üzüm qaradır

bax üzüm yoxdur
üzüm ayağının altına*
üzüm yoxdur
OBASTAN VİKİ
Üzüm
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Hüseyni (üzüm)
Hüseyni — Üzüm növü. Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır. Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır. Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.
Mədəni üzüm
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Üzüm ilbizi
Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü. Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir. Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir.
Üzüm yarpağı
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Təbrizi (üzüm)
Təbrizi — üzüm sortu. Azərbaycanın ən keyfiyyətli süfrə üzümlərindəndir. Yarandığı vaxtdan Təbrizi adlanır. Azərbaycanda, Gürcüstanda və Dağıstanda geniş yayılıb. Rusiyada, Ukraynada, Moldovada və Orta Asiya respublikalannda əkinləri vardır. Çoxlu sinonimlərə malikdir. Gəncədə hər bir həyətdə və təsərrüfatda Təbrizi sortu vardır. Sortun adının Təbrizi olması keçmişdə Azərbaycanla İranın (xüsusilə Təbrizin) yüksək ticarət əlaqələri ilə bağlıdır. Kolu güclü böyüyəndir. Çiçəkləri öz-özünü tozlayandır.
Üzüm soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Braziliya üzüm ağacı
Braziliya Üzüm Ağacı (həmçinin Jabuticaba kimi tanınan) — meyvələri böyütmək üçün budaqlardan istifadə etmir. O gövdəsində meyvələrini və çiçəklərini (generativ üzvlər) bilavasitə əlaqəsiz böyüdür. Argentinaya, Paraqvaya və Boliviyaya da da bitir. Meyvələri qırmızımtıl qaradır, ağ lətə malikdir. Bu meyvələr zəhərli deyil və yemək mümkün olur, deyilənlərə görə dadı qara üzümə və qarağata bənzəyir, Şərab və meyvə şirəsi istehsalında əsas xammaldır. Paraqvayda, Quaraninin rəsmi ana dilində "Yvapuru" adlandırılır.
Təbrizi (üzüm növü)
Üzüm fır gənəciyi
Üzüm fır gənəciyi - (lat. Eriophyes vitis) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirən gənəciklər fəsiləsinə aid olan növ Üzüm fır gənəciyi adi gözlə görünməyən 0,14-0,16 mm uzunluğunda olan kiçik gənəciklərdir. Gənəciyin bədəni sarıdır. Ön tərəfdən iki cüt beş buğumlu ayağı, arxa tərəfdən isə iki qıl şəkilli çıxıntısı vardır. Sürfəsi rənginə görə yetkin fərdə oşşayır. Lakin onlardan çox kiçikdir. Azərbaycanda üzüm gənəciyinin biologiyası tam öyrənilməmişdir. Gənəciklər birillik zoğların altında qışlayırlar. Yazda tumurcuqların açılması ilə əlaqədar gənəciklər qışlama yerindən çıxır. Yarpağın alt tərəfində xüsusi çökəkciklər içərisində nazik tellər olur.
Palıda sarılmış üzüm
Palıda sarılmış üzüm — Vahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı. Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır. Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır. Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.
Qırmızı üzüm bağı (rəsm əsəri)
Qırmızı üzüm bağı—hollandiyalı rəssam Vinsent Van Qoqun 1888-ci il noyabrında yağlı boya ilə çəkdiyi rəsm əsəridir. Bu əsər rəssamın yaşadığı müddətdə sata bildiyi tək rəsm əsəridir. Qırmızı üzüm bağı əsəri ilk dəfə Brüsseldəki Les XX 1890 sərgisində nümayiş olundu və impressionist rəssam və kolleksiyaçısı Anna Boça 400 franka (hazırda 1000-1.050 dollara bərabər) satıldı. O da Les XX üzvü idi.
Üzüm tənəyinin xəstəlikləri (film, 1975)
Filmdə üzümlüklərə ziyan vuran xəstəliklərə, ziyanvericilərə qarşı mübarizədən, bu mübarizədə aqrotexnika qaydalarına düzgün əməl olunmasından danışılır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.