ŞƏHƏR

əhalisi, əsasən, sənayedə, ticarətdə, elm, mədəniyyət, xidmət və idarəetmə sahələrində çalışan iri yaşayış məntəqəsi. Ş. əhalisi dünya əhalisinin -ni təşkil edir. Azərbaycanda əhalinin 60%-ə qədəri şəhərlərdə
ŞƏFFAFLIQ ÖLÇƏN
ŞƏHƏR EKOLOGİYASI
OBASTAN VİKİ
Cəm (şəhər)
Cəm — İranın Buşehr ostanının şəhərlərindən və Cəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,809 nəfər və 2,734 ailədən ibarət idi.
Cəmilə (şəhər)
Cəmilə (ərəb. جميلة‎) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir. III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır. VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur. Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi.
Dairəvi şəhər
Dairəvi şəhər (Əl-Mansur şəhəri də adlandırılır: sülh şəhəri)— 762-767-ci illərdə tikilmiş İraqın Bağdad şəhərində qədim şəhər.
Delphi (şəhər)
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Ellər (şəhər)
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Fatima (şəhər)
Fatima (port. Fátima) — Santarem qraflığında Portuqaliyanın şəhəri. Həmçinin 1917-ci ildə Məryəm ananı gördüyünü iddia edən üç çobanın yaşadığı və sonradan müqəddəs bir yer olaraq qəbul edilən kəndin adıdır. Katolik kilsəsi bunun xatirəsinə dövlətin də köməyi ilə nəhəng bir Katedral inşa etdirmişdir. Fatima yalnız Portuqaliyanın deyil, Roma-Katolik Kilsəsinin ən əhəmiyyətli həcc yerlərindən biridir.
Culfa (şəhər)
Culfa — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda respublika tabeli şəhər, Culfa rayonunun inzibati mərkəzidir. Şəhər respublika paytaxtından 524 km cənub-qərb, muxtar respublika paytaxtından 36 km cənub-şərqdə, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir. İran ərazisində, Araz çayının əks sahilində Culfa şəhərinə simmetrik şəkildə eyniadlı şəhər yerləşir. Bu, vaxtilə vahid şəkildə mövcud olmuş Culfa şəhərinin sonradan iki yerə bölündüyünü göstərir. Culfa Naxçıvan Muxtar Respublikasının ikinci ən böyük şəhəridir. Culfa Azərbaycanın qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir. Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır. Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur.
Cvari (şəhər)
Cvari (gürc. ჯვარი) – Gürcüstanın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 763 nəfər əhalinin (2014-cu il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Cüzdan (şəhər)
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Darvin (şəhər)
Darvin — Avstraliyanın şimalın­da şəhər 1869-cu ildə indiki Darvinin yerində salınmış Palmerston məskəninin sürətli inkişafı 1880-ci illərin əvvəllərində başlamışdır (Palmerstondan cənubda yerləşən Payn-Krik şəhərinin yaxınlığında qızıl yataqları aşkarlandı). 1911-ci ildə Ç.Darvinin şərəfinə Darvin adlandırılmışdır. İkinci dünya müharibəsi zamanı Yaponiya aviasiyasının bombardmanı nəticəsində böyük dağıntılara məruz qalmışdı. 1959-cu ildə şəhər statusunu almışdır. 1974-cü ilin dekabrında Treysi qasırğası nəticəsində Darvindəki tikililərin təqribən 70%-i dağılmışdı. Ç.Darvin Universiteti (2003; Darvinin şimalında Kasyuarayna şəhərətrafında yerləşir), Şimal Ərazisi Kitabxanası (1950), Şimal Ərazisi incəsənət muzeyi və qalereyası (1969), akvarium var. 1991-ci ildən iki ildə bir dəfə Avstraliya və qonşu ölkələrin idmançılarının iştirakı ilə Arafur oyunları; həmçinin kriket, Avropa və Avstraliya futbolu, avtomobil və atçılıq idmanı üzrə müxtəlif yarışlar keçirilir. Şəhərin iqtisadiyyatında xidmət sferası üstünlük təşkil edir (işləyənlərin təqribən 90%-i, əsasən ticarət və turizmsahəsində). Darvində və şəhərətrafında çoxsaylı parklar, bağlar və çimərliklər yerləşir. Avstraliya ordusunun hərbi bazası (o cümlədən sülhməramlı əməliyyatlar həyata keçirən əsgər kontingenti) Darvin rayonundadır.
