üç fazalı generator

ру трёхфазный генератор en three-phase generator de Drehstromgenerator fr générateur triphasé es generador trifásico it generatore trifase
uzunmüddətli saxlama, uzunmüddətli saxlanma
üç gedişli klapan
OBASTAN VİKİ
Generator
Generator - elektrik maşını olub mexaniki enerjini elektrik enerjisinə çevirir və quruluşca elektrik mühərriki ilə oxşardır. Generatorlar ingilis fiziki Maykl Faradeyin 1831-ci ildə elektromaqnit induksiyası qanununu kəşf etdikdən sonra düzəldilməyə başlanmışdır. Generatorların hamısının işləmə prinsipi eynidir. Mexaniki enerji generatorun valını fırlatmağa sərf olunur. Çevrilmə lorens qüvvəsinə əsaslanır. Lorens qüvvəsi elektrik yükünün maqnit sahəsində hərəkəti zamanı ona təsir edən qüvvəni izah edir. Əgər keçirici maqnit sahəsində eninə hərəkət edərsə onda lorens qüvvəsi keçiricidə olan yükləri bu keçirici boyunca hərəkətə gətirir. Yükün hərəkəti keçiricinin uclarında gərginlik fərqi yaradır. Gərginliyi artırmaq üçün dolaq şəklində olan keçiricilərdən istifadə edirlər. Generatorda rotor gövdəyə nisbətən fırlanır.
Üç fazalı enerji təchizatı sistemi
Üç fazalı enerji təchizatı sistemi — ümumi bir mənbə tərəfindən yaradılan eyni tezlikli sinusoidal EHQ-lərin, müəyyən bir faza bucağı ilə bir-birinə nisbətən vaxt keçdikcə dəyişən cərəyan elektrik dövrələrinin çoxfazalı sistemlərinin xüsusi bir vəziyyəti. Üç fazalı sistemdə bu bucaq 2π/3 radyandır (120°).
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
Tək fazalı motor
Tək fazalı motor — bir fazalı dəyişən cərəyan şəbəkəsinə qoşulmaq üçün qurulmuş şəkildə hazırlanmış elektrik mühərriki. Əslində, bu iki fazadır, ancaq yalnız bir sarımın işlədiyi üçün motor tək fazalı adlanır. Düzgün desək, belə bir asinxron mühərrik, bir fazalı cərəyan şəbəkəsinə qoşulmuş statorda bir işləyən sarım olan dəqiq bir faz adlanır. Başlanğıc başlanğıc və ya qısamüddətli (aşağı güclü mühərriklərdə) əsas şəbəkəyə kapasitans / endüktans yolu ilə bağlanan əsas dolama və əlavə (kiçik) başlanğıc sarımın yaratdığı fırlanan bir maqnit sahəsi ilə həyata keçirilir. Mühərrikin üstünlüyü dizaynın sadəliyidir (dələ-qəfəs rotoru). Dezavantajlar — aşağı başlanğıc torku (və ya olmaması) və aşağı səmərəlilik. Onlar əsasən aşağı güclü fanatlarda istifadə olunur (masaüstü, pəncərə, vanna otağı üçün və s.). Bu tip ən kütləvi sovet fanatı (və bunun üçün bir mühərrik), 15 vatt tutumlu "VN-2" idi. Dizaynının bir xüsusiyyəti, mühərrik şaftının yalnız bir tərəfində (fan çarxının qarşı tərəfində) bir top daşıyıcısının quraşdırılmasıdır, bunun nəticəsində rullar (və mühərrik) aşağı revslərdə də əhəmiyyətli əyilmə yüklərinə görə çox səs-küylü olur. Elektrik mühərrikinin tək fazalı stator cərəyanı bərabər amplituda olan və eyni tezliklə əks istiqamətlərdə fırlanan iki sahəyə parçalana bilən bir pulsasiya edən maqnit sahəsi yaradır.
Tək fazalı mühərrik

Doxsan üç
Doxsan üç — say sistemində ədədlərdən biridir. Doxsan ikidən sonra, doxsan dörddən əvvəl gəlir. Doxsan üç ədədi — tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On üç
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
Otuz üç
Otuz üç — say sistemində ədədlərdən biridir. Otuz ikidən sonra, otuz dörddən əvvəl gəlir. Otuz üç ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx üç
Qırx üç — say sistemində ədədlərdən biridir. Qırx ikidən sonra, qırx dörddən əvvəl gəlir. Qırx üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən üç
Səksən üç — say sistemində ədədlərdən biridir. Səksən ikidən sonra, Səksən dörddən əvvəl gəlir. Səksən üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş üç
Yetmiş üç — say sistemində ədədlərdən biridir. Yetmiş ikidən sonra, yetmiş dörddən əvvəl gəlir. Yetmiş üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Üç Bela
Üç Bela — 1998-ci il Ozan Arifin Destanlar Konuşuyor albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Ozan Arifə aiddir. Mahnı ABŞ, Rusiya və Çinin işğalçı siyasətini tənqid edir.
Üç F
Üç F — (port. "Três F" (Futebol, Fado e Fátima) "Futbol, Fado və Fatima" mənalarını bildirən ifadə, sosial fenomen. Portuqaliyada "Yeni Dövlət" (Estado Novo) avtoriatar rejimi dövründə, xüsusiylə 1951-ci ildən etibarən prezident Antoniu di Oliveyra Salazar dövrünü nəzərədə tutan bu ifadə, ölkədə sabitliyi saxlamaq üçün dövlətin istifadə etdiyi vasitə kimi nəzərdə tutulur. Futbol — Böyük böhran sonrası Latın Amerika və bir sıra Avropa ölkələrində ortaya çıxan ideoloji-siyasi hərəkatlardan geniş kütlələri yayındırmaq üçün dövlət əhalini futbola cəlb etməyə çalışırdı. Belə ölkələrdə iki klub arasındakı rəqabət daim önplanda saxlanılır, əhalinin, xüsusiylə də gənclərin mühabisə, müzakirə mövzusuna çevrilirdi. Portuqaliyada Sporting və Benfika klubları arasındakı rəqabəto dövrdən bəri davam etməkdədir. Fado — Portuqal gitarası müşayətində bir nəfər tərəfindən ifadə edilən, mövzusu hüzunlu olan tipik portuqal xalq musiqisi. Fatima — Portuqaliyanın mərkəzində yerləşərən Fatima adlı tarixi qəsəbədə, 1917-ci ildə 3 uşağın Bakirə Məryəmi görmələri barədə iddiaları, və bu dövrdə baş verən bəzi təbiət hadisələrinin xalq arasında ajiotaj yaradır. Daha sonrakı illərdə Vatikan bu hadisəni möcüzə kimi qəbul edir və Fatima kəndində baş verənləri ilahi mesaj və müqəddəs hesab etdiyini elan edir. Bu konteksdə "Fatima" sözü dinə, dini fanatizmə işarə edir.
Üç Paşa
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Üç Paşalar

