ÖD

Qədim mənası “sarı” deməkdir. Təkcə bizdə yox, çox dillərdə öd “sarı” anlamı ilə bağlıdır. Səbəbi isə odur ki, qara ciyər müntəzəm olaraq, sarı rəngli maddə istehsal edir və həmin maddə öd kisəsinə toplanır, oradan da bağırsaqlara ifraz olunur. Ödün rənginin sarı olması onun adının əsasında durur. Bizdə öd sözünün sinonimi kimi sarığ (sarı) işlədilib. Ehtimal ki, öd xalis türk sözüdür, sarı isə ərəbcə “öd” mənasını verən səfa kəlməsinin dəyişmiş formasıdır. Dilimizdə “qorxudan sarısını udub” cümləsindəki sarı məhz “öd” deməkdir. Rus dilində желтыйжелчь kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÖCƏŞMƏK
ÖDƏMƏK
OBASTAN VİKİ
Öd kisəsi
Öd kisəsi, ödlük (lat. vesica fella; yun. cholecystis) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — lat. fundus vesicae falleae önə və aşağı baxır; cismi — lat. corpus vesicae felleae; boynu — lat. collum vesiceae felleae. Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir.
Öd turşuları
Öd turşuları — insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşu. == Növləri == Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur. İnsan ödündə olan turşular == Xassələri == Öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.
Öd turşusu
Öd turşuları — insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşu. == Növləri == Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur. İnsan ödündə olan turşular == Xassələri == Öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.
Öd daşı xəstəliyi
Öd daşı xəstəliyi (lat. Cholecystolithiasis — yun. χολή lat. chole “öd” və yun. λίθος lat. líthos “daş”) bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir. Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).
Öd kisəsinin iltihabı
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.
Öd kisəsinin ləğvi
Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy — chole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədilə icra edilən cərrahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv — laparoskopik ya da açıq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir. == Göstərişlər == Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər: Öd kisəsinin iltihabı (lat. cholecystitis) Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü büruzə verir. == Cərrahi müdaxilə == === Tarixi === İlk dəfə laparatomik üsulla öd kisəsinin ləğvi — xolesistektomiya əməliyyatı 1882-ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik üsulla isə 1985-ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir.
Öd kisəsi diskineziyası
Öd kisəsi diskineziyası — Öd kisəsi diskineziyası kisədə funksional dəyişikliklərlə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı kriteriyalarla təyin olunur. Klassik öd sancısı və ya öd ağrısı (yeməkdən sonra küt ağrı, yağlı yeməklərdən sonra narahatlıq və ya səhərə yaxın ağrılar) ilə büruzə verir. USM-də öd kisəsi və öd yollarında daş və ya üzvi dəyişiklik tapılmır, laborator göstəricilər (qaraciyər, xolestaz, pankreatik enzimlər) normaldır. Öd kisəsinin yığılma funksiyasında azalma (artım fraksiyası <35%) və ya öd tərkibində dəyişmə (kristallar, fosfolipid, öd turşusunun duzları) və ya kisə divarında xronik xolesistit əlamətləri tapılır. Ədəbiyyatda bu xəstəlik müxtəlif adlarla adlanır: öd kisəsi diskineziyası, xronik daşsız xolesistit, daşsız öd sancısı və.s. Adların müxtəlifliyi xəstəliyin təbiətinin dəqiqləşmədiyini göstərir və bəzi müəlliflər klinik təzahürə (öd sancısı), bəziləri funksional dəyişikliyə (diskineziya), bəziləri isə morfoloji dəyişikliyə (xroniki iltihab) istinad edirlər.
Öd kisəsi polipləri
Öd kisəsi polipləri — Polip, epitelial səthdən mənfəzə doğru çıxan, epiteldən və ya epitellə örtülü toxumalardan ibarət olan çıxıntışəkilli törəmələrə deyilir. Müxtəlif təbiətli xəstəliklər – iltihabi, neoplastik, distrofik və s. polipləri törədə bilər. Öd kisəsi polipləri autopsiyalarda, çıxarılan kisələrdə görüntüləmə ilə tapıla bilir və təxminən 1–4% əhalidə rastlanır. Əməliyyatönü və əməliyyatdaxili ümumi cəhətlərini nəzərə alaraq öd kisəsi polipləri müqayisəli şəkildə verilir.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. == Risk faktorları == Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.
