Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Respublika
Respublika — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Respublika elə idarəetmə formasıdir ki, burada dövlət başçısı seçilir, dəyişdirilir, nümayəndəli orqan və ya bilavastə seçicilər adından məhdudlaşdırılan formada hakimiyyətə sahib olmaq hüququ əldə edir. Respublikanın müasir dövrdə üç başlıca növü vardır: prezident, parlament və qarışıq tipli respublika. Prezident respublikası ilk dəfə ABŞ-də təsis edilmişdir. Parlament respublikasında ali icra hakimiyyəti dövlət başcısına deyil , parlament tərəfindən təşkil edilən hökumətə məxsusdur. Qarışıq idarəetmə forması özündə prezidentli və parlamentli idarə formasının ünsürlərini birləşdirir. Burada ali icra hakimiyyəti prezidentlə parlament arasında bölüşdürülür. Bəzən onu yarımprezident idarə forması da adlandırırlar. 1958-ci il konstitusiyası ilə Fransada yaradılan V respublika buna aydın misal ola bilər. Dövlətin təsnifatının digər meyarları da mövcuddur.
Bank Respublika
Bank Respublika — bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır. Fəaliyyət dövrü ərzində Bank Respublika ölkənin aparıcı banklarından biri kimi özünü doğrultmuşdur. 28 aprel 2005-ci il tarixdən etibarən Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – DEG İnvestisiya Şirkəti və Sparkassen International Development Trust səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olmaqla Bank Respublika-nın səhmdarları sırasına daxil olmuşlar. Almaniyanın bu nəhəng maliyyə təşkilatlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması beynəlxalq səviyyədə Banka olan etibarı göstərir. Hazırda Bank Respublika müştərilərə müxtəlif növ müasir bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, yol çekləri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və sair. Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – "Sizə faydalı", həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramlar çərçivəsində sıx əməkdaşlıq edir. Bank Respublika Sahibkarlığa Kömək Milli Fondu ilə sahibkarlığın kreditləşdirilməsi və Azərbaycan İpoteka Fondu ilə ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarının da aktiv iştirakçısıdır, Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Muxtar respublika
Muxtar respublikalar suverenliyinə görə dövlətlərin təsnifatında federal dövlətlər kimi təsnif edilirlər: suveren hüquqlar, üstün bir suveren güc vasitəsilə konstitusiya ilə idarə edilə bilən, ancaq xarici münasibətlər istisna olmaqla, öz sərhədləri daxilində suveren səlahiyyətlərini həyata keçirə bilən və respublika xüsusiyyətinə malik olmaları, dolayı yolla sahib olduqları hakimiyyəti qanunlar verməklə yerinə yetirən dövlətlərdir. Unitar bir dövlətin demək olar ki, bütün keyfiyyətlərinə malikdirlər. Ümumiyyətlə, sərhədləri etnik fərqliklər nəzərə alaraq müəyyən edilmişdir. Bəzi muxtar respublikaların öz konstitusiyaları da ola bilər. Rusiya respublikalarının timsalında bu ölkələrin xüsusiyyətləri və quruluşları aydın şəkildə başa düşülə bilər.
Parlamentli respublika
Parlamentli respublika — icra hakimiyyətinin (hökumətin) qanunvericilik orqanından (parlament) qanuniliyini əldə etdiyi və ona cavabdeh olduğu parlament idarəetmə sistemi altında fəaliyyət göstərən respublika. Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, İtaliya prezidenti (parlamentli respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin sədrlərini dinləyərək hər iki, yaxud bir palatam buraxa bilər. Bu hal onların mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Gürcüstan, Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.
Radio Respublika
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Respublika (Rusiya)
Rusiya konstitusiyasına görə, Rusiya Federasiyası 85 bərabərhüquqlu subyektdən ibarətdir ki, bunun da 22-si respublikadır. Respublikalar Rusiyanın faktiki ərazisinin 28,55% -ni əhatə edir və ölkə əhalisinin 17,95% -i onlarda yaşayır. Respublika, diyarlardan və vilayətlərdən fərqli olaraq, onlar milli-dövlət formasiyalarıdır, yəni Rusiya daxilində bu və ya digər xalqın (xalqların) dövlətçilik formasıdır. Rusiya Federasiyasının digər subyektlərindən fərqli olaraq respublikalar öz konstitusiyalarını qəbul etmək və öz dövlət dillərini qurmaq hüququna malikdirlər və həmçinin onların paytaxtları vardır. Respublikaların Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq, onun tərkibindən ayrılmaq hüququ və suverenliyi yoxdur. Sovet dövründə müasir respublikaların əksəriyyəti muxtar sovet sosialist respublikası (MSSR) statusuna malik idi, bəziləri muxtar vilayətlər idi. RSFSR çərçivəsində, ərazilər və bölgələrdən - inzibati-ərazi vahidlərindən fərqli olaraq, onlar milli-dövlət birləşmələri olan federasiya subyektləri hesab olunurdular.
