat vulkanizmi hər birinin qalınlığı 1 m-dən 100 m-ə, ümumi qalınlığı isə 3 km-ə çatan və bir-birinin üzərinə yatan bir neçə örtük əmələ gətirir. Yerin inkişafında, xüsusilə daha qədim dövrlərdə, çatlar boyu püskürülən lava 10 min km2-dən 1 millyon km2-dək sahəsi olan geniş əraziləri örtmüşdür (Cənubi Afrikada, triasda -> 50000 km2, Hindistanda — təbaşir və üçüncü dövrdə > 1 mln.km2, Şm. Amerikada, Kolumbiya və Sneyk rayonlarında – 400000 km2). Vulkan Vulkan püskürməsi Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Çat vulkanı
Çat tipli vulkan –bu vulkanların gətirmə kanalı çat, yarıq görkəmdə olur. Püskürmə ya bütün çat boyu, ya da onun ayrı-ayrı hissələrində baş verir; bu halda vulkanlar adətən monogen olur . Eyyafyallayöküll vulkanı — Islandiya. Püskürmədən sonra gətirmə çatı qapanır, lakin çox hal- larda yeni çat təzahür edir və bu çatın püskürmə materialı əvvəlki material üzərində laylaşır. Çat vulkanlarının ba- zaltlardan ibarət lava örtükləri ən çox ölçülərə malik olur. Ayrı-ayrı lava örtüklərinin qalınlığ adətən 5–15 m olmaq- la, bəzən 100 m-ə çatır. Çat vulkanlarının özəl tipi liparit və liparit-dasit örtüklərindən ibarət olur.
Onlayn çat
Onlayn çat və ya onlayn söhbət (ing. online chat) — mətn mesajlarının göndəricidən alıcıya İnternet üzərindən real vaxt rejimində ötürən kommunikasiya. Digər iştirakçıların tez cavab verməsini təmin etmək üçün söhbət mesajları əsasən qısa olur. Bu sayədə danışığa bənzər bir hiss yaranır ki, bu da söhbəti İnternet forumları və e-poçt kimi digər mətn əsaslı onlayn kommunikasiyadan fərqləndirir. Onlayn çat nöqtədən nöqtəyə kommunikasiya üçün, birdən çox alıcıya məlumat göndərmək və səs və video çat üçün nəzərdə tutula bilər. Veb konfrans xidmətinin bir funksiyası da ola bilər. Daha sadə izahla, onlayn söhbət ilk növbədə hər hansı birbaşa mətn əsaslı və ya video əsaslı (Vebkamera), ani mesajlaşma, IRC, talker, çox istifadəçili zindan və ya onlayn oyunlardakı təkbətək və ya qrup söhbəti ola bilər. Onlayn söhbət ifadəsi "qeyri-rəsmi söhbət" mənasını verən chat sözündən gəlir. Onlayn söhbətə müvadiq veb əsaslı proqramlar daxildir. Veb konfrans daha spesifik onlayn xidmətdir və tez-tez xidmət kimi satılır və satıcı tərəfindən idarə olunan veb serverdə yerləşdirilir.
Çat otağı
Çat otağı və ya söhbət otağı (və bəzən qrup çatı) — əsasən sinxron konfransın istənilən formasını, bəzən hətta asinxron konfransı təsvir etmək üçün istifadə olunan termin. Beləliklə, bu termin real vaxt rejimində onlayn çat və yad insanlarla onlayn qarşılıqlı əlaqədən (məsələn, onlayn forumlar) tam immersiv qrafik sosial mühitlərə qədər istənilən texnologiyanı ifadə edə bilər. Çat otağının əsas istifadəsi digər istifadəçilər qrupu ilə mətn vasitəsilə məlumat mübadiləsi etməkdir. Ümumiyyətlə, eyni söhbətdə birdən çox insanla söhbət etmək imkanı çat otaqlarını daha çox təkbətək ünsiyyət üçün nəzərdə tutulmuş ani mesajlaşma proqramlarından fərqləndirir. Müəyyən bir çat otağındakı istifadəçilər, ümumiyyətlə, paylaşılan internet və ya digər oxşar əlaqə vasitəsilə bağlıdırlar. Yeni texnologiya fayl mübadiləsi və veb-kameraların istifadəsinə imkan vermişdir. İlk söhbət sistemi 1971-ci ildə ABŞ hökuməti tərəfindən istifadə edilmişdir. Bu, Berkli Universitetindən gənc fəlsəfə doktoru məzunu Mürrey Turoff tərəfindən hazırlanmışdır. İlk xüsusi onlayn söhbət xidməti 1980-ci ildə "CompuServe CB Simulator" idi. Bu, Ohayoda "CompuServe"in icraçı direktoru Aleksandr "Sendi" Trevortərəfindən yaradılmışdır.
Azərbaycanın palçıq vulkanları
Azərbaycanda olan palçıq vulkanları Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin — əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.
