Nüvə şüalanma detektoru
Nüvə şüalanma detektoru —
α
{\displaystyle \alpha }
zərrəcikləri və elementar zərrəcikləri qeydə almaq, saymaq, tərkibini təyin etmək, intensivliyini və enerji spektrlərini ölçmək üçün cihaz.
Nüvə şüalanma detektoru iki sinfə bölünür: sayğaclar və iz qeydediciləri. Sayğaclar vasitəsilə fəzanın müəyyən hissəsindən müəyyən anda keçən zərrəciklər qeyd olunur, onların enerjisi, yükü, sürəti və kütləsi təyin edilir. Heyker—Müller və Çerenkov sayğacları, lüminessent və yarımkeçirici sayğaclar belə sayğaclardandır.
İz qeydedicilərdə yüklü zərrəciyin izinin (trekinin) fotoşəkli çəkilir. Bu, qeyri-stabil zərrəciklərin parçalanma proseslərini öyrənməyə imkan verir. Vilson kamerası, diffuziya kamerası, qabarcıqlı kamera, qığılcım kamerası və qalınlaylı nüvə fotoemulsiyaları bu növ qeydedicilərdəndir.
Nüvə şüalanma detektorunun iş prinsipi yüklü zərrəciklərin detektoru işçi həcmini dolduran maddə atomlarını həyəcanlandırmasına və ya ionlaşdırmasına əsaslanır.
γ
{\displaystyle \gamma }
— kvantlar və neytronlar isə detektorun işçi maddəsi ila qarşılıqlı təsirləri nəticəsində yaranan yüklü zərrəciklər vasitəsilə qeyd olunur. Nüvə zərrəciklərinin maddədən keçməsi sərbəst elektronların, ionların, işıq [parıltılarının (ssintillyasiya) yaranması, həmçinin kimyəvi və istilik dəyişiklikləri ilə müşayiət olunur.