Respublika (dəqiqləşdirmə)
Respublika
Respublika (qəzet)
Respublika qəzeti — Azərbaycanın rəsmi dövlət qəzeti. 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edib. Hazırda baş redakktoru Hümbət Musayevdir. 20 mart 1996-cı ildən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. VÖEN-i 1300532321, ünvanı Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, Azərbaycan nəşriyyatı 7-ci mərtəbəsi.
Respublika Sarayı
Heydər Əliyev Sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən konsert salonu. Heydər Əliyevin adını daşıyır. Saray istifadəyə veriləndən 1989-cu ilə qədər Respublikanın xalq artisti Kərim Kərimov, 1989-cu ildən 2020-ci ilə qədər Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev, 2020-ci ildən 2022-ci ilə qədər Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. 2022-ci il 17 iyun tarixindən 2023-cü il 25 noyabr tarixinə qədər müvəqqəti olaraq Faiq Mirzəyevə həvalə edilmişdi. 2023-cü il 25 noyabr tarixindən Heydər Əliyev Sarayının direktoru vəzifəsinə İlham Qasımov təyin edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən əsaslı təmirə dayandırılan Heydər Əliyev Sarayı aparılan təmir-bərpa işləri nəticəsində indiki görünüşünə qovuşmuşdur. Sarayının səhnəsində çıxış edən artistlərin şəkilləri, fotoarxivindən düzəldilmiş fotoqalereyaya daxil olaraq, keçirilmiş konsertlər haqda daha ətraflı məlumat almaq mümkündür. Bu fotoşəkillərin çoxu eksklüzivdir və ilk dəfə nümayiş etdirilir. Sarayın adı ilk öncə Lenin Sarayı, sonra Respublika Sarayı, 10 mart 2004-cü ildən isə Heydər Əliyev Sarayı olub. Bütün texniki avadanlıq – səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, Kanada və Yaponiyadan gətirilmiş müasir işıq və səs texnikası qurulmuşdur.
Respublika Velotreki
Respublika Velotreki — Bakı metrosunun "20 yanvar" stansiyası yaxınlığındakı idman qurğusu. Respublika Velotreki bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ilk dəfə 1980-ci il Moskva Yay Olimpiya Oyunları ərəfəsində inşa olunub. Respublika Velotreki 20 hektar ərazini əhatə edir. Azərbaycan Velosiped Federasiyasının (AVİF) balansındadır. Burada təmirdən sonra trek üzrə məşqlər və daxili yarışlar üçün istifadə olunması nəzərdə tutulmuşdur. Tribuna da qurulmuşdur. Tam olaraq yaxınlığında "Velotrek" adı ilə məşhur olan ticarət mərkəzi fəaliyyət göstərir. 2015-ci ildə Respublika Velotrekində geniş tikinti və yenidənqurma işləri başa çatmışdır. Ərazidə 4 mərtəbəli 4500 kv.m-ə yaxın sahəsi olan bina tikilib. Binanın bir mərtəbəsi yalnız velosipedlərin saxlanılması və onlara texniki qulluq göstərilməsi üçün nəzərdə tutulan otaqlardan ibarətdir.
Respublika qəzeti
Respublika qəzeti — Azərbaycanın rəsmi dövlət qəzeti. 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edib. Hazırda baş redakktoru Hümbət Musayevdir. 20 mart 1996-cı ildən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. VÖEN-i 1300532321, ünvanı Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, Azərbaycan nəşriyyatı 7-ci mərtəbəsi.
Sonuncu respublika
Sonuncu respublika — Bütün dünyada Viktor Suvorov kimi tanınan keçmiş SSRİ təhlükəsizlik xidməti polkovniki Vladimir Rezunun müəllifi olduğu kitab. Kitab keçmiş SSRİ təhlükəsizlik xidmati polkovniki Vladimir Rezinin sovet rejiminin eybəcərliklərindən qaçaraq 1978-ci ildə Böyük Britaniyaya sığınmasından sonra qələmə alınmışdır. Kitabda əsasən Sovet İttifaqının İkinci Dünya müharibəsində uduzması, döyüşçülərin əsassız qırğına verilməsi və digər hallar böyük ustalıqla təsvir və ifşa edilmişdir.
