ŞƏRQİYYƏ

Ərəbcə şərq sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞƏRQ
ŞƏRM
OBASTAN VİKİ
Şərqiyyə Hüseynova
Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006). Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib. Qızının da bir qızı var — Ayan. 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adı verilmişdir. Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.
Şərqiyyə Vəliyeva
Şərqiyyə Vəliyeva (Şərqiyyə Əkbər qızı Vəliyeva; 1 iyul 1936, Piçənis, Laçın rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), Qəhrəman Ana, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub. Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər. Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müxtəlif illərdə 2 dəfə "Lenin", "Şərəf Nişanı", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub. Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır. 1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur.
Əl Şərqiyyə TV
Əl Şərqiyyə TV — İraqda sünni kəsimi ön plana çıxarmaqla xalqın çətinliklərini işıqlandıran kanal. Sünni qrupuna aid Əl Şərqiyyə televiziyası Səddam dövrünün ən güclü illərində İraqın yazışmalar üzrə katibi olmuş və Səddam Hüseynin həyat hekayəsini qələmə almış, sünni ərəb Saad Əl Bəzzaz tərəfindən yaradılıb. O, ABŞ-nin İraqı işğal etməsindən bir il sonra 30 milyon dollar büdcə ilə Dubayda bir televiziya kanalı qurub. Kanalın baş direktoru Alla Əl Dahhandır. Kanalla yanaşı “Əl Zaman” və “Əl Şərqiyyə” FM radioları da eyni vaxtlarda yaradılıb. İraqın birlik və həmrəyliyini müdafiə edərək işğalın sona çatdırılması, məzhəb toqquşmalarına fürsət verilməməsi, iqtidara qarşı tənqidi verilişlər hazırlanması başlıca məqsədlər sırasındadır. Yaxın Şərq xalqları üzərində böyük təsirə malik “Əl Şərqiyyə” TV İraqda mətbuat orqanlarının etnik qruplara bərabər səviyyədə yanaşmadığını nəzərə alıb həqiqəti çatdırmaq üçün qurulub. “Əl Şərqiyyə” televiziya kanalı xəbərlərlə yanaşı musiqi, əyləncə və teatr mövzularına yer vermişdir. Eyni zamanda ölkədəki zorakılıq hadisələrini başqa formada tamaşaçılara çatdıran “Əl Şərqiyyə” TV kanalı komediya, əyləncə və musiqi ilə tamaşaçıların diqqətini xəbərlərə yönəldib. Kanalda “Əl Musaadə” (“Yardım”), “Əl Pitaka Əl Təmviniyyə”, “Bitaka Əl Şəxsiyyə”, “Şəyif Əl Xayir” və “Mustahlə” “Əl Burc Əl Ali”, “Kursə və Aməl”, “Miğtaribun” verilişləri yayımlanır.

Digər lüğətlərdə