Öd
Öd (lat. fel s. bilis; yun. χολή) onurğalı heyvanlarda və insanda qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq hasil etdiyi sekret. Öd yaşıl- sarımtıl rəngdə, çox acı, neytral reaksiyalı maye halda məhsuldur; xüsusi çəkisi 1010–1040 — dır; daim ifraz olunur, ancaq həzm vaxtı onikibarmaq bağırsağa tökülür. Həzm olunmayan zaman öd öd kisəsinə toplanaraq, onun divarındakı vəzilərdən ifraz olunan seliklə qarışır. qaraciyərdən gələn öd duru və açıq olur, öd kisəsində olan öd isə tünd, qatı və selikli olur. Öddə bəzən yağ damcıları, öd yollarından qırılmış silindirəbənzər hüceyrələr, öd boyağı dənələri və xolesterin kristalları olur. == Öd turşuları == == Həmçinin bax == Öd kisəsi Öd daşı xəstəliyi Öd kisəsinin iltihabı == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.
Nağd ödəniş
Qatlı ödotu
Qatlı ödotu (lat. Helichrysum plicatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü.
Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Zərərin ödənilməsi
Kompensasiya müavinətdir, xüsusən də nağd pul şəklində olan müavinətidir ki, bu, ziyanları və ya məhdudiyyətləri kompensasiya etmək üçün ödənilir. Zərər (və ya Ziyan) anlayışı mülki qanunvericiliyə uyğun olaraq xüsusi hüquqi əməliyyatlar zamanı yaranmış belə itkilərə görə kompensasiyanı ifadə etdiyi halda, kompensasiya anlayışı ilk növbədə dövlət sektoru tərəfindən çatışmazlıqların ödənilməsini anlamaq üçün istifadə olunur (lakin vergi qanunvericiliyində kompensasiya ifadəsinə də baxın). == Əhatə dairəsi == Zərərin ödənilib-ödənilməməsi və nə dərəcədə ödənilməsi onun baş vermə xüsusiyyətindən asılıdır.Ümumilikdə isə dövlət vətəndaşa ancaq (iqtisadi) zərər vura bilər, o halda ki, müvafiq kompensasiya nəzərdə tutulur.Müsadirə qanunlarına görə, Almaniyanın Əsas Qanununda Şablon:Art. GG belə bir əlaqəni açıq şəkildə təmin edir.Digər hallarda isə dövlətin kompensasiya vermək öhdəliyi də mülkiyyətin qorunmasının əsas ideyasından irəli gəlir.
Ödemiş
Ödəmiş (türk. Ödemiş) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin şərqində Kiraz və Bəydağ, qərbində Bayındır və Tirə ilçələri, şimalında Manisa, cənubunda isə Aydın illəri yerləşir. İlçənin sahəsi 1,019 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 132,876 nəfərdir.
Ödotu
Ödotu (lat. Helichrysum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Dərman bitkisi kimi istifadə olunan növləri === Qumluq ödotu (Helichrysum arenarium (L.) Moench) Qatlı ödotu (Helichrysum plicatum DC.) === Digər növləri === Helichrysum abietifolium Humbert Helichrysum abietifolium subsp. gracilifolium (Humbert) Humbert Helichrysum abietinum O.Hoffm. Helichrysum achyroclinoides Baker Helichrysum acrophilum Bolus Helichrysum acutatum DC. Helichrysum adenocarpum DC. Helichrysum adenophorum F.Muell. Helichrysum adhaerens (Bojer ex DC.) R.Vig. & Humbert Helichrysum adscendens (Thunb.) Less. Helichrysum albanense Hilliard Helichrysum albertense Hilliard Helichrysum albilanatum Hilliard Helichrysum albirosulatum Killick Helichrysum albo-brunneum S.Moore Helichrysum album N.E.Br. Helichrysum allioides Less. Helichrysum alsinoides DC. Helichrysum alticolum Bolus Helichrysum altigenum Schltr.
Ödotu cinsinin növləri
Ödəm
Şiş (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. == Şişin səbəbləri == Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Şiş uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. == Növləri və simptomları == Şiş yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. === Yerli şiş === Yerli şişdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda şiş toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların şişinə nümunələr: Periferik şiş — (ayaqların şişi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Ödəmiş
Ödəmiş (türk. Ödemiş) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin şərqində Kiraz və Bəydağ, qərbində Bayındır və Tirə ilçələri, şimalında Manisa, cənubunda isə Aydın illəri yerləşir. İlçənin sahəsi 1,019 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 132,876 nəfərdir.