Üç alov
Üç alov (rus. Три огня) — Azərbaycan rok qrupu. 1967-ci ildə ADNA-nın tərkibində Çingiz Ədibin rəhbərliyi ilə yaradılıb. Qrup üzvləri "Beatles" qrupu tərzində bir qrup yaratmaq istəyirdilər. Lakin həmin dövrdə onların musiqi texnikası olmadığı üçün həmin qrupu təqlid etmək asan deyildi. Qrupa məşqlər üçün verilən yerin isə təmirə ehtiyacı var idi. Onlar çətinliklə olsa da, oranı təmir etdirdilər və demək olar ki, yenidən qurdular. Qrup Bakının üç alov simvolu ilə əlaqəli olaraq "Üç alov" ("Tri oqnya") adlandırıldı. Qrupun üzvləri Çingiz Ədib (solo gitara, vokal), Rüfət Kərimov (bass gitara), Pərviz Bayramov (orqanola), Pərviz Ədib (zərb alətləri) idi. Çingiz Ədib qrupun yeni fəaliyyət vaxtlarını belə xatırlayır: "Ansamblımızı təşkil edəndən sonra biz sakitcə işləməyə başladıq.
Üç bacı
3 bacı (film, 2012-2014) — teleserial. Üç bacı adından göründüyü kimi üç bacıdan bəhs edir. Üç bacı (pyes) — rus yazıçı Anton Çexovun pyesi. Üç bacı – Azərbaycanın milli mətbəxinə aid olan Badımcan dolmasının ikinci adı.
Üç dükan
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Üç musiqiçi
Üç musiqiçi (isp. Tres músicos) — Dieqo Velaskes tərəfindən çəkilmiş yağlı boya rəssamı. Dərinlik hifzi yaratmaq üçün işıqkölgə adlı barokkonun texniki işənilib.
Üç muşketyor
Üç muşketyor(fr. Les Trois Mousquetaires)— Aleksandr Düma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış roman. Bu romanda XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və Qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edilir. Dartanyan başlıqda göstərilən üç muşketyordan biri deyil, muşketyorlar onun dostları olan, hamı bir nəfər üçün, bir nəfər hamı üçün ("tous pour un, un pour tous") şüarı ilə yaşayan ayrılmaz dostlar Atos, Portos və Aramisdir. Dartanyanın hekayəsi İyirmi il sonra və Vikont de Brajelon:On il sonra romanlarında davam edir. Düma tərəfindən yazılmış bu üç roman birlikdə Dartanyanın romansları kimi tanınır. Üç muşketyor ilk dəfə 1844-cü ilin mart iyul ayları arasında Fransanın Əsr (fr. Le Siècle) qəzetində ardıcıl formada nəşr olunub. Aleksandr Düma Üç muşketyoru yazdığı vaxtlarda qılıncoynatma ilə məşğul olub və Cozef Çarlemont (fransız ordusunda ixtisaslı qılıncoynatma təlimçisi olub) Çarlz Lekour və Mişel Casseuxun Savate və Kan de Kombat dərslərində iştirak edib. Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur.
Üç oxlar
Üç pəncə
Üç pəncə — iki hissəli yallı rəqsi. Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında "üç pəncə" yallısını qurur. "Üç pəncə" rəqsinə sonralar "Axsaq yallı" adını da vermişlər. Bəzi bölgələrdə yallı "Çolağı" adı ilə də tanınır. Bu yallı həm Naxçıvanda (Şərur rayonu və ətraf kəndlər), həm də İrəvan bölgəsində maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs sakit və yeyin hissələrdən ibarətdir.
Üç tenor
Üç tenor — ispan opera müğənniləri Plaçido Dominqo, Xose Karreras və italyan opera müğənnisi Luçano Pavarottinin birlikdə tarixi çıxışlarına verilən ad.
Üç Üqnum
Üç üqnum (ərəb dilində üqnum أقنوم, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər. Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir. Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir. Ümumiyyətlə, pravoslav, katolik və protestant olmaqla bütün xristian kilsələri Üç üqnum əqidəsini qəbul edirlər.
İyirmi üç
İyirmi üç — say sistemində ədədlərdən biridir. İyirmi ikidən sonra, İyirmi dörddən əvvəl gəlir. İyirmi üç ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.