Sosialist respublika
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Banan respublika
Banan respublikası beynəlxalq siyasətdə siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan bir və ya bir neçə əkinçilik məhsulunun istehsalından və ixracatından asılı və ümumiyyətlə, korrupsiya, sui-istifadə ilə iç-içə kiçik bir seçmələr qrupu tərəfindən idarə olunan ölkələri təsvir etmək üçün alçaldıcı mənada istifadə edilən siyasi termindir. Tipik olaraq, bir banan respublikası, son dərəcə təbəqələşmiş sosial siniflər cəmiyyətinə, ümumiyyətlə böyük bir yoxsul işçi sinfinə və bu cəmiyyətin işgüzar, siyasi və hərbi elitlərindən ibarət olan hakim sinif plutokratiyasına sahibdir. Hakim sinif iqtisadiyyatın ilkin sektorunu əməyin istismarı yolu ilə idarə edir, beləliklə, banan respublikası termini, irimiqyaslı əkinçilik fəaliyyətinin, xüsusən banan becərilməsinin istismarını dəstəkləyən xidmətçi bir oliqarxiya üçün təhrifedici bir tərifdir. Banan respublikası siyasi elm termini kimi ilk dəfə Amerika yazıçısı O. Henri tərəfindən "Cabbages and Kings 1904" (kələmlər və şahlar) kitabında istifadə olunmuşdur. Honduras, ilk banan respublikası dövlətidir. XX əsrin əvvəllərində "United Fruit Company"nin ölkə içində olduqca təsiri var idi. Hətta yüksək vergilər istəyən bir başçını aşırdaraq yerinə yeni birini seçdilər. 1871-ci ildə amerikalı dəmiryolu şirkəti sahibi Henry Meyqsin Kosta Rika hökumətiylə imzaladığı dəmiryolu inşa müqaviləsi çərçivəsində, haqqında danışılan inşaata başlanmış, digər tərəfdən tikinti şirkəti işləyən işçilərə aşağı xərcli bir yemək axtarışında olduğu üçün inşa etməkdə olduğu dəmiryolu xətti boyunca banan yetişdirməyə başlamışdır. From Arbenz to Zelaya: Chiquita in Latin America – Video raporu Democracy Now!
Azərbaycanda Respublika Günü
Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi.
Bank Respublika Arena
Bank Respublika Arena (2019-cu ilə qədər Əlincə Arena adlanıb) — Azərbaycanın Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən futbol stadionu. Açılışı 3 oktyabr 2014-cü ildə olmuşdur. 9 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var. "Sabah" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Naxçıvan Respublika Kitabxanası
Naxçıvan Respublika Kitabxanası, M. S. Ordubadi adına — Naxçıvan Muxtar Respublikasının ən böyük kitabxanası, elmi-metodik mərkəz. Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da ilk ictimai-kütləvi kitabxana və qiraətxanalar fəaliyyətə başlamış, 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kİtabxanası yaradılmışdır. Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyari kitabxana Naxçıvan şəhəri ilə yanaşı ətraf kəndləri də əhatə etmişdir. 1947-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir. “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 19 aprel 2012-ci il tarixində Sərəncam imzalamışdır. Həmin Sərəncamla Elektron Kitabxana yaradılmışdır.
Respublika (Azərbaycan qəzeti)
Respublika qəzeti — Azərbaycanın rəsmi dövlət qəzeti. 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edib. Hazırda baş redakktoru Hümbət Musayevdir. 20 mart 1996-cı ildən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. VÖEN-i 1300532321, ünvanı Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, Azərbaycan nəşriyyatı 7-ci mərtəbəsi.
Respublika (qəzet, Azərbaycan)
Respublika qəzeti — Azərbaycanın rəsmi dövlət qəzeti. 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edib. Hazırda baş redakktoru Hümbət Musayevdir. 20 mart 1996-cı ildən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. VÖEN-i 1300532321, ünvanı Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, Azərbaycan nəşriyyatı 7-ci mərtəbəsi.
Respublika (qəzet, Qazaxıstan)
Respublika—Biznesə baxış (rus. Республика — деловое обозрение)—həftəlik Qazaxıstan Skye qəzet rəhbərliyinə Qazaxıstan ünvanlanan tənqidi yazıları və hakimiyyətin ən yüksək pillələrində korrupsiya ilə tanınan bir analitik müxalifətdir.."Respublika səsi" ilə çıxan qəzetin indi böyük oxucu kütləsi var.. Qəzet biznes və siyasi elitaya, menecerlərə, məmurlara, böyük, orta və kiçik biznes nümayəndələrinə yönəlmişdir.Oxucu kütləsi təxminən 23 mindən çoxdur..Baş ofisi Almatı şəhərindədir.. 2002 -ci ildə çıxan qəzet Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı Mükafatına layiq görülmüşdür.10 aprel 2002 a - Almatı Şəhərlərarası İqtisad Məhkəməsi inzibati qanun pozuntularına görə qəzet çıxaran PR-Konsaltinq şirkətinin ləğvi barədə qərar qəbul etdi. Daha doğrusu, səhifələrində qeydiyyat tarixi və sertifikat nömrəsinin olmaması üçün. Sonra qəzet adını Assandy Times olaraq dəyişdirməyə məcbur oldu.22 may 2002-ci ildə kimsə "Respublika" qəzetinin baş ofisinin pəncərəsinə Molotov kokteyli atdı.14 may 2005 İnformasiya Nazirliyi Respublika qəzetini ləğv etdi.. 2005-ci ilin martında qəzetin ləğv edilməsi təklifi irəli sürüldü.9 sentyabr 2009 a - Respublika qəzeti BTA Bankı məhkəməyə verir. Məhkəmə, qəzetə mənəvi zərərə görə "BTA Bank " ödəməyi tələb etdi. Məhkəmə iddiası, 6 mart 2009 a nəşr olunan BTA Bankdakı vəziyyətlə bağlı "Turp daha şirin deyil" məqaləsi ilə başladı. İddiaçı aşağıdakı cizgilərə diqqət çəkdi - “BTA-nın özünə gəlincə, görünür, bu, məhkumdur.