Ödəniş tapşırığı
Ödəniş tapşırığı — Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır. Ödəniş tapşırıqlarının mahiyyəti, onun yerinə yetirilməsi şərtləri və digər məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 973 – 976-cı maddələrində əks olunmuşdur. Onun icra mexanizmi isə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin 19 sentyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat "ı ilə müəyyən edilmişdir. Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər: Ödəyicinin adı və digər rekvizitləri; Vəsait alanın adı və digər rekvizitləri; Emitent bankın adı və digər rekvizitləri ("V" formatlı ödəniş tapşırığı istisna olmaqla) ; Benefisiar bankın adı və digər rekvizitləri; Vəsaitin məbləği və valyuta növü; Ödənişin təyinatı. == " A " formatlı ödəniş tapşırıqları ilə hesablaşmalar == Ödəniş tapşırıqları ilə hesablaşmalar "A" və "B" formatlı olur. " A " formatlı ödəniş tapşırığının "A1" hissəsində emitent (ödəyən) bankın adı, kodu, VÖEN – i, müxbir hesabı, SWIFT BIK kodu, "A2" hissəsində ödəyicinin adı, hesab nömrəsi və VÖEN – i, "B1" hissəsində benefisiar (alan) bankın adı, kodu, VÖEN – i, müxbir hesabın nömrəsi, SWIFT BIK kodu, vasitəçi bankın adı, "B2" hissəsində vəsait alanın adı, hesab nömrəsi, VÖEN – i, "C1" hissəsində ödəniş aparılan valyutanın növü, "C2" hissəsində ödəniş həyata keçirələn məbləğ rəqəmlə və yazı ilə əks etdirilir.
Ödənişli gey
Ödənişli gey — çox vaxt heteroseksual olan kişi və ya qadın aktyorları, pornoqrafik ulduzları və ya seks işçilərini ödəniş müqabilində homoseksual kimi fəaliyyət göstərmələrini ifadə edən termindir. İngilisdilli eləcədə bir çox digər mənbələrdə Gay-for-pay kimidə adlanır. Termin digər peşələrə və hətta gey demoqrafik təbəqəyə müraciət etməyə çalışan şirkətlərə də şamil edilmişdir. 1969-cu ildə Stonewall iğtişaşları müasir Amerika homoseksual hüquqları hərəkatına başladıqdan sonra homoseksual olmaq və ya belə etiketlənmək stiqması davamlı olaraq aşınıb. 1990-cı illərdə əsas kino və televiziya aktyorları homoseksuallığı təsvir etməyə daha çox həvəsli olublar, çünki onların karyeralarına qarşı hər hansı reaksiya təhlükəsi azalmış və cəmiyyətin gey və lezbiyanları qəbul etməsi artmışdır.. Gey pornoqrafiya sənayesi peşəkar aktyorlarla yanaşı həvəskarları da “ödənişli qey” adı altında pul və ya cinsi maraq müqavilində onları eyni cinsdən olan cinsi fəaliyyətlərlə cəlb edir. Əslində homoseksual və ya biseksual olan bəzi aktyorlar "əlçatmazların cazibəsi" adı ilə birbaşa olaraq bazara çıxarılır. Çünki heteroseksual kişilər başqa kişilərlə cinsi əlaqədə olmaq üçün bakirdirlər. Təqdiqadçı Kamill Paqlia bildirib ki, "gey olmayan şəxlərin şirnikləndirilərək qey rolları ifa etməsi qey pornosunda yüksək erotik motivdir". Həmçinin antropoloq Uilyam Leap da eyni şəkildə yazmışdır: "Əksər gey kişi pornosunda gənc, əzələli və çoxda tanınmayan insanlar daha çox axtarılır və tələb olunur." == Pornoqrafiya == Bəzi homoseksual kişilər heteroseksual kişiləri fantaziya obyekti hesab etdikləri üçün bəzi gey porno prodüserləri satışları və məhsullarının reklamını artırmaq üçün demək olar ki, bəzi qey aktyorları heteroseksual kimi təqdim edirlər.
Ödənişli körpü
Ödənişli körpü — istifadəsi üçün pul rüsumu (və yaödəniş) tələb edilən körpüdür . Adətən körpünün sahibi olan özəl və ya ictimai qurucu, yaxud körpünün qoruyucusu qoyduğu investisiyanı bərpa etmək üçün ödənişli yollarda olduğu kimi keçid üçün sürücülərdən rüsum alır.