Berka palçıq vulkanları
Berka palçıq vulkanları — (rum. Vulcanii Noroioși de la Pâclele Mici) - Rumıniyanın Buzeu əyaləti, Berka yaxınlığındakı Skorsoas bələdiyyəsində yerləşən geoloji və botanik rezervasiyası. Onun ən təsir edici xüsusiyyəti arasında palçıq vulkanları, kiçik vulkanik quruluşlar, adətən bir neçə metr yüksəkliyə çatan palçıq və təbii qazların püskürməsini göstərmək olar. Păclele Mici 341 m yüksəklikdə yerləşir və 16.5 ha ərazini əhatə edir. == Geoloji fenomen. == Qazlar 3000 metr dərinlikdən səthə, gil və suyun yeraltı təbəqələri vasitəsilə püskürdükdə, yeraltı duzlu suyu və palçığı itələyərək vulkanların ağzından axır, qaz isə baloncuklar şəklində yuxarıya çıxır. Palçıq səthdə quruyur, həqiqi bir vulkana bənzər nisbətən möhkəm bir konik quruluş formalaşdırır. Onların yuxarıya çıxartdığı palçıq soyuqdur, çünki mantiyadan deyil, yerin kontinental qabığının təbəqələrindən gəlir. Rumıniyada yerləşən rezervasiyalar arasında Berka palçıq vulkanlarını bənzəri yoxdur. Digər Avropa ölkələrində oxşar buna bənzər rezervasiyalar İtaliyada (şimali Apennin və Siciliya), Ukraynada (Kerç yarımadasında), Rusiyada (Taman yarımadasında), eləcə də Azərbaycanda müşahidə edilə bilər.
Çabahar palçıq vulkanları
Çabahar palçıq vulkanları — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanında yerləşən palçıq vulkanları. Palçıq vulkanı, Çabahar şəhristanının şimali qərbində kəhir adlı geniş bir düzənlikdə yer alıb və palçıq atmaq ilə yanaşı yüksələn qazdır ki, yer altında yaranıb.
Çat (film, 1988)
Filmdə haqqında danışılan azərbaycanlı oğlanlar naməlumluğa gedirdilər. Onların Əfqanıstanda qulluq etmələri isə uzun müddət hamı üçün sirr olaraq qalırdı. İndi valideynlər övladlarını hərbi xidmətə yola salarkən hərbi komissarlığın qapısı ağzında dayanıb, tələb edirlər: "Bizim uşaqlarımızı qoruyun!" Bu çağırış filmdə Əfqanıstanda həlak olmuş əsgərin dəfnini əks etdirən kadrlarda səslənir. Belə hadisə unudulmur və bağışlanılmır. Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Eldar Quliyev, Tatyana Bəkirzadə Operator: Elxan Əliyev Səs operatoru: Akif Nuriyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Palçıq Vulkanları Turizm Kompleksi
Palçıq Vulkanları Turizm Kompleksi — Abşeron rayonunun Qobustan kəndinin ərazisində yerləşən turizm kompleksi. 2024-cü il aprelin 22-də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılıb. Ərazi “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Kompleksin yaradılması “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi çərçivəsində icra olunub. 2024-cü il iyun ayının 13-də Palçıq Vulkanları Turizm Kompleksinin rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Kompleks Abşeron rayonu ərazisində yaradılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” (Pirəkəşkül palçıq vulkanı) palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir.
Azərbaycanın palçıq vulkanları (film, 1979)
Azərbaycanın palçıq vulkanları qısametrajlı sənədli filmi rejissor Tofiq İsmayılov tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə palçıq vulkanları və onun əhəmiyyəti barədə söhbət gedir. Yer üzərində 369 palçıq vulkanı vadır. Bunlardan 325-i Azərbaycandadır. Filmdə palçıq vulkanları və onun əhəmiyyəti barədə söhbət gedir. Ssenari müəllifi: Tofiq İsmayılov Rejissor: Tofiq İsmayılov Operator: Rafiq Qəmbərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Palçıq Vulkanları Dövlət Təbiət Qoruğu
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu – Azərbaycanın Abşeron rayonunda yerləşən dövlət qoruğu. Qoruğun ərazisi 12.322,84 hektardır və burada 43 palçıq vulkanı mühafizə olunur. Dünyanın ən böyük palçıq vulkanı Torağay da bu qoruqda mühafizə olunur. Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Hazırda ölkədə 400-dən çox palçıq vulkanı qeydə alınıb, bu da dünyada olan palçıq vulkanlarının yarısının Azərbaycanda olduğunu bildirir. Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində yaradılıb. Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12.322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib. Qoruğun fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur: Vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək. Elmi tədqiqatları təşkil etmək və ekoloji monitorinqi həyata keçirmək.
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu – Azərbaycanın Abşeron rayonunda yerləşən dövlət qoruğu. Qoruğun ərazisi 12.322,84 hektardır və burada 43 palçıq vulkanı mühafizə olunur. Dünyanın ən böyük palçıq vulkanı Torağay da bu qoruqda mühafizə olunur. Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Hazırda ölkədə 400-dən çox palçıq vulkanı qeydə alınıb, bu da dünyada olan palçıq vulkanlarının yarısının Azərbaycanda olduğunu bildirir. Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində yaradılıb. Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12.322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib. Qoruğun fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur: Vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək. Elmi tədqiqatları təşkil etmək və ekoloji monitorinqi həyata keçirmək.