Respublika Günü (Azərbaycan)
Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi.
Respublika Partiyası (Pakistan)
Respublika Partiyası — Pakistan Respublika Partiyası 1955-ci ilin oktyabrında, Müsəlman Birliyi və Qərbi Pakistan (indiki Pakistan) əyalətinin yaradılmasını dəstəkləyən digər siyasətçilər tərəfindən hərbi və dövlət qulluğunda əsas liderlərin təhriki ilə yaradıldı.Həmin illər Partiyanın prezidenti, Qərbi Pakistanın Baş ixracatçısı Sahib Xan idi. Mərkəzi Parlamentin Rəhbəri Feruzi Xan isə Pakistanın Baş naziri idi (1957 - 1958).
Respublika Patent Fondu
Respublika Patent fondu Azərbaycanın ölkə daxilində və xaricdə nəşr olunan patent ədəbiyyatını özündə əks etdirən yeganə fonddur. Respublika Patent fondu 1967-ci ildə Respublika Elmi-Texniki Kitabxanasının nəzdində yaradılıb. Hazırda ayrıca təşkil olunmuş binada fəaliyyət göstərir. Respublika Patent fondu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindədir. Bu fond 27 dildə dünyanın 35 ölkəsinin Beynəlxalq və Avropa patent idarələrinin sənədləri ilə komplektləşdirilir. Fondun əsas tərkibini keçmiş SSRİ-nin patent ədəbiyyatı təşkil edir. Hazırda fondda 11 milyona yaxın ədəbiyyat toplanıb. Respublika Patent Fondunda 3 şöbə fəaliyyət göstərir 1. Komplektləşdirmə şöbəsi 2. Mikrofilm işləmə şöbəsi 3.
Respublika Təhsil Şurası
"Respublika Təhsil Şurası" İctimai Birliyi (ing. Council of Education Social Consolidation) — Azərbaycan Respublikasının təhsil sahəsində fəaliyyət göstərən, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ictimai birlikdir. "Respublika Təhsil Şurası" İctimai Birliyi — 24 sentyabr 1998-ci ildə, Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılmışdır. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu, həmçinin öz Nizamnaməsi əsasında qurur. "Respublika Təhsil Şurası" İctimai Birliyi 25 may 2001-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Qeydiyyat № 1353. "Respublika Təhsil Şurası" İctimai Birliyinin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Nəzarət-Təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir.
Respublika meydanı (İrəvan)
Respublika meydanı (erm. Հանրապետության հրապարակ) — Ermənistanın paytaxtı İrəvanın mərkəzi meydanı. Meydan iki hissədən ibarətdir - dairəvi hərəkət və musiqili fontanların olduğu trapezvari hissələr. Meydan fərqli erməni motivləri ilə zəngin olan neoklassik üslubda çəhrayı və ağ rəngli tufla üzlənmiş beş əsas bina ilə əhatə olunmuşdur. Bu memarlıq ansamblına daxildir: Ermənistanın Hökumət binası, Ermənistan Tarix Muzeyi və Milli Qalereya, Marriott Otel, Mərkəzi Poçt Binası və Xarici İşlər, Nəqliyyat və Rabitə Nazirliyi. Meydan təxminən 30.000 kvadrat metr sahəni əhatə edir. Tiqran Mets prospekti, Nalbandyan küçəsi, Abovyan küçəsi, Amiryan küçəsi, Vazgen Sarkisyan küçəsi meydanı birləşdirir. Meydanın dizaynını 1924-cü ildə Alexander Tamanyan tamamlamışdır. Binaların əksəriyyəti 1950-ci ildə tamamlanır. Sonuncu binanın inşası (Milli Qalereya) 1977-ci ildə bitir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi — Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişaf və artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin tənzimlənməsi, rəqabətin qorunması, inkişafı və təşviqi, istehlakçıların hüquqlarının qorunması, dövlət satınalmalarının həyata keçirilməsi, dövlət büdcəsinə vergilərin, Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, daşınmaz əmlakın dövlət kadastrının və reyestrinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində müstəqil Azərbaycanın ilk Ticarət və Sənaye Nazirliyi fəaliyyət göstərmişdir. 1920–1991-ci illərdə SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasında iqtisadi məsələlər Ticarət, Sənaye və Ərzaq Komissarlığı, Ticarət və Sənaye Nazirliyi, Azərbaycan SSR Dövlət Plan Komitəsi kimi qurumlar tərəfindən tənzimlənmişdir. 30 aprel 2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır. 22 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmışdır. 15 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaradılmışdır. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında əsasnamə təsdiq edilib. Nazirlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyəti həyata keçirir: Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Dayanıqlı və inklüziv iqtisadi inkişafın və davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması ilə bağlı təkliflər hazırlamaq; Ölkə iqtisadiyyatının inkişaf prioritetlərinə uyğun olaraq, dövlət iqtisadi idarəetmə, maliyyə, o cümlədən dövlət və icmal büdcələrin gəlir və xərclərinin əsaslandırılmasında, vergi, pul-kredit, valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymət-tarif, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək; Aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) ilə birlikdə sosial-iqtisadi inkişaf konsepsiyalarının və dövlət proqramlarının hazırlanmasını, icrasının əlaqələndirilməsini və nəzarətini (monitorinqini) həyata keçirmək; Ölkədə sosial-iqtisadi inkişaf sahəsində gedən proseslərin qiymətləndirilməsini, sosial-iqtisadi (makroiqtisadi) proqnozların hazırlanmasını həyata keçirmək; Dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi maraqlarının qorunmasına, davamlı iqtisadi artım əldə edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək; İqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyəti həyata keçirmək; Milli iqtisadiyyatın və ixracın təşviqi və şaxələndirilməsi sahəsində məqsədyönlü fəaliyyəti təşkil etmək; Aidiyyəti dövlət orqanları ilə birlikdə sənaye sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi, qorunması və təşviqi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Sahibkarlığın inkişafı, təşviqi və sahibkarlığa dövlət dəstəyi, habelə lisenziya və icazə sisteminin tənzimlənməsi sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək; Ölkədə davamlı iqtisadi yüksəlişin insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə olunması məqsədilə bu sahədə uzunmüddətli proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Ölkədə azad rəqabətin qorunması, inkişafı və təşviqi, o cümlədən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Xarici iqtisadi əlaqələrin və xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması sahəsində idarəetməni həyata keçirmək; Dövlət aktivlərinin idarə edilməsinə dair dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək, dövlət mülkiyyətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq; Dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqların idarə olunması və özəlləşdirilməsi, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; İstehlakçıların hüquqlarının qorunması və istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahələrində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə formalaşdırılmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək. İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan tabeliyindəki qurumların siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı "İqtisadi Zonaların İnkişafı Agentliyi" publik hüquqi şəxs.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarsıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edən, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandıran və yerli şirkətlərlə əlaqələndirən, eləcə də Azərbaycanın investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə "vahid pəncərə" funksiyası əsasında xidmət göstərən və dəstək verən publik hüquqi şəxsdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Nizamnaməsi təsdiq olunmuşdur. AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: ixracın və investisiyaların təşviqi üzrə dövlət siyasətinin formalaşdırılmasında və normativ hüquqi bazanın inkişafında iştirak etmək; ixracın və investisiyaların təşviqi üzrə ixracatçılar və investorlar üçün davamlı əlverişli mühitin yaradılması proseslərində iştirak etmək; ixracın və investisiyaların təşviqi üzrə proqram və layihələrin, dövlət dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak etmək və dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin bu sahə üzrə fəaliyyətini əlaqələndirmək; ixracatçıların və investorların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlər görmək; ixracatçıların ixrac potensialının gücləndirilməsini, onların və investorların maarifləndirilməsini təmin etmək; ixracın və investisiyaların təşviqi sahəsində beynəlxalq təcrübənin araşdırılmasını, öyrənilməsini və respublika ərazisində tətbiqini təmin etmək; Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: ixrac və investisiya mühitinin yaxşılaşdırılması və investisiyanın təşviqi məqsədilə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində, qeyri-neft məhsullarının və qeyri-neft sektorunda həyata keçirilən işlərin (xidmətlərin) ixracının təşviqi və investisiyaların cəlb edilməsi ilə bağlı dövlət siyasətinin, habelə dövlətin dəstək proqramlarının və mexanizmlərinin həyata keçirilməsində iştirak etmək; ixracın və investisiyaların təşviqi sahəsində göstərdiyi xidmətlərin operativlik, şəffaflıq, rahatlıq, nəzakətlilik və məsuliyyətlilik prinsipləri əsasında həyata keçirilməsini təmin etmək; ixracın və investisiyaların təşviqi sahəsində dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək; ixracatçıların və investorların hüquqlarının, qanuni maraqlarının qorunması və problemlərinin çevik həlli istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək; ixracatçılar və investorlar arasında sorğular keçirmək, onların problemlərini araşdırmaq, ixrac və investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə respublikanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək; qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların təşviq edilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək; qeyri-neft ixracına dair aylıq statistikanı dərc etmək; investisiya fəaliyyəti üzrə dövlət-özəl tərəfdaşlığı sisteminin inkişafı və təşviqi üçün tədbirlər həyata keçirmək; ixracatçılara və investorlara göstərilən elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; öz fəaliyyəti haqqında ixracatçıların, investorların, o cümlədən digər fiziki və hüquqi şəxslərin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, ixrac və investisiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; ixrac və investisiya sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək; Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura onun sədri də daxil olmaqla 7 (yeddi) üzvdən: Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinindən, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.