Dauntaun (şəhər)
Dauntaun Los-Anceles (ing. Downtown Los Angeles) — Los-Anceles şəhərinin mərkəzi biznes rayonu. Banklar, mağazalar və film sarayları bir vaxtlar şəhərin bütün sosial-iqtisadi siniflərinin sakinlərini və ziyarətçilərini cəlb edirdi, lakin ərazi xüsusilə 1950-ci illərdən sonra iqtisadi cəhətdən zirvəyə yüksəlirdi. İndidə, Dauntaun 2000-ci illərin əvvəllərində başlayan bir intibah yaşayır. Dauntaun Los Anceles, Los Anceles şəhərinin mərkəzi və mərkəzi biznes rayonudur. Los-Ancelesin şimalında yerləşir və hökumət binaları, parklar, teatrlar, biznes mərkəzləri və digər ictimai yerləri özündə birləşdirir. Sahəsi 8.538 km², əhalisi isə 2008-ci ilə görə 52.400 nəfərdir. 2000-ci illərin əvvəllərinə qədər bölgədə sürətli iqtisadi tənəzzül yaşanırdı. Bu tarixdən sonra bir çox göydələn tikildi və tarixi binalar bərpa edilərək şəhərin köhnə cazibədarlığı bərpa edilməyə başlanıldı. 2013-cü ildə regionda 500.000 insan işləyir.
Dilican (şəhər)
Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir. Tarixi Azərbaycan şəhəri .1918-1920-ci ildə ADR -in tərkibində olmuşdur. 1951-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 106 km məsafədədir. Şəhərdə dağ-iqlim və balneoloji kurortlar yerləşir. Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1919 cu ildən sonra Ermənistanda sovet hakimiyyəti qurulandan sağ qalan azərbaycanlılar geri dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Fua (şəhər)
Fua(fr. Foix, oks. Fois) — dəniz səviyyəsindən 380 m yüksəklikdə yerləşən Pireney qövslərindəki bir şəhər, Fransanın Aryej departamentinin mərkəzi olan Andorra ilə şimalıda sərhəddir . Əhalisi 9,712 nəfərdir (2008). Şəhərdə qraf de Fuanın orta əsrlərə aid Fua qəsri yerləşir. 1212–1217 illərdə Fua qəsri bir neçə dəfə Simon De Monforaya qarşı müdafiə olunmuşdur, lakin 1272-ci ildə III Filip tərəfindən zəbt edilmişdir. XV əsrdə qəsr bərpa edilib və XIX əsrdə restavrasiya olunmuşdur.
Fukuoka (şəhər)
Fukuoka (福岡市, Fukuoka-shi) — Yaponiyanın cənub-qərbində yerləşən liman-şəhər. Mühüm sənaye mərkəzi. Şəhər, Nakaqava çayı ilə iki hissəyə bölünür: Hakata (ticari rayon) və Fukuoka (inzibati və biznes mərkəzi).
Füzuli (şəhər)
Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər, Füzuli rayonunun mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Givi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: Dəmirçi, Sitallı, Gəylər, Bazar. Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Gorus (şəhər)
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Göygöl (şəhər)
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır. 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir.
Hamamlı (şəhər)
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Haşima (şəhər)
Haşima (羽島市, Hashima-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər 1 aprel 1954-cü ildə qurulmuşdur. 1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Şəhərin sahəsi 53,64 km²-dir. Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhərə qonşu olan şəhərlər Gifu, Kayzu, Oqaki, İçinomiya və İnazava, qonşu olan kəndlər Kasamatsu, Ampati və Vanouçidir. 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: Şəhərin simvolik ağacı Çin ardıcı, simvolik gülü Chrysanthemum × glabriusculum hesab olunur.
Hiroşima (şəhər)
Hiroşima (広島市, Hiroşima-şi, azərb. "geniş ada"‎) və ya Hirosima— Yaponiyada, Honşu adasının cənub-qərbində şəhər. Hiroşima prefekturasının inzibati mərkəzi. Çuqoku bölgəsinin ən böyük şəhəri. Hiroşima Yaponiyanın dövlət əhəmiyyətli şəhərləri sırasına daxildir. Atom bombardmanına məruz qalmış ilk şəhərdir. 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qaldı. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hiroşima şəhərinə "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Hiroşimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyd-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirohito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.
Homer (şəhər)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Cəlilabad şəhər seçki dairəsi
Cəlilabad şəhəri
Cəlilabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati mərkəzi. 1952-ci ildə rayon tabeli şəhər statusu almışdır.Ən çox şəhər əhalisi olan rayonlardan biridir. 1967-ci ildən Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin adını daşıyır. Əvvəllər bu şəhər Hacılı, daha sonra isə Astarxanbazar adlanırdı. Şəhər paytaxt Bakıdan 210 km məsafədə yerləşir. Cəlilabad şəhərinin girəcəyində alçaq təpələr diqqəti cəlb edir. Bu ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qranitdən hazırlanmış kirkirə (əl dəyirmanı), gildən düzəldilmiş küplər, eneolit dövrünə aid əmək alətləri və məişət əşyaları tapılıb.
Cənubi Sudan şəhərləri
Cənubi Sudanın şəhərlərinin siyahısı.
