çay-çörəklik

çay-çörəklik
çay-çörəkli
çay-çörəksiz
OBASTAN VİKİ
Ağ çay
Ağ çay (çin. 白茶), (Pinyin:báichá) — yüngül oksidləşdirilmiş çay çaydır və Camellia sinensis bitkisinin qönçələri və yarpaqlarının uclarından toplanılır. Yarpaqları və qönçələr oksidləşmə və ya əlavə çay emalın qarşısını almaq üçün yüngül emaldan əvvəl təbii günəş işığında qurudulur. "Ağ çay" adı çay bitkisinin açılmamış qönçələrinin üzərində olan gözəl gümüşü-ağ tüklərə görə verilib. Bu bitkiyə ağımtıl görünüş verir. İçki özü ağ və ya rəngsiz deyil, bir qədər solğun sarı rəngdədir. Ağ çay yağ yığılmasının tənzimlənməsi ilə piylənməni azaltmaq olar.
Ağcakənd (çay)
Ağcakənd — Ağcakənd hidronimi, Kəlbəcər rayonu ərazisində çay. Tutqunçayın qoludur. Quzey və Güney çaylarının birləşməsindən əmələ gəlmişdir. Eyniadlı kəndin ərazisindən axdığı üçün belə adlanır. Bəzi mənbələrdə Qarasu çayı kimi də qeyd olunur. "Azərbaycan su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyaslı idarə edilməsi. Müəllif. F.İmanov., A.Ələkbərov" (PDF). www.sukanal.az. İstifadə tarixi: 20 avqust 2021.
Ağidel (çay)
Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi Ural və Uralyanıda çay. Tatarıstan və Başqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını və Cənubi Uralın ən böyük çayı. Ağidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür. XVI—XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar. Ağidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.
Ağvan (çay)
Ağvan — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur. Mənbəyini Çınqıldağın yamacından alır. Yerli əhalinin dilində Alvançay variantında işlənir. Keçmişdə Şuşa rayonunun Malıbəyli kəndi ərazisində Ağvan adlı yaşayış məntəqəsi də olmuşdur. Etnotoponimdir. Ağvanlar Azərbaycanın qədim türk mənşəli tayfalarından biri olmuşdur.
Ağçay (çay)
Ağçay — Quba və Xaçmaz rayonlarının ərazisindən axaraq Xəzər dənizinə tökülən çay. Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 km²-dir. Mənbəyi Yan silsiləsindəki Yarımyaylaq dağında, 3780 metr yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar və yeraltı sulardan əmələ gəlir. Orta illik su sərfi 0,60 m³/san-dır. Orta illik asılı gətirmələr sərfi 0,24 kq/san, suyunun orta lillənməsi 429 q/m³-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir. Suvarma işlərində istifadə edilir. Quba və Xaçmaz rayonlarında çay. Yan silsilənin Yarımyaylaq dağından (1780 m.
Babacan (çay)
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Balu (çay)
Balu (benq. বালু নদী ) -Banqladeşdə çay, Şitalakşa çayının sağ qolu. Banqladeşin şimal-mərkəzi hissəsi, Qazipur, Dakka və Narayanganj rayonlarının ərazisindən axır. Çay 44 kilometr uzunluğundadır və orta eni 79 metrdir. Banqladeş Su Ehtiyatlarının İnkişafı Şurasının çayları siyahısında 46-cı yerdə göstərilmişdir. Balu çayı yağışlı mövsümdə daşır. Çayda qazma işləri Banqladeş hökumətinin sponsorluğu ilə aparılır. Buna baxmayaraq Balu çayı "ölüm çayına" çevrilir. Bu, çayın əsas axınının musson dövründə, Şitalakşa çayının Balu çayı boyunca axması zamanı baş verməsi ilə əlaqədardır. Balu çayında yağış olmadığından 6-7 ay ərzində su axını quruyur .
Barak (çay)
Barak (benq. বরাক নদী) — şimal-şərqi Hindistanda Surma-Meqxna sisteminin bir hissəsi olan böyük çay. Çay, Manipur əyalətinin dağlıq hissəsində başlayır, çox sayda qolu (Qumti, Xourax, Kagni, Senai Buri, Hari Mangal, Kakrai, Kurulia, Balujhuri, Şonaiçari, Durduria) alır və qərbdən axaraq, Manipurun cənub-qərbindən Mizoram əyalətinə keçir. . Mizoramada, qərbdən axır, sonra şimala dönərək Assam əyalətinə girir, burada Laxypur bölgəsində qərbə və düzənliyə çevrilir. Assamda, qərbdən Madhura çayının axdığı Silchar şəhərinə və Banqladeş ilə sərhədə, burada iki qola bölünür: şimal (Surma) və cənub (Kuşiyara). Barak su bioloji müxtəlifliyi baxımından dünyanın ən zəngin çayları arasındadır, çünki burada 2000-dən çox növ balıq var. Digər canlılar arasında çay Barak timsahı və ya Siams timsahı (nadir və nəsli kəsilmək təhlükəsi altında olan timsah), Susu delfin, Hamar örtülmüş çəmənlik və qara timsah var. Baraq çayı, başlanğıcından Naqaland sərhəddində Surma və Barak çayına qədər bükülməsinə qədər 564 kilometrdir. Biyomalar vəhşi təbiət baxımından olduqca zəngindir və çayın bütün uzunluğunda da çox müxtəlifdir: 1. Varzea meşəsi (su basmış meşəli meşə) 2.