Azərbaycan Respublikasının şeyxülislamları
Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur. 1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar. Struktur yaradıldıqdan bu yana şeyxülislam vəzifəsinə gətirilən şəxslər aşağıdakılardır: Axund Məhəmməd Əli Hüseynzadə (1823–1846); Axund Fazil İrəvani (1847–1872); Axund Əhməd Hüseynzadə (1873–1884); Axund Həsən Tahirzadə (1885–1894); Axund Əbdüssəlam Axundzadə (1895–1907); Məhəmməd Mövlazadə (1908–1908) Axund Məhəmməd Pişnamazzadə (1909–1918); Axund Ağa Əlizadə (1918–1920); 1920–1944-cü illərdə bu vəzifə boş qalmışdır; Axund Ağa Əlizadə (1944–1952); Axund Mövsüm Həkimzadə (1952–1956); 1966–1967-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Əliağa Süleymanzadə (1968–1976); 1976–1977-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Mirzəqəzənfər İbrahimov (1978–1980); Hacı Allahşükür Paşazadə (1980 — bu günədək). Qeyd. 2003-cü ildən bu yana bu titul Hacı Allahşükür Paşazadəyə ömürlük verilmişdir.
Azərbaycan Respublikasının şəhər icra hakimiyyəti orqanlarının siyahısı
Azərbaycan Respublikasının şəhərdə rayon icra hakimiyyəti orqanlarının siyahısı
Azərbaycan Respublikasının Əməkdar Artisti
Azərbaycan Respublikasının əməkdar artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad. əməkdar artisti adı, adətən, əvvəl Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi və ya Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülmüş sənətkarlara verilir.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra "əqli mülkiyyət hüquqları") sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək; əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı dövlət tənzimlənməsini həyata keçirimək əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək; əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək; əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müasir elmi-texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri müntəzəm şəkildə təkmilləşdirmək və bu istiqamətdə müvafiq tədbirlər görmək; rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək; əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək; əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək; tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək; öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığı təmin etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Agentliyin strukturuna rəhbərlik, Müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı və əmlak hüquqları, iqtisadiyyat və maliyyə, ümumi işlər sahələri üzrə şöbə və sektorlar daxildir. Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya fəaliyyət göstərir. Kollegiya öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir. Əqli mülkiyyət sahəsində elmi-texniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdən və alimlərdən ibarət Elmi-metodik Şura fəaliyyət göstərir.
Azərbaycan Respublikasının əhalisi
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır. Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Arzu Rəhimovun sözlərinə əsasən: Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müvəqqəti və daimi qeydiyyatla bağlı daha çox müraciət edənlər Türkiyə vətəndaşlarıdır.
Azərbaycan Respublikasının əməkdar ali məktəb işçilərinin siyahısı
Süleyman Məhərrəm oğlu Zeynalov — 11.07.1991
Azərbaycan Respublikasının əməkdar aqronomlarının siyahısı
Ramiz Firudin oğlu Rzayev — 12.05.1991
Azərbaycan Respublikasının əməkdar artistlərinin siyahısı
4 may 1991-ci ildən:
Azərbaycan Respublikasının əməkdar arxitektorlarının siyahısı
Adil Abdulla oğlu Ələkbərov — 12.08.1991
Azərbaycan Respublikasının əməkdar baytar həkimlərinin siyahısı
Hacı İsmayıl oğlu Dilbazi — 03.06.1991
Azərbaycan Sovet Sosialist Respublikası
Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika) — Cənubi Qafqazın şərq hissəsində dövlət qurumu (1920–22, 1936–91), SSRİ tərkibində mövcud olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab Komitəsinə və Azərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi. Müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə ancaq azərbaycanlılar daxil idilər.