Dublin şəhəri
Dublin – Dublin (İrlandca: Baile Átha Cliath, Áth Cliath, ya da Dubh Linn deyə də bilinir) İrlandiyanın paytaxtı və eyni zamanda ən böyük şəhəri. Ölkənin şərq sahilinin ortasında, Liffey çayının ağzında, Dublin Saarayı'nın mərkəzində yerləşir.Vikinq məskunlaşmalarının mərkəzi olaraq qurulan şəhər, Orta Əsrlərdən bəri İrlandiyanın paytaxtıdır. BBC-nin 2003-ci ildə, Avropa daxilində 112 şəhər və 11.200 adamla apardığı anketdə Dublin, Avropanın yaşanacaq ən yaxşı paytaxtı, İrlandiya isə Avropanın ən xoşbəxt ölkəsi seçilmişdir. Dublin adı, İrlandaca'da "qara hovuz" mənasını verən Dubh Linn sözündən gəlməkdədir. Sonrakı zaman isə İrlandaca'da yazılışında bh'deki B'nin on Dub Linn, ya da Duḃlinn, şəklində bir nöqtə vardır. Fransız dilində danışan Anglo-Norman'lar nöqtəni götürmüşlər və adı Develyn, ya da Dublin olaraq yazmışlar. Bəzi mənbələrdə Dublin adının Skandinaviya mənşəli olduğuna dair də fikirlər var. Müasir İrlandiya dilində şəhərin məşhur adı baile Athan Cliathtır.Bu sözlə 988-ci ildə II. Mael Sechnaill tərəfindən qurulan, Dubh Linn qəsəbəsi və Qara Göl ilə birləşən yaşayış yeri nəzərdə tutulur. Yunanlı astronom Ptolemey'in yazıları Dublin ilə əlaqədar ən qədim mənbəələrdəndir. E.Ə. 140 illərində Eblana Civitas adlı bir yaşayış yerindən bəhs etməkdədir.
Dvin şəhəri
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Dərbənd şəhəri
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Dərbənd şəhəri əhalisi
Dərbənd şəhəri əhalisinin etnik tərkibi
Dərbənd şəhərinin əhalisi
Dərinquyu yeraltı şəhəri
Dərinquyu yeraltı şəhəri (yun. Μαλακοπή) — Türkiyənin Nevşəhər ilinin Dərinquyu bölgəsində yerləşən çoxqatlı yeraltı şəhər. 60 metrə yaxın dərinliyə malik olan bu yeraltı şəhər eyni anda 20000 insanın birgə yemək və su ilə təmin edə biləcək bir sığınacaqdır. Kapadokiyada bir neçə belə yeraltı şəhərin tapılmasına baxmayaraq bu Türkiyənin ən böyük yeraltı şəhəridir. Yeraltı şəhər 1969-cu ildə ziyarətə açılmıştır və təxminən yarısı ziyarət üçün turistlərə açıqdır. Dərinquyu yeraltı şəhəri içəridən ağır qaya qapılar ilə qapanır. Hər bir otağın ayrıca belə qapılaı vardır. Şəhər eyni anda 20000 insana ev sahibliyi edə bildiyi halda həmçinin içərisində şərab və yağ sıxacaqları, axır, depo, ibadət zalı, yemək zalı kimi gündəlik ehtiyyacları qarşılaya bilirdi ki, bu da Kapadokiyanın digər yeraltı komplekslərinə də köməklik edirdi. Yeraltı şəhərin 2 ci qatında bənzərsiz geniş qübbəli bir otaq da vardır. Bu otaqların dini dərslər keçilməsi üçün sinif olduğu və soldakı otaqların isə çalışma otaqları olduğu aşkarlanmışdır.
Dəvəçi şəhəri
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Ember şəhəri (film, 2008)
Ember şəhəri — ABŞ filmi "Ember şəhəri", Jeanne Dupraun 2003-cü ildə yazdığı eyni adlı kitaba çəkilmiş filmdir. Ssenarisi Caroline Thompsonun yazdığı filmin rejissorluğun Gil Kənan edib. Film Lina və Doon adlı iki uşağın həyatından bəhs edir. Onlar göy üzünün hər vaxt qaranlıq olduğu, günəşin heç heç çıxmadığı Ember şəhərində yaşayırlar. Şəhərdəki bütün işıqlar hər zaman yanır. Şəhərdəki enerji qaynaqları tükəndikcə işıqlar sönməyə başlayır. Bundan sonra iki uşaq bu sehrin səbəbini axtarmaq və insanları işığa qovuşdurmaq üçün axtarışlara başlayırlar.
Ermənistan Respublikası şəhərlərinin siyahısı
Bu məqalə Ermənistan Respublikasının şəhər statuslu yaşayış məntəqələri haqqındadır.
Ermənistan şəhərləri
Bu məqalə Ermənistan Respublikasının şəhər statuslu yaşayış məntəqələri haqqındadır.
Ermənistanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı
Ermənistan ərazisindəki türk mənşəli toponimlərin dəyişdirilməsinin birinci dövrü XIX əsrin əvvəllərindən başlayır. İlk addəyişmə 1801-ci ildə baş vermişdir. 1920-1930-cu illərdə adların dəyişdirilməsi ilə bağlı qərarları Ermənistan SSR Torpaq Komitəsi verirdi.
Estoniya şəhərləri
Estoniya şəhərlərinin siyahısı:
Estoniya şəhərlərinin siyahısı
Estoniya şəhərlərinin siyahısı:
Eyr şəhəri
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.

Digər lüğətlərdə