Ağ ciyərin ödemi
Ağ ciyərin ödemi – arterial kapillyarlardan süzülən mayenin miqdarı venoz kapillyarlarla və limfa sistemi ilə çəkilən mayedən artıq olduqda baş verən xəstəlik. Ağ ciyərin ödemi qan dövranının sol mədəcik tipli pozulması, böyrəklərin bəzi zədələnmələri və s. səbəblərdən inkişaf edir.
== Əlamətləri ==
Təngnəfəslik, xırıltılı tənəffüs.
== Müalicəsi ==
Ağ ciyərin ödemini törədən səbəblərin aradan qaldırılması, ağır hallarda sidikqovucu dərmanların, ürək preparatlarının (strofantin, korqlikon və s.) tətbiqi.