Azərbaycan Sovet Sosialist Respublikası Ali Soveti
Azərbaycan SSR Ali Soveti — 1938–1991-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı. 1991-ci ildə "Azərbaycan Respublikasının Ali Soveti" adlandırılmış, səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və 1995-ci ildə yaradılmış Azərbaycan Respublikasının Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür. Azərbaycan SSR Ali Soveti 24 iyun 1938-ci ildə təsis edilmişdir. Azərbaycan SSR Ali Soveti birpalatalı olub Azərbaycan SSR Konstitusiyasına əsasən Azərbaycan SSR-ə verilmiş bütün hüquqları həyata keçirirdi. Bu hüquqlar Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR Ali Sovetinə hesabat verən dövlət orqanlarının — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və respublika nazirliklərinin səlahiyyətinə daxil olmamışdır. Azərbaycan SSR Ali Sovetinə deputatlar gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, ortalama hər 12.500 əhalidən 1 nəfər hesabı ilə seçilirdi. Mandat müddəti, I və XI çağırışlar istisna olmaqla, 4 il təyin olunmuşdu. 21 yaşına çatmış seçki hüququ olan istənilən şəxs — fəhlələr, kolxozçular, mədəniyyət xadimləri, dövlət partiya xadimləri Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdilər. I çağırış (1938–1946) II çağırış (1947–1950) III çağırış (1951–1954) IV çağırış (1955–1959) V çağırış (1959–1962) VI çağırış (1963–1966) VII çağırış (1967–1970) VIII çağırış (1971–1975) IX çağırış (1975–1979) X çağırış (1980–1984) XI çağırış (1985–1990) XII çağırış (1991) 1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar.
Azərbaycan Sovet Sosialist Respublikası bayrağı
Azərbaycan Sovet Sosialist Respublikası bayrağı — 1920-ci ildə qəbul edilmişdir. Sol yuxarı küncündə sarı aypara və ulduz olan qırmızı bayraqdır. 1921-ci ilin ikinci yarısından 1922-ci ilə qədər Azərbaycan SSR sarı kiril hərflərindən АССР (ASSR) yazılan qırmızı bayrağı istifadə etdi. 12 mart 1920-ci ildə Azərbaycan SSR Gürcüstan SSR və Ermənistan SSR-lə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası adı altında birləşdi və bu 1936-cı ilə qədər davam etdi. 1937-ci ildə latın hərfləri ilə AzSSR qızıl oraq və çəkicin alt hissəsinə əlavə edildi. 1940-cı ildə latın AzSSR kiril АзССР ilə əvəz edildi. Azərbaycan SSR-in bayrağının axırıncı versiyası 7 oktyabr 1952-ci ildə qəbul edildi. Bu aşağı hissəsində horizontal göy zolaq olan SSRİ bayrağı idi.
Azərbaycan Sovet Sosialist Respublikası gerbi
Azərbaycan Sovet Sosialist Respublikası gerbi (azərb. Азәрбајҹан Совет Сосиалист Республикасы ҝерби‎)— 1937-ci ildə təsis olunmuşdur. Azərbaycan Sovet Sosialist Respublikasının gerbi fəhlə və kəndlini simvolizə edir. Gerbin üzərində oraq və çəkic, günəş şəfəqlərinin fonunda neft mədəni, çərçivədə pambıq və sünbül təsvir olunmuşdur. Gerbin yuxarısında beşguşəli qırmızı ulduz təsvir olunmuş, aşağısında isə Bütün ölkələrin proletarları birləşin! şüarı Azərbaycan (Бүтүн өлкəлəрин пролетарлары, бирлəшин!) və rus dilində (Пролетарии всех стран, соединяйтесь!) yazılmışdır. Gerbin rəssamı Ruben Şxiyandır.
Azərbaycan Sovet Sosialist Respublikası himni
Azərbaycan Sovet Sosialist Respublikası himni — 1944–1992-ci illərdə Azərbaycan SSR-nin dövlət himni. Himnin musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Səməd Vurğun , Süleyman Rüstəm və Hüseyn Arifə məxsusdur. 1978-ci ildə himnin sözlərində müəyyən dəyişikliklər edilmiş, həmçinin İosif Stalin haqdakı sözlər mətndən çıxarılmışdır.
Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı
Azərbaycan Sovet Sosialist Respublikası bayrağı — 1920-ci ildə qəbul edilmişdir. Sol yuxarı küncündə sarı aypara və ulduz olan qırmızı bayraqdır. 1921-ci ilin ikinci yarısından 1922-ci ilə qədər Azərbaycan SSR sarı kiril hərflərindən АССР (ASSR) yazılan qırmızı bayrağı istifadə etdi. 12 mart 1920-ci ildə Azərbaycan SSR Gürcüstan SSR və Ermənistan SSR-lə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası adı altında birləşdi və bu 1936-cı ilə qədər davam etdi. 1937-ci ildə latın hərfləri ilə AzSSR qızıl oraq və çəkicin alt hissəsinə əlavə edildi. 1940-cı ildə latın AzSSR kiril АзССР ilə əvəz edildi. Azərbaycan SSR-in bayrağının axırıncı versiyası 7 oktyabr 1952-ci ildə qəbul edildi. Bu aşağı hissəsində horizontal göy zolaq olan SSRİ bayrağı idi.