Birlad (çay)
Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur, yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.
Botan (çay)
Botan (türk. Botan Çayı, Botan Suyu və ya Uluçay; kürd. Çemê Botanê; erm. Ջերմ ) ― Türkiyənin cənub şərqində, Siirt ilində çay. Botan çayının yuxarı axını Van ilindən axır və bu hissəyə tez-tez Çatak deyilir. Çatak şəhərinin qərbindən axan Çatak çayının ən yuxarı hissəsi isə bəzən Norduz adlandırılır. Çay Van və Hakkari arasındakı sərhəd yaxınlığında yerləşən Norduz yaylası ətrafındakı yüksək dağlardan qaynaqlanır. Çay dərəsi ilə dağların zirvəsi arasındakı hündürlük fərqi təxminən 1000 m-ə çatır. Bu səbəbdən çay öz dərəsi üzərində kanyon yaratmışdır. Çayın yazdan yayın ortalarına qədər ortalama su sərfi 100–300 m³/san-dir.
Brend (çay)
Brend — (alm. Brend‎) — Almaniyada yerləşən çaydır. Bavariyadan keçir. Çayın indeksi 24432, ümumi uzunluğu 26,18 km-dir.
Buzlu çay
Buzlu çay, Buz çay və ya Soyuq çay — buz ilə bir stəkan soyuq çayın qarışığıdır, şəkərli və ya şəkərsiz verilir. Buzlu çay həmçinin popyular paketlənmiş içkidir. Buzlu çay limon, şaftalı, malina, turş limon , pəşın meyvəsi, çiyələk və gilas kimi geniş yayılmış ilə dadlandırılmış sirop ilə qarışıq ola bilər.
Bərgüşad (çay)
Bazarçay və ya Bərgüşad (Ermənistan ərazisində Vorotan adlanır) — Qafqazda çay. Ermənistandan və Azərbaycanın Qubadlı rayonundan keçir. Uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35%) və yağış (10%) suları təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Orta illik su sərfi 19,0 m³/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/m³-dir.
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Efemer çay
Elba (çay)
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Geqa (çay)
Geqa - Abxaziyanın Qaqra rayonundan Qara dənizə axan çay. Təxminən 1640 m yüksəklikdən başlayır. Çayın ümumi uzunluğu 25,6 km, orta mailliyi 59 m/km-dir. Hövzəsinin sahəsi - 421 km². Geqa çayı Bzib çayının sağ qollarından biridir və onların ən böyüyüdür. Çayın yatağı çox dar və mənzərəli dərədə yerləşir, buna görə də çay bütün uzunluğu boyunca sürətli axınlar və şəlalələrlə doludur. Bir yerdən çay “Çərkəz şəlaləsi” kimi tanınan karst mağarasının içindən, yerin altından axır və yeraltı dəhlizlərdən və mağaralardan 315 metr keçdikdən sonra qayadan qoparaq şəlalədən axır. Çərkəz şəlaləsi və Geg şəlaləsi turistlərin tez-tez ziyarət etdiyi yerdir. Abxaziyanın görməli yerlərindən biridir. Отчёт о водном путешествии с эл.
Gizeldon (çay)
Gizeldon çayı, həmçinin Gizel 'don (rus. Гизельдон , Gizeljdon ; oset. Джызæлдон, Džyzældon) — Ardon çayının sol qolu və Vladikavkaz ərazisində, Şimali Osetiya-Alaniyada çay. Uzunluğu 81 kilometr, hövzəsinin sahəsi isə 604 km²-dir. Çox qayalı və 4000 metr zirvəsi olan dərənin ərazisi uçqunlara meyllidir. 1967-1968-ci illərdə 30-dan artıq belə hadisələrin olduğu bildirilmişdi. Ərazi "dəli, qazlı ərazi" kimi təsvir olunur və heyvandarlıq, taxtaçılıq və qurğuşun-sink mədənləri Gizeldon vadisi xalqının əsas iqtisadi vəzifəsi olmuşdur. Gizeldon çayı üzərində bir su elektrik stansiyası tikilmişdir.
Göyçay (çay)
Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay,Ucar və Zərdab rayonları ərazisindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.