Özlülük indeksi
Özlülük indeksi (Öİ) – Selsi dərəcəsindəki temperaturdan asılı olaraq yağın özlülüyünun dəyişmə dərəcəsini göstərən və kinematik özlülüyün temperaturdan asılılıq əyrisinin düzlülüyünü təyin edən nisbi bir kəmiyyətdir.
Öİ-nin qiymətləndirilməsi üçün Din və Devis sistemi məlumdur. İki yağ etalon olaraq qəbul edilir: biri çox düzgün, digəri isə çox sərt xüsusiyyətə malik. Birinci yağ üçün özlülüyün dəyişmə dərəcəsi şərti olaraq 100, ikincisi üçün 0 kimi qəbul edilir. Tədqiq olunan yağın kinematik özlülüyünün temperaturdan asılılığını etalon yağların özlülük dəyişikliyinin əyriləri ilə müqayisəsi etmək üçün Öİ-ninxüsusi düsturundan istifadə edərək hesablama yolu ilə təyin olunur. Nəzərə alınmalıdır ki, Öİ-nin qiyməti nə qədər yüksəkdirsə, özlülüyün temperaturdan asılılıq xarakteristikası bir o qədər düz olar, başqa sözlə, özlülük indeksinin ədədi qiyməti nə qədər yüksək olarsa, yağın özlülüyü temperaturdan o qədər az asılı olar.
Daha yüksək özlülük indeksinə malik yağ aşağı temperaturlarda daha yaxşı axıcılığa (soyuq başlanğıc) və mühərriyin işçi temperaturunda daha yüksək özlülüyə malık olur. Bütün fəsillərdə işləyən yağlar və bəzi hidravlik yağlar (mayelər) üçün yüksək özlülük indeksi tələb olunur.
Özlülük indeksi iki etelon yağından istifadə edilərək müəyyən edilir (ASTM D 2270, DIN ISO 2909 standartları ilə). Onlardan birinin özlülüyü temperaturdan çox asılıdır (özlülük indeksi sıfıra bərabər qəbul edilir, Öİ = 0), digərinin özlülüyü isə temperaturdan az asılıdır (özlülük indeksi 100 vahidə bərabər qəbul edilir, Öİ = 100).