Azərbaycan Sovet Sosialist Respublikasının gerbi
Azərbaycan Sovet Sosialist Respublikası gerbi (azərb. Азәрбајҹан Совет Сосиалист Республикасы ҝерби‎)— 1937-ci ildə təsis olunmuşdur. Azərbaycan Sovet Sosialist Respublikasının gerbi fəhlə və kəndlini simvolizə edir. Gerbin üzərində oraq və çəkic, günəş şəfəqlərinin fonunda neft mədəni, çərçivədə pambıq və sünbül təsvir olunmuşdur. Gerbin yuxarısında beşguşəli qırmızı ulduz təsvir olunmuş, aşağısında isə Bütün ölkələrin proletarları birləşin! şüarı Azərbaycan (Бүтүн өлкəлəрин пролетарлары, бирлəшин!) və rus dilində (Пролетарии всех стран, соединяйтесь!) yazılmışdır. Gerbin rəssamı Ruben Şxiyandır.
Azərbaycan Sovet Sosialist Respublikasının himni
Azərbaycan Sovet Sosialist Respublikası himni — 1944–1992-ci illərdə Azərbaycan SSR-nin dövlət himni. Himnin musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Səməd Vurğun , Süleyman Rüstəm və Hüseyn Arifə məxsusdur. 1978-ci ildə himnin sözlərində müəyyən dəyişikliklər edilmiş, həmçinin İosif Stalin haqdakı sözlər mətndən çıxarılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti-Dağlılar Respublikası müqavilələri
AXC ilə Dağlılar Respublikası arasında bağlanan müqavilələr — Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasına (qısaca Dağlılar Respublikası) maliyyə, iqtisadi və hərbi yardım göstərməsi haqqında sənədlər. Azərbaycanın qabaqcıl ziyalıları, ictimai xadimləri, əvvəlki dövrlərdə olduğu kimi, 1917–1918- ci illərdə də Şimali Qafqazın dağlı xalqlarının milli azadlıq mübarizəsini rəğbətlə izləyir və bütün vasitələrlə onlara yardım edirdilər. Zaqafqaziya seyminin müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Zaqafqaziya seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər. Lakin seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə ikitərəfli münasibətlər yaratmaq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Bammat Heydər, Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz seymdəki azərbaycanlı ictimai xadimlərin səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu. Həmin danışıqlar uğursuzluqla bitdikdən sonra dağlı nümayəndələri İstanbula gedib Osmanlı dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yaradılması haqqında bəyannamə qəbul etdilər (1918-ci il 11 may). Mayın 24-də isə Gəncədə Əbdülməcid Çermoyevin başçılığı ilə Dağlılar hökuməti təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri mökəmləndirməyə başladı. 1918-ci ilin sentyabr-oktyabr aylarında Osmanlı və Azərbaycan Xaql Cümhuriyyəti hökumətlərinin yardımı ilə Dərbənd və Dağıstanın xeyli hissəsi azad edildi.
Azərbaycan Xalq Cümhuriyyəti-Gürcüstan Demokratik Respublikası əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar prob­lem­lərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Ru­siya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə get­məklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəh­bərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında sa­ziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mül­­­kiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gən­cə­yə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə dip­lomatik nümayəndəsi təyin etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrdə yaratdığı diplomatik nümayəndəliklərdən biri. 1919 ilin fevral-sentyabr aylarında fəaliyyət göstərmişdir. 1919-cu ildə Könüllü ordunun Dağıstana doğru irəliləməsi və bir sıra yaşayış məntəqələrini öz nəzarəti altına götürməsi müstəqil dağlı dövlətinin mövcudluğunu böyük sual altında qoymuşdu. Hadisələrin belə şəkil alması təbii ki, Azərbaycanda da ciddi həyəcan və əndişə doğurmuşdu. Məclisi-Məbusanın 6 mart tarixli iclasında Şimali Qafqazdakı vəziyyət xüsusi müzakirə mövzusuna çevrilmişdi. İclasda Müsavat fraksiyası adından danışan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan və dağlı xalqlarının tarixi taleyinin və müstəqillik mübarizəsinin biri-biri ilə sıx bağlı olduğunu, hər iki ölkəyə qarşı yönələn təhlükənin də eyni mənbədən qaynaqlandığını göstərərək demişdi: Cümhuriyyət Hökuməti Dağlılar Respublikası ilə müntəzəm əlaqələr yaratmaq, Şimali Qafqazda baş verən siyasi və hərbi prosesləri yaxından izləmək üçün 1919-cu ilin əvvəlində Dağlılar Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. Fevralın ilk günlərində Dağlılar Respublikası hökuməti Əbdürrəhim bəy Haqverdiyevin diplomatik nümayəndə təyin olunmasına razılıq verdi. Fevralın 25-də Azərbaycan Hökuməti Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplomatik nümayəndəliyi martın 28-də Temirxan-Şurada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinə Denikin ordusunun və rus kazaklarının Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə.Haqverdiyev 1919-cu il martın 30-da öz etimadnaməsini Dağlılar Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və Dağlılar parlamentinin iclasının iştirakçısı oldu.
Republika Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.