Öncədən ödənişli kart
Öncədən ödənişli kart və ya Saxlanmış dəyər kartı (ing. stored-value card) — xüsusi şifrələnmiş dəyərin saxlandığı mühit - pul, dəqiqələr, litrlər, səfərlərin sayı və s. mobil telefon, insan dərisi altına implantasiya edilmiş çip və s. Saxlanılan dəyər kartı bank debet kartlarından əsaslı şəkildə fərqlənir, burada dəyər hər bir kart üçün emitentdə ayrıca depozitdə saxlanılır, saxlanılan dəyəri olan kartlar üçün isə nağd pul və ya digər vəsaitlər xüsusi konsolidasiya edilmiş hesabda uçota alınır. Saxlanılan dəyər kartları əsasən anonimdir, bank debet kartları isə konkret sahibin adına verilir. Əvvəlcədən ödənilmiş kart termini əslində bazarda bu cür məhsulların böyük əksəriyyətinə aiddir. Saxlanılan dəyər kartı özündə əvvəlcədən ödənilmiş dəyərin kodlaşdırılmış məbləğini ehtiva edir, bank debet kartları isə emitent tərəfindən saxlanılan hesab idarəçiliyinə giriş imkanı verən yalnız identifikator açarıdır. == Tarixi == 2000-ci illərin əvvəllərində VISA və American Express beynəlxalq ödəniş sistemləri ilk öncədən ödənişli kart layihəsini işə saldılar ki, bu da valideynlərə övladlarının xərclərini əvvəlcədən ödənilmiş bank kartına köçürməklə vəsait ayırmağa imkan verdi. Belə kartların istifadəsi uşaqlara nağd pul verməkdən daha əlverişli olduğunu sübut etdi və valideynlərə uşaqlarının xərclərinə nəzarət etməyə imkan verdi. ABŞ-da əvvəlcədən ödənilmiş kart bazarı sürətlə böyüdü.
Zəmanətli ödəmə
Zəmanətli ödəmə — ilkin qiymət və sonrakı kotirovka arasında mümkün fərqi ödəmək üçün törəmə alətlər müqaviləsi üzrə ödəmə. == Haqqında == Zəmanət haqqı anlayışı müştəri tərəfindən ilkin olaraq ödənilən sifariş üçün ümumi ödəniş məbləğinin onun icrası zamanı sifarişdən mümkün imtinanın qarşısını almaq üçün nəzərdə tutulmuş hissəsinə aiddir. Sifarişdən imtina zəmanət haqqının itirilməsi ilə nəticələnir. Münasibətlərdə qeydə alınan ən çox rast gəlinən hal kirayəçinin kirayə üçün təhlükəsizlik depozitinin köçürülməsidir. Bu təcrübə geniş yayılmışdır və təhlükəsizlik depozitləri demək olar ki, bütün annuitet müqavilələrində görünür. Üstəlik, söhbət təkcə daşınmaz əmlakdan deyil, həm də avadanlıqların, avtomobillərin və digər məişət əşyalarının icarəsindən gedir. Ancaq belə bir geniş yayılmış fenomen heç bir şəkildə qanunvericinin diqqətinə təsir etmədi — burada birbaşa və aydın tənzimləmə yoxdur. Buna görə də, mühasibat uçotu apararkən, mümkün olduqda onları vəziyyətə "tənzimləmək" üçün standart normaları tətbiq etmək lazımdır. İcarəyə götürən tərəfindən kirayə müqaviləsinin rəsmi imzalanmasından əvvəl də köçürülən təminat depozitinin əsas məqsədi onun belə bir müqavilə bağlamaq niyyətini maddi cəhətdən təsdiqləməkdir. Bu o deməkdir ki, əmanət qoymağın bütün əlamətləri mövcuddur.
Kreditin vaxtından əvvəl ödənilməsi
Kreditin vaxtından əvvəl ödənilməsi — kredit məbləğinin azaldılmasına yönəlmiş əlavə ödənişlər etməklə kreditin əsas borcunun azaldılması prosesi. Vaxtından əvvəl ödəmə etmək üçün ərizə doldurmalısınız (əksər banklarda). Ərizə olmadan bank borcun qalığını azaltmaq üçün əlavə vəsaiti hesaba yatırsanız belə, silinməyəcək. == Vaxtından əvvəl ödəmə növləri == Kreditin vaxtından əvvəl ödənilməsinin iki növü var — qismən və tam ödəmə. Erkən ödəmə proseduru kredit müqaviləsi ilə müəyyən edilmiş kredit müddəti bitənə qədər həyata keçirilir, buna görə də kreditin vaxtından əvvəl ödənilməsi adlanır. Kreditin həm tam, həm də qismən vaxtından əvvəl ödənilməsi artıq ödənişin ümumi məbləğinin azalmasına təsir göstərir ki, bu da borcalanı ilk növbədə maraqlandırır. Artıq ödənişin məbləğinin azalması erkən ödəmə tarixində deyil, tədricən baş verir. Erkən ödəmə tarixində artıq ödəniş dərhal azalmır; bu, kreditin qaytarılması zamanı tədricən baş verir. Erkən ödəmə ilə maksimum qənaət kredit müddətinin sonuna doğru əldə edilir. === Tam erkən ödəniş === Kreditin vaxtından əvvəl tam ödənilməsi banka (və ya digər maliyyə institutuna) olan bütün kredit borcunun (adətən əsas məbləğ və faiz) kredit müqaviləsi ilə müəyyən edilmiş kredit müddəti bitənə qədər tam ödənilməsidir.

Digər lüğətlərdə